Məhkəmə qərarları › İş №2-1(114)-857/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-857/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-857/2022 02.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı1, iddiaçıların vəkili X7, cavabdehin nümayəndələri X9 və X12 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Xidmətinə (üçüncü şəxs X10) qarşı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 242 saylı sərəncamının X5 aid olan hissədə ləğv edilməsi, Göygöl şəhər Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 3 nömrəli yekun protokolunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti və X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 37 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs Göygöl şəhər Hərrac Komissiyası) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvan 1 ünvanında yerləşən Göygöl Kardiorevmatoloji sanatoriyanın özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 242 saylı sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiləşdirilməsi haqqında ərizə təqdim edərək, Göygöl Şəhər Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 3 nömrəli yekun protokolunun etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasınının protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. AR ƏMDK-nin xx.xx.2018-ci il tarixli, 242 nömrəli sərəncamı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olduqdan sonra İddiaçı1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək Göygöl şəhər Hərrac Komissiyası ilə yanaşı AR ƏMDX-nin də cavabdeh qismində cəlb olunması, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 242 saylı sərəncamının X5 aid olan hissədə ləğv edilməsi və digər cavabdeh Göygöl şəhər Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 3 nömrəli yekun protokolunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti və X11 arasında arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 37 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli Məhkəmə iclasında cavabdehin nümayəndəsi Göygöl şəhər Hərrac Komissiyasının ƏMDK-nin mübahisələndirilən əmlakın hərracdan satışının təşkil etmək üçün onlar tərəfindən yaradıldığını, hazırda mövcud olmadığını bildirdikdən sonra iddiaçıların nümayəndəsi ərizə verərək Göygöl şəhər Hərrac Komissiyasının cavabdeh qismində iştirakına xitam verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə Göygöl şəhər Hərrac Komissiyasının cavabdeh qismində iştirakına xitam verilmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, işlədikləri X6 Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli 1003 nömrəli fərmanı ilə özəlləşdirməyə açıq elan edilmişdir. 2018-ci ildə sanatoriyanın özəlləşdirilməsi barədə ƏMDK-nın qərarı ilə sanatoriya 500.000 manata qiymətləndirilmişdir. 2018-ci il tarixdə onlara məlumat verilmişdir ki, sanatoriya hərraca çıxarılır. Lakin 2 il müddətində heç bir qərar qəbul olunmamışdır. 2020-ci il tarixdə eşitmişlər ki, sanatoriya yenidən hərraca çıxarılır. Onlar bundan sonra hərrac barəsində məlumat əldə etməyə başlayanda məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə onlardan xəbərsiz 13-cü hərracda sanatoriya 267 min 500 manata iş üzrə 3-cü şəxs X1. Hərracın keçirilməsi kobud qanun pozğunluğu ilə keçirilmiş, işçilərin əmlakı almaqda üstünlük hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, əmlak hərraca çıxarılan zaman əmək kollektivinə müvafiq bildirişin göndərilməsi bildirilsə də, bildirişdəki imzalar onlara məxsus deyildir. Bununla da hərracın keçirilməsindən məlumatları olmamışdır. Nəticədə sanatoriyanın işçiləri kimi əmlakı güzəştli şərtlərlə almaq hüquqları kobud şəkildə pozulmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisə və obyektlərinin siyahısında 11-ci sırada kardiorevmatoloji sanatoriya "investisiya” üsulu ilə özəlləşdirməyə çıxarılsa da, lakin Göygöl Şəhər Hərrac Komissiyası tərəfindən təşkil olunmuş hərracda sanatoriya hərracdan X4, bununla da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 1003 nömrəli fərmanından irəli gələn tələblər kobud şəkildə pozulmuşdur. Belə ki, santoriya investisiya müsabiqəsi vasitəsi ilə satılmalı olduğu halda, heç bir investisiya müsabiqəsi keçirilmədən hərrac vasitəsi ilə satılmışdır. Bununla bərabər, hərrac keçirilən zaman “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 450 nömrəli qərarının tələbi də pozulmuşdur. Belə ki, bu qərarın 1 nömrəli əlavəsinə görə həmin dövrdə karantin rejimi ilə bağlı hərracın fəaliyyətinə icazə verilmirdi. Bu 1 saylı əlavədə fəaliyyəti nəzərdə tutulmuş sahələrdə İqtisadi İnkişaf Nazirliyinin qurumlarının fəaliyyəti nəzərdə tutulmamışdır. Həm də karantin rejimində həracda iddiaçıların iştirakı mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Əmlak Məslələri Dövlət Xidməti məhkəməyə iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli, **********48 nömrəli etiraz məktubu göndərərək bildirmişdir ki, X6 özəlləşdirilməzdən qabaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olmaqla dövlət müəssisəsi olmuş və onun özəlləşdirilməsinin həyata keçirilməsi səlahiyyəti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq Əmlak Məəslələri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə) məxsus olmuşdur. Qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 242 nömrəli sərəncamı ilə X3 özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, müəssisənin dəyərinin 15 faizi əmək kollektivinin üzvlərinə güzəştli satışa yönəldilmiş, 85 faizi isə hərraca çıxarılmışdır. Müəssisənin əmək kollektivi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən yalnız müəssisənin əmlakının dəyərinin 15 faizini güzəştli qaydada satın almaq hüququna malik olmuşdurlar ki, bununla bağlı əmək kollektivinin hər bir üzvünə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən bildiriş göndərilərək 22 sentyabr - 16 oktyabr 2018-ci il tarixlərində obyektin güzəştli satışının keçirildiyi və güzəştli satışda iştirak edə biləcəkləri bildirilmişdir. Qeyd edilən bildiriş iddiaçılar tərəfindən xx.xx.2018-ci il tarixində alınmış, lakin iddiaçılar güzəştli satışda iştirak etmək hüququndan istifadə etməmişlər. Müəssisənin dəyərinin 85 faizinin özəlləşdirilməsi ilə bağlı isə yuxarıda qeyd edilən və aidiyyəti digər qanunvericilik aktlarına uyğun olaraq 2018-2020-ci illərdə 12 hərrac keçirilmiş, lakin hərracda iştirak etmək üçün heç kim sifariş vermədiyinə görə, hərraclar baş tutumamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsi tərəfindən İddiaçı1 xx.xx.2020-ci il tarixli, **********32 nömrəli bildiriş göndərilərək ünvan 3 ünvanında yerləşən X3 hərraca çıxarıldığı və hərracın xx.xx.2020-ci il tarixində keçiriləcəyi, onun da həmin hərracda iştirak etmək hüququnun olduğu bildirilmişdir. İddiaçı1 qeyd edilən bildirişi xx.xx.2020-ci terxində qəbul edərək ona imza etmişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidməti gələcəkdə irəli sürülə biləcək əsassız iddiaları nəzərə alaraq, İddiaçı1 da hərracın keçirildiyi tarix, yer, əmlakın dəyəri (250 000 manat) və s. barədə məlumat vermiş və bildiriş iddiaçı tərəfindən şəxsən imzalanaraq qəbul edilmişdir. Buna baxmayaraq, iddiaçı hərracda iştirak etməmişdir. xx.xx.2020-ci il tarixində keçirilmiş növbəti - 13-cü - hərracda əmlak X11 tərəfindən satın alınmşdır. Beləliklə, X3 özəlləşdirilməsi qanunvericiliyə tam uyğun həyata keçirilmiş, iddiaçıların hər hansı hüquqları pozulmamışdır. iddiaçılar hazırkı əsassız iddianı qaldırmaqla dövlət əmlakının özəlləşdirilməsinin qarşısının alınması üçün süni şəkildə maneələr yaradırlar ki, bununla da dövlətin öz əmlakı barəsində sərbəst sərəncamvermə ilə bağlı konstitusion və mülki hüquqlarını pozurlar. İddiaçılar iddia ərizəsində yuxarıda qeyd edilən dövlət əmlakı özəlləşdirilərkən onların güzəştli satışda iştirak etmək hüquqlarının pozulduğunu qeyd etmişdirlər. Halbuki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq müəssisənin əmək kollektivinin üzvlərinə müəssisənin əmlakının 15 faizinin güzəştli satışında iştirak etmək üçün bildiriş göndərilmiş, onlar bildirişi almış, lakin həmin hüquqlarından istifadə etməmişdirlər. Qeyd edilənlərdən əlavə, iddia ərizəsində müəssisənin özəlləşdirilməsinin investisiya müsabiqəsi vasitəsi ilə həyata keçirilməli olduğu halda, hərrac yolu ilə həyata keçirildiyi və bununla da guya qanunvericiliyin tələblərinin pozulduğu qeyd edilmişdir. Lakin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsinin 7 üsulu müəyyən edilmiş və həmin maddənin 2-ci hissəsinə əsasən dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi həmin Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, dövlət əmlakının özəlləşdirilməsi üsulunun seçilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin diskresion səlahiyyəti olmuş və müəssisənin əmək kollektivinin üzvləri bunu mübahisələndirmək hüququna malik deyildirlər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (özəlləşdirmənin həyata keçirildiyi zaman - Əmlak Məsələləri Dövlət Komitəsi)) tərəfindən qəbul edilir. Beləliklə, dövlət əmlakının özəlləşdirilməsi barədə qərarın qəbul edilməsi Əmlak Məsələri Dövlət Komitəsinin diskresion hüququ olduğundan, iddiaçıların həmin qərarın ləğv edilməsini tələb etmək hüququ yoxdur. Eyni zamanda, iddiaçılardan biri İddiaçı1 eyni əmlakın özəlləşdirilməsinin ləğv edilməsi tələbi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş və iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Beləliklə yuxarıda qeyd edilən prosessual normalara əsasən hazırkı iddianın Gəncə İnzibati Məhkəməsi tərəfindən icraata götürülməsi də yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etdilər. Üçüncü şəxs iddiaya qarşı münasibət bildirməmişdir. Üçüncü şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Əmlak Məslələri Dövlət Komitəsinin 242 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamı, cavabdehin xx.xx.2020-ci il tarixli bildirişi, Göygöl xx.xx.2020-ci il tarixli, 01 nömrəli hərrac protokolu, 37 nömrəli, xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Səhiyyə nazirinin müavinin cavabdehə ünvanlandığı xx.xx.2020-ci il tarixli, xx/xx-5997 nömrəli məktubu, Əmlak Məslələri Dövlət Xidmətiinin X3 əmək kollektivinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktub təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar mübahisələndirilmə və müəyyən etmə və ya tanınma haqqında iddia qaldıraraq məhkəmədən inzibati aktın ləğv edilməsini və bağlanmış əqdlərin etibarsızlığını tələb etmişlər. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İddiaçılar mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 242 nömrəli Sərəncamla xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə göndərildikdən sonra tanış olmuş və bundan sonra iddia tələblərini hazırki formada dəqiqləşdirmişlər. Cavabdehin nümayəndələri bu faktı mübahisələndirməmişlər. İnzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanunun:- - 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. - 62.2-ci maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2016-cı il tarixli, 1003 nömrəli Fərmanının 1.1.1-ci bəndi ilə müəyyən olunan siyahıya daxil olmayan, yerdə qalan və Fərmanın 4.2-ci bəndinə əsasən özəlləşdirilməyə açıq elan olunan dövlət müəssisə və obyektlərin siyahısında 11-ci sıra nömrəsində qeyd olunan Kardiorevmatoloji Sanatoriyanın özəlləşmə üsulu “investisiya” müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş, Əmlak Məslələri Dövlət Komitəsinin 242 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamı ilə sərəncamın əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planları təsdiq edilməsi və sərəncamın əlavəsində göstəilən müəssilərin (obyektlərin) və onların yerləşdiyi torpaq sahələrinin özələşdirilməsi həmin müəssiələr (obyektlər) haqqında məlumatlar qəzetdə dərc edildikdən azı 30 gün sonra qanunvericikdə nəzərdə tutulmuş qaydada Respublikanın şəhər və rayonlarında hərraclar vasitəsilə həyata keçirilməsi qərara alınmışdır. Sərəncamın əlavəsində X3 hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti 430250 manat göstərilmişdir. Göygöl Şəhər Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 01 nömrəli hərrac protokolundan görünür ki, Hərracçı Əmlak Məsələləri Dövlət Komitəsi və alıcı X10 arasında imzalanan alqı-satqı müqavilsinə əsasən, ünvan 6 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X6 (özəlləşdirilən torpaq sahəsi 3242 kv.m) 267.500 manata satılmışdır. 37 nömrəli, xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Xidməti ünvan 6 ünvanında yerləşən X6 və 3242,0 kv.m torpaq sahəsini 267.500,00 manata X2. Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsəvər Ağayevin imzası ilə xx.xx.2020-ci il tarixdə ƏMDX-nə göndərilmiş məktubda Göygöl şəhəri Kardiorevmatoloji Sanatoriyasının hərracının dayandırılması məsələsinə baxılması xahiş olunmuşdur. Əmlak Məslələri Dövlət Xidmətinin X3 əmək kollektivinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən X6 “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli, 1003 nömrəli Fərmanı ilə özəlləşdirilməyə açıq elan olunmuşdur. Odur ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ildə X3 hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və bu haqda “Özəlləşdirmə portalı” (privatization.az) və emlak.gov.az saytında mütəmadi olaraq məlumat verilmişdir. Bundan əlavə 27 avqust 2020-ci il tarixində əmək kollektivi bu barədə tam məlumatlandırılmış və bunu öz imzaları ilə təsdiq etmişlər. X3 qiymətləndirilməsi Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilmişdir. Tətbiq olunan hüquq: “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Maddə 3. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və onlara uyğun olaraq qəbul edilən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 5.2. Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur: Maddə 5.2.1. bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində göstərilən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı; Maddə 5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası; Maddə 5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası; Maddə 5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası; Maddə 5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası; Maddə 5.2.7. müəssisə və obyektlərin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması; Maddə 5.2.8. özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər; Maddə 5.2.9. dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər. Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Maddə 8.2. Dövlət əmlakının satıcısı aşağıdakı funksiyaları həyata keçirir: Maddə 8.2.1. müəyyən olunmuş qaydada dövlət əmlakının registrini aparır; Maddə 8.2.2. qanunvericilikdə müəyyən edilmiş qaydaya uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi üzrə komissiya yaradır; ... Maddə 13.1. Dövlət əmlakının özəlləşdirilməsində investisiyalara dövlət təminatı və investorların hüquqlarının və qanuni mənafelərinin qorunması Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. Maddə 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Maddə 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. Maddə 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. Maddə 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. Maddə 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. Maddə 16.1. Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: Maddə 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; Maddə 16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; Maddə 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; Maddə 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; Maddə 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; Maddə 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; Maddə 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. Maddə 16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 21.1. Dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı zamanı dövlət əmlakı barəsində investisiya proqramının yerinə yetirilməsi tələb olunur. İnvestisiya proqramına dair iqtisadi, sosial və ekoloji şərtlər özəlləşdirmə barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnvestisiya müsabiqəsinin qalibi investisiya proqramının şərtləri daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşunu özündə əks etdirən investisiya proqramını təqdim edən hesab olunur. Maddə 21.2. İnvestisiya müsabiqəsinin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 30.Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Maddə 31.1. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün aşağıdakılar əsasdır: Maddə 31.1.1. Bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması; Maddə 31.1.2. Dövlət əmlakının bu qanuna uyğun olaraq alıcı kimi tanınmayan şəxs tərəfindən özəlləşdirilməsi. Maddə 31.2. Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlər mübahisələndirilə bilər. Maddə 32.Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.2.1-ci bəndinə görə, Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmək kollektivinin üzvlərinə və onlara bərabər tutulan şəxslərə "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakılar aid edilir: əsas iş yeri həmin müəssisə hesab edilən işçilər; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər; özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışan və həmin müəssisədən təqaüdə çıxmış şəxslər; 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslərdir. Dövlət əmlakının özəlləşdirilməsinin üsulları İİ Dövlət Proqramı:

2. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; Azərbaycan Respublikası prezidentinin qərarı ilə özəlləşdirilən əmlak; Əmlak Məsələləri Dövlət Komitəsi qərarı ilə özəlləşdirilən əmlak 2.3. Əmlak Məsələləri Dövlət Komitəsi qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər: ..; 2.3.23. Sanatoriya-kurort və mehmanxana təsərrüfatı müəssisə və obyektləri, idarə tabeliyindən asılı olmayaraq qonaq evləri. 4.2. Dövlət əmlakının özəlləşdirilməsinin üsulları İİ Dövlət Proqramına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edən Azərbaycan Respublikasının prezidenti və ya Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilir. «İnzibati icraat haqqında» Qanun: Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 59.1.5. İnzibati aktı qəbul etmiş orqan tərəfindən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməlidir. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. Müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «İnzibati icraat haqqında» Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir». Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz «İnzibati icraat haqqında» Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. İnzibati Prosesual Məcəlləsinin 74-cü maddəsinə görə, İnzibati orqan diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə işin yuxarıda şərh olunan hallarından və bununla bağlı İnzibati İcraat Haqqında Qanunun, İnzibati Prosessual Məcəllənin və sahəvi qanunvericilik aktlarının tələblərindən çıxış edərək qeyd edir ki, hazırki işdə diskresion səlahiyyətlər əsasında hərəkət edən cavabdeh inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkəti bu səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2-ci maddəsinin tələbinə görə dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi Dövlət proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırki işdə sözügedən dövlət əmlakını investsiya üsulu ilə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 1003 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən müəyyən olunmuşdur. Qeyd olunan Fərmanın tələbi pozularaq sözügedən əmlak hərrac üsulu ilə özəlləşdirilmişdir ki, bu da Dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır (Dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 31.1-ci maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi sözügedən əmlakın investisiya üsulu ilə özəlləşdirilməsi üçün investor tapılmadığını göstərsə də, lakin bu istiqamətdə, yəni investisiya proqramının şərtləri, bu şərtlər daxlində investisiyanın həcmi və onun səmərəli qoyuluşunu özündə əks etdirən hər hansı bir investisiya proqramı təqdim etməmişdir. Buradan belə nəticə hasil olur ki, cavabdeh sözügedən dövlət əmlakının investisiya üsulu ilə özəlləşdirilməsini ümumiyyətlə müzakirə etməmişdir. Məhkəmə cavabdehin etirazının digər dəlili, yəni idiaçılardan biri İddiaçı1 eyni əmlakın özəlləşdirilməsinin ləğv edilməsi tələbi ilə Gögöl Rayon Məhkəməsinə müraciət etməsi, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi, iddiaçının həmin qərardaddan kassasiya şikayəti verməsi və işin hazırda Ali Məhkəmənin icraatında olması, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakimin iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməli olması barədə göstərdikləri ilə bağlı aşağıdakıları qeyd olunmasını zəruri hesab edib, qeyd edir ki, əvvəla Göygöl Rayon Məhkəməsinin icraatında olmuş mübahisənin predmeti hazırki işin predmeti ilə eyni deyildir. Belə ki, həmin məhkəmədə tərəflər arasında mübahisənin predmeti hərracın ləğv edilməsi və əmlakın əvvəki vəziyyətinə qaytarılması olmuşdur. Hazırki işdə isə mübahisənin predmeti cavabdehin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 242 saylı sərəncamıdır, yəni inzibati aktdır. İddia tələbinin qalan hissələri isə dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən normativ hüquqi aktların pozulmasının nəticəsidir ki, bu da hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia olub, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır (İPM 36.4-cü maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (İPM 36.2-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 69.5 məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 70.1. inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 72.İnzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.

Nəticəvi h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 242 saylı sərəncamı X5 aid olan hissədə ləğv edilsin, Göygöl şəhər Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli, 3 nömrəli yekun protokolu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti və X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 37 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar