Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2181/2024 31.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı oğulunun iştirakı ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilməsi və AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Cavabdeh ) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Cavabdeh üçüncü şəxs qismində icraatda iştirakına xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi göndərərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilməsi və AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 44 günlük Vətən Müharibəsində iştirak etmiş və hesab etmişdir ki, ona müharibə veteranı adı verilməlidir. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı hesab edir ki, ona müharibə veteranı və adı verilməsi qanuni və əsaslıdır. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilməsi və AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 31 oktyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1571/2024 nömrəli etiraz ünvanlayaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, 2/2-706 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetina göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - iş materiallarına əlavə edilmiş « Müharibə veteranı» adı və « Azərbaycan Respublikasının müharibə veteranı » vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxs barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə Cərrahiyə şöbəsinin həkimi-ümumi cərrah vəzifəsində olmuş, N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında tibb təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir. Bununla əlaqədar olaraq, "Vətən Müharibəsi" dövründə N nömrəli hərbi hissənin tərkibində tibb təminat üzrə tapşırıqların yerinə yetirilməsi məqsədi ilə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Daşkəsən kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Şuşa şəhəri Daşaltı kəndi istiqamətində aparılan döyüş əməliyyatlarında yaralılara ilkin tibb yardım göstərilməsinidə, yaralıların çeşidlənməsində, yaralıların təcilli tibb yardım maşınları vasitəsilə təxliyəsinin təşkil edilməsində və həlak olmuş hərbi qulluqçuların daşınmasında, həmçinin uğurlu mürəkkəb cərrahiyə əməliyyatlarını həyata keçirilməsinidə fəal iştirak etmişdir - iş materiallarına əlavə edilmiş Yevlax rayonu Mərkəzi Xəstəxanası"publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin həkimi- ümumi cərrah İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqları yerinə yetirilməsi haqında aktdan görünür ki, "Yevlax rayonu Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin həkimi-ümümi cərrah İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir. Bununla əlaqədar olaraq, "Vətən Müharibəsi" dövründə İddiaçı N nömrəli hərbi hissənin tərkibində tibbi təminat üzrə tapşırığların yerinə yetirilməsi məqsədi ilə Füzuli rayonu Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Veyselli kəndləri, Cəbrayıl rayonunun Daşkəsən kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Şuşa şəhəri, Daşaltı kəndi istiqamətində aparılan döyüş əməliyyatlarında yaralılara ilkin tibbi yardım göstərilməsinidə, yaralıların çeşidləməsində, yaralıların təcili tibb yardım maşınları vasitəsilə təxliyyəsinin təşkil edilməsində və həlak olmuş hərbi qulluqçuların daşınmasında, həmçinin uğurlu mürəkkəb cərrahiyə əməliyyatlarını həyata keçirilməsində fəal iştirak etməsi təsdiq edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası ərazisində hərbi vəziyyətin elan edilməsi ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin koordinasiyasının təşkili məqsədilə İddiaçı TƏBiВ- in Beyləqan bölgəsi üzrə sahə koordinatoru təyin edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 356 nömrəli əmrdən görünür ki, « Yevlax rayon Mərkəzi Xəstəxanası » publik hüquqi şəxsin Cərrahiyyə şöbəsində ümumi cərrah vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixindən 15 (on beş) günlük iş zərurəti ilə əlaqədar olaraq Ağcabədi, Beyləqan və Füzuli rayonlarına ezam edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 381 nömrəli əmrdən görünür ki, « Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsində həkim ümumi cərrah vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixindən 15 (on beş) günlük hərbi vəziyyətlə əlaqədar olaraq iş yeri və orta əmək haqqı saxlanılmaqla müvafiq işlərin görülməsi məqsədi ilə cəbhəboyu bölgələrə ezam edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 402 nömrəli əmrdən görünür ki, « Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsində həkim ümumi cərrah vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixindən 15 (on beş) günlük hərbi vəziyyətlə əlaqədar olaraq iş yeri və orta əmək haqqı saxlanılmaqla müvafiq işlərin görülməsi məqsədi ilə Ağcabədi, Beyləqan və Füzuli rayonlarına ezam edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 417 nömrəli əmrdən görünür ki, « Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsində həkim ümumi cərrah vəzifəsində çalışan İddiaçı xx.xx.2020- ci il tarixindən 15 (on beş) günlük hərbi vəziyyətlə əlaqədar olaraq iş yeri və orta əmək haqqı saxlanılmaqla müvafiq işlərin görülməsi məqsədi ilə Ağcabədi, Beyləqan və Füzuli rayonlarına ezam edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 429 nömrəli əmrdən görünür ki, « Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Cərrahiyyə şöbəsində həkim ümumi cərrah vəzifəsində çalışan İddiaçı xx.xx.2020- ci il tarixindən 5 (beş) günlük xidməti zərurət ilə əlaqədar olaraq Ağcabədi, Beyləqan və Füzuli rayonlarına ezam edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Tibb üzrə Fəlsəfə doktoru, X4 X3 ötəri ki, o həqiqətən 44 günlük Vətən Müharibəsi ərəfəsində 25 sentyabr 2020-ci ildən 01 dekabr 2020-ci il tarixinə kimi Xocavənd Rayon Mərkəzi Xəstəxanasına rəsmi ezam olunmuşdur. X7 cəbhədə (Xocavənd, Cəbrayıl, və Hadrut qəsəbəsi) yaralı hərbiçilərə ilk tibbi yardım göstərmiş, təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılması və çeşidlənməsini təşkil etmişdir. Xəstəxanada ağır yaralı hərbiçilər üzərində mürəkkəb uğurlu cərrahiyyə əməliyyatlarını icra etmişdir. Yaralıların sonrakı müayinə və müalicəsi üçün hospitallara təxliyyəsini təşkil etmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Tibb üzrə fəlsəfə doktoru, Həkim Cərrah İddiaçı ondan ötəri ki, o həqiqətən 44 günlük Vətən Müharibəsi ilə əlaqədər 25 sentyabr 2020 ci ildən-01 dekabr 2020 ci il tarixinə kimi Füzuli Rayon Mərkəzi xəstəxanasına rəsmi ezam olunmuşdur. X7 cəhbədə (Füzuli , X5 Qubadlıdan) yaralı hərbiçilərə ilk tibbi yardım gösdərilmiş, təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılması və çeşidlənməsini təşkil etmişdir. Xətəxanada çox saylı ağır yaralı hərbiçilər üzərində mürəkəb uğurlu cərahiyyə əməliyyatları icra etmişdir. Yaralıların sonrakı müayinə və müalicəsi üçün arxa Hosptallara təxliyyəsini təşkil etmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Tibb üzrə Fəlsəfə dokturu, X4 X3 ötrü ki, həqiqətən 44 günlük Vətən Müharibəsi ilə əlaqədar 25 sentyabr 2020 - ci ildən 01 dekabr 2021 - cil tarixinə kimi Beyləqan Rayon Mərkəzi Xəstəxanasına rəsmi ezam olunmuşdur. X7 cəbhədə (Fizuli, Cəbrayıl, Hadrut qəsəbəsi və Qubadlıdan) yaralı hərbiçilərə ilk tibbi yardım göstərmiş, təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılması və çeşidlənməsini təşkil etmişdir. Xəstəxanada ağır yaralı hərbiçilər üzərində mürəkkəb uğurlu cərrahiyə əməliyyatlarını icra etmişdir. Yaralıların sonrakı müayinə və müalicəsi üçün arxa hospitallara təxliyəsini təşkil etmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 266 nömrəli arayışdan görünür ki, tibb xidməti baş leytenantı həkim cərrah İddiaçı ondan ötrü ki, o həqiqətən 44 günlük "Vətən müharibəsin”də ön cəbhədə yaralı hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmiş, onların təcili tibbi yardım maşınları ilə təxliyəsini təşkil etmişdir. -iş materiallarına əlavə edilmiş təşəkkürnamədən görünür ki, iddiaçı İİ Qarabağ Müharibəsində göstərdiyi fədəkarlığa görə təltif edilmişdir. -iş materiallarına əlavə edilmiş Fəxri Fərmandan görünür ki, iddiaçı İİ Qarabağ Müharibəsində tibbi yardım göstərməsi ilə əlaqədar təltif edilmişdir. - iddiaçıya məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. Həmin Əsasnamənin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin 10-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, istinad olunan normaların məzmunundan aydın olunur ki, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir. Əsasnaməyə görə, Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam edilməsi məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. İddiaçının döyüş bölgəsində hərbi qulluqçulara tibbi xidməti göstərməsi hazırkı iddianın təmini üçün əsasdır. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasına, Xocavənd Rayon Mərkəzi Xəstəxanasına və Beyləqan Rayon Mərkəzi Xəstəxanasına məhz döyüş bölgəsindən gələn yaralılara tibbi xidmətin göstərilməsi məqsədi ilə ezam edilmiş, xidməti layiqincə həyata keçirmiş, təşəkkür və fəxri fərmanla təltif edilmişdir ki, məhkəmə hesab edir ki, onun adının siyahıya daxil edilməsindən imtina üçün hər hansı əsas mövcud olmamışdır. Xüsusi ilə də üçüncü şəxsin müraciətin təminindən imtinaya dair mövqedən belə anlaşılır ki, şəxsin veteran statusunu alması üçün tibbi təminat mütləq qaydada məhz döyüşlərin getdiyi yer üzrə həyata keçirilməlidir ki, məhkəmə həmin imtina əsasını qəbul etməməklə qeyd etməyi zəruri hesab edir ki, həmin mövqe döyüş əməliyyatlarının təminat növü kimi tibbi təminatının mahiyyəti ilə ziddiyyət təşkil edir. Halbuki, iddiaçı tərəfindən həyata keçirilən xidmət Əsasnamənin tələbləri ilə döyüş təminatının bir növü kimi müəyyən edilən tibbi təminatın tərkib hissəsidir və iddiaçının məhz döyüşün ortasında tibbi təminatı həyata keçirməsi kimi başa düşülməməlidir. Göründüyü kimi iddiaçı sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüş əməliyyatları zamanı nəzərdə tutulmuş tibbi təminata cəlb edilmiş şəxs statusundadır. Bu hal iş materiallarında olan sənədlərdə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki halda cavabdeh iddiaçını arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı adının müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2181/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2181/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver