Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-588/2020 04.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh 2 saylı Regional Ekologiya və X11 nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh 2 saylı Regional Ekologiya və X4rşı qanunsuz müdaxilənin qarşısının alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh 2 saylı Regional Ekologiya və X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əməkdaşlarının sahiblik və istifadəsində olan çınqılın satılmasına yaratdıqları süni maneənin qanunsuz hesab edilərək aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o,1988-2005-ci illərdə X13 işləmiş və 2005ci ildə təqaüdə çıxdıqdan bir müddət sonra Şəmkir rayonu, Təzəkənd kəndində “Şəmkirçay” qum-çınqıl yatağından karxana fəaliyyəti üçün torpaq alınması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Orada həmin sənədlər üzrə araşdırma aparılmış və Səhman Kazımovun adına 2008-ci il tarixli sərəncamla Şəmkirçay qum-çınqıl yatağında 1 ha karxana fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmışdır. Bundan sonra fasilələrlə karxana fəaliyyəti ilə məşğul olmuşdur. 2014-cü ildə sərəncamın müddəti bitdiyi üçün Səhman Kazımovun adından Şəmkir Rayon İcra Hakimiyyətinə yenidən müraciət etmişdir. Şəmkir Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli sərəncamı ilə yenidən karxana fəaliyyəti üçün 3 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən torpaq üzrə “X16 Çıxarışı” tərtib edilmişdir. Sərəncam üzrə sənədləri tərtib edildikdən sonra fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq sənədləri alıb fəaliyətini davam etdirmişdir. Lakin, nöqsanı bu sahə üzrə fəaliyyət göstərmək üçün lisenziya almamağı olmuşdur. 2014-cü ilin may ayında arvadı X5 adına aldığı 5 illik lisenziyanın müddəti bitmişdir. Bundan sonra lisenziya almadan fəaliyyətini 2018-ci ilin may ayınadək davam etdirmişdir. 2014-cü ilin may ayından 2018-ci ilin may ayınadək lisenziya olmadan qanunsuz dağ və buruq qazma işləri aparmaqla 19.032 kub metr qum və çınqıl istehsal edib qarışıq məhsul kimi sataraq dövlətə təbiətə xeyli miqdarda 62,805 manat məbləğində ziyan vurmuşdur. Bunun nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 247-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, l(076)-5/2019 saylı hökmü ilə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına hesablanmışdır. Dövlətə vurduğu 62,805 manat ziyanı tam ödəmiş, etdiyi cinayət əməlinə görə 07 ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2014-2018-ci illərdə çıxartdığı qum-çınqılı satmaq istəyir, ancaq 2 saylı Regional Ekologiya və X11 əməkdaşları süni maneə yaratmaqla ora gələn alıcıları ərazidən uzaqlaşdırırlar. Hal-hazırda o, “Şəmkirçay” qum-çınqıl yatağında karxana fəaliyyəti ilə məşğul olmur. Sadəcə olaraq istiadəsində olan və ona görə cəzalandığı və dövlətə dəymiş ziyanı ödədiyi çınqılı satmaq istəyir. Bununla bağlı olaraq, dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbulunda olmuş, aiddiyyəti üzrə ərizə və şikayətlər yazmışdır. Ancaq, ona hər hansı köməklik olunmamışdır. Ona görə də, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, cinayət məsuliyyətinə cəlb edilsə də vurulmuş ziyanı ödədəiyini, hazırda tələb etdiyi, onun istifadəsində və sahibliyində olan, 2014-2018-ci illərdə fəaliyyət göstərdiyi müddətdə əldə etdiyi qum-çınqıl məmulatlarının ona qaytarılmasına cavabdeh orqan tərəfindən suni maneə yaradıldığını bildirdi, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 217 saylı sərəncamı əsasında Şəmkir rayonu Təzəkənd kənd sakini X1 təsərrüfatının yaradılması məqsədilə ayrılmış 3 ha qum-çınqıl yatağında istismar işləri Təzəkənd kənd sakini İddiaçı X14 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli ƏN-i № li 167143 saylı etibarnamə əsasında aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2017-ci il tarixli, 17/23231/12/10 №li tapşırığına əsasən FHN-nin çağırışı ilə yaradılmış komissiyanın araşdırmaları nəticəsində qum-çınqıl yatağında yer təkindən istifadəyə dair qanunvericiliyin tələblərinin pozulduğu aşkar olunduğuna görə Azərbaycan Respublikası Baş Prokuroru yanında X6 Baş İdarəsinin İstintaq İdarəsində Şəmkir çayında qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarında başlanmış cinayət işi ilə əlaqədar ETSN-nin xx.xx.2018-ci il tarixli, 379/U saylı əmri əsasında İddiaçı istismar etdiyi karxanada araşdırma aparılmış və nəticədə xx.xx.2018-ci il tarixində akt tərtib olunmuşdur. İddiaçının arvadı X5 adına aldığı Şəmkir rayonu Təzəkənd kəndində “Şəmkirçay” qum-çınqıl yatağından xammalın çıxarılması ilə bağlı lisenziyasının müddəti 2014-cü ilin may ayında bitmişdir. Buna baxmayaraq iddiaçı qanunsuz olaraq 2018-ci ilin may ayınadək həmin fəaliyyətini davam etdirmişdir. 2014-cü ilin may ayından 2018-ci ilin may ayına kimi lisenziyası olmadan qanunsuz olaraq dağ və buruq qazma işləri aparmaqla 19 032 kub metr qum və çınqıl istehsal edib, qarışıq məhsul kimi sataraq, təbiətə xeyli miqdarda, yəni 62805,60 manat məbləğində ziyan vurmuş, eləcə də qumçınqıl istehsalı ilə bağlı müəssisəyə ayrılmış sahədə etibarnamə ilə verilmiş səlahiyyətlər üzrə təbiəti mühafizə işlərinə cavabdeh şəxs kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10, 21 və 46-cı maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara riayət etməmişdir. Onun həmin əməli insanların konstitusiya ilə təsbit olunmuş “sağlam ətraf mühitdə yaşama” hüquqlarına və dövlətin ekoloji tarazlığın saxlanması istiqamətində siyasətinə ağır zərər vurmuşdur. Ona görə də İddiaçı Azərbaycan Respublikası CM-in 192.1 və 242 -ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sözügedən çınqıl kütləsinin satılması məqsədilə istifadə olunmasına razılıq verilməsi barədə Şəmkir rayonu Təzəkənd kənd sakini Səhman Kazımov tərəfindən xx.xx.2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuş, həmin müraciətə ETSN-nin Dövlət Ekspertiza İdarəsində baxılmışdır. Cavab olaraq xx.xx.2020-ci il tarixli, 22/K-001 saylı məktubla bildirilmişdir ki, faydalı qazıntı xammalı üzərində sahiblik hüququ onu yalnız qanunvericiliyə uyğun olaraq istismar etmiş və ya əldə etmiş hüquqi şəxsə məxsus ola bilər. Göründüyü kimi iddiaçı həmin ərazidə təbiətə ciddi zərər vurmuş və həmin əməlinə görə cəza almışdır. Ona görə də hesab edir ki, iddiaçının hazırkı iş üzrə tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. İş materiallarında olan: -Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2008-ci il tarixli, 243 nömrəli sərəncamının surətindən görünür ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini X8 Kür qəsəbəsinə gedən yolun sol tərəfində Bakı-Qazax avtomobil yolundan 1 km aralıda olmaqla Şəmkir çayından xammal götürülməsi məqsədilə 1 hektar torpaq sahəsinin ayrılması və 5 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. -xx xxxx 2009-cu il tarixli, 038224 nömrəli lisenziyanın surətindən görünür ki, fiziki şəxs X9 Şəmkir rayonu ərazisində yerləşən “Şəmkirçay” qum-çınqıl yatağında 5 il müddətində qum-çınqıl istehsalının həyata keçirilməsinə icazə verilmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 00898 nömrəli dağ-mədən ayırması aktının surətindən görünür ki, Şəmkir rayonu ərazisində Şəmkirçay qum-çınqıl yatağında yerləşən 0,3 ha dağ-mədən ayırması qum-çınqıl hasilatı məqsədilə fiziki şəxs Səhman Kazımovun istifadəsinə verilmişdir. -xx xxxx 2018-ci il tarixli, 48598 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, fiziki şəxs X8 məxsus karxananın və ətrafındakı ərazidən 111000 kubmetr həcmində qarışıq suxurun götürülməsi nəticəsində təbiətə 366300 manat məbləğində ziyan dəymişdir. -Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(076)-5/2019 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1 və 247-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən mənə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 07 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla, cəza müddətinin başlanğıcı xx.xx.2018-ci il tarixdən hesablanmışdır. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 22/K-001 nömrəli məktubunun surətindən görünür ki, faydalı qazıntı xammalı üzərində sahiblik hüququnun yalnız qanunvericiliyə uyğun olaraq onu istismar etmiş və ya əldə etmiş fiziki və ya hüquqi şəxslərə məxsus olduğu, həmin kütlə üzərində sahiblik hüququna dair iddianın qanunvericiliyə müvafiq qaydada təsdiq edilməsi üçün aidiyyəti üzrə müraciət edə biləcəyi bildirilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X7 Məcəllənin 2.2.4. maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair - müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 2.2.4-cü maddəsində müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia öhdəliyin icrası haqqında iddianın xüsusi bir növü kimi təsbit olunmuşdur. Bu iddia növünün konkret açıqlaması isə, həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrində əksini tapmışdır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. İPM-in 34.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın hazırkı hərəkətinə, həmin Məcəllənin 34.3-cü maddəsində nəzərdə tutulmuş müstəsna qayda əsas götürülməklə qaldırılan müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia isə, inzibati orqanın gələcək publik-hüquqi davranışına yönəlir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı Şahbazov X10 məcrasından ələmə yolu ilə əldə etdiyi çınqıl kütləsinin satış məqsədilə istifadə olunması inzibati orqan tərəfindən məhdudiyyət qoyulmuş və hərəkəti onunla əsaslandırılmışdır ki, faydalı qazıntı xammalı üzərində sahiblik hüququ yalnız qanunvericiliyə uyğun olaraq onu istismar etmiş və ya əldə etmiş fiziki və ya hüquqi şəxslərə məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının arvadı X5 adına aldığı Şəmkir rayonu Təzəkənd kəndində “Şəmkirçay” qum-çınqıl yatağından xammalın çıxarılması ilə bağlı lisenziyanın müddətinin 2014-cü ilin may ayında bitməsinə baxmayaraq, iddiaçı qanunsuz olaraq 2018-ci ilin may ayınadək həmin fəaliyyətini davam etdirmiş, qeyd olunan tarix üzrə lisenziyası olmadan qanunsuz olaraq dağ və buruq qazma işləri aparmaqla 19 032 kub metr qum və çınqıl istehsal edib, qarışıq məhsul kimi sataraq, təbiətə xeyli miqdarda, yəni 62805,60 manat məbləğində ziyan vurmuş, eləcə də qumçınqıl istehsalı ilə bağlı müəssisəyə ayrılmış sahədə etibarnamə ilə verilmiş səlahiyyətlər üzrə təbiəti mühafizə işlərinə cavabdeh şəxs kimi ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərini yerinə yetirməli olduğu halda, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş yerin təkindən istifadə üzrə standartlara riayət etməmişdir. Hazırda tələb etdiyi qum-çınqıl məmulatı da həmin fəaliyyət əsasında əldə edilmiş və məsuliyyətə cəlb edildiyi fəaliyyəti zamanı toplanmışdır. Lakin hazırda iddiaçı həmin məmulatlar üzərində qanuni sahiblik və istifadə hüququnun olduğuna istinad edərək inzibati orqanın müəyyən faktiki hərəkətlərinin qarşısının alınmasını və 2014-cü ilin may ayından 2018-ci ilin may ayınadək lisenziya olmadan qanunsuz dağ və buruq qazma işləri apırmaqla əldə etdiyi 19.032 kub metr qum və çınqıl məmulatlarının ona qaytarılması ilə bağlı süni maneənin aradan qaldırılmasını məhkəmə qaydasında tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 39. Maddəsinin İİİ bəndinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun;
6. maddəsinin 2. bəndinə əsasən ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir.
13. maddəsinin 1. bəndinə əsasən təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək; ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş qaydada həyata keçirmək; təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək; ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələridir.
35. maddəsinə əsasən torpaqdan, yerin təkindən, havadan, su hövzələrindən, meşələrdən və başqa bitkilərdən, heyvanlar aləmindən, müstəsna ekoloji, elmi və mədəni dəyərə malik olan ətraf mühit obyektlərindən, xüsusi mühafizə olunan təbiət ərazilərindən və ekoloji fəlakət şəraitli olan ərazilərdən istifadədə ekoloji tələblər normativ hüquqi aktlarla tənzimlənir. Təbii ekoloji tarazlıqda olan sistemlərin pozulmasına səbəb olan, habelə insanın, bitki və heyvanlar aləminin genetik fondunun məhv edilməsinə, əhalinin həyat və sağlamlığı üçün təhlükəli olan fəaliyyətlərə icazə verilmir. «Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun;
8. maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi; -yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara) riayət edilməsi; icazə ilə müəyyənləşdirilmiş şərtlərin yerinə yetirilməsinin, yerin təkindən istifadə üçün ödənişlərin vaxtında və düzgün verilməsinin təmin edilməsi yer təki istifadəçilərinin vəzifələri kimi nəzərdə utulmuşdur. 21-ci maddəsinə əsasən yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası və yaxud ləğvi qaydalarına əməl edilməsi, balıqçılıq su obyektlərində faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat, partlayış, qazma, dibdərinləşdirmə işlərinin aparılması, yeraltı qurğuların tikintisi layihələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada balıqçılıq təsərrüfatı ekspertizasından məcburi keçirilməsi və s yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər qeyd edilmişdir. Bu maddənin tələbləri pozularsa yerin təkindən istifadə üçün verilmiş hüquq qanunvericiliyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dayandırıla və ya ləğv edilə bilər.
48. maddəsinə əsasən yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Qeyd olunan normalardan göründüyü kimi, qazıntı xammalı üzərində sahiblik hüququ onu yalnız qanunvericiliyə uyğun olaraq istismar etmiş və ya əldə etmiş fiziki və hüquqi şəxsə məxsus ola bilər. İddiaçı isə yuxarıda qeyd olunan tələblərə əməl etməmiş və dövlətə aid təbii ehtiyatları qanunvericiliyə uyğun olaraq istismar etməmiş, nəticədə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırkı tələb etdiyi məhsullar isə həmin fəaliyyət nəticəsində əldə edilmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını və qeyd edilən maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh 2 saylı Regional Ekologiya və X4rşı qanunsuz müdaxilənin qarşısının alınmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova