Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-26/2020 03.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “xxxx” Firmasının nümayəndəsi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Firmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və müstəqil audit yoxlamasının keçirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı “xxxx” Firması cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 saylı X2 xx.xx.2018-ci il tarixli, 008069 nömrəli seriya VN-16 aktının etibarsız sayılması, xx.xx.2018-ci il tarixli, **********9815 nömrəli qərarın ləğv edilməsi və “xxxx” firmasının 12 saylı X4 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək borcunun olub-olmaması haqqında müstəqil audit yoxlamasının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(83)-730/2019 nömrəli qərardadına əsasən iddiaçının “12 saylı X2 xx.xx.2018-ci il tarixli, **********9815 nömrəli qərarının ləğv edilməsi, “xxxx” firmasının 12 saylı X4 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək borcunun olub-olmaması haqqında müstəqil audit yoxlamasının keçirilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə iş üzrə iddia müddətinin bərpa edilməsindən imtina olunmuşdur. Sözügedən məhkəmə qərardadından apelyasiya şikayəti verilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(104)-590/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(102)-3380/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. İddiaçının nümayəndəsi İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, buraxılmış prosessual müddət bərpa edilmədiyinə görə iddia mümkünsüz sayılmalıdır. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Tələbin “12 saylı X2 xx.xx.2018-ci il tarixli, **********9815 nömrəli qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd olunur ki, sözügedən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin bərpa edilməsindən imtina olunmuşdur. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -1.3-cü maddəsində qeyd olunmuşdur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -1.4-ci maddəsində qeyd olunmuşdur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.3-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddia müddətlərinə riayət edilməsinin yoxlanılması həmin şərtlərdən biridir. Odur ki, hazırki halda iddia tələbinin “qərarın ləğv edilməsi hissəsi” iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Bundan başqa, tələbin ““xxxx” firmasının 12 saylı X4 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək borcunun olub-olmaması haqqında müstəqil audit yoxlamasının keçirilməsi” hissəsi tələbin digər (qərarın ləğv edilməsi) hissəsi ilə birbaşa bağlı olduğundan, eləcə də həmin hissə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən tələbin “müstəqil audit yoxlamasının keçirilməsi” hissəsi də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı “xxxx” Firmasının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və müstəqil audit yoxlamasının keçirilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-26/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-26/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver