Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-453/2025 03.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, iddiaçı X2 (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Nümayəndə ,X4 və Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1994/2017 saylı qərarı ilə ünvan 8 mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması vəzifəsi Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal X1 üzərinə qoyulması qərara alınmışdır. ünvan 1 ünvanda yerləşən mənzilə dair İddiaçı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərüfatı İstehsalat Birliyi arasında xx.xx.2023-cü il tarixdə mənzil kirayə müqaviləsi bağlanmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, Bəxtiyar Əliyev,6, mənzil 47 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 17,26 kv.m olan mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi İddiaçı adınadır. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəxs yoxdur. Ölüm haqqında AZ-İİ 387319 saylı şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixində vəfat etmişdir. ünvan 1(Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2024-cı il tarixdən müddətsiz olaraq X5, X2 və Nümayəndə istifadəsinə verilərək ********** nömrə ilə xx.xx.2024-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixində X5 tərəfindən verilmiş notarial ərizə ilə müəyyən edilir ki, o, ünvan 1(Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzilin ona məxsus olan istifadə hüququnun X2 adına keçməsinə və əmlakın tam olaraq onun adına mülkiyyət hüququ ilə verilməsinə razılıq vermişdir. xx.xx.2025-ci il tarixində Nümayəndətərəfindən verilmiş notarial ərizə ilə müəyyən edilir ki, o, ünvan 1(Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzilin ona məxsus olan istifadə hüququnun X2 adına keçməsinə və əmlakın tam olaraq onun adına mülkiyyət hüququ ilə verilməsinə razılıq vermişdir. Nümayəndə (İddiaçı nümayəndəsi) Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 6 ünvanında yerləşən 47 saylı mənzil (Yeni qaydalarla ünvan 44, m3) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-M-00xx-xx/2024 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı mənzil sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayə müqaviləsinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bildirilir ki, şəxsi hesab vərəqəsinin açılması barədə sənəd mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. İmtina ilə razılaşmayan İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab etməklə, ünvan 5 ünvanında yerləşən 47 saylı mənzil üzərində (yeni qadalar əsasında: Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi 10, M4, M3) mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum əri İddiaçı vəfat etdiyindən onun adından qaldırılmış iddia tələbi üzrə onu İddiaçı prosessual varisi kimi qəbul edərək iddiaçı kimi qəbul edilməsini və ünvan 6 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış, əlavə olraq qeyd edilmişdir ki, aparılan araşdırma zamanı mənzil sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsinin müraciətə əlavə edilmədiyi (müraciət ərizəsi, etibarnamə, şəxsiyyət vəsiqəsi, mənzildən istifadə hüququna dair çıxarış) müəyyən edilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1 (83)-1994/2017 nömrəli qərarında Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, bina 6, 47 saylı mənzilə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması vəzifəsi Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal X1 üzərinə qoyulması qeyd olunmuşdur. Qeyd olunan qərar əsasında Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə vətəndaş İddiaçı arasında “Yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanılmışdır. Müqavilə əsasında xeyrinə yüklü edilən şəxs (İddiaçı) və hüququ yüklü edilən şəxs (ünvan 7 ünvanında yerləşən 47 saylı mənzil üzərində istifadə hüququnun qeydə alınmasına dair (Yeni qaydalarla: AZ 2002, ünvan 44, m3) xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********28-05101- 091001 reyestr nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan müqavilə mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab edilmir. İddiaçı X3 məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, ünvan 8 ünvanda yerləşən mənzilə dair İddiaçı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərüfatı İstehsalat Birliyi arasında xx.xx.2023-cü il tarixdə mənzil kirayə müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində vəfat etmişdir. ünvan 1(Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka dair X5, X2 və Nümayəndə istifadə hüququ ********** nömrə ilə xx.xx.2024-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı iddiaçının tələbi ünvan 6 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarətdir.
1. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
2. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək qaydası Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 36. Vətəndaşlara yaşayış sahəsi verilməsinin növbəliliyi Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində,—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
3. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
4. Cavabdeh orqan etirazında, müqavilə mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab edilmədiyini qeyd etsə də, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
5. Hazırkı işdə də iddiaçıya mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq İddiaçı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərüfatı İstehsalat Birliyi arasında xx.xx.2023-cü il tarixdə mənzil kirayə müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı yaşamaq üçün verilmişdir.
6. İş materiallarından göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
7. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
8. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
10. Məhkəmə hesab edir ki, cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməli ünvan 6 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. ünvan 1(Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva