Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2823/2025 03.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı adının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X2 Xidmətinin xx.xx.2024-cü il tarixli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən İddiaçı həqiqətən xx.xx.2000-xx.xx.2001;xx.xx.2002-xx.xx.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir, rütbəsi baş gizir olmuş, xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmrilə “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2019-ci il tarixli əmrilə “Qüsursuz Xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. 11 may 2019-cu il tarixində baş gizir Günəşov X1 bölmələri ilə keçirilən Dağ hazırlığı üzrə toplanış müddətində xidmətdə fərqləndiyinə görə təltif olunmuşdur. 26 iyun 2019-cu il tarixində baş gizir İddiaçı “26 iyun Silahlı Qüvvələr Günü” münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında ələdə etdiyi nəaliyyətlərə görə təltif olunmuşdur. 16 noyabr 2019-cu il tarixində gizir İddiaçı Hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında ələdə etdiyi nəaliyyətlərə görə təltif olunmuşdur 31 dekabr 2019-cu il tarixində baş gizir İddiaçı “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı” münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə təltif olunmuşdur. İddiaçının Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyanın sədrinə dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı müraciətinə cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə’’ 28 dekabr 2011 -ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il tarixli 15 noyabr 1476 nömrəli Fərmanının 4-cü maddəsinin 3-2.3-cü bəndində məhkumluğun olduğu müddət, hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir.Toplanmış sənədlərə əlavə edilmiş hərbi qulluqçunun xidmət illərinin hesablanması vərəqəsindən onun, 10.01,2000-ci il tarixdən xx.xx.2001 -ci il tarixədək müddətli həqiqi hərbi xidmət; xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək; xx.xx.2013-xx.xx.2021 -ci il tarixədək isə gizir qismində həqiqi hərbi xidmət keçməyi müəyyən olunmuş və Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət müddətinin təqvim ili ilə ümumi 20 (iyirmi ) il 06 (altı) ay 19 (on doqquz) gün təşkil edir.Həmçinin onun, Gəncə Hərbi Məhkəməsinin 30 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1 -ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması müəyyən olunmuşdur.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir.Beləliklə Azərbaycan Ordusu sıralarında təqvim ili ilə ümumi 20 (iyirmi) il 06 (altı) ay 19 (on doqquz) gün hərbi xidmət müddətinizdən, məhkumluq müddətini 02 (iki) il 05 (beş) ay çıxdıqda təqvimlə qüsursuz hərbi xidmət müddətiniz 18 (on səkkiz) il 01 (bir) ay 19 (on doqquz) gün təşkil edir. Bu səbəbdən adınızın mənzillə təmin olunmalı hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi sözügedən Fərmanın tələblərinə uyğun deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli 15 noyabr 1476 nömrəli Fərmanının 4-cü maddəsinin 3-2.3-cü bəndində məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. İddiaçı Gəncə Hərbi Məhkəməsinin 30 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Gəncə Hərbi Məhkəməsinin 1(095)-180/2013 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2013-cü il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri öz qüvvəsində saxlanılması hökm edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adının dövlət vəsaiti hesabıına yaşayış sahəsi ilə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək 177, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2002-ci ildən xx.xx.2021-ci ilədək N nömrəli hərbi hissədə baş gizir rütbəsində xidmət etmiş və Silahlı Qüvvələrdən xidmət müddətim başa çatdığına görə ehtiyata buraxılaraq hərbi qulluqçu kimi pensiyaya çıxmışdır. Vətən Müharibəsində N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər rayon Murovdağ istiqamətində döyüşlərdə iştirak etmiş, xidmət müddətində bir çox orden və fərxri fərmanlarla təltif edilmişdir.N nömrəli hərbi hissədə xidmətdə olarkən Gəncə Hərbi Məhkəməsinin 1(095)-180/2013 nömrəli xx.xx.2013-cü il tarixli hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Sonra xidmətini xx.xx.2021-ci ilədək N nömrəli hərbi hissədə davam etdirmişdir. Bir çox tarixlərdə Müdafiə Nazirliyinə hərbi qulluqçuların dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməyi üçün müraciət etmiş, onun xidmət illəri hesablanan zaman xidmət müddəti az olmuşdur.Lakin Müdafiə Nazirliyinin bu qaydada xidmət illərimin hesablanması ilə razı deyildir, belə ki, onun xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək 177, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti 1 il, 6 ay, 18 gün və xx.xx.2002-ci ildən xx.xx.2021-ci ilədək N nömrəli hərbi hissədə xidmət müddəti N il, 9 ay etmişdir ki, cəmi 21 il, 3 ay, 18 gün etmişdir. 21 il, 3 ay, 18 gün il hərbi xidmət müddətimdən 8 ay, 20 gün hərbi xidmətdə olmamağı, yəni 5 ay cəza müddəti çıxıldıqdan sonra digər 20 ildən çox xidmət müddəti nəzərə alınmaqla onun adının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi məqsədə uyğun hesab edilməli idi.Lakin onun müraciətinə müsbət cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Cavabdeh orqan iddiaya qarşı xx.xx.2025-ci il tarixində etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edirik ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Fərmanın 1 -ci hissəsinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edililər.Həmin Fərmanın 3-2-cü hissəsi isə aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir:-3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; -3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti;-3-2.3. məhkumluqun olduğu müddət.-3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.İddiaçı “Azərbaycan Ordusu”nda 10.01,2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək müddətli həqiqi hərbi xidmət etmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-xx.xx.2021 -ci il tarixədək tarixədək isə gizir qismində həqiqi hərbi xidmət keçmişdir.İddiaçı Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir.Belə ki, iddiaçı Azərbaycan Ordusu sıralarında təqvim ili ilə ümumi 20 (iyirmi) il 06 (altı) ay 19 (on doqquz) gün hərbi xidmət müddətindən, məhkumluq müddətini 02 (iki) il 05 (beş) ay çıxdıqda təqvimlə qüsursuz hərbi xidmət müddəti isə 18 (on səkkiz) il 01 (bir) ay 19 (on doqquz) gün təşkil edir.Göründüyü kimi iddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və Xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Həmçinin iddiaçı hərbi xidmət dövründə törtədiyi cinayət əməlinə görə, Gəncə Hərbi Məhkəməsinin 1(095)-180/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş və məhkumluğu ödənilmişdir. İddiaçı onun adının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Cavabdeh iddiaçının məhkumluğunun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmədiyinə əsaslanaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28 dekabr 2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilmələrinə qərara alınmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 1476 №li 15 noyabr 2021-ci il tarixli Fərmanının: Bənd 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Bənd 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanına əsasən məhkumluq müddəti “qüsursuz xidmət”ə daxil edilməmişdir. Cavabdeh haqlı olaraq iddiaçının Gəncə Hərbi Məhkəməsinin 1(095)-180/2013 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 338.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 mart 2013-cü il tarixdən hesablanmaqla, barəsində seçilmiş «həbs» qətimkan tədbiri öz qüvvəsində saxlanımaqla, 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi dövrü iddiaçının xidmət dövrünə daxil etməmişdir. Məhkəmə məhkumluğun götürülməsi (ödənilməsi) ilə bağlı qeyd edir ki, Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Şəxsin hərbi xidmət dövründə cinayət törətməsi və həmin cinayət əməlinə görə məhkum olunması, sonradan məhkumluğun ödənilməsi iddiaçının qüsursuz xidmət etməsi kimi qiymətləndirilə bilməz. Məhkumluğun ödənilməsi, məhkumluqla bağlı hüquqi nəticələri ləğv etsə də, həmin dövrün, yuxarıda istinad edilən Fərmanın 3-2.3.-ci bəndinə əsasən şəxsin qüsursuz hərbi xidmət dövrünə aid edilməməsi konkret olaraq tənzimlənmişdir. Buna görə də məhkəmə cavabdehin imtinasını əsaslı, iddiaçının tələbinin isə əsassız olması nəticəsinə gələrək hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun adının dövlət vəsaiti hesabıına yaşayış sahəsi ilə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2823/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2823/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver