Məhkəmə qərarları › İş №2-1(114)-715/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-715/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-715/2022 14.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X8, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X25 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının etibarnamə üzrə X4, Üçüncü şəxs X11 vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X25 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasına (üçüncü şəxslər X21 və Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsi) qarşı torpaq müsabiqəsinin nəticələrinin ləğv edilməsi və yenidən torpaq müsabiqəsinin keçirilməsi tələbinə dair inzibati işə baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X25 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasına (üçüncü şəxslər X21 və Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsi) qarşı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X25 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 385 nömrəli müsabiqənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X25 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 385 nömrəli müsabiqənin nəticələrinin ləğv edilməsinə və yenidən torpaq müsabiqəsinin keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin 14 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci il tarixdən kiçik sahibkarlıqla (fermer) məşğul olur. Özünə məxsus 76 baş iri və 900 baş xırda buynuzlu mal qarası vardır. Qış mövsümündə Tovuz və Ağstafa rayonları ərazisində yerləşən “Ceyrançöl” qış otlaq sahələrində, yay mövsümündə isə Gədəbəy rayonu ərazisində yerləşən yaylaq sahələrində heyvanlarını saxlamışdır. 2017-ci il tarixdə Novosaratovka Bələdiyyəsinə məxsus olan örüş sahəsindən 100 ha örüş sahəsi almaq məqsədi ilə rəsmi qaydada bələdiyyəyə müraciət etmişdir. Novosaratovka Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 5 saylı protokolu və həmin protokol əsasında qərar qəbul edilmiş və ərizəsi nəzərə alınmamış və aidiyyəti üzrə DƏDRX-nin yanında fəaliyyət göstərən Torpaq Lahiyyə və Təhqiqat idarəsinin Şəmkir ərazi idarəsinə göndərilmişdir. Bunu bələdiyyə və həmin kənd sakinləri də etiraf edə bilərlər. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixdə **********19 saylı çıxarış əldə olunmuşdur. Həmin dövrə qədər bütün prosedurları özü həyata keçirmişdir. Həmin çıxarışın əldə olunması üçün bütün dövlət rüsumları ərinin adınadır. 2020-ci ilin iyun ayında həmin torpaq sahəsi hərrac komissiyasına göndərilmiş və xx.xx.2020-ci il tarixdə həmin örüş sahəsinə dair müsabiqə elan olunmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X23 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasında etibarnamə üzrə nümayəndəsi X16 cavabdeh X21 və X17 iştirak etmişlər. Həmin müsabiqədə komissiyanın sədri olaraq X1 üzvləri X12, X10 və Şahid iştirak etmişlər. Həmin hərracın keçirilməsi zamanı əvvəlcədən komissiya sədri ilə gizlin əlaqəyə girmiş Anar Nağıyev müsabiqədə ən çox pul təklif edən şəxs olmuşdur. Lakin onun nümayəndəsi olan əri və komissiya üzvü olaraq Şahid haqlı narazlığı səbəbindən hərrac baş tutmamış və hərrac komissiyasının sədri və onun müavini bildirmişdir ki, yenidən həmin torpaq sahəsi hərraca çıxarılacaq və yenidən müsabiqə keçiriləcəkdir. Buna arxayın olaraq əri çıxıb gəlmişdir. Bu hadisədən 10 gün keçdikdən sonra xx.xx.2020-ci il tarixdə komissiya üzvü olan Şahid (özünün deməsinə görə ona təsir göstərmişlər və barəsində cinayət işi başlanılacağını bildirmişlər) T.Cəfərov mobil telefonla zəng vuraraq həmin sənədə imza etməsini təkid etmişdir. T.Cəfərov öz işçisindən iki nəfərlə həmin sənədi göndərmiş və Şəmkir rayonunun Çənlibel kəndi ərazisində Şahid oraya çağıraraq ona həmin sənədə imza etdirmişlər. Odur ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyinin yanında ƏMDX-nin Hərracların Təşkili üzrə X20 ərazi Torpaq müsabiqəsi və hərrac komissiyasının 385 saylı protokolu ləğv edilməli və hərrac yenidən keçrilməlidir. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 iyun 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin 25 may 2017-ci il tarixli 07 nömrəli qərarı ilə 100 hektar örüş sahəsinin icarəyə verilməsi ilə bağlı sənədləşmə proseduruna başlanılmış və bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Qazax ərazi şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 382 nömrəli rəy verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ qeydiyyata alınmış həmin torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün Gədəbəy rayonu Novosaratovka bələdiyyəsi tərəfindən sənədlərin Qazax ərazi şöbəsinə təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixli 04 nömrəli qərar qəbul olunmuşdur. Təqdim edilmiş sənədlərə Qazax ərazi şöbəsi tərəfindən baxılmış və X3 Təşkili üzrə Dövlət Agentliyinin ********** nömrəli xx.xx.2020-ci il tarixli rəyi əsasında 100 hektar örüş sahəsinin heyvandarlığın inkişafı məqsədilə icarəyə verilməsi üçün müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilmişdir. Gədəbəy rayonu Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 100 hektar örüş torpaq sahəsi ilə bağlı müsabiqənin keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl “Mülkiyyət” qəzetində və Əmlak Məsələləri Dövlət Xidmətinin “privatization.az” elektron portalında elan verilmişdir. 17 sentyabr 2020-ci il tarixində müsabiqənin keçiriləcəyi ilə bağlı bütün komissiya üzvlərinə, o cümlədən Novosaratovka bələdiyyəsinə 17 avqust 2020-ci il tarixli 186 nömrəli məktub göndərilərək müsabiqədə iştirak etmələri və iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin məlumatlandırılması xahiş edilmişdir. 09 sentyabr 2020-ci il tarixində vətəndaşlar X17 və X21, 10 sentyabr 2020-ci il tarixində isə vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 tərəfindən müsabiqədə iştirak etmək üçün Hərracların Təşkili üzrə X18 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına ərizə ilə müraciət olunmuş və gizli şəkildə yazılmış təklif zərfi onların iştirakı ilə möhürlənərək ərizəyə qoşma şəklində qeydiyyata alınmışdır. Müraciət edən hər üç vətəndaşa müsabiqədə iştirak etmək hüququ verən bilet təqdim edilmişdir. 17 sentyabr 2020-ci il tarixində, saat 15:00-da ünvan 1 ünvanında keçirilmiş müsabiqədə 5 nəfər komissiya üzvündən yalnız Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının aparatının şöbə müdirinin müavini və komissiyanın üzvü X2 iclasında iştirak etməmişdir. Bu barədə müsabiqənin yekun protokolunda qeydiyyat aparılmışdır. Müsabiqə komissiyasının iclası 17 sentyabr 2020-ci il tarixində saat 15:00 da başlamış və prosedur qaydalarına tam uyğun olduğu təsdiqlənmiş və müsabiqənin gedişatı foto və video qeydiyyata alınmışdır. Qaydalara əsasən möhürlü zərflər kommisiya üzvləri X13 və X10 tərəfindən açıldıqdan sonra ən yüksək icarə haqqı təklif edən vətəndaş X21 müsabiqənin qalibi elan olunmuşdur. Belə ki, o illik icarə haqqı 2100 manata qarşı 2700 manat təklif etmişdir. Müsabiqədə iştirak edən və məğlub olan vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 illik icarə haqqı 2100 manata qarşı 2150 manat təklif etdiyi məlum olmuşdur. Yuxarıda qeyd edilənlərin qanunvericiliyin tələblərinə uyğun olduğunu, müsabiqənin tam şəffaf və heç bir iştirakçının hüquqlarının pozulmadığını, iddiaçının tələblərinin əsassız və qanunvericiliyin tələblərinə zidd olduğunu nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs X11 vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, torpaq müsabiqəsinin keçirilməsi əvvəlcədən elan edilmişdir. Cavabdehin nümayəndəsi də qeyd etdi ki, hərrac qanuni keçirilmişdir. Şahid həmin gün protokola imza atmaması pozuntu deyildir. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müsabiqə qanuna əməl edilməklə keçirildiyindən, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, Gədəbəy rayonu Slavyanka Bələdiyyəsinin sədri işləyir. 2020-ci ilin sentyabr ayının 17-də ona bildirilmişdir ki, hərrac komissiyanın iclasında iştirak etsin. Komissiya 5 üzvdən ibarətdir. Ən azından 10-15 dəfə hərracda iştirak etmişdir. Zərflər masanın üzərinə qoyulmuş, sonra açılmışdır. Ən azı 2 zərf olmuşdur. Zərfə müdaxilə edilib-edilməməsi yoxlanılmışdır. Komissiyanın iclasında zərflər açılaraq, iştirakçıların təklifləri elan edilmiş, lakin o, protokolu 2-3 gün sonra imzalamışdır. Müsabiqənin qanunsuz olub-olmaması ilə bağlı hər hansı bir fikir söyləyə bilməz. İş üzrə üçüncü şəxs Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxs Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X18 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (təşkilatçının) torpaq müsabiqəsinin hərracının keçirilməsi məqsədi ilə ona hazırlıq barədə 16 sentyabr 2020-ci il tarixli 384 nömrəli protokolundan görünür ki, komissiya tərəfindən Gədəbəy rayonu ərazisində yerləşən Novosaratovka bələdiyyəsinin mülkiyyətdə olan ******* kv.m və ya 100 ha torpaq sahəsinin kənd təsərrüfatı (heyvandarlıq) məqsədilə icarəyə verilməsi üçün 17 sentyabr 2020-ci il tarixdə keçirilərək açıq torpaq müsabiqəsində İsmayıllı rayonu, Qalagah kəndində yaşayan X11, ünvan 3 ünvanında yaşayan X9 və Gədəbəy rayonu, Şahdağ kəndində yaşayan İddiaçı iştirak etmələri barədə siyahı təsdiq edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X18 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (təşkilatçının) torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə 17 sentyabr 2020-ci il tarixli 385 nömrəli protokolundan görünür ki, müsabiqədə iştirak edən ərizəçilərin möhürlü zərfləri açılmamış olduğu yoxlanılmaqla, bütün müsabiqə iştirakçılarının və ya onların etibarnamələri ilə vəkil etdikləri şəxslərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə komissiyanın iclasında açılmışdır. Müsabiqədə 2700 manat ən yüksək təklif vermiş 388 nömrəli biletin sahibi İsmayıllı rayonu, Qalagah kəndi ünvanında yaşayan X21, eyni zamanda bildirişdə və müsabiqənin gedişində-müsabiqə komissiyasının qanuna müvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin AM seriyalı, 011807 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, X5 rayon ərazisində yerləşən Novosaratovka bələdiyyəsinin mülkiyyətində olan 100 ha torpaq sahəsinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X18 ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 17 sentyabr 2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuşdur. Torpaq sahəsi hərracda 2700 manata 15 il müddətinə icarəyə verilmişdir. Şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X18 ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 18 sentyabr 2020-ci il tarixdə 1088 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilmişdir. - 10 fevral 2021-ci il tarixli, **********416 nömrəli ərizənin surətindən görünür ki, Qazax Hərrac Komissiyasının Gədəbəy rayon üzrə üzvü Şahid 2020-ci il sentyabr ayının 17-də Gədəbəy rayonu, Novosratovka Bələdiyyəsinin mülkiyyətində olan 100 ha torpaq sahəsinə dair keçirilən müsabiqədə iştirak etdiyini (komissiya üzvü olaraq), həmin gün protokola imza etmədiyini, tərtib edilmiş protokola bir neçə gün sonra imza etdiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın: 13-cü bəndinə əsasən ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər. 14-cü bəndinə əsasən hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra - hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Hərrac aşağıdakı qayda üzrə keçirilir: - hərrac onun təşkilatçısının təyin etdiyi hərrac komissiyası üzvlərindən biri olan və hərracı aparan şəxs tərəfindən (bundan sonra "hərracçı") hərrac predmetinin mülkiyyətçisi və əsas xarakteristikası, ilkin qiyməti və hərrac addımı deyilməklə başlanır; - hərrac iştirakçılarına əvvəlcədən nömrələnmiş biletlər verilir və hərracçı növbəti qiyməti dedikdə bu cür biletləri olan iştirakçılar hərrac predmetini elan edilmiş qiymətə götürmək istədikdə həmin biletləri qaldırırlar; - üstünlük hüququ olan hərrac iştirakçısı öz biletini qaldırmaqla belə hüququ olmayan digər hərrac iştirakçısı tərəfindən təklif edilən qiymətə bərabər qiymət təklif edə bilər. Üstünlük hüququ olan hərrac iştirakçılarının biletləri üstünlük hüququ olmayan hərrac iştirakçıların biletlərindən fərqlənməlidir; - hərracçı hər sonrakı qiyməti hərrac addımını nəzərə almaqla cari qiyməti qaldırmaq yolu ilə təyin edir. Növbəti qiymət edildikdən sonra hərracçı birinci bilet qaldırmış hərrac iştirakçısının biletinin nömrəsini deyir. Birinci bilet qaldırmış üstünlük hüququ olmayan hərrac iştirakçısından sonra üstünlük hüququ olan hərrac iştirakçılarından bilet qaldıran olduqda hərracçı onun biletinin nömrəsini deyir. Sonra hərracçı hərrac addımına uyğun olaraq, növbəti qiyməti elan edir. Hərrac predmetini təşkilatçının elan etdiyi qiymətə (üstünlük hüququ olan hərrac iştirakçılarından isə belə hüququ olmayan digər iştirakçı tərəfindən təklif edilən son qiymətə)götürmək istəyən şəxslər hərrac iştirakçılarının arasında olmadıqda hərracçı həmin qiyməti üç dəfə təkrar edir; - hərracçı növbəti qiyməti üç dəfə təkrar etdikdən sonra hərrac iştirakçılarının heç biri biletlərini qaldırmadıqda hərrac başa çatır. Biletinin nömrəsini hərracçıya ən axırda bildirən iştirakçı hərracın qalibi hesab olunur; - hərracçı hərracın sonunda hərrac predmetini, qiymətini və hərracın qalibinin bilet nömrəsini elan edir; - hərrac qalibinin təklif etdiyi qiymət hərracın nəticələri haqqında tərtib olunmuş protokolda qeyd olunur. 15-ci bəndinə əsasən qalibin müəyyən olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilir. Protokolda aşağıdakılar göstərilir: - torpaq sahəsinin yeri, kadastr məlumatları və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsi; - hərracda qalib gəlmiş ərizəçi haqqında məlumatlar (hüquqi şəxsin rekvizitləri, fiziki şəxsin pasport və ya şəxsiyyət vəsiqəsinin məlumatları); - hərrac predmetinin qiyməti. İşin faktiki hallarından görünür ki, Gədəbəy rayonu ərazisində yerləşən Novosaratovka bələdiyyəsinin mülkiyyətdə olan 100 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədilə keçirilən müsabiqə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 972 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” qaydalarının tələblərinə əməl edilməklə keçirilməmişdir. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, qalibin müəyyən olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilməlidir. Hazırki işdə isə, hərracın nəticələri barədə protokol hərrac komissiyasının üzvü Şahid tərəfindən həmin gün deyil, protokolun tərtib edildiyi gündən 3 gün sonra imzalanmışdır. Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan 100 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə keçirilmiş müsabiqənin nəticələri barədə diskə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, komissiyanın üzvü Şahid hərracın nəticələri elan olunduqdan sonra hərracın nətəcilərinə dair porotokolu imzalamaqdan imtina etmiş və zalı tərk etmişdir. Həmçinin, Şahid 10 fevral 2021-ci il tarixli, **********416 nömrəli ərizəsində və məhkəmə iclasında verdiyi ifadəsindində də hərrac komissiyasının üzvü kimi 2020-ci il sentyabr ayının 17-də Gədəbəy rayonu Novosaratovka Bələdiyyəsinin mülkiyyətində olan 100 ha torpaq sahəsinə dair keçirilən müsabiqədə iştirak etdiyini, həmin gün protokola imza etmədiyini, tərtib edilmiş protokola bir neçə gün sonra imza etdiyini təsdiq etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X25 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyası tərəfindən torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 385 nömrəli müsabiqənin nəticələri ləğv edilməli və yenidən torpaq müsabiqəsinin keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X25 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyası tərəfindən torpaq müsabiqəsinin hərracının keçirilməsinin nəticələri barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 385 nömrəli müsabiqənin nəticələri ləğv edilsin. Yenidən torpaq müsabiqəsinin keçirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə X25 Ərazi Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar