Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3059/2023 22.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı sosial sığorta üçün ödədiyi vəsaitin qəbzlər əsasında proqram təminatında şəxsi hesabına işlənməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə inzibati Məhkəməsinə müraciət edərək sosial sığorta üçün ödədiyi vəsaitin qəbzlər əsasında proqram təminatında şəxsi hesabına işlənməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, onun əsas niyyəti yaşa görə pensiya təyin edilməsidir. Buna görə də sosial sığorta üçün ödədiyi vəsaitin qəbzlər əsasında proqram təminatında şəxsi hesabına işlənməlidir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü tarixli, **********811900 nömrəli vəsatətini təqdim etmişdir. Vəsatətdə qeyd olunur ki, iddia mümkün sayılmamalıdır. İddiaçı 2007-ci ildən Goranboy rayonu, Qaramusalı Bələdiyyəsinin büdcəsinə ödədiyi torpaq vergisi üzrə ödənişlərin əmək pensiyası hesablanarkən nəzərə alınmadığını, bu səbəbdən nağd şəkildə ödəmiş olduğu torpaq vergisi qəbzlərinin proqram təminatına əlavə edilməsini cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. İddiaçı müvafiq bələdiyyə büdcəsinə yerli vergi olan torpaq vergisi ödəmişdir. Vergi Məcəlləsinin 20.4-cü maddəsinə əsasən vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), hebelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirir. Bu xüsusda bildirilir ki, 12 saylı ƏVBİ iddiaçının hüquqlarının pozulması ilə nəticələnə biləcək hər hansı hərəkətə yol verməmişdir.lddiaçının iddia tələbinin icrası ilə bağlı isə ümumiyyətlə dövlət vergi orqanları, o cümlədən cavabdeh inzibati orqan hər hansı səlahiyyətə malik deyil. 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən 12 saylı ƏVBİ İddiaçı nağd şəkildə ödəmiş olduğu torpaq vergisi qəbzlərinin proqram təminatına əlavə edilməsilə əlaqədar iddia tələbinə cavab verməli (cavabdehlik xüsusiyyətinə malik olan) olan subyekt deyildir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü həmçinin iddiaçının ümumi xarakterli hüquqi müdafiə marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacının mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, mübahisə predmeti ilə bağlı mümkünlük şərtləri baxımından iddiaçının ilkin olaraq səlahiyyətli inzibati orqana müraciət etməsi, bunun üzərindən öz məqsədinə daha effektiv və daha sadə yolla nail olmaq imkanından istifadə etməsi tələb olunur. Şəxs tərəfindən bu qaydaya riayət olunmadığı hallarda, həmin şəxsə münasibətdə ümumi xarakterli hüquqi müdafiə ehtiyacı mövcud olmur. Qeyd olunmalıdır ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona yaşa görə əmək pensiyasının təyin olunmasına nail olmaqdan ibarətdir. Nail olmaq istədiyi məqsəd baxımdan iddiaçı pensiya təyin edilməsi üzrə normativ qaydalara uyğun davranmağa, səlahiyyətli olan quruma müraciət edərək həmin orqan tərəfindən müvafiq qərarın qəbul olunmasını tələb etmək imkanından yararlanmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallardan iddiaçının sığortaedən kimi uçot məlumatları, ödənilmiş məcburi dövlət sosial sığorta haqları, təqdim edilmiş Forma B2 və Forma B3 hesabatları ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyi görünür. Halbuki, Fondun xx.xx.2020-ci il tarixli **********2 nömrəli qərarına əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi Filialları yaradılmış və onların əsasnamələri təsdiq edilmişdir. Həmin əsasnamələrə əsasən Goraboy rayonu üzrə əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını təmin etmək Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının səlahiyyətinə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının nəzərinə çatdırır ki, hüquqi marağına uyğun olaraq əmək pensiyasının təyin olunması tələbi ilə Dövlət Sosial Müdafiə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etməli, müraciəti təmin edilmədikdə qeyd olunan tələblə məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı sosial sığorta üçün ödədiyi vəsaitin qəbzlər əsasında proqram təminatında şəxsi hesabına işlənməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3059/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3059/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver