Məhkəmə qərarları › İş №2-1(114)-1829/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1829/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1829/2024 20.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətə qarşı əmrin ləğvi və işə bərpa tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətə qarşı xx.xx.2023-cü il tarixli 56/İ saylı və xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlərin ləğv edilməsi, iddiaçının sonuncu iş yeri Şəki Penitensiar xidmətində rejim inspektoru vəzifəsinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanası üzrə xx.xx.2023-cü il tarixli 96ş/h nömrəli əmrlə mədəni davranış prinsiplərini pozduğuna görə təcridxananın baş inspektoru (rəisin növbətçi köməkçisi) ədliyyə mayoru İddiaçı “töhmət” elan edilmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanasının rəisi vəzifəsini icra edən Qasım Əliyev ədliyyə mayoru İddiaçı töhmət verilməsinə baxmayaraq, barəsində görülən tədbirdən düzgün nəticə çıxarmadığını bildirməklə, onun iş yerinin digər tabe qurumlardan birinə dəyişdirilməsi barədə təqdimat vermiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 378/k nömrəli əmri ilə ədliyyə mayoru İddiaçı 03 iyun 2023-cü il tarixdən 2 saylı istintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsindən azad olunub, Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir.

3. A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “hipertoniya” diaqnozu qoyulmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator rejimdə aldığı müalicəyə görə əmək qabiliyyətsiz hesab edilmişdir.

4. Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “hipertoniya İİ dərəcəli” diaqnozu qoyulmuş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator rejimdə aldığı müalicəyə görə əmək qabiliyyətsiz hesab edilmişdir.

5. X8 Gülüstan ASM-nin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “Xroniki pielonefritin kəskinləşməsi. Arterial hipertenziya İV dərəcə” diaqnozu qoyulmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək ambulator rejimdə aldığı müalicəyə görə əmək qabiliyyətsiz hesab edilmişdir.

6. X8 Gülüstan ASM-nin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı həmin Mərkəzdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Böyrəkdaşı xəstəliyi; Nefrogen hipertenziya; Xroniki pielonefritin kəskinləşməsi” diaqnozları üzrə müalicədə olmuşdur.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-17/3/2-H-235-6/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhərinə yaxın penitensiar müəssisələrdə hazırda vakant ştat vahidləri olmadığı üçün müraciətinin təmini qeyri-mümkün olmuşdur.

8. Şəki penitensiar müəsissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı İlqar Ramazanov tərəfindən təqdimat verilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilməsinə baxmayaraq, elə həmin tarixdən xidmətə gəlmədiyi, onunla əlaqə saxlanıldığı və onun xidmətə çıxmayacağını bildirdiyi, hal-hazırda da xidmətə çıxmadığı bildirilərək, xidməti davamiyyətində yol verdiyi ciddi nöqsanlara görə ədliyyə mayoru İddiaçı barəsində araşdırma aparılaraq qanunamüvafiq tədbir görülməsinə sərəncam verilməsi xahiş edilmiş və təqdimat baxılması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətə göndərilmişdir.

9. Penitensiar xidmət tərəfindən xx.xx.2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə 3-16-17/9/2-9731/2023 nömrəli məktub ünvanlanaraq, xidmətin əməkdaşı İddiaçı Gəncə şəhər xəstəxanalarında açılmış xəstəlik vərəqələrinin qanuni olaraq verilib-verilməməsi barədə araşdırma aparılıb məlumat verilməsi xahiş edilmiş və həmin məktuba “TƏBİB” phş xx.xx.2023-cü il tarixli 18-1/2- 8479/2023 nömrəli cavab məktubunda bildirmişdir ki, müraciətdə qeyd olunan məsələ ilə bağlı aparılmış araşdırma ilə müəyyən olmuşdur ki, İddiaçı Samux Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (Gəncə ŞBX) Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrində hər hansı pozuntu aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı Gəncə ŞBX-nin Gülüstan ASM-i tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli, 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuşdur. Eyni zamanda bildiririk ki, İddiaçı Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi (Gülüstan ASM) tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamış və vətəndaşa təqdim edilməmişdir. Yuxarıda qeyd olunan xx.xx.2023cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində aşkar olunan nöqsana görə Gülüstan ASM-in şöbə müdiri X9 və həkim-terapevtlər X3 və X4 barəsində intizam tənbehi tədbiri görülmüşdür.

10. Şəki Penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı işə çıxmaması barədə tərtib edilmiş çoxsaylı aktlardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətə çıxmamışdır.

11. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli rəyi ilə araşdırmanın nəticəsinin Penitensiar xidmətin rəhbərliyinə məruzə olunması, əmək intizamını pozaraq üzürsüz səbəbdən xidmətə çıxmadığına, araşdırma zamanı qeyrisəmimilik nümayiş etdirdiyinə görə Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı ciddi intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli 56/i nömrəli əmri ilə əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzürsüz səbəbdən xidmətə çıxmadığına, araşdırma zamanı qeyri-səmimilik nümayiş etdirdiyinə, habelə digər ciddi pozuntulara yol verdiyinə görə Şəki penitensiar müəssisəsinin Rejimnəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.2, 4.1 və 7.6-cı bəndinin tələblərini pozması əsası ilə ədliyyə orqanlarından xaric edilmə növündə intizam məsuliyyətinə cəlb edilmişdir. Şəki penitensiar müəssisəsinin təqdimatı, Daxili təhqiqat şöbəsinin rəyi və araşdırma materialı.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 841/k nömrəli əmri ilə Penitensiar xidmətin Şəki penitensiar müəssisəsinin rejimnəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixə qulluq müddəti: təqvimi hesablama ilə 17 il 10 ay 11 gün, güzəştli hesablama ilə 22 il 05 ay 18 gün təşkil edir. Əsas: Penitensiar xidmət üzrə xx.xx.2023-cü il tarixli 56/i saylı əmr.

14. Məhkəmənin sorğusuna Şəki penitensiar müəssisəsisinin xx.xx.2024-cü il tarixli 3-16-17/37/2-2565/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şəki penitensiar müəssisəsinin sabiq əməkdaşı İddiaçı xx.xx.2023-cü il tarixli 378/k nömrəli əmrlə Şəki penitensiar müəssisesinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Lakin sabiq əməkdaş İddiaçı əmr verilən tarixdən xidməti iş yerinə gəlməmişdir. Onunla mütamadi olaraq mobil rabitə vasitəsi ilə əlaqə yaradılmış hansı səbəbdən xidmətə gəlmədiyi soruşulmuş, o öz növbəsində Şəki penitensiar müəssisəsinə xidmətə gəlməyəcəyini bildirmişdir. İddiaçı xidmət yerinə gəlməməyinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinə təqdimat göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Şəki penitensiar müəssisəsinə İddiaçı ədliyyə orqaniarından xaric olması ilə bağlı xx.xx.2023-cü il tarixli 841/k nömrəli əmr daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə İddiaçı istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə zəng edilərək onunla mobil əlaqə yaradılmış və onun ədliyyə orqanlarından xaric olunduğu bildirilmiş və əmrlə tanış olması üçün Şəki penitensiar müəssisəsinə dəvət edilmişdir. Lakin İddiaçı Şəki penitensiar müəssisəsinə gəlməkdən imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmişdir.

15. Məhkəmənin sorğusuna Gülüstan Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 68 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtib edilməsi zamanı heç bir qayda pozuntusuna yol verilməmişdir. Həmin tarixdə Həsənov X6 ASM-də müayinə və ambulator müalicə almışdır. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək Gülüstan Ailə Sağlamlıq Mərkəzində ambulator müayinə-müalicədə olmuşdur. İddiaçı ixtisaslaşmış müxtəlif özəl xəstəxanalarda fizioterapevtik müalicələr aldığı üçün əmək qabiliyyətinin olmaması vərəqəsi tərtib edilməmişdir.

16. Məhkəmənin sorğusuna “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1/2-8392/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin (Xəstəxana) strukturunda fəaliyyət göstərən Gülüstan Ailə Sağlamlıq Mərkəzində (ASM) vətəndaş İddiaçı verilən tibbi sənədlərin qeydiyyatı, tərtibatı və əsaslandırılmasında pozuntular aşkar edilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, məktubda qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin (ƏQOV) kötüyündə xx.xx.2023 tarixi yazılmışdır. "Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı"nda ƏQOV-un xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində açılıb-bağlanması göstərilmişdir. Penitensiar Xidmət tərəfindən təqdim olunmuş vətəndaş İddiaçı aid ƏQOV isə (kötük hissədən qoparılmış əsas hissədə) xx.xx.2023-xx.xx.2023 tarixlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiqlənmiş "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında Təlimat"ın (Təlimat) 7-ci bəndinə əsasən həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya xəsarət üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. Təlimatın 8-ci bəndində isə qeyd olunur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gündən çox artırılması üçün müalicə həkimi tərəfindən xəstəlik vərəqəsinin davamı tərtib edilir. Həmin xəstəlik vərəqəsi Təlimatın 11-ci hissəsi nəzərə alınmaqla yalnız Həkim Məsləhət Komissiyasının (HMK) sədrinin, tibb müəssisəsində HMK olmadıqda isə baş həkimin və ya bu hissənin Qeydində göstərilən hallarda şöbə müdirinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Yuxarıda qeyd olunanlara baxmayaraq, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı verilən ƏQOV HMK-nın rəyi nəzərə alınmadan 33 günə qədər uzadılmışdır. Həmçinin "Xroniki pielonefritin kəskinləşməsi, Arterial hipertoniya" diaqnozu ilə açılmış sözügedən ƏQOV-un 33 günə qədər uzadılmasına əsas verən laborator və instrumental müayinə nəticələrinin Xəstəxana tərəfindən araşdırma çərçivəsində təqdim edilməsi mümkün olmamışdır. Məlumat üçün qeyd edirik ki, ASM ilkin tibbi sanitariya yardımı göstərən müəssisədir. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən ilkin tibbi-sanitariya yardımı əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür. Vətəndaş İddiaçı ASM-ə müraciəti ilə əlaqədar bildiririk ki, İddiaçı adına tərtib edilmiş ambulator tibbi kitabçaya əsasən vətəndaşın Gülüstan ASM-ə xx.xx.2023 və xx.xx.2023 tarixlərdə (diaqnoz: Hər iki böyrəyin nefrolitiazı, Xroniki pielonefrit), e-tabib portalından əldə edilmiş məlumatlara əsasən isə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixlərdə müraciətlərinin qeydiyyata alındığı məlum olmuşdur. Sözügedən tarixlərdə vətəndaşın əmək qabiliyyətinin itirilməsinə əsas olan laborator və instrumental müayinə nəticələri təqdim edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Təlimata əsasən xəstəlik və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqələri həmin gündən tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilir. Əlavə olaraq bildiririk ki, vətəndaş X12 ASM-də ailə həkimi-terapevt vəzifəsində işləyir. Yuxarıda qeyd edilən çatışmazlıqlar ilə əlaqədar Xəstəxana tərəfindən də araşdırma aparılmış, xx.xx.2023-cü il tarixində X7 iclası keçirilmiş və Xəstəxananın xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əmrləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydalara uyğun olaraq pozuntuya yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbehi tədbirləri görülmüşdür.

17. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin “İddiaçı barəsində xidməti araşdırmanın aparılmasına dair” xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin 3-T nömrəli 30 yanvar 2009-cu il tarixli əmrilə təsdiq ediliş "Ədliyyə orqanlarında xidməti yoxlamaların aparılması Qaydaları"na uyğun olaraq 2 saylı İstintaq Təcridxanasının rəisinin təqdimatına əsasən 23.05 2023-cü il tarixdən İddiaçı üzərinə düşən vəzifə və funksiyaları tələb olunan səviyyədə yerinə yetirməməsi ilə bağlı barəsində xidməti yoxlama başlamışdır. Xidməti araşdırma zamanı aidiyyəti struktur qurumlardan sənədlər sorğulanmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə 378/k saylı xx.xx.2023-cü il tarixli əmrlə Şəki penitensiar müəssisənin Rejim-nəzarət söbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Lakin əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmamışdır. Bununla bağlı müxtəlif tarixlərdə Şəki penitensiar müəssisəsi tərəfindən çoxsaylı aktlar tərtib edilmişdir. Xidməti araşdırma zamanı İddiaçı müxtəlif tarixlərdə verilmiş xəstəlik vərəqələrinin qanuni olub-olmaması barədə xx.xx.2023-cü il tarixli 3-16- 17/19/2-0731/2023 saylı məktubla Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə müraciət edilmişdir. Lakin sorğulanmış məlumatlar Penitensiar xidmətə daxil olmadığına görə, əlavə araşdırılması tələb olunan halların mövcudluğunu nəzərə alaraq xidməti yoxlama xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə birliyi ilə telefon danışığı zamanı həmin qurumun əməkdaşı ünvanlanmış məktubla bağlı hal-hazırda araşdırma aparılır və qısa müddət ərzində yazılı cavab veriləcəyini bildirmişdir. Əlavə araşdırılması tələb olunan halların mövcudluğunu nəzərə alaraq xidməti yoxlama xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin xx.xx.2023-cü il tarixli, 18-1/2-8479/2023 2 nömrəli cavab məktubu Penitensiar xidmətə daxil olmuşdur. Məktubda göstərilmişdir ki, İddiaçı Gəncə ŞBX-nin Gülüstan ASM-i tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, İddiaçı Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamış və vətəndaşa təqdim edilməmişdir. Yuxarıda qeyd olunan xx.xx.2023-cü il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində aşkar olunan nöqsana görə Gülüstan ASM-in şöbə müdiri X9 və həkim-terapevtlər X3 və X4 barəsində intizam tənbehi tədbiri görülmüşdür. Yuxarıda adı çəkilən qaydaların 5-ci bəndinə əsasən araşdırmanın nəticəsinə uyğun olaraq arayış tərtib olunmuşdur. Odur ki, əmək intizamını pozaraq üzrsüz səbəbdən xidmətə çıxmadığına, araşdırma zamanı qeyri-səmimilik nümayiş etdirdiyinə görə Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı ciddi intizam məsuliyyətinə cəlb olunması məsələsinə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Penitensiar xidmət üzrə 56/i saylı xx.xx.2023-cü il tarixli əmrlə "ədliyyə orqanlarından xaric etmə" növündə intizam məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı xidmət üzrə xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. II. Məhkəmədə icraat

18. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı İstintaq Təcridxanasının rəisinin xx.xx.2023-cü il tarixli 96ş/h saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti üzrə xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlərin ləğv edilməsi, əvvəlki iş yerində, yəni Gəncə 2 saylı İstintaq Təcridxanasında rəisin növbətçisi vəzifəsində saxlanılmaqla işə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Tələb onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 2 saylı X2 böyük inspektor (yanğından mühafizə üzrə) vəzifəsinə qulluğa qəbul olunmuşdur. Bundan sonra xidmətdə irəli çəkilərək həmin təcridxanada baş inspektor və rəisin növbətçi köməkçisi vəzifələrində işləmiş, işlədiyi illərdə həmişə nizam-intizamlı olmuş və 13 il ərzində bir dəfə də olsun intizam tənbehi almamışdır. 2023-cü ilin aprel ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X5 Qasım Əliyev rəis təyin edilmiş və o, gələn bir gündən qanunsuz və əsassız olaraq ona qarşı qərəzlik etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq ona töhmət vermiş, buna səbəb də guya onun otağında başqa əməkdaşların olması olmuşdur. Hansı ki, həmin vaxt onun otağında onun tabeçiliyində olan 3 əməkdaş olub. Ona töhmət verilən vaxt o, məzuniyyətdə olmuş, onu məzuniyyətdən geri çağırmışlar və təqdimatını vermişlər. Bundan sonra xx.xx.2023-cü il tarixdə onun xəbəri və razılığı olmadan Şəki Penitensiar Xidmətinə rejim inspektoru təyin edilmişdir, hansı ki, həmin vəzifə onun işlədiyi vəzifədən 2 vəzifə və 1 rütbə aşağı vəzifə olub. Bundan sonra o, stress keçirmiş və 3 ay davamlı olaraq müalicə olunmuşdur, aidiyyəti üzrə iş yerinə gedə bilməmiş, Gəncə şəhərində xəstəxanada bülleten açdırmış və bülletendə olmuşdur. xx.xx.2023-cü il tarixdə daxili təhqiqat onu Bakıya başqa adla çağırmış, işə çıxmamağının səbəbini soruşmuş, o da səhhətinin və ailə vəziyyətinin buna imkan vermədiyini bildirmişdir. Həmin vaxt ona demişlər ki, vəsiqəni ver get və ona həmin vaxt yeni vəsiqə verilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, onun ərizələrinə və müraciətlərinə heç bir reaksiya verilmədən xx.xx.2023-cü il tarixdə o, ədliyyə orqanlarında qulluqdan xaric edilmişdir. Onun işdən azad edilməsindən və əmrinin verilməsindən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, nə əmrin surəti, nə əmək kitabçası, nə də ki digər sənədlər və ödənişlər ona ödənilməmiş, rəsmi olaraq ona məlumat verilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsi, Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi aktlar imperativ norma olaraq Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsinin əsaslarını göstərmişdir. Yuxarıda qeyd etdiyi kimi işlədiyi müəssisənin rəhbərliyi tərəfindən qərəzli olaraq ona töhmət verilmiş, bundan sonra da qanunsuz və əsassız olaraq iş yeri dəyişdirilərək Şəki Penitensiar müəssisəsinə 2 vəzifə və 1 rütbə aşağı vəzifəyə təyin edilmişdir. Bundan sonra stress keçirərək mütəmadi müalicə olunmuş və səhhəti ilə bağlı işə çıxa bilməmişdir. Bununla bağlı da yuxarı rəhbərliyə məlumat vermişdir.

20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidməti üzrə xx.xx.2023-cü il tarixli, 841/k saylı əmrin ləğv edilməsi, iddiaçının sonuncu iş yeri Şəki Penitensiar xidmətində rejim inspektoru vəzifəsinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcbui işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi” tələbinə dəyişdirilmişdir.

21. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2023-cü il tarixli, 56/i saylı əmrin ləğv edilməsi, sonuncu iş yeri üzrə Şəki penitensiar müəssisəsində Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcbui işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi” tələbinə dəyişdirilmişdir.

22. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, xx.xx.2023-cü il tarixli 56/İ saylı və xx.xx.2023cü il tarixli 841/k saylı əmrlərin ləğv edilməsi, iddiaçının sonuncu iş yeri Şəki Penitensiar xidmətində rejim inspektoru vəzifəsinə bərpa olunması, xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

24. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

25. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

26. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır

27. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, iddiaçı hazırkı tələbində xx.xx.2023-cü il tarixli 56/İ saylı və xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlərin ləğv edilməsini xahiş edir.

28. Hansı ki, iş materialları ilə sözügedən əmrlərin iddiaçıya rəsmi təqdim edilməsi müəyyən edilməmişdir (cavabdeh tərəf rəsmi təqdimetmənin baş tutmasını sübuta yetirə bilməmişdir). Qəbul edilmiş əmrlər barədə məlumatın verilməsi isə əmrin rəsmi təqdim edilməsi demək deyildir.

29. İPM-ə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, ... qaldırıla bilər.

30. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

31. Hazırki mübahisə dövlət qulluqçusu ilə cavabdeh inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının xidməti yaşayış sahəsi olmadığından, hazırkı işə iddiaçının yaşayış yeri üzrə baxılır. İddiaçının yaşayış yeri olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

32. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

33. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

34. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

35. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri X13 və X14 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

36. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Penitensiar xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul edilmişdir. 2 saylı İstintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsində işləyərkən intizam məsuliyyətinə cəlb edilərək Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanası üzrə 96 ş/h saylı xx.xx.2023-cü il tarixli əmrlə ona "töhmət" elan edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə 378/k saylı xx.xx.2023cü il tarixli əmrlə Şəki penitensiar müəssisənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmadığına və digər ciddi pozuntulara yol verdiyinə görə Penitensiar xidmət üzrə 56/i saylı xx.xx.2023-cü il tarixli əmrlə "ədliyyə orqanlarından xaric etmə" növündə intizam məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı xidmət üzrə xx.xx.2023-cü il tarixli 841/k saylı əmrlə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Qeyd etmək lazımdır ki, ədliyyə mayoru İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətə çıxmamış, bunun guya onun xəstəliyi ilə əlaqədar olmasını göstərmək üçün Gəncə şəhəri və Samux rayonunda yerləşən müxtəlif səhiyyə müəssisələrinin işçiləri ilə sövdələşərək əmək qabiliyyətinin olmaması vərəqələri əldə etmişdir. İddiaçı araşdırmaya təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqələrinin qanuni olaraq verilib-verilməməsi ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə sorğu göndərilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin cavab məktubunda göstərilmişdir ki, Gəncə ŞBX-nin Gülüstan ASM tərəfindən təqdim edilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuşdur. Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi ümumiyyətlə açılmamış və vətəndaşa təqdim edilməmişdir. Xidməti araşdırma zamanı ədliyyə mayoru İddiaçı öz nöqsanlarını etiraf etmək əvəzinə qeyri-səmimilik nümayiş etdirmiş və öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. R. Həsənov iddia ərizəsinin 5-ci səhifəsində qeyd edir ki: "işlədiyim müəssisənin rəhbərliyi tərəfindən qərəzli olaraq mənə töhmət verilib və bundan sonra da qanunsuz və əsassız olaraq iş yerim dəyişdirilərək Şəki Penitensiar müəssisəsinə 2 vəzifə və 1 rütbə aşağı vəzifəyə təyin edilmişəm". Bununla bağlı qeyd etmək lazımdır ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 32.10-cu maddəsinə əsasən ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, İddiaçı Şəki penitensiar müəssisənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilməsi barədə 378/k saylı xx.xx.2023-cü il tarixli əmri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində (inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində-xx.xx.2023-cü il tarixədək) mübahisələndirə bilərdi. Göründüyü kimi, İddiaçı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.11-ci maddəsinin və "Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları"nın 2.2, 4.1ci və 7.6-cı bəndlərinin tələblərini pozmuşdur.

37. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil məhkəmənin iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

38. İddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmr qərəzli olaraq verilmiş, yaşayış yerindən uzağa və işlədiyi vəzifədən 2 vəzifə və 1 rütbə aşağı vəzifəyə dəyişdirilmişdir. O, həm ailə vəziyyəti, həm də xəstəliyi ilə bağlı Şəki penitensia müəssisədə xidmətə çıxa bilməmişdir. O, xx.xx.2023-cü il tarixədək xəstə olmuş, bu barədə tibb müəssisələrinin xəstəlik vərəqələri mövcud olmuşdur. Sentyabr 10-da Xidmətin Daxili təhqiqat şöbəsindən zəng gəlmiş və izahat alınması üçün şöbəyə dəvət olunmuş, izahat alındıqdan sonra isə xidməti vəsiqəsi təhvil alınmışdır. O, şöbədə vəsiqəsi olmadan xidmətə necə çıxacağını soruşmuş, ona orada xidməti araşdırma bitənədək onlardan cavab gözləməyi bildirmişlər. Həmin vaxtdan 2 ay yarım keçdikdən sonra ona məlumat verilmədən, uzun müddət ədliyyə orqanlarında qüsursuz xidmət keçməsini nəzərə almadan, ədliyyə orqanlarından xaric etmişlər. Xidməti vəsiqəsi olmadan Şəki penitensiar müəssisəyə daxil olmağa icazə verməyəcəkləri üçün həmin tarixdən sonra xidmətə çıxmamış, araşdırmanın yekunlaşmasını gözləmişdir. Xidməti vəsiqəsi 2 saylı İstintaq təcridxanasında işlədiyi vəzifə və rütbəyə uyğun vəsiqə olmuşdur. Şəki penitensiar müəssisə üzrə xidməti vəsiqə ilə təmin olunmamışdır. O, heç bir tibb müəssisəsi ilə sövdələşməmiş, həqiqətən böyrək və təzyiq problemi olmuşdur. Hər üç müəssisədə də məhz həmin diaqnozlarla müalicədə olmuşdur. Onun mütləq şəhər (rayon) Mərkəzi Xəstəxanada müayinə-müalicə olunmaqla və həmin xəstəxanalardan aldığı xəstəlik vərəqələrinin Ədliyyə Nazirliyinin Tibb baş idarəsində qeydiyyata alırmaqla bağlı göstərişlərdən məlumatı olmamış, müayinə-müalicə olunduğu tibb müəssisələrində də əmək qabiliyyətinin olmaması barədə vərəqələr açdırmışdır. Sonuncu müayinəmüalicəsi Gülüstan Ailə Sağlamlıq Mərkəzində olmuş və həmin Mərkəz tərəfindən ona əmək qabiliyyətinin olmaması barədə vərəqənin açılmamasının səbəbi barədə məlumatı yoxdur. O, zənn etmişdir ki, həmin Mərkəz tərəfindən ona təqdim edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış elə əmək qabiliyyətinin olmaması barədə vərəqədir. Digər tərəfdən isə, bu, onun günahı deyildir, müalicə həkiminin səhvidir və həkim həmin səhvinə görə cəzalandırılmışdır. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək heç bir özəl xəstəxanada fizioterapevtik müalicələr almamışdır və Gülüstan Ailə Sağlamlıq Mərkəzinin məhkəmənin sorğusuna verdiyi cavab məktubunda onun özəl xəstəxanalarda fizioterapevtik müalicələr alması barədə qeydin edilməsinin səbəbini bilmir. O, yalnız A.Səhhət adına Xəstəxananın verdiyi əmək qabiliyyətinin olmaması vərəqəsini Tibb baş idarəsində qeydiyyatdan keçirməsi, digər vərəqələri isə qeydiyyatdan keçirmək üçün Tibb baş idarəsinə göndərməməsinin səbəbini bilmir. Əmək qabiliyyətinin itirilməsinə görə müavinət ona ödənilməmiş, o, həmin müavinətin ödənilməməsinin səbəbini xidmət yerindən maraqlanmamışdır. Bunun səbəbi isə nə vaxtsa ödənilməsinə ümid etməsi olmuşdur. Hesab edir ki, hətta cavabdeh orqanın istinad etdiyi pozuntuları törətmiş olsa belə, ona ən ağır intizam tənbeh tədbiri tətbiq edilmiş və bu zaman onun mayor rütbəsində olmaqla, uzun illər ədliyyə orqanlarında xidməti, şəxsi keyfiyyətləri nəzərə alınmamışdır. Hansı ki, ədliyyə orqanlarından xaric etmə ən sonuncu və ən ağır tənbeh növüdür, o, tətbiq edilməzdən əvvəl ona nisbətdə daha yüngül digər hər hansı tənbeh tədbiri tətbiq edilə bilərdi. Bu da cavabdeh orqanın ona qarşı qərəzinin sübutudur.

39. Cavabdehin nümayəndələri X13 və X14 məhkəmə iclasında yazılı etirazda göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişlər.

40. X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının xidmət yeri olan Şəki pensitensiar müəssisəsindən İddiaçı xidmətə çıxmaması ilə bağlı araşdırma aparılması barədə təqdimat Penitensiar xidmətə xx.xx.2023-cü il tarixdə daxil olmuş və Daxili təhqiqat şöbəsində xx.xx.2023-cü il tarixdə xidməti araşdırma başlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə izahatı alınması üçün Daxili təhqiqat şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır. İzahatında iddiaçı xəstəliyi ilə yanaşı ailə vəziyyəti ilə əlaqədar, yəni Şəki şəhərində yerləşən penitensiar müəssisəsində işə çıxa bilməyəcəyi üçün xidmətə çıxmadığını bildirmişdir. Təlimatla araşdırma müddəti 20 iş günüdür və 20 iş gününədək uzadıla bilər. İddiaçı xidmətə çıxmamasının üzrlü səbəbi kimi müxtəlif tibb müəssisələrindən xəstəlik vərəqələri təqdim etdiyi üçün TƏBİB-ə sorğu verilməsi zərurəti yaranmış və xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavab alınmadığı üçün təqdimatın nəzarət müddəti xx.xx.2023-cü il tarixdə uzadılmışdır. TƏBİB-in xx.xx.2023-cü il tarixli cavab məktubu Daxili təhqiqat şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş və xx.xx.2023-cü il tarixdə araşdırmanın yekunları barədə rəy (arayış) tərtib edilmiş və rəyə uyğun olaraq iddiaçıya həmin tarixdə “ədliyyə orqanlarından xaric etmə” növündə intizam tənbeh tədbiri tətbiq edilmiş və bununla da onun ədliyyə orqanlarında xidmət keçməsinə xitam verilmişdir. İddiaçı ona qərəzli olaraq ən ağır tənbeh tədbirinin tətbiq edildiyini iddia edir, lakin bu dəlillər əsassızdır. Bununla bağlı bildirirəm ki, iddiaçıya həmin intizam tənbehinin verilməsi “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, ədliyyə orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən törədilən xətanın xarakteri, dəfələrlə törədilməsi və s. kimi hallar nəzərə alınır. İddiaçı da həmin pozuntunu mütəmadi olaraq törətdiyinə, yəni üzrlü səbəb olmadan dəfələrlə xidmətə çıxmadığına görə, daha əsası isə il ərzində barəsində iki dəfə intizam tənbehi cəzası (töhmət və aşağı vəzifəyə keçirmə) tətbiq edildiyinə və iddiaçı bunlardan nəticə çıxarmadığına görə həmin tənbeh tədbiri görülmüşdür. İddiaçı xidmətə çıxmamasının üzrlü səbəbi kimi xəstə olmasını əsas gətirərək, müxtəlif tibb müəssisələrindən aldığı xəstəlik vərəqələrini təqdim etsə də, TƏBİB-dən alınmış məlumatlarla həmin vərəqələrin düzgün tərtib edilmədiyi, sövdələşmə yolu ilə verildiyi məlum olmuşdur. İkinci tərəfdən isə, ədliyyə orqanlarının işçilərinə tibb xidmətini Ədliyyə Nazirliyinin Tibb baş idarəsi həyata keçirir, lakin regionlarda olan ədliyyə işçilərinin hər dəfə tibbi xidməti üçün Bakı şəhərində yerləşən İdarəyə gəlmələrinin onlar çətinlik yaratması nəzərə alınaraq, rəhbərlik əməkdaşların xidmət etdikləri şəhər (rayon) Mərkəzi Xəstəxanalarında müayinə-müalicə olunmalarına icazə vermişdir, bir şərtlə ki, xəstəlik vərəqələrini Tibb baş idarəsində qeydiyyata aldırsınlar. İddiaçının da həmin daxili qaydadan məlumatı olmuş, buna baxmayaraq üç fərqli tibb müəssisəsindən - A.Səhhət adına Xəstəxana, Samux Rayon Mərkəzi Xəstəxanası və Gülüstan Ailə Sağlamlıq Mərkəzindən xəstəlik vərəqələri almış və yalnız birincini (A.Səhhət adına Xəstəxanadan aldığı) Tibb baş idarəsində qeydiyyatdan keçirmişdir. İddiaçıya əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilməmişdir. Səbəbi barədə isə dəqiq məlumatı yoxdur. Həqiqətən də iddiaçıya məxsus xidməti vəsiqə xx.xx.2023-cü il tarixdə xidmətin daxili təhqiqatına çağırılan zaman alınmışdır. Buna səbəb isə xidmətdən xaric edildikdən sonra bəzi sabiq əməkdaşların xidməti vəsiqələri təhvil verməmələri və ondan sui-istifadə etmələridir. Ona görə də, daxili qayda bundan ibarət olmuşdur ki, barələrində xidməti araşdırma başlayan şəxslərin xidməti vəsiqələri xidməti araşdırma başa çatanadək alınmalı, xidmətdən xaric edilməyəcək əməkdaşların vəsiqələri araşdırm başa çatdıqdan sonra özlərinə geri qaytarılmalıdır. İddiaçıdan alınmış vəsiqə 2 saylı İstintaq təcridxanasında xidmət etdiyi dövrdə verilmiş vəsiqə olmuşdur. İddiaçının xidmət yeri Şəki penitensiar müəssisəyə dəyişdirildikdən sonra bir gün belə xidmətə çıxmadığına görə həmin müəssisənin əməkdaşı olaraq vəsiqə ilə təmin edilməmişdir. Xidməti vəsiqə olmadan müəssisəyə buraxılmayacağına dair iddiaçının dedikləri ona görə əsassızdır ki, xidməti vəsiqə olmadığı halda (məsələn, etibarlılıq müddəti bitdikdən sonra yenisi ilə əvəz olunan hallarda və s.) əməkdaşın ad-soyadı, xidmət yeri, vəzifəsi və şəkli əks olunmuş vərəqə təqdim edilir və həmin vərəqə əsasında müəssisəyə daxil ola bilir.

41. Yekun məhkəmə aktının elan olunması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

42. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının xx.xx.2023-cü il tarixli 96ş/h nömrəli əmri; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının rəis vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən ədliyyə polkovnikleytenantı Qasım Əliyev tərəfindən verilmiş təqdimat; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli 378/k nömrəli əmri; - A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi; - Şəki Penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru ədliyyə mayoru İddiaçı işə çıxmaması barədə aktları; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-17/3/2-H-235-6/2023 nömrəli cavab məktubu; - Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi; - X8 Gülüstan ASM-nin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi; - X8 Gülüstan ASM-nin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış; - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 198-1/2-8479/2023 nömrəli məktubu; - Şəki penitensiar müəsissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı İlqar Ramazanov tərəfindən verilmiş təqdimat; - Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli rəyi; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli 56/i nömrəli əmri; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli 841/k nömrəli əmri; - Şəki Penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin rəisi ədliyyə mayoru Ramil Əliyev, Qeydiyyat şöbəsinin rəisi ədliyyə mayoru Hüseyn Musayev, baş-mühasibşöbə rəisi ədliyyə kapitanı Elyar Fərəcov, böyük inspektor (kadr üzrə) ədliyyə kapitanı Sərxan Məmmədov, kiçik inspektor (kadr üzrə) ədliyyə giziri Xanlar Yunusov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt; - Şəki Penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin rəisi ədliyyə mayoru Ramil Əliyev, Qeydiyyat şöbəsinin rəisi ədliyyə mayoru Hüseyn Musayev, baş-mühasibşöbə rəisi ədliyyə kapitanı Elyar Fərəcov, böyük inspektor (kadr üzrə) ədliyyə kapitanı Sərxan Məmmədov, kiçik inspektor (kadr üzrə) ədliyyə giziri Xanlar Yunusov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-17/3/2-H-235/3/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Kadrlar idarəsinin xx.xx.2024-cü il tarixli qəbzi; - Məhkəmənin sorğusuna Şəki penitensiar müəssisəsisinin xx.xx.2024-cü il tarixli 3-16-17/37/2-2565/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ Gülüstan Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli 68 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1/2-8392/2024 nömrəli cavab məktubu; - Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin “İddiaçı barəsində xidməti araşdırmanın aparılmasına dair” xx.xx.2024-cü il tarixli arayışı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

43. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

44. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı 2 saylı İstintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsində işləyərkən intizam məsuliyyətinə cəlb edilərək Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanası üzrə 96 ş/h saylı xx.xx.2023-cü il tarixli əmrlə mədəni davranış prinsiplərini pozduğuna görə ona "töhmət" elan edilmiş, daha sonra xidmət keçdiyi müəssisə rəhbərinin təqdimatı əsasında Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 378/k nömrəli əmri ilə 03 iyun 2023-cü il tarixdən 2 saylı istintaq təcridxanasının baş inspektoru (rəisin növbətçi köməkçisi) vəzifəsindən azad olunub, Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir.

45. İddiaçı xx.xx.2023-cü il tarixdən xidmət yerinə çıxmamış, bu barədə Şəki penitensiar müəssisəsi tərəfindən xidmətə çıxmadığı günlər üzrə çoxsaylı aktlar tərtib edilmişdir.

46. Müəssisə tərəfindən İddiaçıla telefon vasitəsilə əlaqə saxlanılaraq, xidmətə çıxmamasının səbəbi soruşulduqda, sonuncu xidmətə çıxmayacağını bildirdiyi üçün həmin müəssisənin rəhbəri tərəfindən təqdimat verilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilməsinə baxmayaraq, elə həmin tarixdən xidmətə gəlmədiyi, onunla əlaqə saxlanıldığı və onun xidmətə çıxmayacağını bildirdiyi, hal-hazırda da xidmətə çıxmadığı bildirilərək, xidməti davamiyyətində yol verdiyi ciddi nöqsanlara görə ədliyyə mayoru İddiaçı barəsində araşdırma aparılaraq qanunamüvafiq tədbir görülməsinə sərəncam verilməsi xahiş edilmiş və təqdimat baxılması üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətə göndərilmişdir.

47. Sözügedən təqdimat üzrə xidməti araşdırma başlanılmış və iddiaçı izahatı alınması üçün xx.xx.2023-cü i tarixdə Penitensiar xidmətin Daxili təhqiqatlar şöbəsinə dəvət olunmuşdur.

48. İddiaçı izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən Şəki penitensiar müəssisəsinin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Həmin gündən bugünədək xidmətə çıxmır, lakin Gəncə şəhəri və Samux rayonunda xəstəlik vərəqələri açdırmışdır. Xəstəlik vərəqəsi açdırmasına səbəb 2 saylı İT-dan vəzifədən azad edildiyi üçün ailə vəziyyəti ilə əlaqədar Şəki penitensiar müəssisəsində xidmət edə bilmədiyi üçün xidmətə çıxmamışdır. Bu barədə Şəki penitensiar müəssisəsinin rəhbərliyi tərəfindən ona zəng olunaraq, bildirilmişdir ki, hansı səbəbdən işə çıxmır. O da səhhəti ilə bağlı xəstəliyi ilə bağlı xəstəlik vərəqəsi açdırdığı üçün xidmətə çıxmayacağını bildirmişdir. İddiaçı “Hansı səbəbdən Tibb baş idarəsinin poliklinikasına xəstəliklə bağlı müraciət etməməsiniz?” sualına belə cavab vermişdir ki, səhhəti ilə əlaqəli Gəncə şəhərində müalicə aldığı üçün müalicə müddətində olduğu üçün məlumat verə bilməmişdir. İddiaçı “xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəlik vərəqəsi olduğunu deyirsiniz, lakin xəstəlik vərəqəsinin tarixi xx.xx.2023-cü il tarixədəkdir, bu barədə nə deyə bilərsiniz?” sualına belə cavab vermişdir ki, xx.xx.2023-cü il tarixi vərəqinin açılma tarixidir, dünən, bazar günü – xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. O, hazırda Baş İdarədə olduğu üçün gətirə bilməmişdir. Müalicəsi ürək, təzyiq və böyrəklə bağlı olub, lakin xəstəxanada yatmamışdır, ev şəraitində müalicə olunmuşdur. İddiaçı “Hal-hazırda səhhətinizdə hər hansısa problemlər varmı, xidmətə davam edə bilərsinizmi?” sualına belə cavab vermişdir ki, düşünür ki, hazırda səhhəti ilə bağlı problem yoxdur. Lakin ailə durumu nəzərə alınaraq, oğlunun hərbi xidmətdə olması, qızının azyaşlı olması, yoldaşının təhsil müəssisəsində işləməsi ilə əlaqədar gündəlik iş rejimində işləməsi ona çətinliklər yaradır.

49. İddiaçı tərəfindən xidməti araşdırmaya A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi, Samux Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi, X8 Gülüstan ASMnin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi və X8 Gülüstan ASM-nin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış təqdim edilmiş və Penitensiar xidmət tərəfindən xx.xx.2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə 3-16-17/9/2-9731/2023 nömrəli məktub ünvanlanaraq, xidmətin əməkdaşı İddiaçı Gəncə şəhər xəstəxanalarında açılmış xəstəlik vərəqələrinin qanuni olaraq verilib-verilməməsi barədə araşdırma aparılıb məlumat verilməsi xahiş edilmiş və həmin məktuba “TƏBİB” phş xx.xx.2023-cü il tarixli 18- 1/2-8479/2023 nömrəli cavab məktubunda bildirmişdir ki, müraciətdə qeyd olunan məsələ ilə bağlı aparılmış araşdırma ilə müəyyən olmuşdur ki, İddiaçı Samux Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (Gəncə ŞBX) Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrində hər hansı pozuntu aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, İddiaçı Gəncə ŞBX-nin Gülüstan ASM-i tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında" xx.xx.1993-cü il tarixli, 9 nömrəli qərarının 2 nömrəli əlavəsinin tələbləri pozularaq tərtib olunmuşdur. Eyni zamanda bildiririk ki, İddiaçı Gəncə ŞBX-nin Gülüstan Ailə Sağlamlıq Mərkəzi (Gülüstan ASM) tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamış və vətəndaşa təqdim edilməmişdir. Yuxarıda qeyd olunan xx.xx.2023cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində aşkar olunan nöqsana görə Gülüstan ASM-in şöbə müdiri X9 və həkim-terapevtlər X3 və X4 barəsində intizam tənbehi tədbiri görülmüşdür.

50. Eyni zamanda, məhkəmənin sorğusuna da “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1/2-8392/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin (Xəstəxana) strukturunda fəaliyyət göstərən Gülüstan Ailə Sağlamlıq Mərkəzində (ASM) vətəndaş İddiaçı verilən tibbi sənədlərin qeydiyyatı, tərtibatı və əsaslandırılmasında pozuntular aşkar edilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, məktubda qeyd olunan xx.xx.2023-cü il tarixli ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin (ƏQOV) kötüyündə xx.xx.2023 tarixi yazılmışdır. "Əmək qabiliyyətini itirmə vərəqələrinin qeydiyyat kitabı"nda ƏQOV-un xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində açılıb-bağlanması göstərilmişdir. Penitensiar Xidmət tərəfindən təqdim olunmuş vətəndaş İddiaçı aid ƏQOV isə (kötük hissədən qoparılmış əsas hissədə) xx.xx.2023-xx.xx.2023 tarixlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiqlənmiş "Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında Təlimat"ın (Təlimat) 7-ci bəndinə əsasən həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya xəsarət üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. Təlimatın 8-ci bəndində isə qeyd olunur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gündən çox artırılması üçün müalicə həkimi tərəfindən xəstəlik vərəqəsinin davamı tərtib edilir. Həmin xəstəlik vərəqəsi Təlimatın 11-ci hissəsi nəzərə alınmaqla yalnız Həkim Məsləhət Komissiyasının (HMK) sədrinin, tibb müəssisəsində HMK olmadıqda isə baş həkimin və ya bu hissənin Qeydində göstərilən hallarda şöbə müdirinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Yuxarıda qeyd olunanlara baxmayaraq, araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı verilən ƏQOV HMK-nın rəyi nəzərə alınmadan 33 günə qədər uzadılmışdır. Həmçinin "Xroniki pielonefritin kəskinləşməsi, Arterial hipertoniya" diaqnozu ilə açılmış sözügedən ƏQOV-un 33 günə qədər uzadılmasına əsas verən laborator və instrumental müayinə nəticələrinin Xəstəxana tərəfindən araşdırma çərçivəsində təqdim edilməsi mümkün olmamışdır. Məlumat üçün qeyd edirik ki, ASM ilkin tibbi sanitariya yardımı göstərən müəssisədir. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən ilkin tibbi-sanitariya yardımı əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür. Vətəndaş İddiaçı ASM-ə müraciəti ilə əlaqədar bildiririk ki, İddiaçı adına tərtib edilmiş ambulator tibbi kitabçaya əsasən vətəndaşın Gülüstan ASM-ə xx.xx.2023 və xx.xx.2023 tarixlərdə (diaqnoz: Hər iki böyrəyin nefrolitiazı, Xroniki pielonefrit), e-tabib portalından əldə edilmiş məlumatlara əsasən isə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixlərdə müraciətlərinin qeydiyyata alındığı məlum olmuşdur. Sözügedən tarixlərdə vətəndaşın əmək qabiliyyətinin itirilməsinə əsas olan laborator və instrumental müayinə nəticələri təqdim edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Təlimata əsasən xəstəlik və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqələri həmin gündən tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilir. Əlavə olaraq bildiririk ki, vətəndaş X12 ASM-də ailə həkimi-terapevt vəzifəsində işləyir. Yuxarıda qeyd edilən çatışmazlıqlar ilə əlaqədar Xəstəxana tərəfindən də araşdırma aparılmış, xx.xx.2023-cü il tarixində X7 iclası keçirilmiş və Xəstəxananın xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əmrləri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydalara uyğun olaraq pozuntuya yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbehi tədbirləri görülmüşdür.

51. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 24. Ədliyyə orqanları işçilərinin tibbi təminatı 24.1. Ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir.

52. Azərbaycan Respublikası ədliyyə nazirinin xx.xx.2007-ci il tarixli 39-T №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında” Əsasnaməyə görə: Bənd 6. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 6.1. ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, ədliyyə pensiyaçılarına tibb xidmətinin göstərilməsini təmin edir;...

7. Baş idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1. Nazirliyin sistemində tibb xidmətini təşkil etmək; 7.2. ədliyyə orqanlarının işçilərinin və onların ailə üzvlərinin, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, ədliyyə pensiyaçılarının sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlaşdırıcı və digər tibbi tədbirləri həyata keçirmək;...

53. Göründüyü kimi, iddiaçı ədliyyə orqanı əməkdaşı olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin tibb xidmətindən istifadə etməli olduğu halda, bunu etməmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsində, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə Samux Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan dövrlərdə Gülüstan Ailə Sağlamlıq Mərkəzində müayinə-müalicə olunmaqla, orada ona əmək qabiliyyətinin olmaması barədə vərəqələr açılmışdır (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gülüstan Ailə Sağlamlıq Mərkəzində müayinə-müalicə aldığı dövr istisna edilməklə). xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gülüstan Ailə Sağlamlıq Mərkəzində müayinə-müalicə aldığı dövrə dair Mərkəz tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamış, yalnız ambulator tarixçədən (xəstəlik tarixçəsindən) çıxarış iddiaçıya təqdim edilmişdir.

54. Cavabdeh orqanın nümayəndəsi iclas zamanı bildirmişdir ki, ədliyyə orqanlarının işçilərinə tibb xidmətini Ədliyyə Nazirliyinin Tibb baş idarəsi həyata keçirir, lakin regionlarda olan ədliyyə işçilərinin hər dəfə tibb xidməti üçün Bakı şəhərində yerləşən İdarəyə gəlmələrinin onlar çətinlik yaratması nəzərə alınaraq, rəhbərlik əməkdaşların xidmət etdikləri şəhər (rayon) Mərkəzi Xəstəxanalarında müayinə-müalicə olunmalarına icazə vermişdir, bir şərtlə ki, xəstəlik vərəqələrini Tibb baş idarəsində qeydiyyata aldırsınlar. İddiaçının da həmin daxili qaydadan məlumatı olmuş, buna baxmayaraq üç fərqli tibb müəssisəsindən - A.Səhhət adına Xəstəxana, Samux Rayon Mərkəzi Xəstəxanası və Gülüstan Ailə Sağlamlıq Mərkəzindən xəstəlik vərəqələri almış və yalnız birincini (A.Səhhət adına Xəstəxanadan aldığı) Tibb baş idarəsində qeydiyyatdan keçirmişdir.

55. İddiaçı isə bununla bağlı bildirmişdir ki, onun mütləq şəhər (rayon) Mərkəzi Xəstəxanada müayinə-müalicə olunmaqla və həmin xəstəxanalardan aldığı xəstəlik vərəqələrinin Ədliyyə Nazirliyinin Tibb baş idarəsində qeydiyyata alırmaqla bağlı göstərişlərdən məlumatı olmamış, müayinə-müalicə olunduğu tibb müəssisələrində də əmək qabiliyyətinin olmaması barədə vərəqələr açdırmışdır. Sonuncu müayinə-müalicəsi Gülüstan Ailə Sağlamlıq Mərkəzində olmuş və həmin Mərkəz tərəfindən ona əmək qabiliyyətinin olmaması barədə vərəqənin açılmamasının səbəbi barədə məlumatı yoxdur. O, zənn etmişdir ki, həmin Mərkəz tərəfindən ona təqdim edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış elə əmək qabiliyyətinin olmaması barədə vərəqədir. Digər tərəfdən isə, bu, onun günahı deyildir, müalicə həkiminin səhvidir və həkim həmin səhvinə görə cəzalandırılmışdır. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək heç bir özəl xəstəxanada fizioterapevtik müalicələr almamışdır və Gülüstan Ailə Sağlamlıq Mərkəzinin məhkəmənin sorğusuna verdiyi cavab məktubunda onun özəl xəstəxanalarda fizioterapevtik müalicələr alması barədə qeydin edilməsinin səbəbini bilmir. O, yalnız A.Səhhət adına Xəstəxananın verdiyi əmək qabiliyyətinin olmaması vərəqəsini Tibb baş idarəsində qeydiyyatdan keçirməsi, digər vərəqələri isə qeydiyyatdan keçirmək üçün Tibb baş idarəsinə göndərməməsinin səbəbini bilmir.

56. Məhkəmə iddiaçının onun mütləq şəhər (rayon) Mərkəzi Xəstəxanada müayinəmüalicə olunmaqla və həmin xəstəxanalardan aldığı xəstəlik vərəqələrinin Ədliyyə Nazirliyinin Tibb baş idarəsində qeydiyyata aldırmaqla bağlı göstərişlərdən məlumatının olmaması, habelə Gülüstan Ailə Sağlamlıq Mərkəzində sonuncu müayinə-müalicəsi ilə bağlı ona əmək qabiliyyətinin olmaması barədə vərəqənin açılmamasının səbəbi barədə məlumatının olmaması, Mərkəz tərəfindən ona təqdim edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın elə əmək qabiliyyətinin olmaması barədə vərəqə olması hesab etməsi barədə qeyd etdiklərini səmimi və inandırıcı qəbul etmir.

57. Ona görə ki, iddiaçının özünün iş materiallarına əlavə etdiyi Şəki penitensiar müəssisəsinin xx.xx.2023-cü il tarixli 3-16-17/33/2-3075/2023 saylı məktubla İddiaçı A.Səhhət adına Xəstəxananın poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsini Ədliyyə Nazirliyinin Tibb baş idarəsi qeydiyyata aldırdığı müəyyən edilir. Bu isə iddiaçının belə bir daxili qaydanın mövcudluğundan məlumatlı olmasına dəlalət edir. Eynilə, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gülüstan Ailə Sağlamlıq Mərkəzində müalicə olunduğu dövr xəstəlik tarixçəsindən çıxarışı əmək qabiliyyətinin olmaması vərəqəsi zənn etməsi halı da ona görə inandırıcı deyildir ki, iddiaçı ondan əvvəl müalicə olunduğu dövr üzrə xəstəxanalardan (A.Səhhət adına Xəstəxana, Samux Rayon Mərkəzi Xəstəxanası və məhz Gülüstan Ailə Sağlamlıq Mərkəzində-xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) ona əmək qabiliyyətinin olmaması barədə vərəqələr açılmışdır. Yəni, iddiaçının ilk əmək qabiliyyətinin itirildiyi hal deyildir ki, bu barədə yanılma olsun.

58. İddiaçı özü də xidmətə araşdırmaya verdiyi izahatında Xəstəlik vərəqəsi açdırmasına səbəb kimi 2 saylı İT-dan vəzifədən azad edildiyi üçün ailə vəziyyəti ilə əlaqədar Şəki penitensiar müəssisəsində xidmət edə bilməməsini göstərmişdir.

59. Hətta, həmin dövrlərdə iddiaçının həqiqətən xəstə olması və bu səbəbdən işə çıxmaması ilə bağlı dəlilləri əsaslı sayılsa belə, iddiaçı xx.xx.2023-cü i tarixdən sonra da heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır (bu barədə Şəki penitensiar müəssisə tərəfindən müvafiq günlərə aktlar tərtib edilmişdir).

60. İddiaçı həmin tarixdən sonra xidmətə çıxmamasını Daxili təhqiqatlar şöbəsinə çağırılıb izahatı alınarkən xidməti vəsiqəsinin alınması və vəsiqə olmadan onun müəssisəyə daxil olmasının mümkün olmaması ilə əsaslandırsa da, əvvəla, iddiaçı xidmət yeri Şəki penitensiar müəssisəninə dəyişdirildiyi gündən xidmətə çıxmadığı üçün o, yeni xidməti vəsiqə ilə təmin edilməmişdir. İddiaçıdan alınmış xidməti vəsiqə isə onun 2 saylı İstintaq təcridxanasında xidmət etdiyi dövrdə (həmin vəzifə və rütbəyə uyğun) verilmiş xidməti vəsiqə olmuşdur.

61. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8. Ədliyyə orqanları işçisinin xidməti vəsiqəsi 8.2. İşçi ədliyyə orqanlarında qulluq etdiyi dövr ərzində xidməti vəsiqədən istifadə edir. Ədliyyə orqanları işçisinin soyadı, vəzifəsi və ya xüsusi rütbəsi dəyişdikdə, habelə xidməti vəsiqənin etibarlıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə verilir. 8.3. Ədliyyə orqanları işçisinin qulluğuna xitam verildikdə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır. Maddə 10. Ədliyyə orqanları işçilərinin əsas vəzifələri 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. Maddə 14. Ədliyyə orqanları işçisinin vəzifədə irəli çəkilməsi və başqa vəzifəyə keçirilməsi 14.1. Ədliyyə orqanlarının işçisi vəzifədə irəli çəkilə və başqa vəzifəyə keçirilə bilər. 14.3. Səhhətinə görə (tibbi-həkim komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə ədliyyə orqanları işçisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur.

62. Azərbaycan Respublikası Ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”na görə: Bənd 4. Ədliyyə işçisinin xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış normalarına və prinsiplərinə əsaslanmalıdır. ... Ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. 4.2. Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Bənd 7.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir: ... etik davranış qaydalarını pozan ədliyyə işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir; Bənd 7.4. Etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Bənd 7.5. Ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Bənd 7.6. Bu Qaydaların müddəalarının ədlliyyə işçisi tərəfindən pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda xidməti yoxlama (intizam icraatı) başlanıla bilər.

63. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. Maddə 31.2. Ədliyyə orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Maddə 31.3. Xidməti intizamı pozduğuna görə ədliyyə orqanları işçisinin xüsusi rütbəsi (ədliyyə sıravisi, tibb xidməti sıravisi, ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı, İİİ dərəcəli ədliyyə qulluqçusu və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. Maddə 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Maddə 32.2. Ədliyyə orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qurumun rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər. Maddə 32.3. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. Maddə 32.4. Ədliyyə orqanlarının işçisinə intizam tənbehi bu Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Ədliyyə orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Maddə 32.9. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Maddə 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə.

64. Azərbaycan Respublikası Ədliyyə nazirinin xx.xx.2009-cu il tarixli 3-T nömrəli əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanlarında xidməti yoxlamaların aparılması Qaydaları”n görə: Bənd 2.1. Xidməti yoxlamanın təyin edilməsi üçün aşağıdakılar əsas ola bilər: 2.1.1. etik davranış qaydalarının pozulması barədə məlumatlar; 2.1.4. ədliyyə orqanlarının rəhbərlərinin xidməti yoxlamanın aparılması barədə müraciətləri. Bənd 3.1. Xidməti yoxlama, bir qayda olaraq, 20 iş günü ərzində aparılır. Zəruri hallarda bu müddət xidməti yoxlamanı aparan şəxsin və ya yoxlama qrupunun rəhbrinin əsaslandırılmış müraciətinə əsasən xidməti yoxlamanı təyin etmiş şəxs tərəfindən 20 iş günündən çox olmayan müddətə uzadıla və ya təxirə salına bilər. Bənd 5.1. Xidməti yoxlamanın nəticələrinə dair toplanmış sənədlər əsasında arayış tərtib edilir... Bənd 6.1. Xidməti yoxlama zamanı aşkar olunmuş intizam xətasına görə intizam tənbehi xidməti yoxlamanın nəticələrinə dair arayış təqdim edildikdən sonra iki ay keçənədək verilə bilər.

65. Göründüyü kimi, İddiaçı işlədiyi dövrdə əmək intizamını kobud şəkildə pozaraq uzun müddət üzrsüz səbəbdən xidmətə çıxmamışdır. İddiaçı bunu xəstəliyi ilə əsaslandırmağa çalışsa, işin faktiki hallarından –xidmət dəyişdirildiyi tarixdən etibarən xidmətə çıxmayaraq, əmək qabiliyyəti olmaması barədə vərəqələr açdırması, daha sonra belə vərəqələr olmadan xidmət yerinə çıxmaması məhz xidmət yerinin dəyişdirilməsi ilə razılaşmadığı və onu icra etməkdən yayındığı məlum olur ki, bu da həm etik davranış qaydalarının, həm də əmək və icra intizamının pozulması deməkdir. İddiaçı ona ən intizam tənbehinin verildiyini iddia etmişdir ki, məhkəmə həmin dəlilə münasibətdə qeyd edir ki, iddiaçının barəsindən xx.xx.2023-cü il tarixdə töhmət intizam tənbehi, xx.xx.2023-cü il tarixdə xidmət yerinin dəyişdirilməsi intizam tənbehi tətbiq edilmişdir. Həmin tabehlər qüvvədə olduğu dövrdə iddiaçı əmək və icra intizamını pozaraq, mütəmadi olaraq belə pozuntulara yol verdiyindən cavabdeh orqan “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinə müvafiq olaraq “ədliyyə orqanlarından xaric etmə” növündə intizam tənbehini tətbiq etməkdə haqlı olmuşdur.

66. Ona görə də, iddia Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli 56/i nömrəli əmrinin ləğv edilməsi hissəsində təmin edilməməlidir.

67. İddiaçının mübahisələndirdiyi digər əmr - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin xx.xx.2023-cü il tarixli 841/k nömrəli əmri iddiaçıya ədliyyə orqanlarından xaric etmə” növündə intizam tənbehini tətbiq edilməsi ilə onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsi ilə bağlı qəbul edilmişdir ki, həmin əmrin qəbulunu Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli 56/i nömrəli əmri şərtləndirmişdir və o da yuxarıda göstərilən səbəblərdən qanuni və əsaslıdır.

68. Göründüyü kimi, iddiaçının barəsində cavabdeh orqan tərəfindən mübahisələndirilən əmrlər qəbul edilərkən qanunvericiliyin pozulması hallarına yol verilməmişdir.

69. İddiaçının digər - xx.xx.2023-cü il tarixdən başlayaraq cari mükafatlar daxil edilməklə məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin ədliyyə orqanlarında xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbləri isə fakültativ tələblər olduğundan, yəni əmrlər ləğv ediləcəyi halda onun yaratdığı nəticələrin aradan qaldırılması ilə bağlı olduğundan iddia əmrlərin ləğvinə dair hissədə təmin edilmədiyindən fakültativ tələblərə münasibətdə də təmin edilməməlidir.

70. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.

71. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar