Məhkəmə qərarları › İş №2-1(114)-4368/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4368/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4368/2025 12.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: 952 saylı hərbi-hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçının iştirak etdiyi ərazi Bərdə rayonu,Xəsili yaşayış məntəqəsi olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin tibbi təminatının təşkil olunmasında iştirak etmişdir. N saylı hərbi-hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçının iştirak etdiyi ərazi Gəncə,Göygöl,Şəmkir Ağstafa rayonu olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər,Ömər aşırımı istiqamətində əks-hücum aparan qoşun gruplaşmasını və havadan dəstəkləyən bütün zenit-raket bölmələrinin şəxsi heyətin dövüs qabiliyyətinin saxlanılması, sağlamlığının möhkəmləndirilməsi, xəstəliklərin yaranması və yayılmasının Qarşısının alınması müharibə dövründə hərbi hissənin dövüs hazırlığının təşkil edilməsində, müalicə-təxlivvə tədbirlərinin vaxtında yerinə yetirilməsində, tabeçilikdə olan hərbi qulluqçuların tibb xidmətinin idarə edilməsi sahəsində zəruri tapşırıqların yerinə yetirilməsində, bütün elementlər üzrə dəqiq təhlil və nəticədə alınmış məlumatların ümumiləsdirilməsində, bölmələrin tibbi əmlakla təmin edilməsində, şəxsi heyətin fərdi ilk tibbi vardım və mühafizə vasitələri ilə təmin edilməsində,yaralıların və qavtarlmaz itkilərin təxlivvəsi üçün müvafiq hazırlıq islərin görülməsində istrak edərək Tibbi təminat üzrə tapşrıqları icra edilməsində iştirak etmişdir. İddiaçı tərəf ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, barəsində təqdim olunmuş sənədlərdə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatları aparılan dövrdə fəaliyyəti "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı tərəfin dəlilləri: İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə onun adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəxsiyyət vəsiqəsi məlumatlardan (Seriya: AA*******, Fin: xxxxxxx) və xidməti vəsiqədən (A-018056 nömrəli) görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olmuşdur. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş, 29 oktyabr 2021 -ci il tarixli 01601 nömrəli əmr ilə Hərbi Tibb Fakültəsinin rezidenti təyin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N nömrəli, 19 dekabr 2017-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Tibb xidməti leytenantı İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 5 dekabr 2017-ci il tarixli 0553 nömrəli əmri ilə tibb məntəqəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Beyləqan rayonu) gəlmiş hesab edilmiş, 19 dekabr 2017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminata qoyulmuş, vəzifəsinin icrasına başlanılması əmr edilmişdir. (Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 421 nömrəli təyinat vərəqəsi) - N nömrəli Hərbi Hissə Komandirinin 349 nömrəli, 28 sentyabr 2020-ci il tarixli əmrindən çıxarışdan aşağıdakılar müəyyən edilir: Tibb xidməti baş leytenantı İddiaçı, hərbi hissəsinin tibb xidməti rəisi, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanın 10 sentyabr 2020-ci İ tarixli 035 nömərli əmri ilə N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil verilmiş hesab edilsin, 28 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütöv növ təminatlardan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Tibb xidməti baş leytenantı İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2020-ci ilin növbəti məzuniyyətindən 25 gün istifadə edilib. N nömrəli hərbi hissə komandirinin N nömrəli, 30 sentyabr 2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Tibb xidməti başleytenantı İddiaçı Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanın 10 sentyabr 2020-ci il tarixli 035 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsinə təyin edildiyinə görə, Mingəçevir şəhəri N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 30 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlanılması əmr edilmişdir. (Əsas; N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 2993 nömrəli təyinat vərəqəsi) - «N nömrəli hərbi hissənin hərbi qulluqçularının döyüş əməliyyatlarına cəlb edilməsi və tapşırıqların icrası haqqında» N nömrəli hərbi hissə komandirinin N nömrəli, 01 oktyabr 2020-ci il tarixli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2020-ci il tarixli 022 nömrəli döyüş əmrini rəhbər tutaraq N nömrəli hərbi hissənin hərbi qulluqçularının Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi və verilmiş tapşırıqların icra edilməsi məqsədi ilə əmr edilmişdir. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və ad): «Hərbi xidmətlərə görə» medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 2374 nömrəli Sərəncamı ilə. - N nömrəli hərbi hissə komandirinin N nömrəli, 31 oktyabr 2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Tibb xidməti baş-leytenantı İddiaçı, tibb xidməti rəisi, Müdafiə Nazirinin 29 oktyabr 2021-ci il tarixli 01601 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək Hərbi tibb fakültəsində rezidenturya qəbul olunduğuna görə, işlərini və vəzifəsini təhvil verilmiş hesab edilmiş, 31 oktyabr 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün Bakı şəhəri Hərbi tibb fakültəsi rəsinin sərəncamına göndərilməsi əmr edilmişdir. (Əsas; Müdafiə nazirinin 29 oktyabr 2021-ci il tarixli 01601 nömrəli əmrindən çıxarış) - 1-1646 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 2374 nömrəli Sərəncamı ilə «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir. - İddia ərizəsinə əlavə edilmiş veteranlıq vəsiqələrinin surətlərindən və e-sosial.gov.az portalından çıxarışlardan görünür ki, iddiaçı ilə eyni hərbi hissələrdə xidmət aparmış şəxslərə (X9, X7, X16, X1, X10, X11, X2, X14 və.d) müharibə veteranı adı və vəsiqəsi verilmişdir.» - İddia ərizəsinə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin qərarından görünür ki, «...Məhkəmə kollegiyasının AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularına 2-ci Qarabağ müharibəsində iştirak etmələri əsasında “müharibə veteram” adı və vəsiqəsinin verilibverilməməsi barədə sorğusuna N saylı hərbi hissənin cavab məktubundan görünür ki, N saylı hərbi hissədə xidmət etmiş X17, X3, X4, X5, X8 və X6 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-10247/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin 2-ci bəndində qeyd edilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin sonuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müharibə veteranı statusunun verilməsi zamanı döyüşlərdə iştirak etdiyi ərazilərlə bağlı hər hansı bir şərt və məhdudiyyət nəzərdə tutmamışdır. Yəni normanın tələbinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müvafiq sənədlər əsasında müharibə veteranı statusunun verilməsi birbaşa təsbit edilmişdir. Həmçinin qeyd edilmişdir ki, döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəməyə sorğu əsasında daxil olmuş “hərbi qulluqçular barədə arayış-məlumat”ın surətində qeyd edilmişdir ki, iddiaçı Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli, Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 022 nömrəli əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmrləri əsasında Gəncə,Göygöl,Şəmkir,Ağstafa rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər,Ömər aşırımı istiqamətində əkshücum aparan qoşun gruplaşmasını və havadan dəstəkləyən bütün zenit-raket bölmələrinin şəxsi heyətin dövüs qabiliyyətinin saxlanılması, sağlamlığının möhkəmləndirilməsi, xəstəliklərin yaranması və yayılmasının Qarşısının alınması müharibə dövründə hərbi hissənin dövüs hazırlığının təşkil edilməsində, müalicə-təxlivvə tədbirlərinin vaxtında yerinə yetirilməsində, tabeçilikdə olan hərbi qulluqçuların tibb xidmətinin idarə edilməsi sahəsində zəruri tapşırıqların yerinə yetirilməsində, bütün elementlər üzrə dəqiq təhlil və nəticədə alınmış məlumatların ümumiləsdirilməsində, bölmələrin tibbi əmlakla təmin edilməsində, şəxsi heyətin fərdi ilk tibbi vardım və mühafizə vasitələri ilə təmin edilməsində,yaralıların və qavtarlmaz itkilərin təxlivvəsi üçün müvafiq hazırlıq islərin görülməsində istrak edərək Tibbi təminat üzrə tapşrıqları icra edilməsində iştirak etmişdir. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına iddiaçı da daxil edilmişdir. Göründüyü kimi, iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh öz imtinasının əsası kimi yalnız iddiaçının xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, N saylı hərbi-hissənin arayış-məlumatında iddiaçının iştirak etdiyi ərazilər Gəncə,Göygöl,Şəmkir,Ağstafa rayonları qeyd edilsə də, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər,Ömər aşırımı istiqamətində əks-hücum aparan qoşun gruplaşmasını və havadan dəstəkləyən bütün zenit-raket bölmələrinin şəxsi heyətin dövüs qabiliyyətinin saxlanılması, sağlamlığının möhkəmləndirilməsi, xəstəliklərin yaranması və yayılmasının Qarşısının alınması müharibə dövründə hərbi hissənin dövüs hazırlığının təşkil edilməsində, müalicətəxlivvə tədbirlərinin vaxtında yerinə yetirilməsində, tabeçilikdə olan hərbi qulluqçuların tibb xidmətinin idarə edilməsi sahəsində zəruri tapşırıqların yerinə yetirilməsində, bütün elementlər üzrə dəqiq təhlil və nəticədə alınmış məlumatların ümumiləsdirilməsində, bölmələrin tibbi əmlakla təmin edilməsində, şəxsi heyətin fərdi ilk tibbi vardım və mühafizə vasitələri ilə təmin edilməsində,yaralıların və qavtarlmaz itkilərin təxlivvəsi üçün müvafiq hazırlıq islərin görülməsində istrak edərək Tibbi təminat üzrə tapşrıqları icra edilməsində iştirak etmiş olduğu qeyd olunub. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə onun adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar