Məhkəmə qərarları › İş №2-1(114)-3407/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3407/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3407/2025 16.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7441 nömrəli qərarda “F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intighar cədhləri, funksional tutmalarla” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “İ06.1 Ürəyin xroniki revmatik xəstəliyi. Aortal qapağın revmatik çatışmazlığı. F45.3 Neyrosilkulyator asteniya, hipertenziv tip. G44.2 Gərginlik tip baş ağrısı. J34.2 burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə” diaqnozunun səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir.

3. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X2 tərəfindən xx.xx.2025-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri, funksional tutmalarla”; Ağırlaşma – “F45.3 Vegetativ sinir sisteminin somoatform disfunksiyası, Neyrosilkulyator asteniya, hipertenziv tip”; Yanaşı xəstəliklər – “G44.2 Gərginlik tipli baş ağrısı Gərginliklə bağlı xroniki baş ağrısı Gərginliklə bağlı epizodik baş ağrısı Gərginliklə bağlı ƏGO baş ağrısı, Gərginlik tip baş ağrısı”; Yanaşı xəstəliklər – “Aorta qapağının revmatik mənşəli çatmamazlığı, Ürəyin xroniki revmatik xəstəliyi. Aortal qapağın revmatik çatışmamazlığı”.

4. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında yenidən xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə “Diaqnoz öz təsdiqini tamaması” barədə qərar qəbul edilmişdir.

5. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2025-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2025-ci il tarixdə diaqnoz öz təsdiqini tapmaması barədə 3-17-4/3-3-6813/2025 nömrəli qərar qəbul edilmişdir.

6. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 3236 nömrəli xx.xx.2024-cü il tarixli 5331 nömrəli tibbi rəyində diaqnoz “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhsləri, funksional tutmalarla F62.0” kimi qeyd edilmişdir.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025-ci il tarixli 88/385 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2024-cü il tarixli 7441 nömrəli qərar hal-hazırda qüvvədədir.

8. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3097 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, hazırki müayinə zamanı İddiaçı hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri, funksional tutmalarla müəyyən edilir. Yoxlanılan şəxsdə aşkar edilən şəxsiyyət pozuntusu davamlı gedişata malik olması rəyin motivləşdirici hissəsində əks olunmuşdur. Depressiv daxilolmalar hal-hazırda da davam edir və buna görə də davranışında intihar riski mövcuddur. Düçar olduğu psixi pozuntu ilə əlaqədar İddiaçı adekvat qərarlar qəbul etməsi qabiliyyətinin müəyyən stress, psixi gərginlik keçirdiyi həyati situasiyalarda aşağı olacağı birmənalı şəkildə istisna edilmir. II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilərək, ona orqanizminin funksiyalarının 60-80 faiz pozulması ilə bağlı ll dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında yaşayır. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şəhidlərin qanı bahasına, qazilərin, əsgər və zabitlərin sücaəti nəticəsində 44 gün davam edib qələbəylə başa çatan 2-ci vətən müharibəsi iştirakçısıdır. Müdafiə nazirliyinin N saylı hərbi hissəsinin tərkibində 2020-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının ərazi bütöbvlüyü uğrunda Cəbrayıl rayon istiqamətində gedən ağır döyüşlər zamanı ağır kəlləbeyin travması və xəsarətlər almışdır. Aldığı kəllə-beyin travması ilə əlaqədar ona ilkin tibbi yardım döyüş meydanında göstərilmişdir. xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Döyüş zamanı aldığı travmalarla bağlı ambulator və stasionar müalicələr almışdır. Həmin vaxtdan həkim psixiatrların müayinə və müalicəsində olmuşdur. Axırıncı dəfə o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər poliklinikasında psixoloq qəbulunda olmuşdur. Həkimlər tərəfindən ona dəfələrlə ambulator yardım göstərilmişdir. O, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər X4 xəstəxanasında müalicə olunmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Respublika Psixiatriya xəstəxanasında stasionar müalicə olunmuşdur. Həmin xəstəxanada psixiatr həkimlər onu müayinə edib "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri, funksional tutmalarla" diaqnozu ilə stasionar müayinə və müalicədə olunmuşdur (əsas: 117/24 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2024-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdlərə, funksional tutmalarla F 62.0" diaqnozu təyin etmişlər (əsas: 3236 nömrəli tibbi rəy). Halhazırda da Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Müharibə zamanı aldığı kəllə-beyin travmaları ilə bağlı ona müharibə əlilliyinin təyin olunması ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etsə də, ekspert komissiyası ona bildirmişdir ki, aldığı kəllə-beyin travmaları müharibə zamanı hərbi vəzifəsini yerinə yetirərkən aldığına görə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından müayinə olunmaqla rəy almalıyan, yalnız bundan sonra Tibbi-Sosial Ekspert Komissiyasına əlilliyinin müəyən edilməsi ilə bağlı müraciət edə bilər. Ona görə də, o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisinin xx.xx.2024-cü il tarixli, 27 nömrəli göndərişi əsasında müraciət etmiş, xx.xx.2024-cü il tarixdə tibbi sənədlərini araşdırıb, müayinə olaraq, Mərkəzi Hərbi Həkim Komissiyası ona 7441 nömrəli X3 vermişlər. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həmin rəyində qeyd olunmuşdur ki, "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri, funksional tutmalarla" diaqnozu ilə stasionar müayinə və müalicədə olunmuşdur (əsas: 117/24 nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2024-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, "Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdlərə, funksional tutmalarla F62.0" diaqnozu təyin olunmuşdur (əsas: 3236 nömrəli tibbi rəy) diaqnozu qoyulmuşdur. Hal-hazırda müalicəmi davam etdirir. Onun 44 gün davam edib qələbəylə sona çatan müharibədə döyüşlər zamanı düşmən mərmisinin partlaması nəticəsində ağır-kəllə beyin travması almağı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" Publik Hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 3236 nömrəli tibbi rəyi, Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2024-cü il tarixindən, xx.xx.2024-cü il tarixə kimi stasionar müalicə olunduğum barədə xəstəlik tarixindən çıxarış, Abbas Səhhət adına Gəncə şəhər Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 406 nömrəli tibbi arayışı, Respublika Psixiatriya Xəstəxanasında 02.04..2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi stasionar müalicə olunduğum barədə xəstəlik tarixində çıxarış, Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 5331 nömrəli tibbi rəyi, xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi stasionar müalicə olunduğu barədə xəstəlik tarixlı çıxarış, xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixə kimi stasionar müalicə olunduğu barədə xəstəlik tarixlı çıxarış, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixə kimi Respublika Psixatriya xəstəxanasında stasionar müalicə olunduğu barədə xəstəlik tarixənindən çıxarış və iddia ərizəsinə əlavə etdiyi digər tibbi sənədlərlə tam təstiq olunur. Onun xəstəlikləri ilə bağlı Forma-88 sistemə vurulsa da xx.xx.2025-ci il tarixdə ona heç bir qanuni əsas və səbəb olmadan imtina verilmişdir. Poliklinikadan imtinanı ona xx.xx.2025-ci il tarixində təqdim etmişlər. Cavabdeh orqanın imtinasını o, qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun Konstitusiyayla nəzərdə tutulmuş hərbi vəzifəsini yerinə yetirərkən döyüşlər zamanı travmalar aldığına görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Ümid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcəkdir.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ona xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müvafiq əlilliyin təyin edilməsi barədə qərar qəbul ediməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

20. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx). Göndərişin nömrəsi: Unikal kod. Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi. Müraciətlərin sayı: 1) xx.xx.2025 DTT (ESDAS: 3-17-4/3-1-3652/2025). Təqdim edilmiş sənəd sayı: 23. Hərbi bilet: SX № 0109622. Hərbi xidmət illəri: 2013-2014ci il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə İİ Qarabağ Müharibəsində əsgər qismində iştirak etmişdir. Hərbi rütbə: Ehtiyatda olan əsgər. XHŞ- MN MHP HHK xx.xx.2024-cü il tarixli 7441 nömrəli X3. Obyektiv müayinə: Vətəndaş hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, özünə qapanmalardan, əsəbilikdən, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarda subay olduğunu, valideyinləri ilə yaşadığını işləmədiyini qeyd etmiş, lakin ƏMAS-da xx.xx.2017-ci il tarixindən “İdarə qulluqçusu, kredit” kimi aktiv əmək müqaviləsi olmuşdur. Müharibə səhnələrinin daima gözü önündə canlandığını, insanlardan uzaqlaşdığını, bəzən bir neçə gün otağından çıxmadığını, əsəbilik zamanı ətrafındakı insanlara xəsarət yetirdiyini (qardaşını kərpiclə vurub) söyləmişdir. Medikamentoz preparatlardan “Depakine”, “Truxal” qəbul etdiyini ifadə etmişdir. Psixiatrik müayinə: (Tağızadə Nərmin)-Qavrama qabiliyyəti qüsursuz, ünsiyyətdə sərbəst, spontan qeydlərə meylli olmuşdur. Emosional-iradi reaksiyaları norma daxilində, situasiyaya adaptiv, əhvalruhiyyə fonu normal diapazonda stabil, mühakiməsinin maraqları istiqamətində olması izlənilmişdir. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: aparılmamışdır. Diaqnoz: Hazırki psixi vəziyyəti “Dissosiativ-konversion pozuntu (ARƏB ilə bilavasitə səbəb əlaqəsi olmayan)” kimi müəyyənləşdirilmişdir. Qərarın əsaslandırılması: Qeyd etməliyik ki, vətəndaşın X3sində 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə xəsarət alması, döyüş meydanında ilkin tibbi yardım göstərilməsi barədə məlumat qeyd edilmiş, lakin hansı xəsarəti alması haqqında məlumat aşkarlanmamış, travma haqqında arayışının olmadığı da bildirilmişdir. Həmçinin vətəndaş yüksək arterial təzyiqdən əziyyət çəkdiyini bildirmiş, lakin təqdim edilmiş TTYS tərəfindən verilmiş arayışda “Hipotoniya” diaqnozu qeyd edilmişdir. Beləliklə, aparılan anamnestik, obyektiv müayinələrin nəticələri əlillik təyinatının aparılmasına əsas verməmiş, təqdim edilən sənədlərdə qeyd edilən diaqnozlar öz təsdiqini tapmamışdır. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7441 nömrəli qərarda “F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intighar cəhdləri, funksional tutmalarla” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “İ06.1 Ürəyin xroniki revmatik xəstəliyi. Aortal qapağın revmatik çatışmazlığı. F45.3 Neyrosilkulyator asteniya, hipertenziv tip. G44.2 Gərginlik tip baş ağrısı. J34.2 burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə” diaqnozunun səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.

24. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir.

25. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X2 tərəfindən xx.xx.2025-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri, funksional tutmalarla”; Ağırlaşma – “F45.3 Vegetativ sinir sisteminin somoatform disfunksiyası, Neyrosilkulyator asteniya, hipertenziv tip”; Yanaşı xəstəliklər – “G44.2 Gərginlik tipli baş ağrısı Gərginliklə bağlı xroniki baş ağrısı Gərginliklə bağlı epizodik baş ağrısı Gərginliklə bağlı ƏGO baş ağrısı, Gərginlik tip baş ağrısı”; Yanaşı xəstəliklər – “Aorta qapağının revmatik mənşəli çatmamazlığı, Ürəyin xroniki revmatik xəstəliyi. Aortal qapağın revmatik çatışmamazlığı”.

26. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında yenidən xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə “Diaqnoz öz təsdiqini tamaması” barədə qərar qəbul edilmişdir.

27. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2025-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2025-ci il tarixdə diaqnoz öz təsdiqini tapmaması barədə 3-17-4/3-3-6813/2025 nömrəli qərar qəbul edilmişdir.

28. İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklərdən “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri, funksional tutmalarla” onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.

29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

31. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT-10 Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, (kod) funksiyalarının funksiyalarının onların ağırlıq dərəcəsi, pozulması faizi pozulması mərhələsi, orqanizmin müddəti funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması.

7.7.1. Fəlakət keçirdikdən sonra F62.0 şəxsiyyətin davamlı dəyişikliyi Qiymətləndirmə

7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə 35-60 2 il hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski 7.7.1.2 bütün həyat fəaliyyətində 65-80 2 il dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması

32. İddiaçı iddia tələbində orqanizmin funksiyalarının 65-80% aralığında pozulmasına görə müvafiq əlilliyin təyin edilməsini tələb etsə də, iddiaçının göndərişdə əks olunmuş “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intihar cəhdləri, funksional tutmalarla” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.

33. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının əmək müqaviləsi məlumatları sorğu edilmiş və onun "xxxx" ASC-də “idarə qulluqçusu, kredit” vəzifəsində işlədiyi müəyyən edilmişdir.

34. Bu isə onu deməyə əsas verir ki, tibb müəssisəsinin göndərişində iddiaçıya qoyulmuş diaqnozun onun həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşmasının ikinci dərəcəli olması mümkün deyildir.

35. Belə ki, şəxsin səhhətindəki xəstəlik o zaman ona əlillik təyinatına əsas verən həcmdə olduğu qəbul edilir ki, həmin xəstəlik insanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma halı (müvafiq dərəclərə uyğun) yaratmış olsun.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı.

37. Həmin həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşmasının ikinci dərəcə halında şəxs sadalanan bacarıqları mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə həyata keçirdiyi zaman orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulmasına uyğun gəlir ki, iddiaçı onda olan xəstəlikyi daşımaqla əmək fəaliyyəti ilə məşğul olduğu üçün onun həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşmasının ikinci dərəcəli olması istisna olunur.

38. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

39. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7441 nömrəli qərarda “F62.0 Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar, intighar cədhləri, funksional tutmalarla” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

41. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

42. 35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qismən qanunsuz olmuşdur. Ona görə də iddia qismən təmin edilməlidir.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz pozulmasının müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar