Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2897/2024 25.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İV-ЖГ 374024 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən X5 ilə X4 26 aprel 1987-ci ildə nikaha daxil olmuşlar, bundan sonra Hümbətov soyadını götürmüşlər. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edili Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqa tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasda müəyyən edilir. Onun Ermənistan Respublikası Ağbaba rayonunda doğulmanı təsdiq edəcək sənədlər Qeydiyyat şöbəsinə təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydin bərpası mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası Ağababa (keçmiş Amasya) rayonunda anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində soyadı, adı, ata adı X2 yazılmışdır. Bütün rəsmi sənədlərdə (atestat, komsamol bileti, nikahın bağlanması haqqında şəhadətnamədə, uşaqların doğum haqqında şəhadətnamələrində, mənzil orderində) adı Aminə kimi qeyd olunmuşdur. O, X4 26 aprel 1987-ci il tarixdə X5 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və 374024 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Həmin nikah haqqında şəhadətnaməyə əsasən Hümbətova soyadını götürmüşdür. Samux rayonunun Əhmədbəyli kənd İcra nümayəndəliyinin 1986-1990-cı illərin 8 nömrəli təsərrüfat başınakitabında onun adının üzərində kargüzarlıq qaydasında düzəliş edilərək, A hərifi pozularaq yerinə Ə hərifi yazılmışdır. Həmin texniki səhv səbəbindən təsərrüfatbaşma kitabında o İddiaçı kimi qeyd olunmuşdur. Bundan əlavə həmin texniki səhv səbəbindən onun soyadı, adı, ata adı seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsində və xüsusi mülkiyyətə aid sənədlərdə Əminə kimi qeyd olunmuşdur. Rəsmi sənədlərdə olan uyğunsuzluq onun hüquqlarını məhdudlaşdırır. İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun doğum haqqında akt qeydi bərpa olunmaqla, soyadının Qəsəbova, adının Aminə, ata adının Ələddin, doğum tarixinin xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan SSR Amasiya kimi qeyd edilərək təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum haqqında akt qeydi bərpa edilməklə təkrar doğum haqqında şəhadətnamənin verilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İşdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının sənədlərində səhvə yol verilmiş, iddiaçının ad, soyadı barəsində məlumatlar düzgün qeyd edilməmişdir. Bənd 13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Bənd 16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Bənd 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. Bənd 16-2. Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır. Bənd 21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı Ermənistan Respublikasında anadan olduğundan, doğum akt qeydinin tələb edilməsi mümkün olmadığından işdə olan sübutlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ın 16, 16-1, 16-2,21-ci bəndlərinə əsasən iddia təmin olunmalı, İddiaçı doğum haqqında akt qeydi bərpa olunmaqla, soyadının Qəsəbova, adının Aminə, ata adının Ələddin, doğum tarixinin xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan SSR Amasiya kimi qeyd edilərək təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydi bərpa olunmaqla, soyadının Qəsəbova, adının Aminə, ata adının Ələddin, doğum tarixinin xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan SSR Amasiya kimi qeyd edilərək təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2897/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2897/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver