Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-38/2021 16.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı2 QSC-nin nümayəndələri (icraçı direktoru) X9 və (təsisçisi) İbrahimov Elsevər Ələkbər oğlunun, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri X2 və X12 iştirakı ilə, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətin cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı2 Qapalı Səhmdar Cəmiyyət cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx xxxxxxx 2019-cu il tarixli “vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” qərarına düzəliş edilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli qərarının, “pul vəsaitinin vergi ödəyicisinin sub-uçot hesabında dondurulması barədə” **********577600 saylı xx.xx.2019-cu il tarixli qərarının, “vergi borclarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********660100 saylı tarixi olmayan tələbnamələrin və xx.xx.2019-cu il tarixli **********7 saylı bildirişin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı X3 xx xxxxxx 2018-ci il tarixli **********172051 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən xx xxxxxxx 2015-ci tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə İddiaçı2 QSCdə vergi yoxlaması təyin edilmişdir. Cavabdeh tərəfindən 10 aydan sonra əsassız və vergi qanunvericiliyinə zidd xx xxxxxxxx 2019-cu il tarixli **********173737 saylı Səyyar vergi yoxlaması aktı tərtib edilərək “xxxx” MMC-nin eksperti qarşısında qoyulmuş Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə zidd olaraq qoyulmuş suala əsasən tərtib edilmiş əsassız ekspertiza aktına əsaslanaraq qeyri-yaşayış sahələrinin icarəyə verilməsi zamanı iddiaçının guya vergiləri azaltması nəticəsində 2015-ci ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə vergilərin azaldılması müəyyən edilmiş, maliyyə sanksiyalarının tətbiq edilməsi məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda, iddiaçıya xx.xx.2019-cu il tarixli **********0 saylı bildiriş göndərilərək xx xxxxxxx 2019-cu il tarixli **********191859 saylı qərarla müəyyən edilmiş 136745,23 manat vergi borcunun ödənilməsi tələb edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2019-cu il tarixli **********7 saylı bildiriş göndərərək iddiaçının ümumilikdə 199958,05 manat büdcəyə borcunun, o cümlədən 129090,78 manat vergilər üzrə, 69568,71 manat maliyyə sanksiyası üzrə 1298,56 manat fazilər üzrə borcunun olduğu bildirilmişdir. Bundan başqa, cavabdehin xx.xx.2016-cı il tarixli **********057678 saylı qərarı ilə İddiaçı2 QSC-də xx.xx.2013-cü ildən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmiş, 11 aya yaxın bir müddətdə yoxlama keçirilmişdir. Yoxlama dövründə vergi yoxlayıcısının sahibkarlıq fəaliyyətinin daşınmaz əmlaklarının icarəyə verilməsi olduğundan icarə haqqının orta real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə “Azərekspertiza” Birliyinin eksperti tərəfindən tərtib edilmiş rəy xx.xx.2017-ci ildə daxil olan zaman vergi orqanı həmin rəydə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların yoxlama dövründə icarə haqqının orta bazar qiymətinin 8 manat olduğunu görüb, ekspertin rəyi ilə razılaşmamış, yenidən xx.xx.2017ci il tarixli **********099779 saylı qərarla ekspertiza təyin edərək eyni sual üzrə bu dəfə “xxxx” MMC-nin eksperti tərəfindən rəy verilməsini xahiş etmişdir. Lakin “xxxx” MMC xx.xx.2017-ci il tarixli məktubla vergi orqanına müraciət edərək qiymətləndirilən obyektlərin analoqlarının tapılmasında qiymətləndiricinin çətinlik çəkdiyi, bu səbəbdən qiymətləndirmənin mümkün olmadığı bildirilmiş və tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi xahiş olunmuşdur. Təkrar ekspertiza ilə bağlı rəy almaq mümkün olmadığından vergitutma məqsədləri üçün yoxlanılan dövr üzrə aylıq icarə haqqı məbləği xx.xx.2017-ci il tarixli rəy nəzərə alınmaqla müəyyən edilmişdir. Vergi orqanının həmin rəy əsasında tərtib etdiyi xx.xx.2017-ci il tarixli **********066779 saylı səyyar vergi yoxlaması aktında Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə iddiaçı tərəfindən verilmiş şikayətə Vergilər Nazirliyində baxıldıqdan sonra yoxlamanın VM-nin tələblərinə zidd olduğu təsdiq edildikdən sonra müvafiq tədbirlərin görülməsi cavabdehə tapşırılmış, cavabdeh isə səyyar vergi yoxlaması üzrə yekun akt tərtib etmək əvəzinə 2016-cı ilin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə 2013-cü ilin 4-cü rübündən 2016-cı ilin entvabr ayınadək olan dövr üzrə vergi yoxlamasının ləğv edilməsinə dair **********124130 saylı xx.xx.2017-ci il tarixli qərarını ləğv edərək səyyar vergi yoxlamasının təyin edilməsinə dair xx.xx.2016-cı il tarixli **********057678 saylı qərarı ləğv etmişdir. Daha sonra xx xxxxxxx 2015-ci tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə “xxxx” QSC-də vergi yoxlaması təyin edilmişdir. Vergi yoxlaması dövründə vergi ödəyirisinə məlum olmuşdur ki, 12 saylı X8 tərəfindən “xxxx” MMC-nin direktoru Faiq İbrahimova məktub göndərilərək QSC-də səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan bilik və təcrübə tələb olunması zərurəti ilə əlaqədar ekspertin ayrılması təklif olunmuş, qiymətləndirmə müəssisəsi tərəfindən X7 ayrıldıqdan sonra VM-nin 44-cü maddəsində müəyyən edilən tələblərə əməl edilmədən ekspert dəvət edilmişdir. Ekspertin dəvət edilməsi barədə iddiaçıya məlum olduqdan sonra iddiaçı cavabdehə məktubla və AVİS sisteminə yerləşdirdiyi müraciətdən sonra (xx.xx.2019-cu il saat 18:41-də) cavabdehin Baş direktorunun imzası kə ekspertizanın təyin edilməsi haqqında **********175654 saylı xx xxxxxx 2019-cu il tarixli qərar qəbul edilərək xx.xx.2019-cu il saat 18:41-dən sonra AVİS sisteminə yerləşdirilmişdir, AVİS sisteminə eyni zamanda, guya vergi ödəyicisinin rəhbərinin - icraçı direktorun ekspertizanın keçirilməsinə dair qərarla tanış olma protokolunun surəti və qərarın qəbul edilməsinə dair vergi orqanının məktubu yerləşdirilmişdir. Bundan sonra vergi orqanının vergi qanunvericiliyinin tələbləri pozulmaqda davam etdirilərək ekspert qismində dəvət etdiyi “xxxx” MMC-nin nümayəndəsi Fazil İbrahimov tərəfindən icarəyə verilmiş İddiaçı2 QSC-nin mülkiyyətinə olan daşınmaz əmlakın xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə icarə haqqının müəyyən edilməsinə dair heç bir reallığı əks etdirməyən və heç bir sübuta əsaslanmayan Vergi orqanmın bilavasitə diktəsi və sifarişi əsasında yazılmış xx xxxx 2019-cu il tarixli tarixli ekspertiza rəyi alınmışdır. Bu zaman vergi orqanı orta bazar qiymətlərinin müəyyənləşdirilıməsinə dair ekspertiza qarşısında sual qoyan zaman vergi orqanı Vergi Məcəlləsinin 14.4-cü maddəsinin və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” xx xxxx 2012-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozmuşdur. Həmin rəyin qanunvericiliyin tələblərinə zidd verilməsi və qərəzli olmasına dair iddiaçı tərəfindən Vergilər Nazirliyinə və 12 saylı Vergilər Departamentinə vəsatət göndərilərək təkrar ekspertizanın keçirilməsi xahiş edilmişdir. Həmin şikayət əsaslı olduğundan təkrar ekspertizanın keçirilməsi barədə Departamentin Baş direktoru tərəfindən **********180232 saylı xx.xx.2019-cu il tarixli qərar çıxarılaraq vergi yoxlaması üzrə təkrar ekspertiza təyin edilməsi əvəzinə ekspertiza təyin olunmasına dair qərar çıxarılmış həmin qərarın icrası bu dəfə hərrəkətlərindən şikayət etdiyi “xxxx” MMC-nin rəhbəri Faiq İbrahimova həvalə edilmişdir. “xxxx” QSC özünün xx xxxxx 2019-cu il tarixdə Vergilər Nazirliyinə və yoxlama keçirən vergi orqanına müraciət edərək təkrar ekspertiza keçirilməsi üçün təyin olunmuş “xxxx” MMC-nin nümayəndəsinə VM-nin 44.7.1-ci maddəsinə əsasən etiraz edilmiş və etiraz onunla əsalandırılmışdır ki, Vergi Məcəlləsinin 44.10-cu maddəsinə əsasən təkrar ekspertizanın keçirilməsi başqa ekspertə həvalə edilməlidir. “xxxx” MMC-nin direktoru Faiq İbrahimovun tərtib etdiyi xx xxxxxxxx 2019-cu il tarixli rəyi aldıqdan sonra həmin rəydən Vergilər Nazirliyinə və 12 saylı X5 şikayət verilməsinə baxmayaraq həmin şikayətə baxılmadan tələsik xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması barədə akt tərtib edilmişdir. İddiaçı aşağıda qeyd olunanlara əsasən həmin aktı əsassız hesab edir. Belə ki, qeyri-yaşayış sahələrinin icarə haqlarının real bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsi “xxxx” MMC-nin əməkdaşı X6 həvalə edilmişdir. Lakin ekspertin tərtib etdiyi xx.xx.2019-cu il tarixli rəydəki bir sıra nöqsanlarla bağlı vergi ödəyicisinin təkrar ekspertiza keçirilməsi barədə vəsatətinə əsasən xx.xx.2019-cu il tarixli **********180232 saylı qərarla yenidən ekspertiza (təkrar ekspertiza yox) təyin edilərək ekspertizanın keçirilməsi yenidən “xxxx” MMC-yə və ekspert qismində onun direktoru Faiq İbrahimova həvalə edilmişdir. Sonuncu tərəfindən heç bir araşdırma aparmadan beş aydan sonra ;ekspert Fazil İbrahimovun tərtib etdiyi əvvəlki rəydə olan bir şəxsin bağladığı 4 icarə müqaviləsinə əsaslanaraq xx.xx.2019-cu il tarixli ekspert rəyi verilmişdir. Bundan sonrakı 4 dəfə vergi orqanı tərəfindən əsassız olaraq səyyar vergi yoxlaması dayandırıldı və yalnız ekspertdən xx.xx.2019-cu il tarixli rəy alındıqdan sonra akt tərtib olunmuşdur. Ekspertiza rəyində İddiaçı2 QSC-nin mülkiyyətində olan 26 icarədə olan sahəsinin hər biri üzrə eyni kommunal şəraitli, təmirli icarə obyektləri üzrə ayrı-ayrı icarə qiymətlərinin müəyyən edilməsi rəylə əsaslandırılmamışdır. “xxxx” MMC tərəfindən (ekspert Fazil İbrahimov) verilmiş 12/147 saylı xx xxxxx 2019-cu il tarixli rəydə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci ilədək dövr üzrə kiçik sahə (20 kv.m.qədər) üçün orta qiymət 25,0 manat, orta sahə (21-50 kv.m) üçün 22,5 manat, böyük sahə (51 kv.m. və daha çox) 20 manat və yarımzirzəmi 8 manat müəyyən edilmişdi. Bu zaman ekspert orta bazar qiymətini müəyyən etdiyi sahəyə baxış keçirmədən yazmışdı. X16 da QSC-nin mülkiyyətində olan sahədə olmamış, baxış keçirmədən ayrı-ayrı icarədə olan sahələrə dair müxtəlif icarə haqqının orta bazar qiymətlərini müəyyən edərkən yalnız 12 saylı Vergilər Departamentinin diktəsi və onların verdikləri məlumatlar əsasında rəy tərtib etməklə gələcəkdə cəmiyyətin hüquqlarının pozulmasına zəmin yaratmışdır. Ekspertin istinad etdiyi qeyd edilən 4 müqavilənin ikisi vergi yoxlamasının əhatə etdiyi dövrə aid deyildir, 2012-2013-cü illərdə qüvvədə olmuş müqavilələrdir ki, bu müqavilələr əsasında müqayisəli qiymətlər müəyyən edilə bilməz. Vergi orqanı əməkdaşları tərəfindən vergi Məcəlləsinin 154-157-ci maddələrinin tələbləri nəzərə alınmadan yoxlanılan dövr üzrə qanunazidd tərtib olunmuş ekspert rəyinə əsasən hesablama apararaq guya QSC-nin illik dövriyyəsinin 200000 manatdan çox olması əsası ilə cəmiyyətə əlavə dəyər vergisi hesablamaqla 74311,38 manatın büdcəyə ödənilməsi göstərilmişdir. Səyyar vergi yoxlaması aktından vergi müfəttişləri əsassız qanunazidd tərtib olunmuş ekspert rəyi əsasında QSC-nin illik dövriyyəsini hesablamaqla (baxmayaraq ki, 2016-cı ilin yoxlanılan dövründə oktyabr-dekabr aylarında bu məbləğ 200000 manatı aşmır) 2016-cı ilin yoxlanmaya cəlb olunmuş aylarından da əvvəlki aylardan- 2016-cı ilin avqust ayından başlayaraq eyni qaydada 2018-ci ilin sentyabr ayı daxil olmaqla ƏDV hesablamışlar. Bütün bunlar vergi orqanının rəhbərliyinin və onun göstəişlərini yerinə yetirən vergi əməkdaşlarının qanunsuz hərəkətlərinin nəticəsidir ki, bu da İddiaçı2 QSC-yə qarşı artıq 2016-cı ildən başlanılmış və davam etdirilən qanunsuzluqların təzahürüdür. Aktın 14-cü vərəqəsində bunun bariz nümunəsini görmək olar. Belə ki, QSC-də xx.xx.2018-ci il tarixli **********172051 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərara əsasən xx.xx.2015-ci tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ergi yoxlaması təyin edildiyi və həmin dövr üzrə vergi yoxlaması keçirilərək akt tərtib edilməli olduğu halda, vergi müfəttişləri tərəfindən yoxlama dövrünü xx.xx.2015-ci il olduğu halda xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək olan dövr götürülməklə ekspertiza rəyinə əsasən həmin dövrlər üzrə QSC-nin dövriyyəsinin 200549,6 manat kimi müəyyən etməklə səyyar vergi yoxlamasının təyin edilməsi haqqında qərarda göstərilən müddətlərdən kənara çıxmaqla xx.xx.2015-ci ildən xx.xx.2018-ci ildək olan dövr üzrə əsassız olaraq ƏDV hesablamışlar. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli **********191859 nömrəli “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” qərarının və həmin qərara düzəliş edilməsinə dair xx.xx.2019-cu il tarixli **********191979 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X13 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, vergi yoxlaması qanunsuz aparılmışdır. Belə ki, vergi orqanı Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozaraq ekspertiza təyin etmişdir, halbuki, vergi orqanı həmin obyektlərin icarə haqqını dəqiqləşdirmək üçün ətrafdakı obyektlərlə müqayisə edə bilərdi, habelə vergi orqanının özündə olan digər obyeklərin icarə müqavilələrinə baxaraq müqayisə edə bilərdi. Yəni müqayisəli təhlil aparmaq üçün vergi orqanının kifayət qədər imkanı olduğu halda əsassız olaraq ekspertiza təyin etmiş və vergi orqanının özünə xeyir edən nəticə əldə etmişdir. İddiaçının nümayəndəsi X14 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Cəmiyyət 2015-ci ilin avqust-sentyabr aylarında hər ay 5500-6000 manat gəlir əldə edilmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı2 QSCdə aparılmış səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2019-cu il tarixli **********1173737 nömrəli “səyyar vergi yoxlaması” aktı tərtib edilmiş, xx.xx.2019-cu il tarixli **********191859 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və xx.xx.2019-cu il tarixli **********191979 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarlar qəbul edilmişdir. İddiaçı2 QSC-nin fəaliyyətinin daşınmaz əmlakın icarəyə verilməsindən ibarət olduğunu nəzərə alaraq səyyar vergi yoxlamasının gedişatı zamanı icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə məbləğlərinin real bazar qiymətlərinə uyğun olub-olmamasını müəyyənləşdirmək zərurəti yaranmışdır. Bu sahə isə bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan xüsusi bilik tələb edən sahə olduğu üçün vergi məcəlləsinin 44-cü maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə “xxxx” MMC-yə (VÖEN **********) ekspertin ayrılması ilə bağlı müraciət olunmuş, bundan irəli gələn digər prosedur hərəkətlər yerinə yetirilmiş və Vergi Məcəlləsinin 23-cü və 44-cü maddələrinə əsasən cəmiyyətdə “ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********175654 nömrəli qərar çıxarılmışdır. Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olmanın xx.xx.2019-cu il tarixli protokolu tərtib edilmiş, lakin cəmiyyətin nümayəndəsi həmin protokolu imzalamaqdan imtina etmişdir. Ekspertizanın təyin edilməsi haqqında qərarda ekspert qarşısında İddiaçı2 QSC-nin icarəyə verdiyi Gəncə şəhəri H.Əliyev pr. ev 149 ünvanında yerləşən daşınmaz əmlaklarının xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan yoxlama dövrü üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Göründüyü kimi ekspert qarşısında sual qoyularkən iddiaçının ərizəsində qeyd etdiyinin əksinə olaraq Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələbləri gözlənilmişdir. Belə ki, ekspert qarşısında qeyd olunan dövr üzrə orta bazar qiymətinin müəyyən edilməsi deyil, real bazar qiymətinin müəyyən olunması sualı qoyulmuşdur. Bu zaman isə ekspert tərəfindən Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələbləri gözlənilməklə müvafiq təqdim edilmə tarixlərinə uyğun olaraq real bazar qiyməti müəyyən edilməsi istisna edilmir. Keçirilmiş ekspertizanın nəticəsi barədə “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli MB 12/147 nömrəli ekspert rəyi **********452200 nömrəli xx.xx.2019-cu il tarixli məktubla cəmiyyətə göndərilmişdir. İddiaçı tərəf qeyd edilən ekspert rəyi ilə əlaqədar İddiaçı2 QSC keçirilmiş ekspertizanın dolğun olmadığını, icarəyə verilmiş təsərrüfat subyektlərinə daxil olaraq baxışın keçirilmədiyini və rəyin ayrı-ayrı hissələrinə Vergi Məcəlləsinin 44.7.1-ci maddəsinə əsasən etirazını bildirərək Vergi Məcəlləsinin 44.10-cu maddəsinə əsasən təkrar ekspertizanın keçirilməsi üçün Baş İdarəyə müraciət etmişdir. Vergi orqanı tərəfindən **********593100 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmiş, İddiaçı2 QSC-yə məxsus Gəncə şəhəri, Heydər Əliyev prospekti ev 149 ünvanında yerləşən icarə obyektlərinin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan yoxlama dövrü üzrə icarə haqqlarının real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə təkrar ekspertizanın keçirilməsi üçün başqa ekspert ayrılması xahiş olunmuşdur. Vergi Məcəlləsinin 44.7.2-ci maddəsinə əsasən yoxlanılan şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək hüququ vardır. Lakin vergi ödəyicisi Vergi Məcəlləsinin 44.7.1-ci və 44.9-cu maddələrində göstərilən hüquqlarından istifadə etməmiş, ekspertizanın keçirilməsi üçün hər hansı ekspert təklif etməmişdir. Belə olan halda iddiaçının qeyd etdiyinin əksinə olaraq vergi qanunverciliyinin heç bir norması pozulmamış, təkrar ekspertizanın keçirilməsi başqa ekspertə həvalə olunmuşdur. İddiaçı iddia ərizəsində ekspertizanın keçirilməsinin “xxxx” MMC-yə tapşırılmasını ekspertizanın eyni ekspertə həvalə olunması kimi qeyd etmişdir. “xxxx” MMC marketinq və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şirkətdir. Bu səbəblə də ekspertizanın keçirilməsinin həmin şirkətə həvalə olunması ekspertizanın eyni ekspert tərəfindən həyata keçirilməsi kimi qəbul olunmamalıdır. Bundan əlavə, iddiaçı ərizəsində təkrar ekspertizanın keçirilməsi barədə qərardan sonra 5 dəfə əsassız olaraq vergi orqanı tərəfindən qərarlar qəbul edilməklə guya ekspertizanın təyin olunması ilə əlaqədar vergi yoxlamasının keçirilməsinin dayandırıldığını qeyd etmişdir. İddiaçının bu iddiası ilə əlaqədar bildirilir ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinin tələblərinə uyğun olaraq Baş İdarənin xx.xx.2019-cu il tarixli **********180724 nömrəli, xx.xx.2019-cu il tarixli **********182648 nömrəli, xx.xx.2019-cu il tarixli **********154863 nömrəli, xx.xx.2019-cu il tarixli **********186575 nömrəli, xx.xx.2019-cu il tarixli **********188314 nömrəli qərarları ilə qərarlarda qeyd olunmuş müddətlərdə səyyar vergi yoxlamasının keçirilməsi müvəqqəti olaraq dayandırılmışdır. Ekspertizanın MB 12/660 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli rəyi yoxlamaya təqdim olunduqdan sonra Baş İdarənin xx.xx.2019-cu il tarixli **********189592 nömrəli qərarı ilə dayandırılmış səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixindən bərpa edilmişdir. MB 12/660 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyində ilkin ekspertiza zamanı yol verilmiş nöqsanlar aradan qaldırıldığı üçün mövcud ekspert rəyi ilə səyyar vergi yoxlamasının yekunlaşdırılması məqsədəmüvafiq hesab olunduğu üçün xx.xx.2019-cu il tarixli **********173737 nömrəli “səyyar vergi yoxlaması” aktı tərtib olunmuşdur. Bazar qiymətinin müəyyən olunması baxımından qeyd olunan sahə bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan xüsusi bilik tələb edən sahə olduğu üçün ekspert rəyinin verilməsinə ehtiyac yaranmışdır. Bazar qiymətinin müəyyənləşdirilməsi zamanı real bazar qiymətini xarakterizə edən uyğun icarə müqaviləsinin seçilməsi ekspertin xüsusi biliyi ilə şərtlənir. Bu səbəblə də ekspert tərəfindən seçilmiş analoq icarə müqavilələri icarə sahəsində bazar qiymətini real olaraq göstərdiyi üçün ekspert rəyində haqlı həmin analoq müqavilələrdən istifadə etmişdir. Ekspert rəyində iddiaçıya məxsus obyektlərin yerləşdiyi yeri, infrastrukturunu, nəqliyyat əlverişliliyini, parkinq imkanlarını, əsas sahə və köməkçi sahələri, həmçinin hündürlüyü 2 metrə qədər olan obyektləri nəzərə almış və bazar qiymətini müəyyənləşdirərkən bu hallara istinad edərək kifayət qədər əsaslı rəy vermişdir. Həmçinin tərtib olunmuş ekspert rəyinə obyektlərin fotoşəkilləri də əlavə olunmuşdur. Həmin fotoşəkillərin mövcudluğu onu sübut edir ki, həmin obyektlərin vəziyyəti ekspertizanı aparmış ekspertə məlum olmuşdur. Yoxlama ilə cəmiyyətin qeyri-yaşayış sahələrinin icarəsi ilə bağlı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədən olan dövr üzrə ekspert rəyinə və vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş dövriyyə cədvəlinə əsasən 210549,6 manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 157.3-cü maddəsinə əsasən məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda- növbəti ayın birinci günündə vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə minir. Bü səbəbdən də cəmiyyətin əldə etdiyi gəlirlər Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən ƏDV məqsədləri üçün vergitutma obyektləri hesab edilərək cəmiyyət tərəfindən əldə olunmuş aylıq icarə haqqı məbləğləri üçün ƏDV üzrə cəmiyyətə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 74311,38 əlavə vergi hesablanmışdır. Bununla yanaşı vergi ödəyicisinə 2016-cı ilin avqust ayından etibarən ƏDV hesabatlarını qanunla müəyyənləşdirilmiş müddətdə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 57.1 -ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191859 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı2 QSC əlavə hesablanmış vergilər üzrə 137057,37 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 69568,71 manat olmaqla ümumilikdə 206626,08 manat (iki yüz altı min altı yüz iyirmi altı manat, səkkiz qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********191979 nömrəli qərarının məzmunundan görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191859 nömrəli qərarına vergi orqanı tərəfindən müvafiq dəyişiklik edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 12 saylı X3 xx xxxxxx 2018-ci il tarixli **********172051 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən xx xxxxxxx 2015-ci tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə İddiaçı2 QSC-də vergi yoxlaması təyin edilmiş və aparılmış səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2019-cu il tarixli **********1173737 nömrəli “səyyar vergi yoxlaması” aktı tərtib edilmiş, həmin akt əsasında xx.xx.2019-cu il tarixli **********191859 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və xx.xx.2019-cu il tarixli **********191979 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarlar qəbul edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı2 QSC-də vergi yoxlaması təyin edilmiş vergi yoxlaması üzrə tərtib edilmiş “səyyar vergi yoxlaması” aktı xx.xx.2019-cu il tarixdə tərtib edilməsinə baxmayaraq qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə görə vergi ödəyicisinin öz etirazını bildirməsi üçün 30 gün vaxt müəyyən edilmişdir. Lakin aktın sonuncu vərəqindən görünür ki, vergi ödəyicisinin nümayəndəsi öz etiraz və mülahizələrini elə həmin gün qeyd etmişdir. Belə olan halda vergi orqanı xx.xx.2019-cu il tarixdən 10 gün müddətində qərar qəbul etməli olduğu halda 1 ay sonra qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində müvafiq qərar çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı cavabdehin müvafiq qərarına əsasən Cəmiyyətdə yoxlamanın xx xxxxxxx 2015-ci tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan dövr üzrə aparılmalı olduğu halda aktın 2.6-cı bəndinin 8-ci abzasında cəmiyyətin icarədən əldə etdiyi gəlirləri Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə zidd olaraq 2015-ci ilin avqust ayından hesablanmışdır ki, bunun nəticəsində gəlirlərin cəmi 200000,6 manat olmaqla vergi ödəyicidinin ƏDV məqsədləri üçün qeydiyyata alınmalı olması qənaətinə gəlməyə əsas vermişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəllənin 36.4-cü maddəsinə əsasən bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi növbədənkənar yoxlama istisna olmaqla yoxlanılmış vergi dövrü üçün səyyar vergi yoxlaması qadağan edilmişdir. Lakin işə əlavə edilmiş xx.xx.2017-ci il tarixli Aktdan görünür ki, cəmiyyətdə 2013-2016-cı illər üzrə bütün vergi növləri üzrə yoxlama keçirilsə də, cavabdehin xx.xx.2018-ci il tarixli qərarı ilə 2015-2018-ci illər üzrə yoxlama keçirilməsi qərara alınmış və eyni dövrlər üzrə yenidən yoxlama aparılmışdır. Bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun:- 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışla müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə imzalanmış sənədə əsasən İddiaçı2 QSC-də aparılacaq vergi yoxlaması üzrə yoxlanılan dövr xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək qeyd edilmişdir, halbuki həmin dövr 12 saylı X3 xx xxxxxx 2018-ci il tarixli **********172051 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən xx xxxxxxx 2015-ci tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan müddətləri əhatə etmişdir. Deməli vergi orqanı vahid məlumat reyestrində doğru olmayan məlumat yerləşdirmişdir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxxx 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********191859 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və xx.xx.2019-cu il tarixli **********191979 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarlarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191859 nömrəli qərar və həmin qərara düzəlişin edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********191979 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-38/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-38/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver