Məhkəmə qərarları › İş №2-1(114)-68/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-68/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-68/2020 29.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı əmrin ləğvi və xəstəliyə görə işdən azad edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.N9-cu il tarixdə məhkəməyə müraciət edərək, N9-cu ilin 26 iyun tarixində onun barəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanlığının verdiyi 84 saylı əmrin ləğv edilməsi və xəstəliyinə görə işdən azad edilməyinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müqavilə ilə işləmişdir. xx.xx.N3-cü il və xx.xx.N9-cu il tarixdə DİN-nin DQ hospitalında müalicə olunmuş, həkimlərin verdiyi rəyə görə təkrar xidmətə yararsız hesab edilmişdir. Lakin onun sözgedən hərbi hissədə müqaviləsinin vaxtı çatan kimi hospitalda olmağı və DİN-nin DQ-nin hospitalının hərbi həkim komissiyasının rəyi nəzərə alınmamışdır. Bu da onu deməyə əsas verir ki, hərbi xidmətdə ola-ola orda xidmət edərkən xəstələnməyi nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, xx.xx.N9-cu il tarixdə onun işdən çıxarılmasına dair 84 saylı şəxsi heyyət üzrə rəisin verdiyi əmr ləğv edilməli xəstəliyi ilə bağlı hərbiyə yararsız verilən rəy nəzərə alınaraq xəstəliyinə görə işdən azad edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, xx.xx.N9-cu ildə şəhadətləndirilmiş, xx.xx.N9-cu ildə isə xəstəxanadan çıxmış, buna baxmayaraq xəstəxanada olduğu vaxtda, yəni xx.xx.N9-cu il tarixdə tərxis olunması barədə əmr verilmişdir. N9-cu ilin aprel ayında komandanlıq ona müddətin bitməsinə 2 ay qaldığını və müqavilə müddətinin uzadılmasını, lakin daha yüngül xidmətə keçirilmə barədə təklif etmiş, lakin o, “xüsusi vasitələr” dəstəsində qulluq etmək istədiyini və yüngül xidmət istəmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya yekun həkim rəyinə görə “sıradankənar hərbi xidmətə yararlıdır” diaqnozu qoyulduğuna görə onun xəstəliyə görə xidmətdən xaric edilməsi mümkün deyil. İddiaçı ilə bağlanmış müqavilənin müddəti xx.xx.N9-cu il tarixdə bitdiyinə görə, həmçinin ona daha yüngül xidmət növünə keçirilməsi barədə təklif edilsə də müvafiq raport vermədiyinə və xidmət müddəti bitdiyinə görə ehtiyyata buraxılmışdır. İddiaçı barəsində əmr xx.xx.N9-cu il tarixdə verilsə də, xx.xx.N9-cu il tarixdə müvafiq siyahıdan çıxarılmış, yəni xx.xx.N9-cu il tarixədək hərbiçi sayılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DİN DQBİ Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx xxxx N9-cu il tarixli, N nömrəli xəstəlik haqında şəhadətnamənin surətindən görünür ki, Hərbi Həkim Komissiyasının xx xxxx N9-cu il tarixli, 1427 nömrəli qərarına əsasən İddiaçı “sıradankənar hərbi xidmətə yararlı” hesab edilmişdir. -N nömrəli hərbi hissə komandiri tərəfindən İddiaçı barəsində verilmiş xidməti xasiyyətnamədən görünür ki, sonuncu tutduğu vəzifəyə uyğun deyil, mənəvi işgüzar keyfiyyətlərini və üzərində olan intizam cəzasını nəzərə alaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması üçün təqdim olunmağa layiqdir. -Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti üzrə xx.xx.N9-cu il tarixli, 84 nömrəli əmrinin surətindən görünür ki, N nömrəli hərbi hissədə 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsində heyət rəisi İddiaçı vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. -N nömrəli hərbi hissə komandirinin xx xxxx N9-cu il tarixli 159 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidməti müddəti başa çatdığına görə) müvafiq olaraq, X5 müavini X1 xx.xx.N9-cu il tarixli, 84 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, 2-ci xüsusi vasitələrin tətbiqi bölməsində heyət rəisi baş gizir İddiaçı vəzifəsindən azad edilib xx.xx.N9-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X2 Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh orqan tərəfindən xx.xx.N9-cu il tarixdə verilmiş və iddiaçı hazırki tələblə xx.xx.N9-cu il tarixdə məhkəməyə müraciət etmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlarla, həmçinin hər iki tərəfin izahatı ilə müəyyən edildi ki, iddiaçı ilə hərbi hissə arasında olan müqavilənin müddəti xx.xx.N9-cu il tarixdə bitmiş və həmin tarixdə də iddiaçının ehtiyyata buraxılması barədə əmr verilmişdir. Hərbi hissə komandanlığının iddiaçının daha yüngül xidmətə keçirilməklə yenidən müqavilə bağlanması barədə 2 ay əvvəl edilmiş təklifə isə iddiaçı razı olmamışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, iddiaçının sağlamlıq durumu onun “xüsusi vasitələrin tətbiqi dəstəsi”ndə xidmətini davam etdirməsi üçün kifayət etmədiyindən komandanlığın onun daha yüngül xidmətə keçirilməsi ilə bağlı təklifi ağlabatan və məqsədəuyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, X1 xx.xx.N9-cu il tarixli, 84 nömrəli şəxsi heyət üzrə əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı əmrin ləğvi və xəstəliyə görə işdən azad edilmə tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar