Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2476/2025 04.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********183367 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Ak X4” MMC 24 dekabr 2020-ci il tarixdə ”СРS Construction” MMC-yə qoşularaq ləğv edilmiş və "СРS Construction” MMC onun hüquqi varisidir. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə “Ak X4” MMC-yə 1 716 168,93 manat ƏDV 242 222,91 manat mənfəət vergisi, 9.57 manat əmlak vergisi və 218,68 manat vergilərin artıq hesablanması üzrə ümumilikdə, 1 958 182,73 manat vergi məbləği hesablanmışdır. Həmin qərarın ləğv edilməsi üzrə verilmiş iddia ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-24/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-305/2022 saylı,12 sentyabr 2022-ci il tarixli qərarı və son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-564/2023 saylı,02 may 2023-cü il tarixli qərarı ilə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin ümumilikdə 83 094,74 manat, o cümlədən, 83 085,17 manat məbləğində ƏDV-nin və 9,57 manat məbəğində əmlak vergisinin az hesablanması müəyyən olunmuşdur. Məhkəmə icraatı dövründə “Ak X4” MMC-nin hüquqi varisi kimi ”CPS Construction” MMC qəbul edilmişdir. ”CPS Construction” MMC tərəfindən yuxarıda qeyd olunan qərarın məcburi icra edilməsi məqsədilə (lazimı şəkildə icra edilmədiyindən) qaldırılan iddia üzrə vergi uçot bazasında "Ak X4" MMC-yə (hüquqi varis "xxxx" MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83 094,74 manatın hüquqi varis "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və "xxxx" MMCyə qoşularaq ləğv edilmiş "Ak X4" MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilməsi barədə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3808/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı qəbul edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-129/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 sentyabr tarixli 2-1(102)-1904/24 nömrəli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Bu günə kimi qanuni qüvvəyə minmiş qərar tam şəkildə icra edilməmişdir. İddiaçı qeyd edir ki, 10 dekabr 2024-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən e-məhkəmə sisteminə yerləşdirilən məktubla ləğv olunan bir müəssisəyə 7 illik yenidən səyyar vergi yoxlaması açıldığından məlumatı olmuş, 11 dekabr 2024-cü il tarixdə bununla əlaqadar olaraq Dövlət Vergi Xidmətinin kargüzarlıq sistemindən müraciət edərək yoxlama aktı və məsuliyyətə cəlbetmə barədə qərarın surətinin hüquqi varis İddiaçınə (VÖEN **********) göndərilməsini xahiş edilmişdir. Müraciətə əsasən 16 dekabr 2024-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ləğv olunmuş “Ak X4“ Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş 02 aprel 2024-cü il tarixli, **********175721 nömrəli səyyar vergi yoxlaması aktını və aparılmış vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış 13 may 2024-cü il tarixli, **********183367 nömrəli vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı rəsmi şəkildə əldə edilmişdir. Qeyd edilənləri əsas gətirərək 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, **********183367 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə "Ak X4" Məhdud Məsuliyyətli Cəmiyyətində növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında 25 may 2023-cü il tarixli **********626700 nömrəli qərarın icrası ilə bağlı Azərbaycan Respublikasının VergiMəcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq 14 saylı Ərazi Vergilər İdarəsinin 20 iyun 2023-cü il tarixli **********173333 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarı ilə "AkX4" Məhdud Məsuliyyətli Cəmiyyətində 01 may 2016-cı il tarixdən 01 may 2023-cü il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı sənədlər təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan sənədlər, "xxxx" Qapalı Səhmdar Cəmiyyət (VÖEN**********) tərəfindən 24 iyun 2023-cü il tarixli, **********938900 nömrəli, "xxxx" AçıqSəhmdar Cəmiyyətin (VÖEN **********) Qazax şöbəsi tərəfindən 11 iyul 2023-cü il tarixli,**********534700 nömrəli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN**********) tərəfindən 21 sentyabr 2023-cü il tarixli, **********513100, **********512400 və **********511700 nömrəli, "xxxx" Açıq Səhmdar Cəmiyyətin (VÖEN **********) Ağstafaşöbəsi tərəfindən 26 sentyabr 2023-ci il tarixli, **********083700 nömrəli məktublarla daxil olmuş vergi ödəyicisinin bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan idxal - ixrac əməliyyatları barədə məlumatlar, elektron qaimə-fakturalar barədə məlumatlar, elektron vergi hesab-fakturaları barədə məlumatlar, idxal - ixrac əməliyyatları barədəməlumatlar, əlavə dəyər vergisinin depozit hesabından çıxarış və vergi ödəyicisinin qarşılıqlı əməliyyatları barədə alınmış məlumatlar əsasında aparılmışdır. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 159.1-ci və 166-cı maddələrinə əsasən əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin aylar üzrə düzgün göstərilməməsi və Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi nəticəsində cəmiyyət tərəfindən 2018-ci il ərzində 557.024,60 manat və 2019-cu il ərzində 664.003,75 manat, cəmi 1.221.028,45 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2018-ci il ərzində 218,68 manat, 2019-cu il ərzində 824,23 manat və 2020-ci il ərzində 134,75 manat, cəmi 1.177,66 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı,nəticədə yoxlama ilə əhatə olunan dövrdə 1.219.850,79 manat (1.221.028,45 - 1.177,66 = 1.219.850,79) büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı kameral vergi yoxlaması ilə əhatə olunmuş sonuncu əlavə dəyər vergisinin bəyannamələrinə əsasən işçilərə 2019cu ilin iyul ayında 38.436,99 manat, avqustayında 38.964,15 manat və sentyabr ayında 40.961,48 manat, cəmi 118.362,62 manat əməkhaqqının hesablandığı müəyyən edilmiş və göstərilənləri nəzərə alaraq nəticədə 2019-cu ilin İll rübü üçün MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) barədə hesabatda işçilərə 2019-cu ilin iyul ayında 38.436,99 manat, avqust ayında 38.964,15 manat və sentyabr ayında 40.961,48 manat, cəmi 118.362,62 manat əmək haqqının hesablandığının göstərilməli olduğu və müvafiq olaraq 29.590,66 manat sosial sığorta haqqının hesablanmalı olduğu, nəticədə 2019-cu ilin İll rübü üçün MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) barədə hesabatda 16.916,70 manat sosial sığorta haqqının artıq hesablandığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər 02 aprel 2024-cü il tarixli **********175721 nömrəli "Səyyar Vergi yoxlaması Aktı" ilə rəsmiləşdirilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarı ilə "Ak X4" Məhdud Məsuliyyətli Cəmiyyətinə 242.222,91 manat mənfəət vergisi, 1.219.985,54 manat əlavə dəyər vergisi və 731.625,69 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə buraxılmış prosessual müddətlə bağlı qeyd edir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən mübahisələndirilən "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarı hüquqi varis olan İddiaçınə (VÖEN **********) yox, ləğv olunmuş “Ak X4“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) elektron məhkəmə sisteminə yerləşdirmişdir. İddiaçının həmin qərardan 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 10 dekabr 2024-cü il tarixdə e-məhkəmə sisteminə yerləşdirilən məktubla ləğv olunan bir müəssisəyə 7 illik yenidən səyyar vergi yoxlaması açıldığından məlumatı olmuş, 11 dekabr 2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin kargüzarlıq sisteminə müraciət edərək yoxlama aktı və məsuliyyətə cəlbetmə barədə qərarın surətinin hüquqi varis İddiaçınə (VÖEN **********) göndərilməsini xahiş etmişdir. Qərarı əldə etdikdən sonra isə 20 dekabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş prosessul müddət buraxılmamışdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: 14 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin və ya sığortaedənin vergiqanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görəməsuliyyətə cəlb edilməsi haqqında" 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarının məzmunundan görünür ki, 42.222,91 manat mənfəətvergisi, 1.219.985,54 manat əlavə dəyər vergisi və 731.625,69 manat maliyyə sanksiyası hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********175721 saylı Səyyar vergi yoxlamsı aktdan görünür ki, “Ak X4“ Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) Vergi məcəlləsinin 38.3.6 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanması aparılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 14 saylı Ərazi Vergilər İdarəsi "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarına əsasən, "xxxx" MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2020-ci il tarixli təhvil aktından məlum olur ki, “AK X3” MMC-nin bütün borclular və kreditorlar qarşısında hüquq və öhdəlikləri, mühasibat balansında əksini tapmış əsas vəsaitlər, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri və digər əmlaklar, sonuncuya məxsus olan bütün əmlak, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri İddiaçı MMC-yə keçmiş və İddiaçı MMC-nin təsis sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alındığı gündən “AK X3” MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varisi hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.4-cü maddəsinə əsasən qoşulma şəklində yenidən təşkil halı istisna olmaocla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Göründüyü kimi hüquqi şəxs “AK X4” MMC digər hüquqi şəxs İddiaçı MMC qoşulduğundan öz statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olmuşdur. Bununla da onun mövcudluğuna son qoyulmuşdur. Cavabdeh tərəfin iddia ərizəsinə münasibətindən (etirazdan) müəyyən olunur ki, “Ak X4” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) aparılmış səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 104.1-ci, 105.1-ci və 83.9-cumaddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəlivə 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına əsasən 2017-ci il üzrə 1.383,64 manat, 2018-ciil üzrə 179.148,89 manat və 2019-cu il üzrə 61.690,38 manat, cəmi 242.222,91 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı və 2020-ci il üzrə 407.425,79 manat büdcəyə çatacaq mənfəət vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 159.1-ci və 166-cı maddələrinə əsasən əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin aylar üzrə düzgün göstərilməməsi nəticəsində cəmiyyət tərəfindən 2018-ci il ərzinde 557.024,60 manat və 2019-cu ilərzində 664.003,75 manat, cəmi 1.221.028,45 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2018-ci il ərzində 218,68 manat, 2019-cu il ərzində 824,23 manat və 2020-ci il erzində134,75 manat, cəmi 1.177,66 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı,nəticədə yoxlama ilə əhatə olunan dövrdə 1.219.850,79 manat (1.221.028,45 - 1.177,66 = 1.219.850,79) büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı kameral vergi yoxlaması ilə əhatə olunmuş sonuncu əlavədəyər vergisinin bəyannamələrinə əsasən işçilərə 2019cu ilin iyul ayında 38.436,99 manat, avqustayında 38.964,15 manat və sentyabr ayında 40.961,48 manat, cəmi 118.362,62 manat əməkhaqqının hesablandığı müəyyən edilmiş və göstərilənləri nəzərə alaraq nəticədə 2019-cu ilin İll rübüüçün MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) barədə hesabatda işçilərə 2019-cu ilin iyul ayında 38.436,99 manat, avqust ayında 38.964,15 manat və sentyabr ayında 40.961,48manat, cəmi 118.362,62 manat əmək haqqının hesablandığının göstərilməli olduğu və müvafiqolaraq 29.590,66 manat sosial sığorta haqqının hesablanmalı olduğu, nəticədə 2019-cu ilin İll rübüüçün MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) barədə hesabatda 16.916,70manat sosial sığorta haqqının artıq hesablandığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər 02 aprel 2024-cü il tarixli **********175721 nömrəli "X6" ilə rəsmiləşdirilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin "Vergi ödəyicisinin və ya sığortaedənin vergiqanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görəməsuliyyətə cəlb edilməsi haqqında" 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarı ilə"Ak X4" Məhdud Məsuliyyətli Cəmiyyətinə 242.222,91 manat mənfəətvergisi, 1.219.985,54 manat əlavə dəyər vergisi və 731.625,69 manat maliyyə sanksiyası hesablanmışdır. Göründüyü kimi hüquqi şəxsin yenidən təşkil olunması vergi orqanında qeydə alınmış, İddiaçı MMC ona qoşulan hüquqi şəxsin hüquqi varisidir. Buna baxmayaraq vergi orqanı mövcud olmayan hüquqi şəxsin barəsində vergi borcunun olması ilə bağlı qərar qəbul etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətə malik olduğu da cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisələndirilən qərarı qəbul edərkən, cavabdeh xx.xx.2017 – xx.xx.2023-cü illəri əhatə edən vergi dövrü üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğuna və bu üzdən həmin dövrün eyni əsaslarla yenidən yoxlanılmasının yolverilməz olduğuna diqqət yetirməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində də araşdırıla bilməz. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Bu mənada vergi qanunvericiliyi ilə vergi orqanlarının üzərinə qoyulmuş vəzifələri və vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin olunması ilə bağlı səlahiyyətləri həyata keçirərkən vergi orqanı hər bir halda qeyd olunan məqsədlərdən çıxış etməli və vergi ödəyicisinə münasibətdə yalnız qanunda təsbit edilmiş əsasların mövcud olduğu hallarda və qaydada vergi nəzarəti tədbirlərini tətbiq etməlidir. Bu həm də inzibati orqanların, o cümlədən cavabdehin fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasından irəli gəlir. Nəzərə almaq lazımdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunur və üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan konstitusiya ilə qorunan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsimaraqlarıarasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın qəbul olunması vergi orqanı tərəfindən səlahiyyətdən sui-istifadə və iddiaçının sahibkarlıq fəaliyyətinə, konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh cinayət təqibi orqanının qərarını əsas götürməklə barəsində mübahisənin məhkəmə qərarı ilə həll edildiyi və bununla bağlı cavabdehin qərarının ləğv olunduğu vergi dövrü üzrə yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin səyyar vergi yoxlaması zamanı cavabdehin xx.xx.2021-ci il tarixli, **********145444 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2017 - xx.xx.2020-ci illəri əhatə edən vergi dövrü üzrə 3.991.149,47 manat vergi və 2.001.210,37 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 5.992.359,84 manat məbləğində vergi hesablanmışdır. İddiaçı həmin inzibati aktı məhkəmədə mübahisələndirmişdir. Daha sonra, inzibati məhkəmə tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixli qərarın ləğvinə dair iddia tələbi təmin olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-544/2022 saylı iş üzrə qərarı ilə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Odur ki, məhkəmə hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarı ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 13 may 2024-cü il tarixli **********183367 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2476/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2476/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver