Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4427/2025 30.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsinə “müsahibənin nəticəsi üzrə qiymətləndirməyə dair protokolun dəyişdirilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı “müsahibənin nəticəsi üzrə qiymətləndirməyə dair protokolun dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Təsviri hissə:
1. İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin təşkil etdiyi orta ümumtəhsil müəssisələrinə rus dili bölməsinə qəbulla bağlı keçirilən müsahibədə iştirak etmiş qızı İddiaçı xx.xx.2025-ci il tarixdə verdiyi imtahan nəticələrinə dair protokolun dəyişdirilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı əsl iddiaçı X3 və cavabdeh əsl cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Daşkəsən Regional Təhsil İdarəsi ilə əvəz edilmişdir.
3. Məhkəmə iclasları xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixlərə təyin edilmiş, bu barədə iddiaçıya və onun qanuni nümayəndəsinə məhkəmə bildirişləri göndərilmiş və məhkəmə iclasında iştirakı tələb olunmuşdur.
4. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana xx.xx.2025-ci il tarixli bildiriş göndərilərək məhkəmə iclasında iştirakının zəruri olduğu bildirilmiş, iddiaçıya və onun qanuni nümayəndəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin tələblərinə əsasən iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmişdir.
5. Qeyd edilən bildiriş müvafiq olaraq xx.xx.2026-cı tarixdə poçt xəbərnaməsinə imza edilərək qəbul edilmiş, lakin iddiaçı və iddiaçının qanuni nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.
Əsaslandırma hissəsi:
6. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Maddə 55. İddiadan imtina edilməsi 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
8. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı
1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır
9. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər.
Nəticəvi hissə:
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı X1 cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı “müsahibənin nəticəsi üzrə qiymətləndirməyə dair protokolun dəyişdirilməsi” tələbinə dair iddia geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nurəli Hüseynov