Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2222/2025 21.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı əlilliyin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məmmədova Günel Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı İİ dərəcə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı ilk dəfə hərbi əməliyyat keçirilən zonada olmaqla səbəbindən xx.xx.1998ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.1999-cu il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2000-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2001-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2002-ci il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2003-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2004-cü il tarixdə 1 il müddətinə İİ dərəcə, xx.xx.2005-ci il tarixdə eyni səbəblə 1 il müddətinə İİ dərəcə, xx.xx.2006-cı il tarixdə eyni səbəblə 1 il müddətinə İİ dərəcə, xx.xx.2007-ci il tarixdə 1 il müdətinə İİ dərəcə, xx.xx.2008-ci il tarixdə eyni səbəblə müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə səbəbli əlaqə dəyişdirilmiş, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə laqədar 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.
2. İddiaçı əlillik müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və həmin müddətdən sonra onun əlillik vəziyyəti ilə əlaqədar yeni tibbi göndəriş (Fomra-88) rəsmiləşdirilməmişdir. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il tarixdən 2-ci dərəcə müddətsiz əlil olmağının nəzərə alınmaqla 2-ci dərəcə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur.
4. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərk, xx.xx.2008-ci il tarixdən 2-ci dərəcə hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlilliyin elektron əlillik altsistemində xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iki il sovet ordusunda, 1992-1994-cü illərdə isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlə bağlı xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” xəstəlik qərarı verilmişdir. 1998-ci ildən 2008ci ilədək müddətli və xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətsiz ümumi xəstəliklə əlaqədar əlil olmuş, xx.xx.2017-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 və Reabilitatsiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə 5 il müddətinə əlillik təyin edilmişdir. Lakin qanuna müvafiq olaraq hesab edir ki, ona xx.xx.2017-ci il tarixdə müddətli deyil, əvvələr müddətsiz əlili olduğu nəzərə alınmaqla müddətsiz əlillik təyin edilməlidir. O, xx.xx.2022-ci ildə pensiya və təqaüdün dayandırılanda Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair (https://www.egov.az/az/services/read/3493/0) elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, onun əlilliyi elektron altsistemdə 5 illik təyin edilib, belə ki, ona qarşı bu çox haqsız mövqedir, çünki o, 2008-ci ildən müddətsiz əlildir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən onun xx.xx.2017-ci ildən Azərbaycan Respublikasının }ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilməli idi. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac duymur, çünki o 2008-ci ildə qiymətləndirilmiş və 2-ci dərəcə müddətsiz əlildir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi bərpa edilməlidir, dəfələrlə müraciətinə biganə baxıldığı, əlili və sosial hüquqlarım məhdudlaşdırıldığı üçün hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmalı olmasını hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
7. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
8. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
9. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik.
Əsaslandırma hissəsi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
12. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
14. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı sonuncu dəfə ümumi xəstəlik səbəbindən xx.xx.2017-ci il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir və həmin müddətdən sonra iddiaçının əlillik vəziyyəti ilə əlaqədar yeni tibbi göndəriş (Forma 88) rəsmiləşdirilməmişdir.
15. Hazırda iddiaçı əlilliyinin dayandığı xx.xx.2022-ci il tarixdən 2-ci qrup müddətsiz əlilliyinin bərpa edilməsini tələb edir.
16. Halbuki, şəxslərin əlillik vəziyyətinin qiymətləndirilməsi tibbi müəssisəsinin göndərişi əsasında qiymətləndirilir və hazırkı halda iddiaçıya təyin edilmiş əlilliyin müddəti bitdikdən sonra göndəriş rəsmiləşdirilməmişdir.
17. Hansı ki, əlilliyin qiymətləndirilməsi iki mərhələni əhatə edir: 1) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; 2) tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi və müvafiq yekun qərarın qəbul edilməsi.
18. Yəni, əlilliyin qiymətləndirilməsi prosesi ilk əvvəl şəxsə dair göndərişin rəsmiləşdirilərək müvafiq reyestrə daxil edilməsi və əlillik altsisteminə ötürülməsindən başlanır. Həmin göndəriş olmadan nəinki əlilliyin müəyyən (təyin) edilməsi barədə qərarın qəbul edilməsindən, ümumiyyətlə əlilliyin qiymətləndirilməsindən söhbət belə gedə bilməz.
19. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na görə: Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir...
20. Göründüyü kimi, əlillik müddəti bitdikdən sonra, vətəndaşın əlillik vəziyyətinin qiymətləndirilməsi üçün yeni tibbi göndəriş (Forma 88) rəsmiləşdirilməlidir.
21. Hazırki işdə isə, iddiaçının əlillik müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, həmin müddətdən sonra iddiaçının əlillik vəziyyəti ilə əlaqədar yeni tibbi göndəriş (Forma 88) rəsmiləşdirilməmişdir.
22. Məhkəmə bununla bağlı iddiaçının diqqətinə çatdırır ki, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə yeni tibbi göndərişin (Forma 88) rəsmiləşdirilməsi üçün tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyalarına müraciət etməlidir.
23. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli sərəncamda iddiaçıya müvafiq tibbi həkim komissiyasına müraciət etməsi, müraciətinin nəticəsi mənfi olacağı təqdirdə barəsində əllilik dərəcəsinin təyin edilməməsi haqqında qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi barədə iddia ərizəsinin əlillik dərəcəsindən imtina edilməsi barədə qərarla birlikdə məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində xx.xx.2008-ci il tarixdən 2-ci dərəcə hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlilliyin elektron əlillik altsistemində xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1321/2024 saylı, 25 iyul 2024-cü il tarixli qərarında da oxşar mövqe əks etdirilmişdir.
25. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.
26. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
27. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
28. Məhkəmə onu da qeyd edir ki, iddiaçı öz iddiasında əlilliyinin bərpa edilməsi tələbini irəli sürsə də, əslində qanunun tələbinə görə hüquqi marağı ona əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Lakin hər bir halda, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq göndəriş rəsmiləşdirilmədiyindən cavabdeh orqanın hərəkətlərinə qiymət verilməsi, dolayısı ilə iddianın mahiyyətinə baxılması mümkün olmadığından məhkəmə sonuncu tələbin dəqiqləşdirilməsi üçün iddiaçıya hüquqi yardım göstərilməsini zəruri saymamışdır. Çünki, həmin yardımın göstərilməsi yenə də iddiaya mahiyyəti üzrə baxılmasını mümkün etməyəcəkdir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
30. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı İİ dərəcə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov