Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2869/2024 01.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı X3 rəhbəri (təmsilçisi) X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X7 (bundan sonra mətndə - iddiaçı) xx.xx.2007-ci il tarixdə ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Müəssisənin təsisçisinin xx.xx.2014-cü il tarixli qərarına əsasən həmin tarixdən X6 müəssisənin rəhbəri (təmsilçisi) vəzifəsinə təyin olunmuşdur. İddiaçı toxum və ting istehsalı ilə məşğul olan təsərrüfat subyekti kimi toxum istehsalçılarının reyestrinə daxil edilmiş, bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixədək qüvvədə olan 545 nömrəli arayış verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən xx.xx.2023cü il tarixdə iddiaçının “Günəş” sortunda arpa əkini, xx.xx.2023-cü il tarixdə “Mətin” sortu buğda, “Qırmızı Gül-1” sortu buğda əkini reproduksiyalı toxum əldə etmək üçün aprobasiya edilmiş və bu barədə aqrobasiya aktı tərtib edilmişdir. Mərkəz tərəfindən həmin toxumların kondisiyalılığı haqqında xx.xx.2024-cü il tarixədək qüvvədə olan 2301728,2301729, 2301730, 2301731, 2301732, ******* nömrəli sertifikatlar verilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə həmin məhsul nümunələrinin qiymətləndirilməsi barədə uyğunluq sertifikatları da verilmişdir. İddiaçı 2022-ci ildə əkdiyi taxıla görə subsidiyanın verilməsi və toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün verilən şəhadətnamənin müddətinin artırılmasına köməklik göstərilməsi ilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. İddiaçının müraciətinə Aqrar Xidmətlər Agentliyindən baxılmışdır. Aqrar Xidmətlər Agentliyi tərəfindən cavabdehə (surəti iddiaçıya) göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-22-1/3-431/2023 nömrəli məktubunda bildirmişdir ki, təsərrüfatların toxum istehsalının (toxumluq əkin sahələrinin bəyanı, aqrobasiyası və sertifikatlaşma) arayışlarının etibarlılığının qüvvədə olduğu müddət ərzində həyata keçirildiyi nəzərə alınaraq Attestasiya Komissiyası tərəfindən həmin təsərrüfatların toxum satış bəyanının və subsidiyaya müraciətinin vaxtında formalaşması məqsədilə toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılması məqsədəuyğun hesab olunmuşdur. İddiaçı Kənd Təsərrüfatının adı da qeyd olunan siyahıya daxil edilmişdir. İddiaçının rəhbəri toxum subsidiyasının verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının müaciətinə cavab olaraq cavabdeh xx.xx.2024-cü il tarixli, 3-22-2/2-H- 244/2-16-229/2024 nömrəli məktubunda bildirmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq Elektron Kənd X1 (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X9 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Qaydanın 3.15-ci bəndinə uyğun olaraq fermerlər toxum subsidiyası ilə bağlı proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) cari il iyun ayının 10-dək EKTİS-ə daxil etməlidirlər.”Zümrüd” KTM tərəfindən istehsal edilmiş 6,9 min kq R2 reproduksiyalı buğda toxumunun satışına dair EKTİS-ə daxil edilmiş məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınçaqla 2023-cü ildə hesablanmış 345,9 toxum subsidiyası müəssisənin kart hesabına köçürülmüşdür. Digər toxum satışlarına dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyi üçün müəssisəyə subsidiyanın hesablanması mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. X6 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 ton R2 reproduksiyalı buğda toxuma görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəməyə dəqiqləşdirilmiş yeni iddia ərizəsi təqdim edilərək İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Tələb onunla əsaslandırmışdır ki, müəssisəsi Göygöl rayonu Balçılı kəndiində 61,0 ha torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 3 oktyabr 2008-ci il tarixli şəhadətnaməsinə əsasən müəssisəyə kənd təsərrüfatı bitklərinin toxumlarının və tinklərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə verilmişdir. İddiaçı torpaq sahəsində şəkər çuğunduru və buğda, toxum istehsal edir. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şəhadətnamələri əsasında kənd təsərrüfatı bitkilərini toxumlarının və tinklərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə əldə etmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” qaydasına əsasən 10 hektardan çox, 61 ha torpaq sahəsində əkin işləri apardığına görə iddiaçıya əkin subsudiyası ayrılmışdır. X5 X1 vasitəsilə həyata keçirilir. Mütəmadi olaraq X8 Sistemində (EKTİS) torpaq sahəsində illik əkin və satış barədə məlumat verməklə bəyan etmiş və bəyənnamə əsasında da qanunda nəzərdə tutulan qaydada subsidiya ilə təmin olunmuşdur. Qaydalara uyğun olaraq iddiaçı 2023-cü il üçün Reproduksiya R1-buğda birkisinin “Mətin” sortunun toxumundan 60 ton, “Qırmızı Gül-1 sortunun toxumundan 60 ton, “Qırmızı Gül-1 sortunun toxumundan 30 ton (reproduksiya R1 olmaqla hər kq üçün 0,10 manat subsidiya hesablanmalı) Reproduksiya R! arpa bitkisinin “Günəş” sortunun toxumundan 90 ton (Reproduksiya R1 olmaqla hər kq üçün 0,07 manat subsidiya hesablanmalı) olmaqla əkib məhsul yetişdirmiş və məhsulu satmışdır. Qaydalara uyğun olaraq da toxum subsidiyası almaq üçün Elektron Kənd X1nə yükləmək istəmiş, lakin mümkün olmamışdır. Səbəb kimi də şəhadətnamənin vaxtının bitməsi göstərilmişdir. Daha sonra çoxsaylı müraciətlərindən sonra 2023-cü ilin dekabr ayında sistemə girişi bərpa edildikdən sonra həmin məlumatları elektron sistemə yükləmək mümkün olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh imtinasındakı dəlilləri göstərərək iddiaya qarşı etiraz təqdim etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh xx.xx.2024-cü il tarixli 3-22-2/2- 1746/2024 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı tərəfindən istehsal edilmiş 6,9 min kq R2 reproduksiyalı buğda toxumunun satışına dair 2022-ci ilin 19 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla hesablanmış 345,9 manat toxum subsidiyası 2023-cü il 28 dekabr tarixində müəssisənin kart hesabına ödənilmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X8” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİSdə qeydiyyata alınan fiziki və ya hüquqi şəxs; 1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiya; 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini. 2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. 3.12. Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. 3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. 3.15-ci maddəsinə əsasən fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir Qeyd olunan normaların təhlilindən görünür ki, 2020-ci il 1 yanvar tarixindən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir. Həmin Qaydanın 1-ci bəndinə əsasən subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. Məhsul subsidiyası isə tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır. Həmçinin, məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 ton R2 reproduksiyalı buğda toxumunu tədarük edilməsi, həmin çəkidə məhsulunun satılması işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçı məhsul subsidiyasını almaq üçün sözügedən Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), eləcə də məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (müvafiq qəbzləri) taxıl istehsalçısı kimi sertifikatının (arayışının) müddəti xx.xx.2023-cü il tarixdə bitməsi səbəbindən “X8” informasiya sisteminin (EKTİS) altsistemi olan “Subsidiya” informasiya sisteminə (SİS) daxil etməmişdir. İddiaçı həmin arayışın müddətinin uzadılması ilə bağlı cavabdehə və onun tabe olduğu nazirliyə müraciət etmiş, müraciəti üzrə toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılması məqsədəuyğun hesab olunmuş və bu barədə cavabdehə məlumat verilmişdir. Lakin buna baxmayaraq, cavabdeh məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyini əsas gətirərək imtina etmişdir. Halbuki, iddiaçının şikayətinə aidiyyəti üzrə baxmış olan üçüncü şəxs tərəfindən cavabdehə və iddiaçıya toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılmasının məqsədəuyğun hesab olunması və iddiaçının adının da həmin siyahıya daxil edilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı ona verilən cavab əsasında əkini və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları 2023-cü ilin dekabr ayının sonunadək EKTİS-ə daxil etsə də, cavabdeh həmin məhsullar üzrə iddiaçıya məhsul subsidiyasının ödənilməsindən əsassız imtina etmişdir. Belə olan halda sahibkarlıq subyekti olan iddiaçının özünün birbaşa təqsiri olmadan subsidiya ödənişindən məhrum olması onun sahibkarlıq subyekti kimi hüquqi maraqlarına ziddir Beləliklə, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. İddiaçı X4 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 ton R2 reproduksiyalı buğda toxuma görə subsidiyanın verilməsi öhdəliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2869/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2869/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver