Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2428/2025 03.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.2024-cü il tarixli 7134 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş “S74.0 G56.4 Partlayış travması (xx.xx.2020). Sağ oturaq sinirin postravmatik neyropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə nəticələnmiş qalıq əlaməti, yeriş funksiyasının pozulması ilə. F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, davranış pozuntuları ilə. T70.0 H93.3 Barotravma (xx.xx.2020). İkitərəfli koxlear nevrit, ikitərefli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə. Y36.2. Partlayış travması (xx.xx.2020), Sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Budun proksimal 1/3-nin iç səthinin iri ölçülü ostifikasiya edən mioziti, ağrı sindromu ilə, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – S74.0 Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, (xx.xx.2020). Sağ oturaq sinirin posttravmatik nevropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə. nəticələnmiş qalıq əlaməti, yeriş funlsiyasının pozulması ilə; Ağırlaşma – T70.0 Qulağın barotravması, Barotravma (xx.xx.2020). İki tərəfli koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə; Ağırlaşma – Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) Sağ budun yuxarı 1/3 nin arxa səthinin və sol bazu oynağı nahiyyəsinin ön səthinin yuxarı 1/3 nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpə). Budun proksimal 1/3 -; Ağırlaşma – F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişiklikliyi, davranış pozuntuları ilə.
3. İddiaçı əlillik vəziyyəti həmi göndəriş əsasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
4. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə Pskixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1701 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və depressiv daxilolmalarla (F62.0) aşkar edilir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il tarixində Şəmkir rayonunun Çinarlı kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən təkrar hərbi xidmətə çağırılmışdır. 15 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində Hərbi xidmət keçmişdir. 17 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə tapşırığını yerinə yetirərkən partlayış travması, sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanması xəsarətini almışdır. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bir neçə il müalicə aldıqdan sonra ona xx.xx.2024-cü il tarixdə 7134 saylı xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə xəstəliyin hərbi xidmət dövründə alındığı, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır olduğu göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, onun aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. "Hərbi travmadır, Azərbaycan respublikasinin müdafiəsi zamani alınmişdir" səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə əlilik dərəcəsinin qiymətləndirilməsi zamanı ona imtina edilib. Səbəb əlaqəsinin diaqnozunda əlillik əlaməti təyin edilməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən imtina verilmişdir. O, cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İmtina onun qanuni hüquqlarını pozur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinəsinin təşkili barədə əmrinə uyğun o, Respublika Psixiatriya Xəstəxanasına nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi davranış pozuntuları ilə F62.0 Üzvi patalogiyanı təsdiq etmək məqsədilə nevroloji müayinə tövsiyə olunmuşdur. Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edilməsi barədə 17 May 2022-ci il tarixli Nazirlər Kabinetinin 187 № li Qərarına dair izahda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 avqust tarixli 1424 nömrəli Fərmanı ilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq əlilliyin müəyyən olunması meyarlarını Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə müəyyən edilmişdir ki, Qərara əsasən əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tairxli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin" 5-ci bəndə 2023-cü il tarixdə Nazirlər Kabinetinin 187 №li Qərarı əlavə edilərək qanuna müvafiq qaydada əlillik meyarlarının yüngülləşdirici hal kimi nəzərdə tutulmuşdur. Belə ki, ona, təyin olunmuş xəstəliyin əsas diaqnozu və yanaşı xəstəliklər yuxarıda qeyd etdiyi qanunlara uyğundur. Elektron onlayn alt sistemində verilən imtinada qanuna zidd əsassız imtina cavabı əlillik meyarlarına əsaslandırılmışdır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.2024cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.
12. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
18. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cümaddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
22. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli 7134 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş “S74.0 G56.4 Partlayış travması (xx.xx.2020). Sağ oturaq sinirin postravmatik neyropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə nəticələnmiş qalıq əlaməti, yeriş funksiyasının pozulması ilə. F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, davranış pozuntuları ilə. T70.0 H93.3 Barotravma (xx.xx.2020). İkitərəfli koxlear nevrit, ikitərefli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə. Y36.2. Partlayış travması (xx.xx.2020), Sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Budun proksimal 1/3-nin iç səthinin iri ölçülü ostifikasiya edən mioziti, ağrı sindromu ilə, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
23. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – S74.0 Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, (xx.xx.2020). Sağ oturaq sinirin posttravmatik nevropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə. nəticələnmiş qalıq əlaməti, yeriş funlsiyasının pozulması ilə; Ağırlaşma – T70.0 Qulağın barotravması, Barotravma (xx.xx.2020). İki tərəfli koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə; Ağırlaşma – Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) Sağ budun yuxarı 1/3 nin arxa səthinin və sol bazu oynağı nahiyyəsinin ön səthinin yuxarı 1/3 nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismləri (metal qəlpə). Budun proksimal 1/3 -; Ağırlaşma – F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişiklikliyi, davranış pozuntuları ilə.
24. İddiaçı əlillik vəziyyəti həmi göndəriş əsasında sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
25. Həmin diaqnozlardan əsas diaqnozun ağırlaşması – “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişiklikliyi, davranış pozuntuları ilə” iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.
26. Həmin xəstəlik iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulması ilə əlaqədar ona üçüncü dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
27. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
29. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların (kod) funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, pozulması faizi pozulması orqanizmin funksiyalarının davamlı müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri
7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. 7.7.1. Fəlakət keçirdikdən sonra F62.0 şəxsiyyətin davamlı dəyişikliyi Qiymətləndirmə
7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə 35-60 2 il hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski
30. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması 35-60 faiz aralığındadır və bu da iddiaçıya həmin pozuntuya görə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.
31. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2024-cü il tarixli 7134 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş “S74.0 G56.4 Partlayış travması (xx.xx.2020). Sağ oturaq sinirin postravmatik neyropatiyası ətrafın distal dərin süst parezi, trofiki və hissi pozulmalar, davamlı kauzalgik ağrı sindromu ilə nəticələnmiş qalıq əlaməti, yeriş funksiyasının pozulması ilə. F62.0 Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, davranış pozuntuları ilə. T70.0 H93.3 Barotravma (xx.xx.2020). İkitərəfli koxlear nevrit, ikitərefli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 2 (iki) metr məsafədə eşitməsi ilə. Y36.2. Partlayış travması (xx.xx.2020), Sağ budun yuxarı 1/3-nin arxa səthinin və sol bazu oynağı nahiyəsinin ön səthinin yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı və cismin xaric edilməsi cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Budun proksimal 1/3-nin iç səthinin iri ölçülü ostifikasiya edən mioziti, ağrı sindromu ilə, funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...
33. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
34. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva