Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3524/2024 09.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “protokolun ləğv edilməsi və müsahibənin yenidən keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2017-ci il təvəllüdlü X1 tədris dilini dəyişməsi üçün vermiş olduğu imtahanın nəticələrinə dair protokolun qiymətləndirmə hissəsində dəyişdirilərək onun imtahanı müvəffəqiyyətlə vermiş hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə tədris dilini dəyişmək üçün, yəni rus bölməsində oxumaq üçün imtahanda iştirak etmiş, lakin nəticəsi məqsədəmüvafiq hesab olunmamışdır. O, bu nəticə ilə razılaşmır və hesab edir ki, qiymətləndirmə düzgün aparılmamışdır. Belə ki, X3 rus dilini kifayət qədər yaxşı bilir və imtahanda verilmiş suallara da yaxşı cavab vermişdir. O, qiymətləndirmənin nəticələri ilə razı olmamağı və protokola dəyişiklik edilməsi ilə bağlı cavabdeh orqana müraciət ünvanlamış, lakin cavabdeh orqan ona imtina cavabı vermişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3524/2024 nömrəli qərardadı ilə iddiaçı əsl iddiaçı X3 ilə əvəz edilmiş, iddia tələbi “X1 müsahibəsinin nəticələrinə dair Cavabdeh xx.xx.2024-cü il tarixli 2 nömrəli protokolunun ləğv edilməsi və X1 yenidən müsahibədən keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əsasən, Gəncə şəhəri 9 nömrəli tam orta məktəbin İ sinfində Azərbaycan bölməsi üzrə təhsil alan X1 valideyni İddiaçı övladının tədris rus dilində aparılan sinfə yerdəyişmə olunması üçün müraciət etmişdir. xx.xx.2024-cü tarixdə Cavabdeh Tərəfindən təşkil olunan tədris dilinin dəyişdirilməsi üzrə imtahana cəlb olunmuşdur. Qeyd edək ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı bəndinə uyğun olaraq Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. X4 2024- 2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə ikinci sinfində təhsilini davam etdirməsi üçün birinci sinif üzrə nitq bacarıqları (dinləmə, danışma, oxu, yazı), akademik bilikləri (dil qaydaları, filoloji anlayışlar), kompetensiyası (dəyər, münasibət) formalaşmış olmalıdır. Dövlət ümum təhsil müəssisəsinin birinci sinfi bitirmiş şagirdin akademik bilik və bacarığı müəyyən olunmuş meyarlara uyğun olmalıdır. Lakin, Mehdi Abdullayevin iş vərəqi və müsahibə görüntüsü həmin meyarlara uyğun deyil. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçının qanuni nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbi ilə razılaşmayaraq iddianın təmin edilməməsini xahiş etdi. İşin halları xx.xx.2017-ci il tarixli AZ-İV 011679 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 atası İddiaçı və anası X2r. Cavabdeh 09 yanvar 2024-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasına xarici ölkədən gələn, İ-Xİ siniflərdə oxuduğu iddia edilən, lakin müvafiq sənədləri olmayan və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı olduğu sinfi müəyyən etmək mümkün olmadıqda şagirdlərin hazırlıq səviyyələrinin həmin siniflərin tədris proqramlarına uyğunluğunun, rus bölməsində təhsilini davam etdirmək istəyən şagirdlərin təhsil aldıqları siniflərə uyğun rus dilində bilik səviyyəsinin, oxu, dinləyib-anlama bacarıqlarının yoxlanılması, hazırlıq səviyyələrinin həmin siniflərin tədris proqramlarına (kurikulumlarına) müvafiqliyini müəyyənləşdirmək üçün komissiya yaradılmışdır. Cavabdeh 09 yanvar 2024-cü il tarixli əmri ilə yaradılmış komissiyasının 7 iyun 2024-cü il tarixli 2 nömrəli protokolundan çıxarışa əsasən, X3 yekun olaraq qeyri-məqbul qiymətləndirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mehdi Abdullayev xx.xx.2024-cü il tarixində tədris dilini dəyişmək üçün keçirilən imtahanda iştirak etmiş və nəticəsi məqsədəmüvafiq hesab olunmamışdır. Mehdi Abdullayevin təhsili Azərbaycan bölməsi üzrə davam etdirməsi tövsiyə olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 45. Ana dilindən istifadə hüququ İ. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. İnzibati Prosesual Məcəllə Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 6. Tədris dili 6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. 6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət edilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə keçirilən müsahibənin nəticələrinə dair protokolun ləğv edilməsini və yenidən müsahibənin keçirilməsini xahiş edir. İddia tələbinin əsası kimi iddiaçının qanuni nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, X3 rus dilini yaxşı bilir, imtahanda verilən suallara da yaxşı cavab vermişdir. İddiaçı həm çəkinən, həm də utanan uşaq olduğu üçün özünü sərbəst ifadə edə bilmir. Belə ki, Mehdi Abdullayev öz anası, bacısı, əmisi uşağı ilə rus dilində ünsiyyət quraraq sərbəst danışır. İlk öncə qeyd edilməlidir ki, hər kəsin istədiyi dildə təhsil almaq hüququ konstitusion hüquqdur. Ümumi təhsil haqqında qanunvericiliyin tələblərindən görünür ki, ümumi təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Qanunvericiliyin qeyd olunan tələbinə uyğun olaraq cavabdeh tərəfindən ümumi təhsilini rus dilində davam etmək istəyən X3 müsahibədən keçirilmiş, həmin müsahibə zamanı şagirdə həm tapşırığın yerinə yetirilməsi üçün iş vərəqi, həm də şifahi suallar verilmişdir. Tapşırığın yerinə yetirilməsinə dair iş vərəqi və müsahibənin video-audio yazısı sorğuya əsasən məhkəməyə təqdim edilmişdir. Məhkəmə müsahibənin video-audio yazısına baxış keçirmiş və müəyyən etmişdir ki, həmin video-audio yazıda görüntü mövcuddur, ancaq səs qismən mövcuddur. Yəni komissiya üzvlərinin verdiyi sualları dinləmək mümkün olsa da, şagirdin suallara cavabını dinləmək mümkün olmur. Belə ki, video-audio yazı qüsurludur. Həmçinin məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi tərəfindən təqdim edilmiş video-audio görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, X3 ilə sonuncunun anası, bacısı və qohumu olan uşaqlar rus dilində ünsiyyət qururlar. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun müddəalarına görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Məhkəmə qeyd edir ki, X1 ümumi təhsilini rus dilində davam etdirməsi ilə bağlı keçirilən müsahibəni əks etdirən video-audio yazısında sonuncunun verilən suallara necə cavab verməsini müəyyən etmək mümkün deyildir. Keçirilən müsahibəyə dair komissiyanın protokoluna əlavə olan video-audio yazısının bu cür qüsurlu olması həmin protokolun qanunsuz olmasına dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 müsahibəsinin nəticələrinə dair Cavabdeh xx.xx.2024-cü il tarixli 2 nömrəli protokolu ləğv edilməli və X1 yenidən müsahibədən keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 70 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı X3 tərəfindən verilmiş iddia təmin edilsin. X1 müsahibəsinin nəticələrinə dair Cavabdeh xx.xx.2024-cü il tarixli 2 nömrəli protokolu ləğv edilsin və X1 yenidən müsahibədən keçirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3524/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3524/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver