Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-412/2024 30.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Cavabdehnə qarşı Elektron Kadastr X2 JN-426 saylı torpaq sahəsinin məlumatda düzəliş edilərək 0,7864 ha əvəzinə 4N-426 saylı mülkiyyət hüququna 0,96 ha qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: Qələbə sovxozu üzrə yerli Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 4 nömrəli protokol-qərarına əsasən torpaq islahatı ilə əlaqədar müəssisə üzrə hər nəfərə düşən orta torpaq norması 0,18 ha təsdiq edilmişdir. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 26 nömrəli protokolqərarı ilə İddiaçı5 və onun ailə üzvləri İddiaçı1, İddiaçı2, Bayramova (hazırda Məhərrəmova) Şəfa Məzahir qızı, İddiaçı4, Bayramova (hazırda Alıyeva) Vəfa Məzahir qızına 0,96 ha torpaq sahəsi verilmiş, bu barədə 1999-cu ilin sentyabr ayında 426 nömrə ilə qeydiyyata alınmış dövlət aktı hazırlanmışdır. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 saylı qərarı ilə verilmiş torpaq sahəsinin qaiməsi /sertifikatı/na əsasən 0426 sahə nömrəsi üzrə İ keyfiyyət qrupu, 82 bonitet balı olan 8800,01 kv.m çoxillik əkmə, 426C sahə nömrəsi üzrə İİİ keyfiyyət qrupu 45 bonitet balı olan 813 kv.m dəmyə torpaq sahəsi ölçüsündədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-5841/2023 nömrəli məktubla təqdim edilmiş adlı siyahıdan görünür ki, İddiaçı5 0,88 ha çoxillik, 0,08 ha dəmyə torpaq sahəsi olmaqla, cəmi 0,96 ha torpaq sahəsi Qələbə YAİK-nın xx.xx.1998-ci il tarixli, 26 nömrəli qərarı ilə verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-2019/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin Arxivində İddiaçı5 adına verilmiş dövlət aktı aşkar edilməmişdir. tərəfindən məhkəməyə təqdim edilmiş arxiv sənədlərindən görünür ki, Tovuz rayonu, Aşağı Quşçü kəndi üzrə “Qələbə” sovxozu yerli Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 4 nömrəli Qərarında hər nəfərə düşən orta torpaq norması 0,18 ha göstərilmişdir. İddiaçı1 Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində əvvəllər yaranmış hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 21-3-37/2-3717/2023 nömrəli məktubunda bildirimişdir ki, torpaq izlahatı aparılan zaman hazırlamış kompleks yequruluşu layihəsində vətəndaşlara məxsus pay torpaq sahəsinin yerləşdiyi konturun ümumi sahəsi naturada faktiki ölçülərdən artıq göstərilmişdir ki, bu da sözügedən ərazidə ümumi payçıların torpaq paylarında çatışmazlığa səbəb olmuşdur. Buna görə də çatışmayan torpaq sahəsini bərpa etmək məsələsinə baxılması mümkün olmamışdır. Əlavə olaraq AZCAD məlumat bazasında ərizəçinin və onun ailə üzvlərinin mülkiyyəti kimi 0,7864 ha torpaq sahəsi işlənilmişdir. İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “0,96 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Daha sonra yeni iddia ərizəsi təqdim edilərək İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı5 iddiaçılar qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Cavabdeh qismində qeyd edilməklə, məhkəmədən Elektron Kadastr X2 JN-426 saylı torpaq sahəsinin məlumatda düzəliş edilərək 0,7864 ha əvəzinə 4N-426 saylı mülkiyyət hüququna 0,96 ha qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 26 saylı qərarına əsasən İddiaçı1 və ailə üzvlərinə Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN:426 (kod 5030078) saylı torpaqa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçılardan İddiaçı1 tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. xx.xx.1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinin 2-ci yarımbəndinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. 14-cü maddəsinin birinci abzasına əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir Sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərin tərkibinə daxil edilmişdir. Həmçinin qanunverici orqan müəyyən etmişdir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir və torpaq torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hazırkı mübahisədə Tovuz rayonu Quşçu kəndi üzrə «Qələbə” sovxizunun yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 4 nömrəli qərarına əsasən torpaq islahatı aparılan zaman adambaşına düşən pay torpaq norması 0,18 ha müəyyən edilmişdir. Lakin Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 26 nömrəli qərarı ilə iddiaçılara kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,96 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN 426, KOD 50300078 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin hazırda AZCAD məlumat bazasında iddiaçıların mülkiyyətindəki torpaq sahəsinin ölçüsü 0,7864 ha kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaların 1.2. Torpaqların elektron kadastr X4nin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. 2.3. torpaqların elektron kadastr X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. Cavabdeh Nizamnaməsinə əsasən 1.1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (bundan sonra - DƏDKR) tabeliyində Cavabdeh (bundan sonra – Mərkəz) yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının və ünvan reyestrinin tərtibi və aparılması, coğrafi mövqeləndirmə şəbəkəsi vasitəsilə geodeziya xidmətlərinin göstərilməsi, aeroşəkillərin çəkilməsi və ortofotoxəritələrinin hazırlanması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-in tabeliyinə verilmiş məhdud məsuliyyətli cəmiyyətdir. 2.0. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. yerquruluşu işlərini aparmaq; 2.0.2. dövlət kadastrının tərtibi və aparılmasında iştirak etmək və dövlət torpaq kadastrını tərtib etmək və aparmaq; 2.0.3. ünvan reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək; 2.0.4. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və dövlət torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini yerinə yetirmək; 2.0.5. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi ilə bağlı tədbirlər görmək; 2.0.6. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.7. coğrafi mövqeləndirmə şəbəkəsi vasitəsilə geodeziya xidmətləri göstərmək; 2.0.8. pilotsuz uçuş aparatları vasitəsilə aeroşəkillər çəkmək və ortofotoxəritələri hazırlamaq; 2.0.9. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır: 3.1.4. kadastr uçotu işlərini aparmaq və daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, dövlət kadastrının aparılmasında iştirak etmək, dövlət torpaq kadastrını aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; 3.1.5. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq; 3.1.6. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək və mərz nişanları qoymaq, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, həmin ərazi vahidlərinin və dairələrinin elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək; 3.1.9. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların istifadəçiliyində mövcud uyğunsuzluqların normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsi məqsədilə yerquruluşu işlərinin aparılmasında iştirak etmək; 3.1.14. mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq; Qeyd olunan normalardan da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini yaratmaq cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı daşınmaz əmlakın dövlət reyestri baza məlumatlarında hansı səbəbdən, hansı sənədlərə istinadən iddiaçıların torpaq sahəsinin fərqli qeyd olunması müəyyən edilmir. Cavabdeh qurum da həmin hala aydınlıq gətirməmişdir. JN-426 saylı "Torpağa mülkiyyət hüquqna dair" Dövlət Aktı ilə müəyyən edilmiş torpaq sahəsinin ölçüsünü cavabdeh qurum bazada “Azərbaycan Respublikasında torpaqların elektron kadastr X4nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın tələblərinə uyğun monitorinq və hazırlıq işləri aparmadan iddiaçıya məxsus dövlət aktına uyğun deyil, səhv müəyyən etməklə sonuncunun hüquqlarını pozmuşdur. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, X1 X2 düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: “X1 X4”ndə düzəliş edilərək İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6 və İddiaçı5 mülkiyyəti kimi JN426, KOD 50300078 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd olunmuş 813 kv.m dəymə, 8.800 kv.m çoxillik əkmə torpaq sahəsinin işlənilməsi öhdəliyi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-412/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-412/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver