Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2901/2024 14.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Uşağın tibbi kartasından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən X6 qeydiyyatdadır.
2. X7 Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışda diaqnoz “Toksiki ensefalopatiyanın nəticəsi, qavrama və dərketmənin geriliyi” kimi qeyd edilmişdir.
3. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli 1224 nömrəli tibbi rəyində diaqnoz “Yüngül kəmağıllıq F70.0” kimi müəyyən edilmişdir.
4. 4845/2019 nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı “Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Bərdə rayon şöbəsində stasionar müalicədə olmuşdur.
5. X10 Dispanserinin Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X10 Dispanserində stasionar müalicədə olmuşdur.
6. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Əsdəli Yusif Elman oğlunun sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0232003AAURA nömrəli göndərişi əsasında qiymətləndirilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir.
7. İddiaçı xx.xx.2021-ci il tarixdən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixdən 120 manata çatdırılmışdır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2022-ci il tarixli 20657 nömrəli qərarı ilə vətəndaşın tələb etdiyi dövrlər Əlllik AS-da olmadığına görə müraciətin təmin olunmasından imtina edilmişdir. Eyni zamanda qərarda vətəndaşa xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcəli əlilliyin təyin olunduğu və müvafiq olaraq İİİ dərəcəli əlilliyə görə elektron qaydada müavinət təyin edildiyi qeyd olunmuşdur.
9. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əlilliyə görə sosial müavinətin ödənilməsi bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə, həmin Filialın xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Məlumat üçün bildirilir ki, X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən onun xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİİ dərəcə əlilliyi müəyyən edilmişdir. Müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixindən 120 manata çatdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Sözügedən Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bildirilir ki, X1 Sisteminin Əlillik altsistemində xx.xx.2001-ci il tarixindən xx.xx.2021-ci il tarixindək onun sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi barədə məlumat aşkar edilməmişdir. Bu səbəbdən qeyd olunan tarixlərdə tibbi-sosial ekspert komissiyası tərəfindən sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi müəyyən edilmədiyi üçün ona ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, X1 Sisteminin Əlillik altsisteminə əsasən İddiaçı ilkin əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyi üçün ərizəsində qeyd olunan dövrlər üzrə müavinətin təyin edilməsindən imtina edilmişdir.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T159/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “V Sinif – psixi pozğunluqlar və davranış pozğunluqları => F70- F79-əqli gerilik => F70-yüngül dərəcəli əqli gerilik. Diaqnozun mətni: qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.5.24 gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79)” diaqnozu şəxsin tibb müəssisəsində kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Onda olan xəstəliyin anadangəlmə və ya qazanılma olmasının təyini isə məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Qərardadda göstərilən digər sual məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1-ci bəndinə görə bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi X2 tərəfindən həyata keçirilir.
12. Məhkəmənin sorğusuna Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-28/2-888/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı “Yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatdadır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə TSEK tərəfindən İddiaçı müddətsiz olaraq İİİ dərəcəli əlillik təyin olunmuşdur.
13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-4/2-27574/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmin Qaydanın 1.7. bəndinə əsasən şəxs əliliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, İddiaçı ilkin əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAURA nömrəli göndərişi əsasında (Diaqnoz: Yüngül dərəcəli əqli gerilik, İQ=69) xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyinatının aparılması barədə qərar qəbul edilmişdir. Bildiririk ki, əqli gerilik adətən anadangəlmə pozuntu olub, müxtəlif təzahür dərəcələri vardır. Qabarıq əlamətlərlə təzahür etdiyi halda, habelə yetkinlik yaşında əlamətlərin nəzərə çarpması məhz həmin dövrdə müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisəsinə müraciət olunmasına səbəb ola bilər. Tibbi göndərişdə xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ambulator və stasionar müraciətlərinin 2018-ci ildən başlanıldığı göstərilmişdir, bu isə əvvəlki illərdə sözü gedən pozuntuların ya olmaması və ya cüzi nəzərə çarpması ilə əlaqədar ola bilər. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0232003AAURA nömrəli göndərişində İQ səviyyəsi 69 qeyd olunmuşdur, bu isə "Yüngül dərəcəli əqli gerilik (İQ 50-70)" üçün sərhəddin yuxarı həddi kimi qəbui edilməkdədir. Həmçinin qeyd edək ki, İQ=69 olan şəxslərdə əqli gerilik özünü erkən uşaq yaşlarında yox, məhz təhsil alarkən və ya ictimaisosial fəaliyyəti artdıqda yaşıdlarla müqayisədə özünü biruzə verə bilər.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-1/2-281338/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na (bundan sonra- Qayda) uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin giymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İddiaçı ilkin əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAURA nömrəli göndərişi əsasında (Diaqnoz: Yüngül dərəcəli əqli gerilik, lQ=69) 24 oktyabr 2021-ci ildə elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyinatının aparılması barədə qərar qəbul edilmişdir. Qeyd etmək istərdik ki, əqli gerilik adətən anadangəlmə pozuntu olub, müxtəlif təzahür dərəcələri vardır. Qabarıq əlamətlərlə təzahür etdiyi halda, habelə yetkinlik yaşında əlamətlərin nəzərə çarpması məhz həmin dövrdə müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisəsinə müraciət olunmasına səbəb ola bilər. Tibbi göndərişdə xx xxxxxxxx 2001-ci il təvəllüdlü İddiaçı ambulator və stasionar müraciətlərinin 2018-ci ildən başlanıldığı göstərilmişdir, bu isə əvvəlki illərdə sözü gedən pozuntuların ya olmaması və ya cüzi nəzərə çarpması ilə əlaqədar ola bilər. Bundan əlavə, Bərdə Rayon Mərkəzi Xəstəxanasının 14 oktyabr 2021-ci il tarixli 0232003AAURA nömrəli göndərişində İddiaçı İQ səviyyəsi 69 qeyd olunmuşdur, bu isə "Yüngül dərəcəli əqli gerilik (İQ 50-70)" üçün sərhəddin yuxarı həddi kimi qəbul edilməkdədir. Həmçinin qeyd edək ki, İQ=69 olan şəxslərdə əqli gerilik özünü erkən uşaq yaşlarında yox, məhz təhsil alarkən və ya ictimaisosial fəaliyyəti artdıqda yaşıdlarla müqayisədə özünü büruzə verə bilər.
15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-10114/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin X1 sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti ilkin olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.24 bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrısı, baş gicəllənməsi, yaddaş zəifliyi və əsəbilikdən olmuş, yaxınlarından alınan məlumatlarda isə ilkin psixofizioloji inkişafı ləngisə də, orta məktəbə vaxtında getməsi (9 sinif bitirib), yaşıdları ilə ünsiyyətə çətin qoşulması, yaddaşı zəif uşaq olduğu bildirilmişdir. Təqdim edilmiş sənədlər arasında, Ağdam Rayon Ruhi Əsəb Dispanserinin xx.xx.2021- xx.xx.2021-ci il tarixli epikrizinə əsasən diaqnoz "Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə", Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli 1224 nömrəli tibbi rəyinə əsasən diaqnoz "Yüngül kəmağıllılıq" şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı həkim-psixiatrın nəticəsinə əsasən, ünsiyyətə daxil olmuş, emosiyaları primitiv izlənilmiş, gülümsəyərək danışmış, gündəlik işlərə, fəaliyyətə adaptasiya olunmuş, sərbəst, təfəkkürü tərkibinin primitivliyi aşkar, tibbi sənədlər və xəstəliyi barədə məlumatsız olmuş, "Yüngül dərəcəli əqli gerilik" diaqnozu təsdiqini tapmışdır. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.24 bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı qüvvədə saxlanılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası"nın 2.2. bəndinə əsasən tibb müəssisələrində fəaliyyət göstərən həkim-məsləhət komissiyaları şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərir. Bu Qaydanın 2.5. bəndinə əsasən isə, 2.3. bəndinə uyğun olaraq qəbul edilmiş Qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən göndəriş tərtib edilir. Bu qaydalar əsasında xəstəliyin səbəb-əlaqəsinin, xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasının, sonradan yaranmışdırsa hansı tarixdən yaranması barədə məlumat və sənədlərinin toplanması bir başa tibb müəssisəsinin səlahiyyətlərinə daxildir. İddiaçı müraciəti əsasında Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndərişdə xəstəliyin başlama tarixi xx.xx.2003-cü il göstərilmiş, bu tarixin doğruluğu, xəstəliyinin uşaqlıqdan (anadangəlmə) əlilliyinə səbəb olması və ya xəstəliyinin sonradan inkişaf etməsini təsdiq edən sənəd (ixtisalaşdırılmış tibb müəssisəsinin sənədi, TSEK arayışı və ya müayinə aktından çıxarış) təqdim edilmədiyindən, xəstəliyin başlanma tarixinin doğruluğunu, xəstəliyin ağırlıq dərəcəsinin əlillik təyinatına əsas verməsini, nə təsdiq nə də inkar etmək mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, İddiaçı gündəlik işlərə, fəaliyyətə adaptasiyalı və yaşadığı mühitdə sərbəst olması, kobud davranış pozuntularının izlənməməsi onun ilkin dövrdə tibbi dəstək almasını və əlilliyin ekspertizası üçün müraciətini vacib etməmişdir. xx.xx.2021-ci il tarixli 0232003AAURA nömrəli göndərişdə vətəndaşın psixi vəziyyətinin məhz 2021-ci ildə pisləşdiyi və bundan sonra stasionar müalicə aldığı qeyd edilmişdir. Bununla əlaqədar, xəstəliyinin və davranış pozuntularının ağırlaşaraq 2021-ci ildə əlillik səviyyəsinə çatdığı düşünülmüşdür. - Həmin məktuba əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24-cü bəndinə müvafiq müddətsiz ümumi xəstəlik səbəbindən üçüncü dərəcə “ilkin” əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
16. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-22814/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin X1 sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti ilkin olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021- ci il tarixli, 0232003AAURA nömrəli göndəriş əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.24-cü bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Vətəndaş məhkəmə qərardadına əsasən xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrısı, baş gicəllənməsi, yaddaş zəifliyi və əsəbilikdən olmuş, yaxınlarından alınan məlumatlarda isə ilkin psixofizioloji inkişafı ləngisə də, orta məktəbə vaxtında getməsi (9 sinif bitirib), yaşıdları ilə ünsiyyətə çətin qoşulması, yaddaşı zəif uşaq olduğu bildirilmişdir. Təqdim edilmiş sənədlər arasında, Ağdam Rayon Ruhi Əsəb Dispanserinin xx.xx.2021-08.2021-ci il tarixli epikrizinə əsasən diaqnoz "Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə", Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli 1224 nömrəli tibbi rəyinə əsasən diaqnoz "Yüngül kəmağıllılıq" şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı həkim- psixiatrın nəticəsinə əsasən, ünsiyyətə daxil olmuş, emosiyaları primitiv izlənilmiş, gülümsəyərək danışmış, gündəlik işlərə, fəaliyyətə adaptasiya olunmuş, sərbəst, təfəkkür tərkibinin primitivliyi skar, tibbi sənədlər və xəstəliyi barədə məlumatsız olmuş, "Yüngül dərəcəli əqli gerilik" diaqnozu əsdiqini tapmışdır. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.24-cü bəndinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı qüvvədə saxlanılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası"nın 2.2-ci bəndinə əsasən tibb müəssisələrində fəaliyyət göstərən həkimməsləhət komissiyaları şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərir. Bu qaydanın 2.5-ci bəndinə əsasən isə, 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş Qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən göndəriş tərtib edilir. Bu qaydalar əsasında xəstəliyin səbəbəlaqəsinin, xəstəliyin anadangəlmə olması və yaxud sonradan yaranmasının, sonradan yaranmışdırsa hansı tarixdən yaranması məlumat və sənədlərinin toplanması bir başa tibb müəssisəsinin səlahiyyətlərinə daxildir. İddiaçı müraciəti əsasında, Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0232003AAURA nömrəli göndərişdə xəstəliyin başlama tarixi xx.xx.2003-cü il göstərilmiş, bu tarixin doğruluğu, xəstəliyinin uşaqlıqdan (anadangəlmə) əlilliyinə səbəb olması və ya xəstəliyinin sonradan inkişaf etməsini təsdiq edən sənədə (ixtisalaşdırılmış tibb müəssisəsinin sənədi, TSEK arayışı və ya müayinə aktından çıxarış) təqdim edilmədiyindən, xəstəliyin başlanma tarixinin doğruluğunu, xəstəliyin ağırlıq dərəcəsinin əlillik təyinatına əsas verməsini, nə təsdiq nə də inkar etmək mümkün olmamışdır. Həmçinin qeyd etməliyik ki, İddiaçı gündəlik işlərə, fəaliyyətə adaptasiyalı və yaşadığı mühitdə sərbəst olması, kobud davranış pozuntularının izlənməməsi onun ilkin dövrdə tibbi dəstək almasını və əlilliyin ekspertizası üçün müraciətini vacib etməmişdir. xx.xx.2021-ci il tarixli 232003AAURA nömrəli göndərişdə vətəndaşın psixi vəziyyətinin məhz 2021-ci ildə pisləşdiyi və bundan sonra stasionar müalicə aldığı qeyd edilmişdir. Bununla əlaqədar, xəstəliyinin və davranış pozuntularının ağırlaşaraq 2021-ci ildə əlillik səviyyəsinə çatdığı düşünülmüşdür. II. Məhkəmədə icraat
17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixində Bərdə rayonu, Çələbilər kəndində anadan olmuşdur. xx.xx.2001-ci il tarixindən anadan gəlmə xəstədir, lakin ona ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ümumi əlil kimi müavinat alır, lakin qanunla ona ödənilməyən müavinətın, yəni müavinət almaq hüququ yarandığı gündən “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarının 1.3-cü madəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq anadan olduğu gündən xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Bu barədə cavabdehə xx.xx.2022-ci ildə müraciət etmiş, lakin cavabdeh "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci və 10-cu maddələrinin tələblərini pozaraq müraciətinə cavab verməmişdir, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir.
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-2028/2022 nömrəli qərardadı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-642/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-19114)-2028/2022 nömrəli qərardadı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-55/2024 nömrəli qərardadı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
22. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-463/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-55/2024 nömrəli qərardadı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. III. İddianın növü və mümkünlüyü
23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
24. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
25. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı ödənilməmiş sosial müavinətin ödənilməsi barədə ərizə ilə cavab orqana müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina qərarının cavabdehə çatdırılması üçün olan müddət də nəzərə alınmaqla, iddiaçı tərəfindən hazırkı tələblə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilərkən müddətin ötürülmədiyi müəyyən edilir.
26. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
27. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
28. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
29. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
30. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İclasa iddiaçının nümayəndəsi qismində atası Elman Əsədli gəlsə də, səlahiyyətini təsdiq edən etibarnamə təqdim etmədiyindən nümayəndə qismində qəbul edilməmiş və izahatı dinlənilməmişdir.
31. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
32. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğin birdəfəlik hesablanıb ödənilməsini tələb etmişdir. Daxil olan müraciətə cavab olaraq ünvanlanan xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubda İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğin birdəfəlik hesablanıb ödənilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. İddiaçıya hüququ yarandığı tarixdən qanuna müvafiq olaraq 110 manat sosial müavinət təyin olunmuşdur. Odur ki, xx.xx.2001-ci il tarixdən iddiaçıya sosial müavinətin verilməsi mümkün deyildir. İmtina ilə razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona anadangəlmə əlil olması səbəbindən sosial müavinətin xx.xx.2001-ci ildən təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Belə ki, işin faktiki hallarına əsasən, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ilkin 20 əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq ill dərəcə əlilliyi müəyyən edilmişdir. İddiaçının əlilliyinin müəyyən edildiyi tarixdən yəni, xx.xx.2021-ci il tarixdən İİİ qrup əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş, xx.xx.2024-cü il tarixdən isə 150 manata çatdırılmışdır. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan inzibati orqanın imtinası əsaslıdır. İddiaçı iddia ərizəsində xəstəliyinin xx.xx.2001-ci il tarixdən başlamasını qeyd etsə də, hesab edirlər ki, bu hal həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan əlillik alt sistemindən çıxarışda iddiaçıya ümumi xəstəlikdən müddətsiz İll dərəcə əlillik təyin edildiyi, əlilliyin xx.xx.2021-ci il tarixdən başlanılması qeyd edilmişdir. X1 Siteminin Əlillik altsistemində xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının sağlamlıq imkanlarının məhdudluğu və ya əlillik dərəcəsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən TSEK arayışında iddiaçının əlillik səbəbinin ümumi xəstəlikdən olduğu qeyd edilmiş və iddiaçı öz ərizəsində anadangəlmə əlil olmasını təsdiq edən hər hansı sənədə istinad etməmişdir. İddiaçının öz iddia ərizəsində istinad etdiyi "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Sözügedən Qanunun 9.1.2-ci maddəsində göstərilir ki, əlilliyə görə müavinətlər əlillik müddətinə təyin edilir. Qanunun bu müddəasından aşkar başa düşülür ki, şəxs müavinət almaq üçün müraciət edərkən Qanunun qüvvəyə mindiyi gündən sonra onun bu hüququ yarandığı vaxtdan müraciət etdiyi tarixə qədər dövr üzrə müavinət ona ödənilir, lakin bu dövr ən çoxu 3 il ola bilər. Yəni vətəndaş hüququ yarandığı tarixdə yox, daha gec bir tarixdə müraciət etmişdirsə həmin müraciət tarixindən ən çoxu 3 il geriyə ödənilə bilər. Hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixdən yəni, əlilliyi müəyyən olunduğu andan-hüququ yarandığı tarixdən sosial müavinət ödənilir. Yuxarıda qeyd olunanlara əsasən inzibati orqan tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, qanunun tələblərinə əsasən müvafiq qərar (vətəndaşın hüququ yarandığı tarixdən sosial müavinətin ödənilməsi barədə) qəbul edilmişdir. Qanunvericiliyə əsasən İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən sosial müavinətin fərq məbləğinin birdəfəlik hesablanıb ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
33. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Uşağın tibbi kartası; - X7 Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışı; - Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2018-ci il tarixli 1224 nömrəli tibbi rəyi; - 4845/2019 nömrəli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı; - X10 Dispanserinin Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarış; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarış; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2022-ci il tarixli 20657 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T159/2023 nömrəli ekspert rəyi; - Məhkəmənin sorğusuna “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-28/2-888/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-4/2-27574/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 3-17-1/2-281338/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-10114/2024 nömrəli cavab məktubu; - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-22814/2024 nömrəli cavab məktubunda
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
35. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
36. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Əsdəli Yusif Elman oğlunun sağlamlıq vəziyyəti xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinin 0232003AAURA nömrəli göndərişi əsasında qiymətləndirilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. Buna müvafiq olaraq İddiaçı xx.xx.2021-ci il tarixdən İİİ dərəcə əlilliyə görə 110 manat məbləğində sosial müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixdən 120 manata çatdırılmışdır.
37. Hazırda iddiaçı əlilliyinin anadangəlmə olduğunu iddia edərək, xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əlilliyə görə sosial müavinətin ödənilməsini xahiş edir. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ona ödənilməsini cavab orqandan xahiş etmiş və sonuncu tərəfindən iddiaçının əlillik vəziyyətinin səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə TSEK qərarı ilə müəyyən olunduğu əsas gətirilməklə, iddiaçının müraciəti təmin edilməmişdir.
38. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun hesab edir.
39. Belə ki, “Sosial müavinətlər haqqında” Qanununa görə: Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.3. əlilliyə görə müavinət. Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda. Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə. Maddə 10. Müavinətlərin təyin edilməsi qaydaları 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. 10.4. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır.
40. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Przidentinin 24 fevral 2006-cı il tarixli 373 nömrəli Fərmanına əsasən sözügedən Qanunun 7.0.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərdə tutulur.
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq edilmiş və Qaydalarda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Maddə 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin X1 sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Maddə 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Maddə 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Maddə 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır.
42. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
43. Hazırkı işdə iddiaçının əlillik təyinatı səhiyyə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə TSEK qərarı ilə edilmişdir.
44. İddiaçı iddia ərizəsində xəstəliyinin xx.xx.2001-ci il tarixdən başlamasını, yəni xəstəliyinin anadangəlmə olmasını qeyd etsə də, iş materiallarında bunu təsdiq edən hər hansı sənəd yoxdur. Digər tərəfdən, İddiaçı anadangəlmə fiziki qüsurun olması halının mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə hələ onun əlilliyə görə müavinətinin doğulduğu xx.xx.2001-ci il tarixdən ödənilməli olması nəticəsini doğurmur.
45. Ona görə ki, iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlillik xx.xx.2021-ci il tarixdə təyin edilmişdir və əlilliyə görə sosial müavinəti ödəyən orqanın bu müavinəti ödəmək vəzifəsi də həmin qərarın (əlilliyin təyin olunması barədə qərar) qəbul edildiyi tarixdən etibarən başlayır.
46. “Sosial müavinətlər haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, əlilliyə görə müavinət müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlillik müddətinə təyin edilir.
47. Göründüyü kimi, əlilliyə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Əvvəlki 3 il üçün ödəmə isə, yalnız hüququ yarandığı vaxtdan deyil, müəyyən müddət keçdikdən sonra müraciət edəcəyi halda ödənilir. Bu zaman da hüququn yaranma anı əlillik təyinatı barədə qərarın qəbul edildiyi tarixdir, çünki yalnız belə qərarın qəbulundan sonra şəxs əlilliyi olan şəxs hesab edilir.
48. Yekunda, məhkəmənin qənaətinə görə, ödəməni həyata keçirən orqanın vəzifəsi məhz əlilliyin təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarət olduğuna görə cavabdeh orqan iddiaçıya xx.xx.2001-ci ildən xx.xx.2021-ci ilədək sosial müavinətin ödənilməsindən imtina etməklə, iddiaçının qanunla qorunan hər hansı hüquqlarınının pozulmasına yol verməmişdir.
49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva