Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4144/2024 13.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması və cərimənin silinməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Məhkəmə tərəfindən arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)-872/2023 nömrəli iş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022ci l tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 43 il əmək stajına uyğun yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-872/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmiş, xx.xx.2023-cü il tarixli, 9/1189 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qərara alınmışdır. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-804/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1338/2024 nömrəli qərardadı ilə İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-804/2023 nömrəli qərarından verdiyi kassasiya mümkün sayılmamış və qəbulundan imtina edilmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-872/2023 nömrəli qərarı ekspertiza xərcinin ödənilməsi hissəsində icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən qanunla daxilində yaşa görə pensiyanın indeksləşdirilək hesablanması, pensiyasının cəmi 999 manat 26 qəpik olması, 43 il iş stajının müəyyən olunması və ona təyin yazılmış 100 manat cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, əlillik pensiyası alırdı. 2021-ci ilin 01 iyul ayında yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası almaq üçün müraciət etmişdir. Oktyabr ayında ona yaşa görə pensiya hesablanıb verilmişdir. Amma az miqdarda, cəmi 246 manat. Onun 2006-cı ilin yanvar ayına qədər 30 il 5 ay stajı var. 2006-cı ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayına kimi 12 il 7 ay iş stajı var. Cəmi birlikdə 43 il iş stajı edir. İddia ərizəsində göstərilən qanunlar daxilində pensiya aşağıdakı kimi hesablanır. 30 il 5 ay iş stajı vuraq 306 manat bərabərdir 9307 manat. 30 il vuraq 306 manat bərabərdir 9180 manat edir. 306 manatı bölək 12 aya 25 manat 50 qəpik edir.25 manat 50 qəpiyi vuraq 5 bərabərdir 127 manat 50 qəpik edir. 9180 manat üstəgəl 127 manat 50 qəpik bərabərdir 9307 manat edir. 9307 manat 50 qəpik vuraq 80 faiz artırılaraq 16753 manat təşkil edir. 16753 manat 50 qəpik indeksləşdirilərək artırılır. Həmin 16753 manat 50 qəpiyi vuraq 8.93 faizə onuda vuraq 16.7 vuraq 20.8 vuraq 5.5 vuraq 7.9 vuraq 1.1 vuraq 2.4 vuraq 4% vuraq 12.4 vuraq 5.7 vuraq 2.9 vuraq 16.6 vuraq 11.4 vuraq 3.4 % cəmi 53078.37 manat edir. Həmin 53078.37 manatı isə bölürük 144 aya onunda cəmi 368.60 qəpik təşkil edir. Onun pensiya kapitalının cəmi 2006-cı ildən sonra 11582 manat 10 qəpik, 90 faizi 10423 manat 89 qəpik, 80 faiz artırılır.18763.00 indeksləşmə əmsalına görə 8.3,16.7,20.8,1.5,5.7,7.9, 1.1,2.4, 1.4,4, 12.4, 5.7, 2.9, 16.6, 11.4 vuraq 3.4 faiz artırılraraq 59444 manat 87 qəpik təşkil edir. Həmin məbləği bölək 144-ə 412 manat 81 qəpik edir. Onunda üstünə gələrək 368 manat 60 qəpik bərabərdir 781 manat 41 qəpik təşkil edir. 2022-ci il iddia ərizəsi yazılan tarixə 781 manat 41 qəpik pensiyanın cəmi 2023-2024-cü illərin indekslədirilmə əmsalı 15 faiz və 11.2 faiz olmaqla pensiyanın təkrar cəmi 999 manat 26 qəpik təşkil edir. İşə baxan hakim Fikrət Hüseynov 10 aydan sonra iddia ərizəsi əsasında işə baxmamış, əlavə ərizəni öz işçilərinə yazdıraraq ona o yazılanları oxumadan imza etdirmişdir, məzmunu bildirmədən 10 aydan sonra iddianı ləğv etmişdir. 2023-cü ilin avqust ayının 17-də iddianı ləğv etmişdir. Qanuni sənədlər əsasında iddia ərizəsinə baxmamışdır. Onu 100 manat cərimə etmişdir. Başqa hakimlər tərəfindən işə təkrar yenidən baxılmalıdır. İddiada göstərilən qanunlara baxılmamışdır. Məcburiyyət qarşısında qalaraq Ali məhkəməyə müraciət etmişdir. Süründürməçiliyə düşmüşdür.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
8. Hazırkı iş materialları, arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)-872/2023 nömrəli iş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022ci l tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 43 il əmək stajına uyğun yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-872/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmiş, xx.xx.2023-cü il tarixli, 9/1189 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qərara alınmışdır.
9. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)- 804/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1338/2024 nömrəli qərardadı ilə İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)- 804/2023 nömrəli qərarından verdiyi kassasiya mümkün sayılmamış və qəbulundan imtina edilmişdir.
10. Hazırda İddiaçı iddia ərizəsində göstərilən qanunla daxilində yaşa görə pensiyanın indeksləşdirilək hesablanması, pensiyasının cəmi 999 manat 26 qəpik olması, 43 il iş stajının müəyyən olunması və ona təyin yazılmış 100 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
13. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.
14. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldıraraq məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.
15. Məhkəmə iddia tələbinin 100 manat ekspertiza xərcinin silinməsi hissəsi ilə bağlı onu qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 872/2023 nömrəli qərarı ilə müəyyən edilmiş 100 manat ekspertiza xərci prosessual xərcdir. İddia təmin olunmadığı və qərar qanuni qüvvəsini aldığı üçün həmin xərc iddiaçı tərəfindən ödənilməlidir və həmin xərc məhkəmə qaydasında mübashisələndirilə bilməz.
16. Belə ki, İPM-in: Maddə 109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Maddə 110.3. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva