Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-839/2022 05.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyası, Şəmkir rayonu X6 və X2) qarşı hərrac protokolunun və həmin protokol əsasında verilmiş şəhadətnamənin qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyasına və Şəmkir rayonu X4 (üçüncü şəxs X2) qarşı 14.06.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının “Hərracın keçirilməsinin nəticələri barədə” 20 iyul 2017-ci il tarixli iclas protokolunun 7 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(114)-1382/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyasına və Şəmkir rayonu X4 (üçüncü şəxs X2) qarşı “Hərracın keçirilməsinə dair iclas protokolunun qismən ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(104)-777/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(114)-1382/2021 nömrəli qərardadı ləğv olunmuş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyasına və Şəmkir rayonu X4 (üçüncü şəxs X2) qarşı “Hərracın keçirilməsinə dair iclas protokolunun qismən ləğv edilməsi tələbinə dair iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının “Hərracın keçirilməsinin nəticələri barədə” 20 iyul 2017-ci il tarixli iclas protokolunun və həmin protokol əsasında verilmiş 002915 saylı AM seriyalı şəhadətnamənin 7 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 18.04.2022-ci il tarixli, qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iri və xırda buynuzlu mal-qara saxlamaqla məşğul olur, təsərrüfatında olan mal-qaraları saxlamaq üçün 2005-ci ildə bələdiyyə fondunda olan 7 hektar torpaq sahəsini uzun müddətli istifadə etmək məqsədi ilə icarəyə götürmək üçün Şəmkir rayon X4 müraciət etmişdir. Onun müraciətinə bələdiyyədə baxılmış və Şəmkir rayon X3 16 mart 2005-ci il tarixli 4 nömrəli protokol qərarı ilə Şəmkir rayon X3 ehtiyyat fondunun torpaq sahəsindən heyvandarlıq məqsədi ilə 7 hektar torpaq sahəsinin uzun müddətli onun icarəsinə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin onun icarəsinə verilməsinə DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən də rəy tərtib edilərək qanuna müvafiq hesab olunmuşdur. Bundan sonra Şəmkir rayon X6 ilə onun arasında 17 mart 2005-ci ildə 2 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən bələdiyyənin ehtiyyat fondunun torpaq sahəsindən heyvandarlıq məqsədi ilə 7 hektar torpaq sahəsi 25 il müddətinə onun icarəsinə verilmişdir. Elə həmin tarixdə də Şəmkir rayon X3 sədri və DT və XK-nin Şəmkir rayon şöbəsinin müdiri tərəfindən torpaq sahəsi və onun sərhədləri ona yerində göstərilmiş və bu barədə akt tərtib olunmuşdur. Həmin torpaq sahəsi dövlət kadastrında qeydiyyata alınmışdır. Bundan əlavə həmin torpaq sahəsi onun icarəsində ola-ola Şəmkir rayonu X6 28 fevral 2017-ci il tarixli qərarının qismən ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və qanuni qüvvəsini almış Ali Məhkəmənin 12 avqust 2020-ci il tarixli, 2-1(102)-1708/2020 nömrəli qərarı ilə müəyyən edilir ki, həmin torpaq sahəsi qanunsuz olaraq onun icarəsində olduğu halda hərraca çıxarılma barədə qərar qəbul edilmiş, həmin inzibati akt qanunsuz olduğundan ləğv edilməlidir. Bununla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edilmiş, ordan alınmış 24 may 2021-ci il tarixli məktubunda qeyd edilən hərracın nəticələrinin ləğv edilməsindən imtina olunmuşdur. Buna görə də, hazırki həmin nəticələrin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin hərracın keçirilməsinə əsas olmuş qərar artlıq qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında ləğv edilmişdir. Hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bələdiyyənin torpaq sahəsinin icarəyə verilməsi barədə qərar ləğv edildiyindən, həmin qərar üzrə keçirilmiş hərrac və onun nəticələri də ləğv edilməlidir. Belə ki, ləğv edilmiş Şəmkir rayonu X6 28 fevral 2017-ci il tarixli hərracın nəticələri qismən, iddiaçının icarəsində olan 7 ha torpaq sahəsinə dair hissədə ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının hərracının keçirilməsinin nəticələri barədə 20 iyul 2017-ci il tarixli iclas protokolunun və onun nəticələrinin ləğv edilməsi ilə bağlı İddiaçı Hərracların Təşkili üzrə Auksion Mərkəzinə daxil olmuş 16.05.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Hərracların Təşkili üzrə Auksion Mərkəzi bələdiyyə torpağının hərraca çıxarılması barədə bələdiyyə qərarının mübahisələndirilməsinə dair məhkəmə proseslərinə cəlb edilmədiyindən onun üzərinə məhkəmə qərarı ilə heç bir öhdəlik qoyulmamışdır. Bununla əlaqədar olaraq vətəndaşa ərizədə qeyd olunan məsələ ilə bağlı X4 müraciət etməsi tövsiyyə olunmuşdur. İddia ərizəsində qeyd edilən və bu barədə Hərracların Təşkili üzrə auksion Mərkəzinə edilmiş müraciətə 24.05.2021-ci il tarixli, **********95 saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Şəmkir rayonu X6 məhkəməyə iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, Şəmkir rayonu X3 28 fevral 2017-ci il tarixli, 02 saylı qərarı ilə X3 mülkiyyətində olan Şəmkir rayonu, Yeni Həyat kəndinin ərazisində yerləşən 50 ha torpaq sahəsinin icarəyə verilməsi üçün hərraca çıxarılması qərara alınmışdır. Belə ki, hərraca çıxarılmış torpaq sahəsinin və ya onun bir hissəsinin icarədə olmasına dair bələdiyyənin arxivində hər hansı sənəd, yəni torpaq sahəsinin icarə müqaviləsi və sair olmamışdır. Həmçinin, torpaq sahəsi üçün icarə haqqı ödənilməmiş və torpaq sahəsindən təyinatı üzrə istifadə olunmamışdır. Belə olan halda, X6 qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq mülkiyyətində olan 50 ha torpaq sahəsini hərraca çıxarmış və hərracla qalib gələn üçüncü şəxs X2 ilə icarə müqaviləsi bağlanmışdır. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” dövlət reyestrindən verilmiş dövlət reyestrindən verilmiş 01 iyun 2017-ci il tarixli arayışa əsasən 31.05.2017-ci il tarixə torpaq sahəsi üzərində hər hansı məhdudiyyət və ya yüklülük qeydə alınmamışdır. Həmçinin torpaq sahəsinin və ya onun bir hissəsinin icarədə olmasına dair bələdiyyənin arxivində hər hansı sənəd, yəni torpaq sahəsinin icarə müqaviləsi və sair olmamışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 05 may 2022-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Şəmkir rayonu X3 28 fevral 2017-ci il tarixli, 02 saylı qərarı ilə X3 mülkiyyətində olan Şəmkir rayonu, Yeni Həyat kəndinin ərazisində yerləşən 50 ha torpaq sahəsinin icarəyə verilməsi üçün hərraca çıxarılması qərara alınmışdır. Şəmkir rayonu X3 28 fevral 2017-ci il tarixli, 02 saylı qərarına əsasən 22 iyul 2017-ci il tarixdə Torpaq müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş hərracın qalibi olduğundan, Şəmkir rayonu X3 30 avqust 2017-ci il tarixli, 15 saylı protokol qərarına əsasən Şəmkir rayonu X3 mülkiyyətində olan 50 hektar torpaq shaəsi 15 il müddətinə onun icarəsinə verilməsi qərara alınmışdılr. Yəni o, torpaq sahəsini qanunun tələblərinə uyğun olaraq icarəyə götürmüşdür. İddiaçı iddia edir ki, ona Şəmkir rayonu X3 16 mart 2005-ci il tarixli, 4 nömrəli qərarı ilə 25 il müddətinə 7 hektar verilmiş torpaq sahəsi hazırda onun icarəsində olan 50 hektar torpaq sahəsində yerləşir. O, hesab edir ki, İddiaçı icarəsinə Şəmkir rayonu X3 ehtiyyat fondunun torpaq sahəsindən 7 hektar torpaq sahəsi verilərkən qanunun tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsinin xahiş etmişdir. İş üzrə tərəflərə və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək, Bakı şəhərində məhkəmə prosesinin olmasını nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh və digər üçüncü şəxslər isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 27.03.3019-cu il tarixli, **********82 nömrəli məktubunun surəti, 28.02.2017-ci il tarixli, 02 saylı iclas protokolunun surəti, 17.03.2005-ci il tarixli, 2 nömrəli icarə müqaviləsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 22.05.2019-cu il tarixli, **********69 nömrəli məktubunun təsdiqlənmiş surəti, 14.07.2016-cı il tarixli, 8 nömrəli iclas protokolunun surəti, 17.06.2016-cı il tarixli, 07 nömrəli iclas protokolunun surəti, 16.03.2005-ci il tarixli, 4 nömrəli iclas protokolunun surəti, 29.07.2016-cı il tarixli, 09 nömrəli iclas protokolunun surəti, Şəmkir rayonu X3 yerquruluşu planından çıxarışın surəti, 28.07.2016-cı il tarixli aktın surəti, 29.07.2016-cı il tarixli, 414 nömrəli və 02.08.2016-cıil tarixli, 430 nömrəli rəyin surətləri, 29.07.2016-cı il tarixli, 414 nömrəli arayışın surəti, 22.02.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surəti, 03.08.2017-ci il tarixli, 15 nömrəli iclas protokolunun surəti, 20.07.2017-ci il tarixli, 418 nömrəli iclas protokolunun surəti, 30.08.2017-ci il tarixli icarə müqaviləsinin surəti, RX seriyalı ******* nömrəli çıxarışın surəti, 01.06.2017-ci il tarixli ********** nömrəli arayışın surəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 19.06.2019-cu il tarixli məktubu, . Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 36.1 və 36.2-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu X3 16 mart 2005-ci il tarixli, 4 nömrəli protokol qərarı ilə Şəmkir rayonu X3 ehtiyyat fondunun torpaq sahəsindən heyvandarlıq məqsədi ilə 7 hektar torpaq sahəsinin uzun müddətli İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. Bundan sonra Şəmkir rayonu X6 ilə iddiaçı arasında 17 mart 2005-ci ildə 2 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən bələdiyyənin ehtiyyat fondunun torpaq sahəsindən heyvandarlıq məqsədi ilə 7 hektar torpaq sahəsi 25 il müddətinə iddiaçının icarəsinə verilmişdir. İddiaçı həmin vaxtdan qeyd edilən 7 hektar torpaq sahəsindən fasiləsiz olaraq istifadə etmiş və müqavilə şərtlərinə uyğun olaraq icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Lakin, Şəmkir rayon X3 17 iyun 2016-cı il tarixli, 7 saylı protokol qərarı ilə 7 hektar torpaq sahəsinin 25 il müddətinə iddiaçının icarəsinə verilməsi barədə həmin bələdiyyənin 16 mart 2005-ci il tarixli, 4 nömrəli protokol qərarı ləğv olunmuşdur. Halbuki, Şəmkir rayonu X3 İddiaçı icarəsində olan torpaq sahəsini nəzərə almadan və onunla bağlanmış icarə müqaviləsi ləğv edilmədən, iddiaçının icarəsində olan 7 hektar torpaq sahəsi də daxil olmaqla cəmi 50 torpaq sahəsinin hərraca çıxarılması barədə 28 fevral 2017-ci il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2-1(083)-888/2019 nömrəli qərarından görünür ki, iddia tələbi təmin edilmiş, Şəmkir rayonu X6 ilə iddiaçı arasında 17 mart 2005-ci il tarixli icarə müqaviləsində olan 7 ha torpaq sahəsinin hərraca çıxarılması barədə Şəmkir rayonu X3 28 fevral 2017-ci il tarixli qərarının qismən, yəni iddiaçıya məxsus 7 ha torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2-1(104)-57/2020 nömrəli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2-1(083)- 888/2019 nömrəli qərarından Şəmkir rayonu X6 və HümmətovXanlar israfil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2-1(083)-888/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ai Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(102)- 1708/2020 nömrəli qərarı ilə cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2-1(104)-57/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hərracın keçirilməsinə əsas olmuş qərar yuxarıda qeyd olunan və qanuni qüvvəsini almış məhkəmə qərarları əsasında ləğv edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir rayonu X3 28 fevral 2017-ci il tarixli qərarı ləğv edildiyindən, həmin qərar əsasında keçirilmiş hərrac və onun nəticələri qismən, yəni iddiaçıya məxsus 07 ha torpaq sahəsinə dair hissədə ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Şəmkir rayonu X6 ilə iddiaçı arasında 17 mart 2005-ci il tarixli icarə müqaviləsində olan 7 ha torpaq sahəsinin hərraca çıxarılması barədə Şəmkir rayonu X3 28 fevral 2017-ci il tarixli qərarının qismən, yəni iddiaçıya məxsus 7 ha torpaq sahəsi hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq Müsabiqəsi və Hərrac Komissiyasının “Hərracın keçirilməsinin nəticələri barədə” 20 iyul 2017-ci il tarixli iclas protokolu və həmin protokol əsasında verilmiş 002915 saylı AM seriyalı şəhadətnamə 7 ha torpaq sahəsinə dair hissədə ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-839/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-839/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver