Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2141/2021 29.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 05.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 29 il 10 ay 07 gün əmək əmək stajının icbari sosial sığorta stajına daxil edilməsi və 12 iyul 2013-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının 26.10.2021-ci il tarixli ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin 04.11.2021-ci il tarixli, 2-1(114)-2141/2021 nömrəli qərardadla İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 29 il 10 ay 7 gün əmək stajının icbari sığorta stajına daxil edilməsi və 12 iyul 2013-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddianın dəqiqləşdilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçıya məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, iddiaçı iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının 29 il 10 ay 7 gün əmək stajının icbari sığorta stajına daxil edilməsi və 12 iyul 2013-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Həmçinin iddiaçıya məxsus AZE seriyalı 15939502 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaş həddi 2021-ci ilin 1 iyul tarixindən 65 yaşadək hər il 6 ay artırılmaqla müəyyən edilir. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaş həddi 62 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq hazırda iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 30.06.2021-ci il tarixli imtina məktubundan müəyyən olunur ki, İddiaçı ona beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli əmək pensiyasının təyin olunması ilə bağlı müvafiq inzibati orqana ərizə ilə müraciət etmiş və vətəndaşın müraciətinə inzibati orqan tərəfindən tərəfindən imtina münasibəti bildirilmişdir. İnzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında’ Qanunun 7ci maddəsinə əsasən vətəndaş qanunvericilikdə müəyyən olunmuş minumum yaş tələbini ödəmədiyi üçün ona ona beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli əmək pensiyasının təyin olunması qanunverciliyə ziddir. Qeyd olunanlara əsasən iddiaçının yaşa görə pensiya hüququ yaranmadığından pensiyanın təyin olunmasından imtina olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı nzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya melumat verməyə borcludur. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun ‘İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair* 10 aprel 2015-d il 5 saylı Qərarı) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Vətəndaşın iddia ərizəsində ona beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli əmək pensiyasının təyin olunması hüququnun 12.07.2013-cü il tarixində yarandığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında" Qanuna 27 oktyabr 2009-cu ildə edilmiş dəyişikliklərə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli emək pensiyasının təyin olunması üçün minumum yaş həddi Qanunun 7-ci maddəsinə uyğun otaraq müəyyən olunmuş yaş həddinin hər uşağa görə 1 il azaldılmaqla müəyyən edilirdi. İddiaçının iddia etdiyi dövrə görə Qanunun 7-ci maddəsində (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvann 1-dək, qadıntann yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.) qadınlar üçün müəyyən edilmiş yaş həddi 59 yaş idi. İddiaçının 1965-ci İİ təvəllüdlü olduğu riəzərə alınsa, yaş həddi 5 İİ azaldılsa belə, həmin vaxta iddiaçının tələb olunan 54 yaş həddinə qarşı 48 yaşı mövcüd idi. Cari Qanunvericiliyin tələbləri nəzərə alınsa, Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq 1 iyul 2021 -ci il tarixdən 30 iyun 2022-ci il tarixədək qadınlar üçün müəyyən olunmuş minimum yaş həddi 62 İİ 6 aydır. Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu halda beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların üçün minimum yaş həddi cari dövr üçün 57 il 6 aydır. Vətəndaşın 1965-ci il təvəllüdlü olduğu nəzərə alınsa, 56 yaşı olduğu üçün və tələb olunan minimum yaş həddini qarşılamadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi baxımından subyektiv hüququ yaranmır. Bu səbəbdən də iddia mümkünsüzdür. Göründüyü kimi iddiaçı qanunvericiliklə tələb olunan yaş həddinə çatmadığından pensiya hüququ yaranmır, başqa sözlə iddiaçının qeyd edilən iş illəri sosial sığorta stajına daxil edilsə belə, həmin sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə əldə olunmursa belə mübahisəyə mahiyyəti üzrə baxılmasının əhəmiyyəti yoxdur. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2141/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2141/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver