Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1815/2020 28.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı “xxxxx Asiman” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxxx Asiman” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X4 şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və dağ-mədən nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax region üzrə Dövlət Əmək Müfəttişliyinə (maraqlı şəxs Azərbaycan Respublikası Milli Gəlirlər Nazirliyi yanında X7 Araşdırılması Baş İdarəsi) qarşı dağ mədən istehsalına başlamaq üçün məhdudiyyətlərə son qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxx Asiman” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X4 şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və dağ-mədən nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax region üzrə Dövlət Əmək Müfəttişliyinə (maraqlı şəxs Azərbaycan Respublikası Milli Gəlirlər Nazirliyi yanında X7 Araşdırılması Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Daş Salahlı ərazisində yerləşən payçı olduğu “xxxxx” MMC-yə məxsus daş karxanasında daş istehsalını qapatmaqla süni maneələrlə müflis etmə əməlləri ilə müəssisə və nizamnamə ilə hüquqi aktlarla tənzimlənən MMC-nin icraçı direktoruna aid səlahiyyətləri 2017-ci ildən hal-hazıra qədər mənimsəmə ilə məhdudlaşdırılması, 2019-cu ildən istehsalı dayandırması, ölkə Prezidentinin iş yeri və sahibkarçılığa dəstək haqıqnda Fərmanları və qanuni normativ aktlarla müəssisənin iş rejiminin dayandırılmasına olan net qadağaların ziddinə pozması, iş icraatında öz təsdiqini taparsa, iddiaçı icraçı direktora qarşı məhdudiyyətlər MMC-nin payçı cavabdehi məcbur etmə haqqında qərar MMC-nin daş istehsalına başlamaq haqqında məhdudiyyətlərə son qoymaq haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X4 şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və dağ-mədən nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax region üzrə Dövlət Əmək Müfəttişliyinə (maraqlı şəxs Azərbaycan Respublikası Milli Gəlirlər Nazirliyi yanında X7 Araşdırılması Baş İdarəsi) qarşı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Şəmkir rayon 14 saylı X11 tərəfindən Daş Salahlı ərazisində yerləşən iddiaçı “xxxxx” MMC-yə məxsus daş karxanasında 2017-2019-cu illər ərzində işıq sərfiyyatının 36000 manat olması faktına baxmayaraq, MMC-dən hesabat tələb olunmamış, maliyyə sanksiyaları tətbiq olunmamış, yerində baxış və kameral yoxlama aparılmamış vergi ödəyicisi nəzarətedici orqanların hərəkətsizliyindən yayınmış, 50 nəfərə yaxın əmək müqaviləsi olmayan insanlar daş karxanasına cəlb edilməklə, qanunsuz sahibkarlıqla məşğul olmuş, əldə edilən külli miqdarda mənfəəti gizlətməklə dövlətə məcburi ödəməli olduğu vergidən yayınması ilə əlaqədar dövlətə çatası olan verginin konkret məbləğinin hesablanması ilə dövlətə ödənilməsini təmin etmək vəzifəsinin məcburetmə ilə cavabdeh Şəmkir rayon 14 saylı X8 üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu Daş Salahli kəndində yerləşən “xxxxx Asiman” MMC -nin icraçi direktoru X1 məhkəmə qərarı ilə 2017-2019cu illər ərzində azadlıqdan məhrum olunduğu dövr ərzində cavabdeh təsisçi qanunsuz sahibkarlıq, vergidən yayınma, dağ mədən istehsalı ilə məşğul olmaqla MMC-ni gözlənilən maliyyə sanksiyalarına məruz qoymaqla gəlir əldə etmişdir. İcraçı direktor azadlığa çıxan kimi vəzifə səlahiyyətlərinin icrasına maneələr törətməsi “xxxxx Asiman” MMC-də dağ mədən işlərininin məcburi dayanmasına səbəb olmuşdur. MMC-nin 2017- 2019-cu illər ərzində cavabdehin fəaliyyəti və inzibati nəzarət orqanlarının hərəkətsizliyi nəticəsində dövlətə və MMC-yə küllü miqdarda vergidən yayınma gəlirlərin gizlədilməsi ilə ziyan dəymişdir. MMC-nin 2017-2019-ci illər ərzində işiq sərfiyyatı haqqında çıxarışları dağ mədən işlərinin aparılmasına mötəbər sübutdur. Son nəticədə maliyyə sanksiyalarının kimə aid olması 14 saylı X8 marağına toxunur, eyni qaydada da gələcəkdə maliyyə sanksiyalarının kimə aid olması məhkəmə qərarları ilə təsdiqini tapması maraqlı şəxslərin qanuni tələbləridir. İş üzrə qərar dağ mədən işlərinin dayandırılmasına olan maneələrə məcbur etmə ilə son qoyulması tələbləridir. Belə ki, MMC işlədiyi halda maliyyə sanksiyalarını dövlətə ödəməyə imkanlarını genişləndirmək kimi əlverişli şərait qazanacaq, işçilər işlə təmin olunacaq, azad sahibkarlıq məntiqi hüquqi müstəviyə qayıdacaq və nəzarətedici orqanların funksiyası bərpa olunacaqdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması ona təklif olunmuşdur. Məhkəmənin müraciəti xx.xx.2020-ci il tarixdə sonuncunun ünvanı üzrə təqdim edilmiş, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etsə də, məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilibbilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsində, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X4 şöbəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və dağmədən nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax region üzrə Dövlət Əmək Müfəttişliyi və cavabdeh qismində, Azərbaycan Respublikası Milli Gəlirlər Nazirliyi yanında X7 Araşdırılması Baş İdarəsi isə maraqlı şəxs qismində göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən iddiaçı, cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırkı iddia tələbində iddialar müxtəlif cavabdehlərə qarşı yönəlməli olan tələblər olduğundan bir icraatda birləşdirilməsinə yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bundan başqa fiziki şəxs olan hazırki cavabdehə (cavabdeh X9) qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Məhkəmə qeyd edir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. İdiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxxx Asiman” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X4 şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və dağ-mədən nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax region üzrə Dövlət Əmək Müfəttişliyinə (maraqlı şəxs Azərbaycan Respublikası Milli Gəlirlər Nazirliyi yanında X7 Araşdırılması Baş İdarəsi) qarşı dağ mədən istehsalına başlamaq üçün məhdudiyyətlərə son qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1815/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1815/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver