Məhkəmə qərarları › İş №2-1(114)-273/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-273/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-273/2025 28.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və N nömrəli hərbi hissəyə qarşı əmrlərin ləğv edilməsi və digər tələblərə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh N saylı hərbi hissənin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və N nömrəli hərbi hissəyə qarşı N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3N nömrəli əmrinin və N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmrinin ləğv edilərək, işə bərpa edilməsi, buraxılmış illərin xidmət illərin hesablanması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 10N) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə X17 Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 14/11NN nömrəli telefonoqramına əsasən keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş mina və partlamamış döyüş sursatları təhlükəsini nəzərə alaraq, şəxsi heyətin təhlükəsizliyinin intizamının möhkəmləndirilməsi məqsədilə, şəxsi heyətin işğaldan azad edilmiş yaşayış məntəqələrinə daxil olarkən diqqətli olmaları, özbaşına hərəkətlərə yol verməmələri, Beynəlxalq hüquq normalarına ciddi əməl edilməsi, hər hansı bir əmlakın dağıdılmasının, məhv edilməsinin və mənimsənilməsinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi bildirilmişdir.

2. N nömrəli hərbi hissənin 0N1, 212, N3, 109, NN0, 922, 929, 777, 288, N21, N22 və N67 nömrəli hərbi hissə komandirlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3N34 nömrəli telefonoqramına əsasən keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş mina və partlamamış döyüş sursatları təhlükəsini nəzərə alaraq, şəxsi heyətin təhlükəsizliyinin intizamının möhkəmləndirilməsi məqsədilə, şəxsi heyətin işğaldan azad edilmiş yaşayış məntəqələrinə daxil olarkən diqqətli olmaları, özbaşına hərəkətlərə yol verməmələri, Beynəlxalq hüquq normalarına ciddi əməl edilməsi, hər hansı bir əmlakın dağıdılmasının, məhv edilməsinin və mənimsənilməsinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi bildirilmişdir.

3. N nömrəli hərbi hissə komandirinin Cavabdeh komandirinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3N nömrəli telefonoqramına əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli 16808 nömrəli dərkənarını icra etmək məqsədi ilə tabeliyində xidmət edən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı qarətlə məşğul olduğu üçün çavuş hərbi rütbəsindən məhrum edilməklə ehtiyata buraxılmasının təmin edilməsi əmr edilmişdir.

4. Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və İntizam Nizamnaməsinin N0-ci maddəsinin “i” bəndinə (sülh dövründə çavuş hərbi rütbəsindən məhrum edilməklə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 3-cü əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat taqımının minaatan qrupunun komandiri çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3N nömrəli telefonoqramı və N nömrəli hərbi hissə komandirinin təqdimatı.

5. N nömrəli hərbi hissə komandirinin “N nömrəli hərbi hissənin hərbi qulluqçusu çavuş İddiaçı tərəfindən törədilmiş qarət hadisəsi və təqsirkar şəxslərin cəzalandırılması haqqında” xx.xx.2023-cü il tarixli 481 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidmət vaxtı başa çatmadan çavuş hərbi rütbəsindən məhrum edilməklə ehtiyata buraxılmasının nəzərə alınması, N nömrəli hərbi hissənin Hüquq şöbəsinin rəisinin toplanmış materialların aidiyyəti üzrə hərbi prokurorluğa göndərilməsi əmr edilmişdir. Əmrin məzmununda göstərilir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu çavuş İddiaçı tərəfindən törədilmiş qarət hadisəsi və təqsirkar şəxslərin cəzalandırılması haqqında N nömrəli hərbi hissənin hərbi qulluqçusunun Qarabağ iqtisadi rayonunda keçirilən antiterror əməliyyatından sonra azad olunmuş yaşayış məntəqələrində qarətçiliklə məşğul olması barədə daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 2N sentyabr 2023-cü il tarixdə N nömrəli hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 4-cü tağımının minaatan komandiri vəzifəsində xidmət edən MAHHXHQ çavuş İddiaçı tanışı Gəncə şəhər sakini Elman Allahverdiyev adlı şəxsə VAZ 21214 markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobilinin Kəlbəcər rayonu Çopurlu kəndinə gətirilməsini xahiş etmiş və həmin tarixdən qanunsuz olaraq qeyd olunan avtomobili Kəlbəcər - Ağdərə rayonları ərazisində üzərində "PRESS" yazılı köynəklə idarə etmişdir. 26 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Cavabdeh İdeoloji iş və mənəvi-psixoloji təminat şöbəsi rəisinin ictimaiyyətlə əlaqələr və mənəvi-kütləvi iş üzrə köməkçisi mayor X3 MAHHXHQ çavuş İddiaçı zəng edərək ona 27 sentyabr 2023-cü il tarixdə Ağdərə rayonu, Həsənriz kəndində şəhid olmuş hərbi qulluqçuların anım mərasiminin keçiriləcəyini bildirmiş, həmin ərazidə yerləşən bayraq meydanına getməsini və dron vasitəsilə ərazidə çəkiliş aparmasını tapşırmışdır. Bu tapşırığın icrası ilə əlaqədar MAHHXHQ çavuş İddiaçı Həsənriz kəndinə gedərək kənd ərazisində sahibsiz qalmış avtomobillərin ehtiyat hissələrinin satışı mağazasına daxil olmuş, mağazada olan minik avtomobilləri üçün çoxlu sayda ehtiyat hissələrini və kəndin ərazisində sahibsiz mənzillərdən şəxsi istifadə üçün götürdüyü müxtəlif növ spirtli içkiləri, 2 ədəd televizor, kabab şişləri, üzqırxan və digər əşyaları idarə etdiyi VAZ 21214 markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobilə toplayaraq, Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində hərəkətdə olarkən Hərbi polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış, avtomobilə baxış keçirilərək aşkar olunmuş əmlaklar video çəkilişdən istifadə edilməklə götürülmüşdür. Qeyd olunanlar N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən tabelikdə olan hərbi qulluqçuların xidməti fəaliyyətinə və döyüş tapşırığının yerinə yetirilməsi zamanı Azərbaycan Respublikası müdafiə nazirinin 16 may 2014-cü il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində Silahlı münaqişələr hüququnun tətbiqi üzrə Təlimat"ın tələblərinə riayət edilməsinə zəif nəzarətin nəticəsidir.

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli təqdimatına əsasən MAHHXHQ kiçik çavuş İddiaçı, N-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatlar zamanı boş qalmış bina və obyektlərdən avadanlıqlar çıxararaq qarətçiliklə məşğul olduğuna görə, tutduğu vəzifəyə uyğun olmaması səbəbindən hərbi rütbəsinin bir pillə aşağı salınmaqla, bağlaşmanın ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün vəsatət qaldırılmışdır.

7. N nömrəli hərbi hissə komandirinin müavinin xx.xx.2023-cü il tarixli raportuna əsasən MAHHXHQ kiçik çavuş İddiaçı, N-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatlar zamanı boş qalmış bina və obyektlərdən avadanlıqlar çıxararaq qarətçiliklə məşğul olduğuna görə, onun hərbi rütbəsinin bir pillə aşağı salınmaqla, bağlaşmanın ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması hərbi hissə komandirindən xahiş edilmişdir.

8. Söhbətləşmədən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli 7449 nömrəli aktda 3-cü taborun 9-cu bölüyünün 4-cü taqımının minaatan qrupunun komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı söhbətləşmədən imtina etdiyinə görə söhbətləşmə aparmağın mümkün olmadığı qeyd edilmiş və onun barəsində təqdimatın “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu”nun 41.0.10-cu maddəsinə əsasən bağlaşma ləğv edilərək xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı qərargaha göndərilməsi təklif edilmişdir.

9. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 333 nömrəli əmri ilə 3cü taborun 9-cu bölüyün 4-cü taqımın minaatan qrupunun komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilərək) və İntizam Nizamnaməsinin N0-ci maddəsinin "i" bəndinə (sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə) müvafiq olaraq xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, 13 noyabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılması və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Əsas: Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmrindən çıxarış (daxilolma №493).

10. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 42N nömrəli təyinat vərəqəsinə əsasən MAHHXHQ kiçik çavuş İddiaçı xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinə qeydiyyata durmaq məqsədi ilə getməyi əmr edilmişdir. Gedib çatma vaxtı xx.xx.2023-cü il. Əsas: Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmri.

11. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən qərara alınmışdır ki: İddiaçı 26 sentyabr 2023-cü il tarixdə Ağdərə rayonunun işğaldan yeni azad edilmiş «Qozlu Körpü» adlanan əraziyə yaxın yerləşən kəndlərdən birindəki mağazadan sahibsiz qalmış əşya və predmetləri götürməsi, Cavabdeh komandanlığının şifahi tapşırığı ilə həmin ordu korpusunun yerləşdiyi ərazi üzrə keçirilmiş hərbi tədbirlərin foto və videoçəkilişini aparması əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə, həmçinin xx.xx.2023-cü il tarixdə hərbi polis əməkdaşlarını və polkovnik X8 hədələməsi ilə bağlı məlumatlar öz təsdiqini tapmadığından göstərilənlərlə bağlı Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsin. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları və şirkət işçilərinin Ağdərə rayonunun işğaldan yeni azad edilmiş «Qozlu Körpü» adlanan əraziyə yaxın yerləşən kəndlərdən birindəki mağazadan əşya və predmetləri götürmələri ilə bağlı məlumatlar öz təsdiqini tapmadığından həmin məlumatlarla bağlı Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsin. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, polkovnik-leytenant X9 26 sentyabr 2023-cü il tarixdə İddiaçı Ağdərə rayonunun «Qozlu Körpü» adlanan ərazisinə yaxın yerləşən kəndlərin birində olan sahibsiz mağazadan əşya və predmetləri götürməsinə razılıq verməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsin. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları baş leytenant X10, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər X13, əsgər XN, əsgər X11, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər X16, əsgər X6, N24 nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X4 işğaldan yeni azad edilmiş ərazilərdə sahibsiz qalmış əşya və predmetləri talamaq niyyəti olmadan, gələcəkdə hərbi xidmət zamanı istifadə olunmasını təmin etmək məqsədi ilə hərbi hissəyə təhvil verilməsi üçün götürmələri ilə bağlı əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsin.

12. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli 3-3- 040/2-009436/20024 nömrəli məktubunda bildirilmişdir ki, təsvir olunan xüsusatla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılmış və qeyd olunan predmetlərin N nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant X14 tərəflərindən məruzə edilməklə hərbi hissənin ehtiyacları üçün gələcəkdə istifadə olunması məqsədi ilə götürülməsi təsdiq olunmuşdur. Araşdırmanın nəticəsinə dair Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən 09 fevral 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qərardan çıxarış ona göndərilmişdir. II. Məhkəmədə icraat

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmrinin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.N89-cu ildə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.2007-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə getmişdir. xx.xx.2008-ci il tarixdə tərxis olunaraq ehtiyata buraxılmışdır. Hərbi xidmətə olan maraq onu yenidən ordu sıralarına qayıtmağa vadar etmişdir. xx.xx.2010-cu il tarixdə müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Respbulikası Silahlı Qüvvələrinin sıralarına daxil olmuşdur. Qüsursuz xidməti dövləti tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9N illiyi yubiley medalı, Azərbaycan ordusunun 100 illiyi (N18-2018) yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı və Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif olunmuşdur. Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 064əç nömrəli əmrinə əsasən işdən çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə işdə olarkən ona bildirmişlər ki, Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmri ilə işdən çıxarılmışdır. Bu gündən işdən azaddır. İşdən çıxarılmağı qanunsuz və əsassızdır. İddiaçı olaraq prosessual hüquq normaları ilə üzərimə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

15. Məhkəmənin xx.xx.202N-ci il tarixli qərardadı ilə iş üzrə N saylı hərbi hissə cavabdeh qismində cəlb edilmiş, hazırkı iddia tələbi “N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3N nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmrinin ləğv edilərək, işə bərpa edilməsi, buraxılmış illərin xidmət illərin hesablanması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

17. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

18. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

19. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 3N.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, mübahisə predmeti olan əmrlər rəsmi qaydada iddiaçıya elan edilməmiş, N nömrəli hərbi hissə tərəfindən iddiaçıya təyinat vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmiş, iddiaçı isə hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.

21. Hazırki mübahisə iddiaçı ilə cavabdeh inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının xidməti yaşayış yeri olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.202N-ci il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçı, iddiaçının vəkili və cavabdeh N nömrəli hərbi hissənin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, digər Cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, 09 iyul 2010-cu il tarixdə Gəncə-Kəpəz rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 3-cü taborun, əməliyyat bölüyünün əməliyyat taqımının minaatan qrupunun komandiri vəzifəsində xidmət etmişdir. Quru Qoşunları komandanının xx.xx.2023-cü il tarixli 3N nömrəli telefonaqramına əsasən MAHHXHQ çavuş İddiaçı N-xx.xx.2023-cü il tarixdə Qarabağ İqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatları zamanı boş qalmış bina və obyektlərdə qarətçiliklə məşğul olduğu üçün "Çavuş" hərbi rütbəsindən məhrum olunmaqla ehtiyata buraxılmasının təmin edilməsinə dair göstəriş vermişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı, xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilən və onların öhdəsindən layiqincə gələ bilməyən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş olmamışdır. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyildir. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı xx.xx.2023-cü il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən Ağdərə rayonu ərazisində özünə məxsus Niva markalı avtomobili nömrəsiz idarə edərək qarətçilik etməklə avtomobil ehtiyat hissələri, sprtli içkilər və televizorları avtomobilinə yükləyərək aparan zaman hərbi polis əməkdaşları tərəfindən saxlanılaraq götürülmüşdür. Buna görə də Quru Qoşunları komandanının xx.xx.2023-cü il tarixli 3N nömrəli telefonaqramına əsasən MAHHXHQ çavuş İddiaçı ehtiyata buraxılmasına dair göstərişi ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) və İntizam Nizamnaməsinin N0-ci maddəsinin "i" bəndinə (sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. Cavabdeh komandirinin 064əç nömrəli 01 oktyabr 2023-cü il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmışdır. Cavabdeh komandirinin 064əç nömrəli 01 oktyabr 2023-cü il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi və əvvəlki xidmətə bərpa edilməsinə dair etirazlarını bildirirlər. Bundan başqa Cavabdeh komandirinin N əç nömrəli 01 oktyabr 2023-cü il tarixli əmri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 41.0.10cu bəndinə (bağlaşma ləğv edilərək) əmrin mətni uyğundur. İddiada göstərilənlərə etiraz edirlər və iddianı qəbul etməyərək, Cavabdeh komandirinin 064əç nömrəli 01 oktyabr 2023-cü il tarixli əmrinin ləğv edilmədən qüvvədə saxlanılmasını xahiş edirlər.

27. Cavabdeh N nömrəli hərbi hissənin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 4-cü tağımının minaatan komandiri vəzifəsində xidmət edərkən 2N sentyabr 2023-cü il tarixdə tanışı Gəncə şəhər sakini Elman Allahverdiyev adlı şəxs tərəfindən onun etibarnamə əsasında idarə etdiyi Gəncə şəhər sakini vətəndaş X1N məxsus VAZ 21214 markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobil Kəlbəcər rayonu Çopurlu kəndinə gətirilmiş və həmin tarixdən MAHHXHQ çavuş İddiaçı bu avtomobili Kəlbəcər - Ağdərə rayonları ərazisində idarə etmişdir. 26 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Cavabdeh İİ və MPT şöbəsi rəisinin ictimaiyyətlə əlaqələr və mənəvikütləvi iş üzrə köməkçisi mayor X3 MAHHXHQ çavuş İddiaçı zəng edərək onunla Ağdərə rayonu Həsənriz kəndində görüşmüş, ona 27 sentyabr 2023-cü il tarixdə Ağdərə rayonu, Həsənriz kəndində şəhid olmuş hərbi qulluqçuların anım mərasiminin keçiriləcəyini bildirərək həmin ərazidə yerləşən bayraq meydanına getməsini, dron vasitəsilə ərazidə çəkiliş aparmasını tapşırmışdır. Bu tapşırığın icrası ilə əlaqədar MAHHXHQ çavuş İddiaçı Həsənriz kəndinə gedərək əraziyə baxış keçirdikdən sonra kənd ərazisində sahibsiz avtomobillər ehtiyat hissələri satışı mağazası aşkar etmişdir. Mağazaya daxil olduqdan sonra hərbi hissə komandiri və hərbi hissənin qərargah rəisi ilə mobil telefonla əlaqə saxlayaraq mağazada çoxlu sayda miņik avtomobilləri üçün ehtiyat hissələri olması barədə məlumat vermiş və onların göstərişi ilə həmin ehtiyat hissələrini hərbi hissədə istifadə etmək üçün VAZ 21214 markalı avtomobilə yığmışdır. Həmçinin kəndin ərazisində sahibsiz mənzillərdən şəxsi istifadə üçün müxtəlif növ spirtli içkilər, 2 ədəd televizor, kabab şişləri, üzqırxan və s. əşyalar toplamışdır. Bundan sonra MAHHXHQ çavuş İddiaçı idarə etdiyi VAZ 21214 markalı **-EC-*** dövlət nömrə nişanlı avtomobillə Kəlbəcər rayonu istiqamətində hərəkətdə olarkən Qozlukörpü kəndi ərazisində Hərbi polis idarəsinin qərargah rəisinin rəhbərlik etdiyi heyət tərəfindən saxlanılmış, avtomobilə baxış keçirilərək aşkar olunmuş əmlaklar video çəkilişdən istifadə edilməklə götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsubola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasi Qanunun 18-ci bəndinin tələblərinə və Azərbaycan Respublikası müdafiə nazirinin 10 dekabr 20N-cu iltarixli 010 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə Təlimat"ın N87.7-ci bəndinin tələblərinə zidd olaraq MAHHXHQ çavuş İddiaçı hərbi hissədə özünə məxsus, qeyri-rəsmi qaydada əldə etdiyi dron vasitəsilə çəkilişlər etməklə qanunsuz fəaliyyətlərə cəlb edilmişdir. Qeyd olunanlar nəzərə alaraq, MAHHXHQ çavuş İddiaçı barəsində N nömrəli xx.xx.2023-cü il tarixli 3N nömrəli telefonoqramına əsasən onun ehtiyata buraxılması ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında* Qanunun 41.0.10-cu maddəsi, Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin N0-ci maddəsinin "z” bəndinə əsasən xidmət vaxtı başa çatmamış ehtiyata buraxılmışdır. Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Silahli Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbiqulluqçular hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə ictimai təsir tədbirlərinə, hərbi intizamı pozduqlarına görə Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin N-ci maddəsinə əsasən hər bir komandir (rəis) öz tabeliyində olanları hərbi intizamın bütün tələblərini sözsüz yerinə yetirmək ruhunda tərbiyə etməli, onlarda hərbi şərəfi və hərbi borcu şüurlu inkişaf etdirib möhkəmləndirməli, layiqliləri həvəsləndirməli, intizamı pozanlara qarşı isə ciddi tədbirlər görməlidir. Beynəlxalq humanitar hüququn əsas norması hesab olunan, Azərbaycan Respublikasının da qoşulduğu 18 oktyabr N07-ci il tarixli "Müharibə aparılması adət və qanunları haqqında” Haaqa konvensiyasının 23-cü maddəsinin "İ" bəndinə əsasən hərbi əməliyyatlar zamanı hərbi zərurətdən irəli gələn hallar istisna olmaqla düşmən əmlakının dağıdılması və ya zəbt edilməsi (qarətçilik) müharibənin qadağan olunmuş metodu hesab edilir. Azərbaycan Respublikası müdafiə nazirinin 16 may 2014-cü il tarixli 27 nömrəli qərarıilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qvvələrində Silahlı münaqişələr hüququnun tətbiqi üzrə Təlimat”ın 6.17-ci bəndinə əsasən alınmış yaşayış məntəqələrində və ya ərazilərdə qarətçilik etmə müharibə aparılmasının qadağan olunan üsullarına aiddir. Həmin Təlimatın 3 saylı əlavəsinin (Döyüş əməliyyatlarının iştirakçısı olan Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçusunun davranış kodeksi) 6-cı bəndinə əsasən hərbi qulluqçulara döyüş əməliyyatları zamanı hərbi soyğunçuluq və soyğunçuluq qadağan edilir, 7-ci bəndinə əsasən onlar öz yoldaşlarını bu qaydaları pozmaqdan çəkindirməlidir. Azərbaycan Respublikası müdafiə nazirinin 6 aprel 2020-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 3.2-ci bəndinə əsasən hərbi qulluqçu hərbi andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yoİ verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. İşdə olan sənədlərdən müəyyən edilir ki iddiaçı MAHHXHQ çavuş İddiaçı arzuladığı inzibati aktin qəbul edilməsinin zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir.

28. İddiaçı və onun vəkili Vəkil məhkəmənin iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş emişlər.

29. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının əməlində cinayət tərkibinin olmaması və barəsində cinayət işinin başlanmasının rədd edilməsi onun barəsində intizam tədbirinin görülməsini istisna etmir, ortada qarətçiliklə məşğul olmuş hərbi qulluqçunun əməli var və yuxarı komandanlıq olaraq N saylı hərbi hissə komandiri həmin əmələ görə onu intizam qaydasında cəzalandırmışdır. İntizam icraatı mqəyyən prosedur qaydalara riayət edilmədən aparılsa da, həmin formal pozuntular əmrin ləğvi üçün əsas deyildir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar və araşdırma zamanı alınmış izahatlar; - N nömrəli hərbi hissənin 0N1, 212, N3, 109, NN0, 922, 929, 777, 288, N21, N22 və N67 nömrəli hərbi hissə komandirlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3N34 nömrəli telefonoqram; - Azərbaycan Respublikası Müdafiə X17 Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 14/11NN nömrəli telefonoqram; - N nömrəli hərbi hissə komandirinin Cavabdeh komandirinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3N nömrəli telefonoqram; - Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin “N nömrəli hərbi hissənin hərbi qulluqçusu çavuş İddiaçı tərəfindən törədilmiş qarət hadisəsi və təqsirkar şəxslərin cəzalandırılması haqqında” xx.xx.2023-cü il tarixli 481 nömrəli əmri; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli təqdimatı; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli raportu; - N nömrəli hərbi hissə komandirinin “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı söhbətləşmədən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 7449 nömrəli akt; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 333 nömrəli əmri; - N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 42N nömrəli təyinat vərəqəsi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.

32. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, 09 iyul 2010-cu il tarixdə Gəncə-Kəpəz rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin 3-cü taborun, əməliyyat bölüyünün əməliyyat taqımının minaatan qrupunun komandiri vəzifəsində xidmət etmişdir. Quru Qoşunları komandanının xx.xx.2023-cü il tarixli 3N nömrəli telefonaqramına əsasən MAHHXHQ çavuş İddiaçı N-xx.xx.2023-cü il tarixdə Qarabağ İqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatları zamanı boş qalmış bina və obyektlərdə qarətçiliklə məşğul olması əsası ilə "Çavuş" hərbi rütbəsindən məhrum olunmaqla ehtiyata buraxılmasının təmin edilməsi əmr edilmişdir. Həmin əmrin əsasında Cavabdeh komandirinin 064əç nömrəli 01 oktyabr 2023-cü il tarixli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinin "z" bəndinə (bağlaşma ləğv edilərək) əsasən ehtiyata buraxılmışdır.

33. İddiaçı hazırkı iddiasında N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3N nömrəli əmrini (telefonoqram şəklində) və onun əsasında qəbul edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmrini mübahisələndirir.

34. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir, ilk öncə N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3N nömrəli əmrinə qiymət verir.

35. Belə ki, cavabdeh orqan sözügedən əmrin qəbul edilməsini onunla əsaslandırmışdır ki, İddiaçı N-xx.xx.2023-cü il tarixdə Qarabağ İqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatları zamanı boş qalmış bina və obyektlərdə qarətçiliklə məşğul olmuşdur.

36. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan xüsusatla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılmış və İddiaçı qarət etdiyi əmlak kimi göstərilən predmetlərin N nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant X14 məruzə edilməklə hərbi hissənin ehtiyacları üçün gələcəkdə istifadə olunması məqsədilə götürülməsi təsdiq olunmuşdur. Araşdırmanın nəticəsində İddiaçı əməlində cinayət tərkibi olmadığından, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.

37. Həmin araşdırma zamanı N1 saylı hərbi hissə komandiri X9 izahatı alınmış və o, verdiyi izahatında göstərmişdir ki, MAXE çavuş İddiaçı xx.xx.2023-cü il tarixdə ona zəng edərək, Həsənriz kəndində avtomobil ehtiyat hissələri olan düşmənə məxsus mağaza olduğunu, həmin mağazada UAZ və Niva markalı maşınlar üçün ehtiyat hissələrindən özünəməxsus Niva markalı avtomobilə yükləyib hərbi hissədə hərbi hissəyə məxsus avtomobillərdə istifadə olunması üçün gətirmək istədiyini bildirmiş, o da Qurbanova göstəriş vermişdir ki, qeyd olunan mağazadan həmin ehtiyat hissələrindən avtomobilinə yükləyərək hərbi hissəyə gətirib maddi-texniki təminat bölüyünə təhvil versin, hərbi hissəyə məxsus avtomobillərin texnikalarında nasazlıqlar olduqda istifadə olunsun.

38. Göründüyü kimi, cavabdehin iddia etdiyi kimi iddiaçının qarətlə məşğul olmaası halı öz təsdiqini tapmır. Ona görə ki, hərbi anlamda qarətçilik hərbi soyğunçuluqla eyni məna daşıyır və soyğunçuluq cinayət məsuliyyəti yaradacaq əməldir. Əgər, iddiaçının əməlində qarətçilik (soyğunçuluq) olsaydı, nəinki intizam tədbirinin görülməsi, hətta onun barəsində cinayət işi başlanmaqla, məsuliyyətə cəlb edilməli idi. Lakin həmin əməl Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsində araşdırılmış və İddiaçı 26 sentyabr 2023-cü il tarixdə Ağdərə rayonunun işğaldan yeni azad edilmiş «Qozlu Körpü» adlanan əraziyə yaxın yerləşən kəndlərdən birindəki mağazadan sahibsiz qalmış əşya və predmetləri götürməsi, Cavabdeh komandanlığının şifahi tapşırığı ilə həmin ordu korpusunun yerləşdiyi ərazi üzrə keçirilmiş hərbi tədbirlərin foto və videoçəkilişini aparması əməllərində cinayət tərkibinin olmaması müəyyən edilərək,, Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərar qəbul edilmişdir.

39. Prokurorluq orqanı həmin qərarına iddiaçının əməlin münasibətdə belə əsaslandırmışdır ki, araşdırma zamanı İddiaçı və digərlərinin işğaldan azad edilmiş ərazilərdə sahibsiz qalmış əşya və predmetləri hərbi hisəyə təhvil vermək niyyəti ilə götürmüş, hərbi qulluqçuların niyyəti həmin əşya və predmetləri talamaq olmamış, həmin əşyalar götürüldükdən sonra hərbi polis əməkdaşlarına təqdim edilmişdir...

40. Yəni, sözügedən qərarla iddiaçının sözügedən əşyaları götürməkdə məqsəd və niyyətinin qarət, talama olmadığı müəyyən edilmişdir. Həmin hal həmçinin iddiaçının xidmət etdiyi hərbi hissə komandirinin verdiyi izahatla da öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı həmin əşyaları götürməzdən əvvəl komandiri ilə əlaqə saxlayaraq, hərbi hissənin ehtiyacları üçün götürmək məqsədilə icazə istəmiş və onun icazəsindən sonra həmin məqsədlə əşyaları idarə etdiyi avtomobilə yükləmiş, yolda hərbi polislə qarşılaşdıqda sonra hazırkı mübahisə yaranmışdır.

41. Cavabdeh N saylı hərbi hissənin nümayəndəsi iddiaçının barəsində cinayət işinin rədd edilməsinin onun barəsində intizam tədbirinin görülməsini istisna etmədiyini, ortada qarətçiliklə məşğul olmuş hərbi qulluqçunun əməlinin olduğunu və yuxarı komandanlıq olaraq N saylı hərbi hissə komandirinin həmin əmələ görə onu intizam qaydasında cəzalandırdığını bildirsə də, məhkəmə həmin dəlilləri ona görə əsaslı saymır ki, hərbi qulluqçunun əməli öz təsdiqini tapacağı halda cinayət məsuliyyətinə səbəb olacaq əməl olduğundan və araşdırma nəticəsində də öz təsdiqini tapmadığından, bu əmələ görə intimam tədbirinin görülməsi də əsaslı sayıla bilməz.

42. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3N nömrəli əmri iddiaçının barəsində intizam tədbirinin görülməsi barədə olmaqla, Azərbaycan Respublikası Silahlı X1 Müddətindən artıq xidmət çavuşlarına tətbiq edilən ən ağır cəza tədbiri - sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma seçilmiş və bunun səbəbləri, məhz həmin növ cəza seçilməsinin əsasları əmrdə əsaslandırılmamışdır.

43. Azərbaycan Respublikasının N94-cü il 23 sentyabr tarixli, 88N saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X2”nə görə: Bənd N0. Müddətindən artıq xidmət çavuşlarına: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; ğ) əlaçı döş nişanından məhrum etmə; d) öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq; e) aşağı vəzifəyə keçirmə; ə) hərbi rütbəsini bir pillə aşağı salma; c) hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə; z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; i) sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər. Bənd 8N. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.

44. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda başlamış araşdırmanın nəticəsini gözləmədən onun ehtiyata buraxılması barədə əmrləri qəbul etmişlər.

45. Halbuki, Azərbaycan Respublikasının N94-cü il 23 sentyabr tarixli, 88N saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X2”nə görə: Bənd 93. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.

46. Eyni zamanda, iddiaçının ehtiyata buraxılması da çoxsaylı prosedur qaydalarının, o cümlədən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinin pozulması ilə aparılmışdır.

47. Belə ki, təqdim edilmiş materiallarla müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin İddiaçı qarətlə məşğul olduğu üçün çavuş hərbi rütbəsindən məhrum edilməklə ehtiyata buraxılmasının təmin edilməsinə dair xx.xx.2023-cü il tarixli 3N nömrəli əmri Cavabdeh komandirinə telefonorqam vasitəsilə ötürülmüş və elə həmin gün Cavabdeh komandiri xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmr qəbul edərək, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını əmr etmişdir. Bundan sonra isə iddiaçının ehtiyata buraxılması barədə raport əsasında onunla ən azı iki dəfə fərdi söhbət aparılmalı olmasına baxmayaraq, N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.2023-cü il tarixdə təqdimat verilmiş, raport isə xx.xx.2023-cü il tarixdə verilmiş, iddiaçı ilə fərdi söhbət isə bir dəfə olmaqla - xx.xx.2023-cü il tarixdə aparılmışdır.

48. Halbuki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə görə: Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir.

49. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

50. 162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır.

51. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.

52. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir.

53. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ehtiyata buraxılmağı haqqında N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3N nömrəli və N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmrlərinin qəbul edilməsi qanunsuz və əsassız olmuşdur.

54. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

55. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

56. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir.

57. İddiaçının digər - işə bərpa edilməsi, buraxılmış illərin xidmət illərin hesablanması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbləri isə fakültativ tələblər olduğundan, yəni əmrlər ləğv ediləcəyi halda onun yaratdığı nəticələrin aradan qaldırılması ilə bağlı olduğundan və iddia əmrlərin ləğvinə dair hissədə təmin edildiyindən fakültativ tələblərə münasibətdə də təmin edilməlidir.

58. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

59. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə N8.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi hissə:

60. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 7N və 8N-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 3N nömrəli və N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 064əç nömrəli əmrləri ləğv edilsin. İddiaçı əvvəlki – N nömrəli hərbi hissənin 3-cü taborun 9-cu bölüyün 4-cü taqımın minaatan qrupunun komandiri vəzifəsinə bərpa edilsin. Buraxılmış illərin iddiaçının xidmət illərinə hesablanması və məcburi iş buraxmaya görə ötən dövr üzrə əmək haqqının ona ödənilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 2N2) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar