Məhkəmə qərarları › İş №2-1(114)-4419/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4419/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4419/2025 20.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin nümayəndəsi-Vəkil və cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X36 və X34) “cavabdeh tərəfindən X28 adına verilmiş xx.xx.2025-ci il tarixli, **********19 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın və X18 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********2 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Gəncə şəhər Kəpəz Bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin mülkiyyətində olan Gəncə şəhəri, 28 May küçəsində yerləşən torpaq sahəsinin **********19 reyestr nömrəli qeydin və həmin qeyd əsasında verilmiş müvafiq çıxarışın torpaq sahələrinin üst-üstə düşən 475.69 kv.m hissədə ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Bələdiyyəsinə aid Gəncə şəhəri, 28 may küçəsində yerləşən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi haqda 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin müraciət əsasında 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş sənəddə sözügedən torpaq sahəsinin 475.69 kv.m hissəsi **********19 reyester nömrəli çıxarış sənədi ilə üst-üstə düşməsi bildirilmişdir. Gəncə şəhəri, Nizami Bələdiyyəsi mülkiyyətində olan torpaq sahəsi ilə 475.69 kv.m hissədə **********19 reyesterlə qeydə alınmış qismən üst-üstə düşən hissədə dövlət reyesterində aparılmış qeydin və çıxarışın ləğv edilməsi üçün cavabdeh Gəncə 3 saylı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müraciətin müsbət həll edilməsindəən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehin müraciətin həllindən imtina etməsi əsassızdır. Belə ki, Gəncə şəhəri Nizami Bələdiyyəsinin mülkiyyətində olan, Gəncə şəhəri, 28 may küçəsində yerləşən torpaq sahəsi bələdiyyə tərəfindən 2004 və ya sonrakı illərdə alqısatqı edilməmişdir. Ona görə hesab edilir ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin 475.69 kv.m hissəsinin **********19 reyester nömrəli qeydə başqa şəxsin adına qeydiyyata alınması üçün hüquqi əsas olmamışdır. Odur ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin adına mülkiyyət hüququ ilə qeydə alınması qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4419/2025 nömrəli qərardadı ilə X36 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4419/2025 nömrəli qərardadı ilə X34 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4419/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar Ərazi İdarəsi tərəfindən araşdırılmışdır. İlk növbədə işin faktiki halları barədə qısa bir arayış vermək zəruri hesab edilmişdir. Xanlar rayonu, Quşqara bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 55A nömrəli qərarı ilə 2.20 ha torpaq sahəsinə JN-0496 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasın torpaq sahəsi iki hissədən (konturdan) 20000.83 kv.m və 2000.0 kv.m-dən ibarət ibarətdir. Xanlar rayon Dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-3-629 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X30 2.0 ha torpaq sahəsinin 0.80 ha hissəsini X35, 0.10 ha hissəsini X8. Həmin torpaq sahələrinə dair **********20 və **********21 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Qeyd olunan torpaq sahələri müxtəlif dövrlərdə başqa-başqa şəxslərə satılmışdır. Torpaq sahəsinin yerdə qalan 1.10 ha hissəsi üzərində X17 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, **********22 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Göygöl rayon Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-2- 227 reyestr nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X30 1.10 ha torpaq sahəsini X2. Həmin müqavilə əsasında X13 xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarış və “torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-90 reyestr nömrəli müqaviləsinə əsasən X14 1.10 ha torpaq sahəsini X10. Həmin müqavilə əsasında X27 xx.xx.2021-ci il tarixli, **********22 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2025-ci il traixli, 4Ə-212 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X34 1.10 ha torpaq sahəsinin 0.21 ha hissəsini oğlu Amin İsmayılova bağışlamışdır. Həmin müqavilə əsasında paylara uyğun xx.xx.2025-ci il tarixli, **********22 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 3M-496 reyestr nömrəli “Əmlakın bölgüsü barədə müqavilə”yə və notariat qaydada təsdiq edilmiş bölgü planı əsasında 0.89 ha torpaq sahəsi üzərində X18 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2025-ci il tarixli, **********18 reyestr nömrəli, 0.21 ha torpaq sahəsi üzərində isə X28 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2025- ci il tarixli, **********19 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Hal-hazırda Ərazi İdarəsinin xidməti istifadəsində olan Milli Qeydiyyat Sisteminə əsasən, **********19 reyestr nömrəli çıxarış X28 adınadır. Gəncə şəhəri Nizami bələdiyyəsinin **********19 reyestr nömrəli torpaq sahəsinə əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə məktubuna “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Torpaq sahəsi ilə bağlı yaranmış mübahisənin həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və xx.xx.2025-ci il tarixli, 3-21- 3-33/2-5764/2025 nömrəli bildiriş ünvanlanmışdır. Ərazi İdarəsi hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında iddiaçı Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin nümayəndəsi-Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. İşin halları JN 496 kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 55A nömrəli qərarı ilə X20 2.20 ha torpaq sahəsi satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Xanlar rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixli, **********22 reyestr nömrəli texniki pasporta əsasən, Xanlar rayonu, Quşqara kəndində yerləşən torpaq sahəsinin hüquq subyekti X21r. Göygöl rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2011-ci il tarixdə 4Ə-2-22Z reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi X30 (onun əvəzinə X37) tərəfindən X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi X14 tərəfindən X5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli “torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə” məktubundan görünür ki, JN-496 nömrəli Dövlət Aktında qeyd olunan 2.20 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Ərazi İdarəsində xidməti istifadədə olan elektron baza məlumatlarına əsasən, torpaq sahəsinin sürüşməsi nəzərə alınmadan köhnə və yeni koordinatları təqdim edilmişdir. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 4Ə-212 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi X34 (onun əvəzinə X38) tərəfindən X31 bağışlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında X34 və X28 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 3M-496 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli “əmlak bölgüsü barədə” müqaviləyə əsasən, Göygöl Rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsi bölünmüş, X18 payı 0.89 ha, X28 payı 0.21 ha hissədə müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhərində yerləşən 0.89 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhərində yerləşən 0.21 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X28 adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 4Ə-288 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, müqaviləyə əsasən, Gəncə şəhərində yerləşən 0.89 ha torpaq sahəsinin 0.0306 ha hissəsi X34 tərəfindən X3. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 4Ə-290 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, müqaviləyə əsasən, Gəncə şəhərində yerləşən 0.89 ha torpaq sahəsinin 0.0153 ha hissəsi X34 tərəfindən X4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhərində yerləşən 0.89 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə X34, X23 və X24 adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, üst-üstə düşən **********19 reyestr nömrəli torpaq tarixində qeydiyyatdan keçmiş torpaq sahəsinin bir hissəsidir. Belə ki, ilkin olaraq ümumi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması xx.xx.2006-cı il tarixli, JN-496 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” əsasında aparılmışdır. Sonradan müxtəlif dövrlərdə (2007-2025-ci illərdə) sözügedən torpaq sahəsi notariat qaydada bağlanmış müqavilələr və bölgü planları əsasında hissələrə bölünmüş və bölünmə nəticəsində yeni yaranan torpaq sahələrinə hüquqi sənədlər verilmişdir. -Ərazi İdarəsinin arxiv sənədlərinə istinadən JN-496 nömrəli dövlət aktında olan torpağın yerləşmə mövqeyi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, cizgi planında olan mövqe arasında qismən uyğunsuzluq müşahidə olunur. Dövlət Aktı tərtib edilərkən cizgi planında qeyd edilən torpaq sahəsinin yerləşmə mövqeyinə əsasən Xəritəçəkmə qismən texniki qüsurlu işlənmişdir. Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlar Dövlat Torpaq və Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq olunmuş xx.xx.2005-ci il tarixli ilkin cizgi planı ilə uyğunluq təşkil edir. Torpaq sahəsi ayrılan zaman yuxarıda qeyd edilən cizgi planına əsasən, Göygöl rayonunun inzibati sərhədləri daxilində və 2012-ci ildə təsdiq edilmiş inzibati sərhədlərə əsasən, Gəncə şəhəri hüdudlarına daxil edilmişdir. -Qeyd edildiyi kimi, dövlət aktının koordinatları texniki qüsurlu olduğu uçun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq olunmuş xx.xx.2005-ci il tarixli, ilkin cizgi planında qeyd edilən sxemin yerləşmə mövqeyinə uygun olaraq torpaq sahəsinin koordinatlarında düzəlişlər edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri Kəpəz Bələdiyyəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsi ilə bağlı yaranmış mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ləğv edilmiş DT və XK Göygöl rayon şöbəsi tərəfindən X17 adına Göygöl rayonu, Quşqara kəndində yerləşən 2.20 ha torpaq sahəsinə dair JN 496 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. DA-nın 1.10 ha hissəsinə dair xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış verlmişdir. Göygöl rayon dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 48-2-22Z reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X30 tərəfindən X1 və alıcının adına xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 40-90 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X14 tərəfindən X5 və onun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. -Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 40-212 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən 1.10 ha torpaq sahəsindən 0.21 ha hissəsi X34 tərəfindən X31 bağışlanmışdır və X18 0.89 ha hissəsinə dair, X31 0.21 ha hissəsinə dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 3M-496 reyestr nömrəli, əmlak bölgüsü barədə müqaviləyə əsasən mülk X36 ilə X34 arasında bölünmüş və X28 adına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, X18 adına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. -Gəncə şəhər 6 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli, 40-290 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, 0.89 ha torpaq sahəsindən 0.0306 ha torpaq sahəsi X34 tərəfindən X16, 48-289 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X34 tərəfindən 0.0153 ha torpaq sahəsi X29, 40-289 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X34 tərəfindən 0.0153 ha torpaq sahəsi X6 və onların adlarına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, JN 496 kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 55A nömrəli qərarı ilə X20 2.20 ha torpaq sahəsi satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Xanlar rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göygöl rayon dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2011-ci il tarixdə 4Ə-2-22Z reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi X30 (onun əvəzinə X37) tərəfindən X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi X14 tərəfindən X5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 4Ə-212 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi X34 (onun əvəzinə X38) tərəfindən X31 bağışlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.1 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında X34 və X28 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 3M-496 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli “əmlak bölgüsü barədə” müqaviləyə əsasən, Göygöl Rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsi bölünmüş, X18 payı 0.89 ha, X28 payı 0.21 ha hissədə müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhərində yerləşən 0.89 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhərində yerləşən 0.21 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X28 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 4Ə-288 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, müqaviləyə əsasən, Gəncə şəhərində yerləşən 0.89 ha torpaq sahəsinin 0.0306 ha hissəsi X34 tərəfindən X3. Gəncə şəhər 6 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2025-ci il tarixdə 4Ə-290 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, müqaviləyə əsasən, Gəncə şəhərində yerləşən 0.89 ha torpaq sahəsinin 0.0153 ha hissəsi X34 tərəfindən X4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhərində yerləşən 0.89 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə X34, X23 və X24 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.10 ha torpaq sahəsi üzərində X18 adına aparılmış mülkiyyət hüququ üzrə və daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhərində yerləşən 0.21 ha torpaq sahəsi üzərində X45 adına aparılmış mülkiyyət hüququ üzrə qeydləri mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığının yoxlanılmasından əvvəl həmin iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia üzrə subyektiv hüququnun mövcud olmasıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, hazırda mübahisələndirilən qeydlər üzrə qeydiyyatın aparılması üçün ilkin sənəd Göygöl rayonu Quşqara kəndində yerləşən 2.20 ha torpaq sahəsinin satılması barədə Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 55A nömrəli qərarı olmuşdur ki, bunun əsasında X20 JN 496 kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Daha sonra müvafiq müqavilələr əsasında qeyd olunan torpaq sahəsi başqa şəxslərə özgəninkiləşdirilmiş, həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmaqla çıxarışlar verilmişdir. Hazırda mübahisələndirilən qeydlərin aparılmasına əsas olan sənədlərdən görünür ki, torpaq sahəsi bütövlükdə Göygöl rayonu Quşqara kəndində yerləşmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışdan da görünür ki, 1.10 ha torpaq sahəsi Göygöl rayonu, Quşqara kəndində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə şəhəri X25 rayonu, Quşqara kəndində yerləşən torpaq sahəsi barədə mülkiyyət hüququnun qeydini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarışa əsasən, X28 adına aparılmış mülkiyyət hüququnun qeydi üzrə 0.21 ha torpaq sahəsinin Gəncə şəhərində yerləşməsi ilə bağlı məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsi ayrılan zaman Göygöl rayonunun inzibati sərhədləri daxilində olmuş, 2012ci ildə təsdiq edilmiş inzibati sərhədlərə əsasən, Gəncə şəhəri hüdudlarına daxil edilmişdir. Göründüyü kimi, Xanlar rayon Quşqara Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 55A nömrəli qərarı ilə 2.20 ha torpaq sahəsinin X9 zamanı torpaq sahəsi bötövlükdə Göygöl rayonun ərizisinə daxil olmuş, sonradan ərazi dəyişikliklərindən sonra torpaq sahəsinin bir hissəsi Gəncə şəhərinin hüdudlarına daxil edilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı Gəncə şəhəri Kəpəz X7 adına olan Gəncə şəhərində yerləşən 0.21 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aprılmış qeydiyyatı münahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən və bir çox başqa Qərarlarındakı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X36 və X34) “cavabdeh tərəfindən X28 adına verilmiş xx.xx.2025-ci il tarixli, **********19 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın və X18 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********2 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X36 və X34) “cavabdeh tərəfindən X28 adına verilmiş xx.xx.2025-ci il tarixli, **********19 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın və X18 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********2 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş qeydin, müvafiq çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar