Məhkəmə qərarları › İş №2-1(114)-62/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-62/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-62/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bərdə Ərazi X1 (üçüncü şəxs Cavabdeh) qarşı Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən 50.000 kv.m torpaq sahəsinin Hərracın yekunlarına dair Protokolda qeyd edilmiş “heyvandarlıq məqsədilə deyil, “balıqçılıq” məqsədilə icarəyə verilməsi barədə müvafiq düzəliş edilməsi”tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bərdə Ərazi X1(bundan sonra mətndə cavabdeh) qarşı Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən 50.000 kv.m torpaq sahəsinin Hərracın yekunlarına dair Protokolda qeyd edilmiş “heyvandarlıq” məqsədilə deyil, “balıqçılıq” məqsədilə icarəyə verilməsibarədə müvafiq düzəlişin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçıya, cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan, habelə iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, hazırda mübahisələndirilən Bərdə rayonu Mircəfərli Bələdiyyəsinin mülkiyyətində olan 50000 kv.m və ya 5.0 ha olan torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqəsinin 174 nömrəli protokoluna əsasən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə 50 illik hər il icarə haqqı 450.0 manat olmaq şərti ilə hərracdan iddiaçıya satılmış və iddiaçıya bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 000 007 448 nömrəli şəhadətnamə verilmişdir. Hazırki mübahisədə hərracın yekunlarına dair xx.xx.2013-cü il tarixli 174 nömrəli protokolda qeyd edilmiş torpaq sahəsinin “heyvandarlıq” məqsədi ilə icarəyə verilməsinin, “balıqçılıq” məqsədi ilə icarəyə verilməsi barədə müvafiq düzəliş edilməsi mübahisələndirilmişdir. Məhkəmə qeyd edir ki, torpağın hərrac vasitəs ilə satılması barədə protokol mülki xarakterli akt olduğundan həmin protokol mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6.2-ci hissəsində qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.3-cü hissəsində göstərilmişdir ki, mülki icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyati üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bərdə Ərazi X1 (üçüncü şəxs Cavabdeh) qarşı Bərdə rayonu Mirzəcəfərli kəndində yerləşən 50.000 kv.m torpaq sahəsinin Hərracın yekunlarına dair Protokolda qeyd edilmiş “heyvandarlıq məqsədilə deyil, “balıqçılıq” məqsədilə icarəyə verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar