Məhkəmə qərarları › İş №2-1(114)-2386/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2386/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2386/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış bunun əsasında xx.xx.2024-cü il tarixli **********182648 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********189356 nömrəli qərar ilə İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2 maddəsində nəzərdə tutulmuş arayış əsas olamadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. `Vergi borcunun,icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının,faizlərin,maliyyə sanksiyalarının məbləğlərinin,inzibati cərimələrin ödənilməsi,habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********096400 nöməli tələbnamə ilə büdcəyə ödənilməli olan 355367,55 manat vəsaitin 5 gün müddətində ödənilməsi qeyd edilmişdir. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2024-ci il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********189356 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın, 3270,02 manat verginin artıq hesablanması hissəsi istisna olmaqla ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş idarəsinin (bundan sonra Cavabdeh) 14 mart 2024-cü il tarixli **********181882 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də (bundan sonra iddiaçı) 01 yanvar 2021-ci il tarixdən 01 fevral 2024-cü il tarixədək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2024-cü il tarixdə başlamış və xx.xx.2024-cü il tarixdə bitmişdir. 5 halda yoxlamanın müvəqqəti olaraq dayandırılması, 2 halda müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2024-cü il tarixli **********182648 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2024-cü il tarixli **********189356 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya Mənfəət vergisi üzrə- 2021-ci ilə 4270,76 manat, 2022-ci 4881,77 manat, 2023-cü ilə 37944,12 manat; ƏDV üzrə - 2023-cü ilə 186504,57 manat, 2024-cü ilə 4278,38 manat; Ödəmə mənbəyində tutulan vergi üzrə 2021-cı ilə 420 manat; Ümumilikdə 238299,6 manat əlavə vergi məbləğ hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 119991,35 manat, 58.6-cı maddəsinə əsasən isə 226,1 manat 57.1-ci maddəsinə əsasən isə 120,0 manat maliyyə sanksiyası tətbiq edilmiş və ƏDV ilə bağlı 2022-ci il üzə 3270,02 manat verginin artıq hesablandığı müəyyən edilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********189356 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında"Qərarı, 3270,02 manat verginin artıq hesablanması hissəsi istisna olmaqla, tamamilə əsassız və qanunsuz hesab edirlər. Səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama zamanı vergi orqanının məlumat bazasında olan onlayn kassa aparatına daxil olmuş məlumatlara əsasən cəmiyyət tərəfindən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 2021-ci il ərzində 149996,00 manat, 2022-ci il ərzində 175664,62 manat gəlir əldə edildiyi müəyyən edilmiş, lakin gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisi tərəfindən ödənilməli olan mənfəət vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarına əsasən cəmiyyətə 2021-cı il üzrə 4270,76 manat, 2022-cı il üzrə 4881,77 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə etmədən birbaşa Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaları tətbiq etmişdir. Halbuki, cəmiyyətin aldığı malların dəyəri, bank hesablarında apardığı əməliyyatlar, əmək haqları, icarə və komunal xərcləri, həmçinin digər vergi ödəyicilərindən alınmış mal və xidmətlər dair e-qaimələr barədə məlumatlar yoxlamanı həyata keçirmiş vergi orqanına məlum olmuş, lakin vergi orqanı həmin əlaqəli məlumatları görməzdən gələrək hesablama zamanı yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş qərarına istinad etmişdir. Cavabdeh tərfindən əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə edilməsi ilə bağlı araşdırma aparıldığı görünütüsü yaradılmış, əslində isə bu məlumatları əldə etmək və onlardan istifadə etmək niyyəti olmamışdır. Səyyar vergi yoxlaması zamanı 2023-ci il üçün təqdim edilmiş mənfəət vergisi və bəyannaməsinin düzgünlüyünü yoxlayarkən 14 saylı Ərazi Vergilər İdarəsinin 09 yanvar 2024-cü il tarixli, **********7233 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərarına əsasən Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X7 və dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X5 tərəfindən 10 yanvar 2024-cü il tarixli, DVX seriyali006318 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokolla götürülmüş və Opertiv vergi nəzarəti şöbəsi tərəfindən 19 yanvar 2024-cü il tarixli, **********276500 nömrəli kameral və səyyar vergi yoxlaması zamanı məlumatların nəzərə alınması barədə xidməti məktuba əlavədə göndərilmiş sənədlərə, cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHİS v2.0 pro) alınmış məlumata (fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahata əsasən cəmiyyət tərəfindən 2023-ci il ərzində mallarin təqdim edilməsindən, işlərin görülməsindən və xidmətərin göstərilməsindən 1281138,36 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən bu gəlir əsasında cəmiyyətə 2023-cü il üzrə əlavə mənfəət vergisi (37944,14 manat) və həmin məlumatlar əsasında 2023 yanvar -2024 yanvar ayları üzrə əlavə ƏDV (190782,5 manat) məbləğləri hesablanmışdır. İlk öncə bildirmək istəyirik ki, cavabdeh vergi orqanı tərəfindən isitnad edilən məlumatlar cəmiyyətin kompüterində olmayıb və oradan götürülməyib. Həmin foto şəkil SVY aktına əlavə edildyi qeyd ediləsə də, bizə təqdim edilən SVY aktının əlavə sənədlərində olmamışdır. Həmçinin cavabdeh vergi orqanın əməkdaşları tərəfindən cəmiyyətin direktoru qorxudularaq və aldadılaraq öz dedikləri formada izahat alınmış, sonra isə boş kağıza imza (möhür) atdırmışdırlar. Belə ki, vergi orqanı əməkdaşları cəmiyyətin direktoruna bildliriblər ki, bunları yazmasan səni bu dəqiqə həbs gözləyir. Daha sonra isə boş vərəqə imza və möhür vurduraraq bildiriblər ki, sahibkarla "danışıqdan" sonra özümüz bunu məhv edib yeni izahat yazacayıq (hətta izahat və onun əlavəsi olan Aktda olan xətlər tam fərqlidir). Direktor L.Myasina hədələrdən qorxduğu üçün belə bir faktı hətta sahibkara (təsisçiyə) bildirməyib. Bu fakt sahibkar tərəfindən bilinən kimi vergi orqanın əməkdaşlarının hərkətlərindən DVX-nə şikayətlər edilmişdir. Həmçinin direktordan "alınan" izahat da Nəzarət kitabçasında da qeyd edilməyib. Halbuki Nəzarət kitabçasının 8-ci sütununda aşkar edilən faktlar, təkliflər, izahatlar və s. hallar qeyd edilməlidir. Buna isə məqsədyönlü şəkildə əməl edilməyib. Həmçinin qeyd edilən izahatda cəmiyyətin direktorunun birdən-birə dövriyyəsinin gizlədilməsini etiraf etməsi absurddur. Belə ki, hər hansısa bir müəssisə rəhbərinin heç bir hüquqi əsas olmadan, özü də bu barədə sual verilmədən, birdən-birə keçən il ərzində 1,5 mln. manatlıq (bəyan edilən rəqəmdən təxminən 7 dəfə çox) dövriyyənin gizlədildiiyini izahatında yazması ağlabat deyildir. Yuxraıda qeyd edilidyi kimi, Cavabdeh öz qərarını cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHİS v2.0 pro) alınmış məlumat(fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahatla əsasladırırmışdır. Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı "qara mühasibatlıq" sənədləri ilə əldə etdiyi və izahatdakı məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi olmayan mənbəyi bəlli olmayan foto şəkil ("qara mühasibatlıq" sənədlərindən) və alınmış izahatdakı məlumatlardan istifadə edilmişdir. Lakin həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmamış, başqa sözlə, iddiaçının dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə etməmişdir. Lakin, cavabdeh inzibati orqan əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Həmçinin, cavabdehin isitinad etdiyi mənbəyi bəlli olmayan foto şəkil ("qara mühasibatlıq" sənədlərindən) və alınmış izahat vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirmir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar hansı əməliyyatların (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan vermir. Cavabdeh orqanın iddiaya dair etiraz təqdim etmişdir. Etirazda onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən iddiaçı 11 fevral 2016-cı il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, 17 yanvar 2022ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün "səhiyyə sahəsində sair fəaliyyət”-dən ibarət olduğu müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin "Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 01 yanvar 2024-cü il tarixli **********7242 nömrəli Qərarına əsasən "Vescor Med” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Şəmkir şəhəri, Bakı-Qazax şosesinin sol kənarında yerləşən "Memorial” klinikasında 09 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək Xronometraj metodu ilə müşahidə aparılmışdır. Keçirilmiş Xronometraj metodu ilə müşahidənin nəticəsi olaraq götürülmüş mühasibat sənədlərinə əsasən 01 yanvar 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək olan dövr ərzində ƏDV ilə birlikdə gəlirlər 1.511.743,24 manat müəyyən edildiyi halda 2023-cü ilin müvafiq ayları üçün təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinə əsasən ƏDV ilə birlikdə gəlirlər 295.093,22 manat göstərilmişdir ki, nəticədə ƏDV ilə birlikdə 1.216.650,02 manat gəlirlərin bəyannamələrdə bəyan edilmədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.3.5. maddəsinə və Vergilər Nazirliyinin Kollegiyasının 07 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"-nın 6.5-ci bəndinə uyğun olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən olunması ilə əlaqədar 14 saylı Ərazi Vergilər İdarəsinin 14 mart 2024-cü il tarixli **********181882 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar”-ı ilə İddiaçındə 01 fevral 2021-ci il tarixdən 01 fevral 2024-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və qərarda Vergi Məcəlləsinin 38.3.5. maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi ilə bağlı vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması riskinin məzmunu və təsviri öz əksini tapmışdır. "Vescor Med” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X4 keçirilmiş Xronometraj metodu ilə müşahidə zamanı təqdim etdiyi izahatında, 2023-cü ilin yanvar ayının 1-dən dekabr ayının 31-dək dövriyyəsinin 1.511.773,24 manat təşkil etdiyini bildirmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin 09 yanvar 2024-cü il tarixli, **********7233 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X7 və dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X5 tərəfindən 10 yanvar 2024-cü il tarixli, DVX seriyalı 006318 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla götürülmüş sənədlər, cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHİS v2.0 pro) alınmış məlumata (fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahata və onlayn kassa aparatına daxil edilmiş məbləğlər barədə vergi orqanının məlumat bazasında məlumatlara əsasən vergi ödəyicisinin gəlirləri hesablanmış, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin illər üzrə mənfəəti hesablanmış və nəticədə 2021-ci il üzrə 4270,76 manat, 2022-ci il üzrə 4881,77 manat və 2023-cü il üzrə 37944,14 manat, cəmi 47096,67 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Götürülmüş həmin sənədlər əsasında hesablamalar nəticəsində cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı və 159-cu maddələrinə əsasən 2022-ci ilin yanvar ayı üzrə 6301,69 manat, 2023-cü ilin yanvar ayı üzrə 85616,50 manat, fevral ayı üzrə 82745,29 manat, mart ayı üzrə 86136,88 manat, aprel ayı üzrə 89711,09 manat, may ayı üzrə 87702,68 manat, iyun ayı üzrə 69062,90 manat, iyul ayı üzrə 99299,86 manat, avqust ayı üzrə 90299,49 manat, sentyabr ayı üzrə 88078,36 manat, oktyabr ayı üzrə 80203,57 manat, noyabr ayı üzrə 88322,32 manat, dekabr ayı üzrə 83880,42 manat, 2024-cü ilin yanvar ayı üzrə 22209,93 manat, cəmi 1059570,98 manat vergiyə cəlb edilən dövriyyənin az göstərilməsi nəticəsində 190722,78 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşən dövriyyələrin aylar üzrə düzgün göstərilməməsi nəticəsində 2022-ci ilin may ayı üzrə 3288,94 manat, iyun ayı üzrə 140,17 manat, sentyabr ayı üzrə 2756,72 manat, oktyabr ayı üzrə 119,72 manat, 2023-cü ilin yanvar ayı üzrə 794,61 manat, fevral ayı üzrə 1045,28 manat, mart ayı üzrə 877,17 manat, aprel ayı üzrə 1396,78 manat, may ayı üzrə 528,50 manat, iyun ayı üzrə 2382,06 manat, dekabr ayı üzrə 570,22 manat, cəmi 13900,17 manat əvəzləşən dövriyyənin artıq göstərilməsi nəticəsində 2502,03 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin az hesablandığı, 2022-ci ilin aprel ayı üzrə 1333,72 manat, iyul ayı üzrə 1409,72 manat, avqust ayı üzrə 2044,67 manat, noyabr ayı üzrə 465,50 manat, dekabr 8,11 manat, 2023-cü ilin iyul ayı 808,22 mana oktyabr ayı üzrə 1592,78 manat, noyabr ayı üzrə 116,50 manat, 2024-cü ilin yanvar ayı üzrə 820,83 manat, cəmi 8600,05 manat əvəzləşən dövriyyənin az göstərilməsi nəticəsində 1548,01 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyünü yoxlayarkən vergi orqanın məlumat bazasında olan məlumatlara və vergi ödəyicisinin vergi orqanında olan iş qovluğundakı sənədlərə əsasən vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektinin 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən aylıq 1000,00 manat icarə haqqı olmaqla X2 icarəyə götürüldüyü və nəticədə vergi ödəyicisi tərəfindən bəyannamə təqdim etməməklə 2021-ci ilin İ rübü üzrə 420,00 manat ödəmə mənbəyində tutulan verginin yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı malların (iş və xidmətlərin) dəyəri ödənilərkən əlavə dəyər vergisi məbləğinin ödənilməsi vəziyyətinin düzgünlüyünü yoxlayarkən vergi ödəyicisinin bank əməliyyatları barədə əldə edilmiş məlumatlara və vergi ödəyicisinin əlavə dəyər vergisinin depozit hesabı barədə vergi orqanının məlumat bazasında olan məlumatlara əsasən cəmiyyət tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec 2021-ci il ərzində 42,24 manat, 2022-ci il ərzində 89,73 manat, 2023-cü il ərzində 321,24 manat, cəmi 453,21 manat əlavə dəyər vergisi məbləğinin ödənildiyi və vergi ödəyicisi tərəfindən 2021-ci ilin İ, İV rübləri və 2023-cü ilin İİ rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannamələri əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli **********189356 nömrəli Qərara əsasən iddiaçıya 235029,57 manat əlavə vergi və 120337,98 manat maliyyə sanksiyaları tətbiq edilmişdir. Sənədlər yoxlamaya təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən ödənilməli olan mənfəət vergisinin Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında hesablanması zərurəti yarandığına görə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumatların alınması üçün tərəfimizdən 01 oktyabr 2024-cü il tarixli, **********426900 nömrəli xidməti məktubla Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət edilmişdir. Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsi tərəfindən 02 oktyabr 2024-cü il tarixli, **********489200 nömrəli məktubda aparılmış araşdırmalar zamanı "X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin /VÖEN **********/ özəl tibbi xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərməsinə baxmayaraq həmin vergi ödəyicisinin əsasən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına ibbi xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərdiyi müəyyən edildiyi üçün həmin vergi ödəyicisinin analoji vergi ödəyicisi kimi götürməyin mümkün olmadığı bildirilmişdir. Cavabdeh tərəfindən keçirilmiş səyyar vergi yoxlanası qanunvericiliyin tələbinə əməl edilməklə başa çatdırılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsi xahiş olunur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********189356 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın 3270,02 manat verginin artıq hesablanması, ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablanmış 420 manat və buna müvafiq hesablanmış 210 manat maliyyə sanksiyası, Vergi Məclləsinin 58.6-cı maddəsinə əsasən 226,1 manat və 57.1-ci maddəsinə əsasən 120,0 manat maliyyə sansksiyaları hissələri istisna olmaqla qalan hissələrdə ləğv edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmiş, iddiaçı isə nümayəndəsinin iştirakını təmiş etməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərtlər də ödənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixli **********189356 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın 3270,02 manat verginin artıq hesablanması, ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablanmış 420 manat və buna müvafiq hesablanmış 210 manat maliyyə sanksiyası, Vergi Məclləsinin 58.6-cı maddəsinə əsasən 226,1 manat və 57.1-ci maddəsinə əsasən 120,0 manat maliyyə sansksiyaları hissələri istisna olmaqla qalan hissələrdə ləğv edilməsinə yönəldilmişdir. İşin faktiki hallarından görünür ki, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra Cavabdeh) 14 mart 2024-cü il tarixli **********181882 nömrəli qərarına əsasən iddiaçı "xxxx" MMC-də (bundan sonra iddiaçı) mart 01 yanvar 2021 -ci il tarixdən 01 fevral 2024-cü il tarixədək olan dövrü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2024-cü il tarixli **********182648 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2024-cü il tarixli **********189356 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən "Vescor Med” MMC-yə Mənfəət vergisi üzrə- 2021-ci ilə 4270,76 manat, 2022-ci 4881,77 manat, 2023-cü ilə 37944,12 manat, ƏDV üzrə - 2023-cü ilə 186504,57 manat, 2024-cü ilə 4278,38 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 2021-cı ilə 420 manat, ümumilikdə 238299,6 manat əlavə vergi məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.1- ci maddəsinə əsasən 119991,35 manat, 58.6-cı maddəsinə əsasən isə 226,1 manat 57.1-ci maddəsinə əsasən isə 120,0 manat maliyyə sanksiyası tətbiq edilmiş və ƏDV ilə bağlı 2022-ci il üzə 3270,02 manat verginin artıq hesablandığı müəyyən edilmişdir.Səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlama zamanı vergi orqanının məlumat bazasında olan onlayn kassa aparatına daxil olmuş məlumatlara əsasən cəmiyyət tərəfindən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 2021-ci il ərzində 149996,00 manat, 2022-ci il ərzində 175664,62 manat gəlir əldə edildiyi müəyyən edilmiş, lakin gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisi tərəfindən ödənilməli olan mənfəət vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarına əsasən cəmiyyətə 2021-cı il üzrə 4270,76 manat, 2022-cı il üzrə 4881,77 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin 14 mart 2024-cü il tarixli, **********181882 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə İddiaçındə 01 fevral 2021-ci il tarixdən 01 fevral 2024-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir və bu yoxlamanı Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında vergini hesablamadan əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzər tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi, lakin cavabdehin nümayəndəsi bu halı məhkəmə iclası zamanı əsaslandıra bilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı 2021-ci il üzrə mənfəət vergisinin elektron daşıyıcıdan götürülən məlumat-cədvəl əsasında müəyyən edilmədiyini qeyd etsədə bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir və bildirmişdir ki, bununla bağlı sənədləri əsas iddia üzrə məhkəmə iclasında təqdim edəcək. Vergi orqanı vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda 2021-ci ilin mənfəət vergisi üzrə elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə edilməməsi məhkəmə iclası zamanı müəyyən edilə bilinməmişdir. Həmçinin, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, vergi yoxlaması 2024-cü il tarixli qərarla yekun nəticəyə gəlinsə də, mənfəət vergisi 2021,2022 və 2023-cü illər üzrə yoxlanılır. Müvafiq dəyişiklik isə 2022-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən yalnız “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin araşdırıldığı qeyd olunmuşdur, lakin həmin tibbi müəssisə özəl tibb xidmətlərin gösətrilməsi üzrə fəaliyyət göstərməsinə baxmayaraq həmin vergi ödəyicisinin əsasən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərdiyi müəyyən edildiyi üçün həmin vergi ödəyicisinin analoji vergi ödəyicisi kimi götürməyin mümkün olmadığı bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həqiqətən də vergi ödəyici və “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti istisna edilməklə ölkə ərazisində tibb xidməti fəaliyyət sahəsi üzrə digər müəssisələrin olub-olmadığının real olaraq araşdırılıb-araşdırılmaması tədqiq edilməlidir. Əks halda şərti rentabelliyin əsas götürülməsini zəruri edən halların nədən ibarət olması qeyri müəyyən olaraq qalmalıdır. Vergi Məcəlləsinin 83.9-cü maddəsi ilə müəyyən edilir ki, Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yəni, mənfəətin birbaşa müəyyən edilmədiyi halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı, 01 mart 2001-ci il tarixli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi əsas götürülməklə vergi müəyyən edilə bilər. Hazırkı mübahisələndirilən qərardan görünür ki, böyük məbləğdə vergi və maliyyə sanksiyası məhz həmin vergi üzrə hesablanmışdır ki, həmin hesablamanın da əsasında məhz operativ vergi nəzarəti zamanı əldə edilmiş rəsmiləşdirilməmiş, komputerdən götürülən cədvəl dayanır. Bu səbəbdən də yuxarıda istinad olunan rəsmiləşdirilməmiş məlumatların sübut qismində tanınması, vergi hesablaması üçün əsas olub-olmaması, rəsmiləşdirilmiş uçot sənədlərinin mötəbərliyinə şübhəli halların olub olmaması barədə qiymətləndirmə hazırkı vergi üzrə də tətbiq edilməlidir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan, hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə əlaqədar qeyd edir ki, faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatı bütün hallarda əsaslı sübut kimi qəbul edilmir. İlk öncə etiraf da, digər sübutlar kimi, hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Əgər iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edilərsə, yalnız bu zaman həmin etiraf - izahatın sübut kimi qəbuledilənliyi məhkəmə üçün labüd olur. Real həyat müşahidələri də göstərir ki, etiraf, hər zaman şəxsin sərbəst iradəsini ifadə etmir. Mümkündür ki, əhəmiyyətli yanılma və ya digər hallarda hər hansı faktla bağlı izahat verilsin. Lakin sonradan işin əsli məlum olduğunda müəyyən korreksiyaların edilməsi və ya fərqli məzmunda mövqe göstərişi istisna olunmur. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə kollegiyası cavabdehin hazırki mübahisə üzrə yeganə mövqeyi olan (yəni, iddiaçının topdan satışla məşğul olmasının təsdiq edilməsinə dəlalət edən əsas dəlili)- iddiaçı müəssisənin səlahiyyətli nümayəndəsinin izahatını iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab etmir. Başqa sözlə, məhkəmə kollegiyası razılaşır ki, iddiaçının qeyd edilən malları topdan satması ilə bağlı cavabdeh tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh kassasiya şikayətində malların böyük həcmlərlə və iri məbləğlərlə satılmasının, cəmi 13 şəxs tərəfindən həmin malların kassa çekləri ilə bağlı ƏDV geri al əməliyyatının həyata keçirilməsini topdan satışın həyata keçirilməsinin sübutu kimi qeyd etsə də, qeyd edilməlidir ki, qanunvericilikdə topdan və pərakəndə satışın həcmi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Eyni zamanda, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda və həm də hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə, həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. Hazırkı halda, cavabdeh inzibati orqan iddiaçı müəssisənin nümayəndəsinin izahatı eyni zamanda səyyar vergi yoxlaması zamanı 2023-ci il üçün təqdim edilmiş mənfəət vergisi və 2023 cə 2024cü illər üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin düzgünlüyünü yoxlayarkən 14 saylı Ərazi Vergilər İdarəsinin 09 yanvar 2024-cü il tarixli, **********7233 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərarına əsasən Operativ vergi nəzarəti şöbəsinin dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X7 və dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X5 tərəfindən 10 yanvar 2024-cü il tarixli, DVX seriyali 006318 nömrəli Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokolla götürülmüş və Opertiv vergi nəzarəti şöbəsi tərəfindən 19 yanvar 2024-cü il tarixli, **********276500 nömrəli kameral və səyyar vergi yoxlaması zamanı məlumatların nəzərə alınması barədə xidməti məktuba əlavədə göndərilmiş sənədlərə, cəmiyyətə məxsus kompüter informasiya sistemindən (MEDHİS v2.0 pro) alınmış məlumata (fotoşəkil akta əlavə edilir), eyni zamanda vergi ödəyicisinin rəhbərindən alınmış izahata əsasən cəmiyyət tərəfindən 2023-ci il ərzində mallarin təqdim edilməsindən, işlərin görülməsindən və xidmətərin göstərilməsindən 1281138,36 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Cavabdeh vergi orqarı tərəfindən bu gəlir əsasında cəmiyyətə 2023-cü il üzrə əlavə mənfəət vergisi (37944,14 manat) və həmin məlumatlar əsasında 2023 yanvar -2024 yanvar ayları üzrə əlavə ƏDV (190782,5 manat) məbləğləri hesablanmışdır. Cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi olmayan mənbəyi bəlli olmayan foto şəkil ("qara mühasibatlıq sənədlərindən) və alınmış izahatdakı məlumatlardan istifadə edilmişdir. Lakin həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmamış, başqa sözlə, iddiaçının dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə etməmişdir. Lakin, cavabdeh inzibati orqan əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamaru əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Həmçinin, cavabdehin isitinad etdiyi mənbəyi bəlli olmayan foto şəkil ("qara mühasibatlıq sənədlərindən) və alınmış izahat vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirmir.Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərtlər də ödənilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-ci il tarixli, **********183365 nömrəli qərarı ilə vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. İddiaçıdan götürüldüyü müvafiq protokolda təsbit olunan “qara mühasibatlıq” sənədlərinin mənbəyi və ya mənsubiyyəti həmin sənədlərdəki məlumatlara münasibətdə cavabdehin dəlilləri, o cümlədən, VM-in 16.1.3, 130.1 və 130.2-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən təmin olunmamasının səbəbləri araşdırma predmeti olmayıb. Məhkəmə qeyd edir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir. Vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “qara mühasibatlıq” sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir. Cavabdeh isə “qara mühasibatlıq” sənədinə istinad edərək iddiaçıya münasibətdə hazırki mübahisələndirilən qərarı qəbul etmişdir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. xx.xx.2024-cü il tarixli **********189356 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın 3270,02 manat verginin artıq hesablanması, ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablanmış 420 manat və buna müvafiq hesablanmış 210 manat maliyyə sanksiyası, Vergi Məclləsinin 58.6-cı maddəsinə əsasən 226,1 manat və 57.1-ci maddəsinə əsasən 120,0 manat maliyyə sansksiyaları hissələri istisna olmaqla qalan hissələrdə ləğv olunsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar