Məhkəmə qərarları › İş №2-1(114)-2490/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2490/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2490/2025 13.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı ata adının dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı və üçüncü şəxs X16 iştirakları ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə (üçüncü şəxslər X20 və X22) qarşı ata adının dəyişdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. AA******* nömrəli şəxsiyyət vəsiqəsi, xx.xx.2025-ci il tarixli AZ-V 863795 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. X9, anası X8r.

2. Nikahın pozulması haqqında xx.xx.2011-ci il tarixli AZ-İ 112644 nömrəli şəhadətnaməyə əsasən X20 və X4 nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 118 nömrə ilə qeyd edilmişdir.

3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(045)- 2022/2013 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş İddiaçı yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X13 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 fevral 2010-cu il tarixli 2(044)-98/10 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 (səksən) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaitinin 13 noyabr 2013-cü il tarixdən başlayaraq, X13 hər ay sabit pul məbləğində tutularaq, X5 verilməsi qət edilmişdir.

4. Doğum haqqında xx.xx.2025-ci il tarixli AZ-V №069753 nömrəli şəhadətnaməyə əsasən X23 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. X9, anası X8r.

5. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2016-cı il tarixli AZ-İ № 246800 nömrəli şəhadətnaməyə əsasən X22 xx.xx.2016-cı il tarixdə X3 doğulmuş X21 atası hesab edilmişdir.

6. Doğum haqqında xx.xx.2016-cı il tarixli AZ-İİİ №801069 nömrəli şəhadətnaməyə əsasən X24 xx.xx.2016-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. X11, anası X6r.

7. İddiaçı ata adının dəyişdirilməsi barədə 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş və həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-3092-15/24 nömrəli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək, tərbiyə etmiş şəxsin razılığı olmadığından ata adının dəyişdirilməsinin səlahiyyətləri xaricində olduğu bildirilmiş, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025ci il tarixli 6-1-21/3-368/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-cü maddəsinə əsasən məlumat istifadəçilərinə Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumat verilməsi xx.xx.2018-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildirilir ki, hazırda kredit tarixçələri “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən "xxxx" MMC-də (ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 43, “X26”, AZ 1044) toplanılır və qanuna müvafiq qaydada məlumat istifadəçilərinə təqdim edilir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-300/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır.

10. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli AKB/2-9/2025 nömrəli cavab məktubuna əlavə edilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı hər hansı kredit öhdəliyi yoxdur.

11. Cavabdeh orqanın məhkəməyə göndərdiyi sənədlərlə müəyyən olunur ki: - İddiaçı soyadı və adının X15 dəyişdirilməsinə dair ərizəsi üzrə 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin Gəncə şəhər Baş Polis İdarəsinə müraciəti üzrə müvafiq yoxlama aparılmış, ərizəçinin şəxsiyyəti ətraflı, eləcə də ad və soyadını istintaqdan, məhkəmədən, aliment verməkdən yayınmaq məqsədilə və yaxud digər məqsədlər üçün dəyişdirilməsinin mümkünlüyü ilə əlaqədar aparılan yoxlamanın nəticələrinə əsasən daxili işlər orqanından İddiaçı barəsində nüfuzdan salıcı materialların olmaması barədə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən müsbət rəy verilmiş və Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4022025 nömrəli akt qeydinə əsasən İddiaçı ərizəsinə əsasən onun soyadı və adı dəyişdirilərək X15 qeyd edilmişdir. II. Məhkəmədə icraat

12. İddiaçı cavabdeh 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ata adının dəyişdirilərək “Xaliq” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 09 fevral 2010-cu il tarixli 2(044)-98/2010 nömrəli qətnaməsinə əsasən anası X10 ilə X9 arasında 24 iyun 2006-cı il tarixli 272 saylı nikah pozulmuşdur. Sonra anası X1 Xaliq Ələddin oğlu ilə 2014cü ildə ailə qurmuşlar və bu münasibətlərdən onların xx.xx.2016-cı il tarixdə X24 adlı bacısı anadan olmuşdur. 2014-cü ildən etibarən ona ögey X11 ona atalıq etmişdir. Onun bioloji atası isə onu tanımır, onun saxlanılmağı ilə bağlı anasının xeyrinə qət edilmiş alimenti ödəmir, dəfələrlə alimentin ödənilmədiyinə görə inzibati qaydada həbs olunmuşdur. Bundan başqa, bioloji atası ailə qurduğu qadının övladını döydüyünə gərə 4 il azadlıqdan məhrum edilmişdir. Beləliklə, o, bioloji atasının nə soyadını, nə də onun adını daşımaq istəmir. O, soyadının "Əmirov", ata adının isə "Xaliq" adı ilə dəyişməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh onun soyadının dəyişməsini təmin edir, lakin ata adının dəyişdirilməsi ilə bağlı imtina vermişdir. İmtinanı onunla əsaslandırmışdır ki, tərbiyə etmiş şəxsin razılığı olmadığından ata adının dəyişdirilməsi səllahiyyəti xaricindədir, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Hesab edir ki, qeydiyyat şöbəsinin onun müraciətinə imtina etməsi qanuna ziddir. Belə ki, ata adının dəyişdirilməsi onun qanunvericiklə verilmiş hüququdur. Hüquqların məhdudlaşdırlması yol verilməzdir. Həmçinin belə bir şəxsin adı onun ata adı kimi qeyd olunması onun üçün utancverəndir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X20 və X22 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı və üçüncü şəxs X22 məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

26. Üçüncü şəxs X14 iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

28. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, Xəyal adlı bioloji atasını tanımır, həmin şəxslə heç vaxt görüşməmiş, ünsiyyətdə olmamışdır. Özünü dərk edəndən ata olaraq X18 tanımış-bilmiş, ona atalığı həmin şəxs etmişdir. Heç vaxt görmədiyi, tanımadığı şəxsin adını ata adı kimi daşımaq istəmir. Onun övlad olaraq bütün yükünü Xaliq çəkmiş, onu böyüdüb başa çatdırmış, tərbiyə-təhsil vermişdir. Cavabdeh orqan ondan X16 notarial yazılı razılığını tələb etməmiş, onun adını və soyadını dəyişdirsə də, ata adını yalnız məhkəmə qərarı əsasında dəyişdirəcəyini bildirmişdir. O, ad və soyadını dəyişsə də, ata adı dəyişmədiyinə görə yeni şəxsiyyət vəsiqəsi almamışdır.

29. Üçüncü şəxs X22 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı anası ilə rəsmi qaydada nikah bağlamasalar da, faktiki ailə münasibətlərindədirlər və bu birgə yaşayışdan Banu adlı qızları doğulmuşdur. O, Mehriban Abbasova ilə ailə münasibəti quran zaman onun əvvəlki nikahından olan oğlu Əliastan anasının himayəsində olmuş və o, həmin uşağı öz övladı kimi böyüdüb başa çatdırmışdır. İddiaçı ata adının onun adına dəyişdirilməsinə heç bir etirazı yoxdur və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AA******* nömrəli şəxsiyyət vəsiqəsi; - xx.xx.2025-ci il tarixli AZ-V 863795 nömrəli doğum haqqında şəhadətnamə; - Nikahın pozulması haqqında xx.xx.2011-ci il tarixli AZ-İ 112644 nömrəli şəhadətnamə; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(045)- 2022/2013 nömrəli qətnaməsi; - Atalığın müəyyən edilməsi haqqında xx.xx.2016-cı il tarixli AZ-İ № 246800 nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.2016-cı il tarixli AZ-İİİ №801069 nömrəli şəhadətnamə; - Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4022025 nömrəli akt qeydi və doğum haqqında xx.xx.2025-ci il tarixli AZ-V 069753 nömrəli şəhadətnamə; - 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-3092-15/24 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli 6-1-21/3-368/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-300/25 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli AKB/2-9/2025 nömrəli cavab məktubu və ona əlavə edilmiş Azərbaycan Kredit Bürosundan çıxarış; - Gəncə şəhər Baş Polis İdarəsinin rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

32. İş materiallarından müəyyən olur ki, İddiaçı ata adının dəyişdirilməsi barədə 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciəti etmiş və həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-3092-15/24 nömrəli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək, tərbiyə etmiş şəxsin razılığı olmadığından ata adının dəyişdirilməsinin səlahiyyətləri xaricində olduğu bildirilmiş, bununla bağlı məhkəməyə müraciə etməyi tövsiyyə olunmuşdur.

33. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız sayaraq, aşağıdakıları qeyd edir.

34. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə: Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na görə: Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.4. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarına görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir.

37. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir.

38. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır.

39. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir.

40. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar.

41. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır.

42. “Giyo Fransaya qarşı” işdə (Guillot v. France) Fransanın dövlət orqanlarının ərizəçinin qızını Flor de Mari adı ilə qeydiyyata almaqdan imtina etmələri və bu adın müvafiq dini adlar siyahısında olmadığını əsas gətirmələri ilə əlaqədar olaraq Məhkəmə izah etdi ki, uşağın adının valideynləri tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür.

43. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir.

44. Məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

45. Qeyd olunanların hazırkı mübahisəyə münasibətdə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının ata adının dəyişdirilməsindən imtina qanunun tələblərinə uyğun olmamışdır.

46. Belə ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.4-cü bəndində ərizə verən şəxsin istəyi ilə ata adının onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilə bilməsi təsbit edilmişdir.

47. İddiaçı da iddia ərizəsində həmin hala istinad etmiş, yəni ona atalıq qayğısını X16 göstərdiyini qeyd etmiş, eyni zamanda məhkəmə iclasında bildirmişdir ki, o, Xəyal adlı bioloji atasını tanımır, həmin şəxslə heç vaxt görüşməmiş, ünsiyyətdə olmamışdır. Özünü dərk edəndən ata olaraq X18 tanımış-bilmiş, ona atalığı həmin şəxs etmişdir. Heç vaxt görmədiyi, tanımadığı şəxsin adını ata adı kimi daşımaq istəmir. Onun övlad olaraq bütün yükünü Xaliq çəkmiş, onu böyüdüb başa çatdırmış, tərbiyə-təhsil vermişdir.

48. X7 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı anası Mehriban Abbasova ilə rəsmi qaydada nikah bağlamasalar da, faktiki ailə münasibətlərindədirlər və bu birgə yaşayışdan Banu adlı qızları doğulmuşdur. O, Mehriban Abbasova ilə ailə münasibəti quran zaman onun əvvəlki nikahından olan oğlu Əliastan anasının himayəsində olmuş və o, həmin uşağı öz övladı kimi böyüdüb başa çatdırmışdır. İddiaçı ata adının onun adına dəyişdirilməsinə heç bir etirazı yoxdur və iddianın təmin edilməsini məhkəmədən xahiş edir.

49. Göründüyü kimi, yuxarıda adıçəkilən Qaydaların 6.4-cü bəndində “onu tərbiyə etmiş şəxs” dedikdə, şəxsin anası ilə faktiki ailə münasibətlərində olaraq onun tərbiyəsini həyata keçirən şəxs (atalıq) başa düşülür. Yəni, şəxs onu tərbiyə etmiş atalığının adını ata adı kimi daşımaq arzusu olduğu halda, onun müraciəti həmin bəndin təsiri dairəsinə düşür.

50. Hazırkı işdə də iddiaçının ata adı kimi dəyişdirmək istədiyi şəxs şəxsin anası ilə faktiki ailə münasibətlərində olmaqla, iş materialları ilə onun həqiqətən də iddiaçını tərbiyə etmiş şəxs olması, həmin ailə münasibətlərindən bir övladın dünyaya gəlməsi müəyyən edilir.

51. Məhkəmə eyni zamanda onu da nəzərə alır ki, İddiaçı soyad və adının X15 dəyişdirilməsinə dair ərizəsi üzrə 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin Gəncə şəhər Baş Polis İdarəsinə müraciəti üzrə müvafiq yoxlama aparılmış, ərizəçinin şəxsiyyəti ətraflı, eləcə də ad və soyadını istintaqdan, məhkəmədən, aliment verməkdən yayınmaq məqsədilə və yaxud digər məqsədlər üçün dəyişdirilməsinin mümkünlüyü ilə əlaqədar aparılan yoxlamanın nəticələrinə əsasən daxili işlər orqanından İddiaçı barəsində nüfuzdan salıcı materialların olmaması barədə Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən müsbət rəy verilmiş və Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında xx.xx.2025-ci il tarixli **********4022025 nömrəli akt qeydinə əsasən İddiaçı ərizəsinə əsasən onun soyadı və adı dəyişdirilərək X15 qeyd edilmişdir.

52. Yəni, polis orqanı tərəfindən iddiaçının ad və soyadının dəyişdirilməsi məsələsinə münasibətdə müsbət rəy verilmiş, cavabdeh orqan özü könüllü qaydada iddiaçının adını Aslan, soyadını isə Əmirov kimi (X2 müvafiq olaraq) dəyişdirmişdir.

53. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olub-olmadığının müəyyənləşdirilməsi ilə bağlıdır.

54. Məhkəmə hesab edir ki, iddiaçının ata adının dəyişdirilməsi ilə bağlı istəyini ifadə etdiyi hallar kifayət qədər ağlabatan və tutarlı səbəblər kimi qəbul edildiyindən cavabdeh orqanın bundan imtinası qanunsuz və əsassız olmuşdur.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ata adının dəyişdirilərək “Xaliq” kimi qeyd olunması öhdəliyi 1 saylı Gəncə Regional Cavabdehzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar