Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-931/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11rşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12 (bundan sonra mətndə cavabdeh) üzərinə ünvan 1 ünvanda yerləşən kooperativ mənzilin mülkiyyətində olmasını təsdiq edən dövlət qeydiyyatına alınması, bu haqda reyestrdən çıxarış və texniki passportun tərtib edilərək təqdim edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı bina 16-da yerləşən 30 saylı kooperativ mənzilin mülkiyyətində olması ilə bağlı hüquqlarını təsdiq edən sənədlərin verilməsi məqsədilə xx.xx.2020-ci il tarixli ********** V- 0002 qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona xx.xx.2020ci il tarixli **********86 nömrəli bildirişlə imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, onun mənzili kooperativ mənzil olduğu üçün cavabdehin istinad etdiyi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tənzimlədiyi özəlləşdirmə qaydası tətbiq edilə bilməz. Ona görə ki, kooperativ mənzil mülkiyyət hüququ haqda sənədlərin verilməsindən asılı olmayaraq onun mülkiyyətindədir. Mənzil adına olmuş həyat yoldaşı X9 vəfat etdiyi vaxtdan mənzildə tək o qeydiyyatdadır və tək yaşayır, digər ailə üzvləri yoxdur. Kirovabad şəhər X7 İcraiyyə Komitəsinin iclasının xx xxxx 1975-ci il tarixli 15 nömrəli protokolundan çıxarış haqda olan dövlət arxivinin Gəncə filialının xx.xx.2019-cu il tarixli 167/4 nömrəli arxiv arayışından müəyyən olunur ki, İcraiyyə Komitəsinin iclasında “Nizami” mənzil-tikinti kooperativinin 72 üzvlərinin orderlərinin verilməsi üçün siyahı təsdiq edilmişdir. X1 22-ci olmuş və mənzilə orderin verilməsinin əsası da həmin tarixli iclas olmuşdur. Ailə üzvləri kimi onun iki bacısı göstərilmişdir: X10 və X8. Əslində həyat yoldaşının bacıları heç vaxt həmin mənzildə yaşamayıblar, onlar həmişə atalarının evində yaşayıblar, hal-hazırda onların öz ailələri və öz evləri vardır. Mənzil verilən vaxtdan orada yalnız o və həyat yoldaşı yaşamışdır. Onun adının ailə üzvü kimi yazılmamasının səbəbi isə o olmuşdur ki, o, sovet vaxtlarından daimi ticarətlə məşğul olmuş və bu qanunsuz fəaliyyət sayıldığı üçün məsuliyyətə cəlb oluna biləcəyindən müsadirədən çəkinmişdir. Həyat yoldaşı xx.xx.2005-ci il tarixdə vəfat edəndən sonra onun rəsmi müraciəti əsasında yaşayış yeri üzrə qeydiyyatda olduğu və faktiki yaşadığı Gəncə şəhəri, Məhərəsə bağı, ev 14, 3 nömrəli mənzil Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X3 rəisi A.S.Əliyevin xx.xx.2005-ci il tarixli 40 nömrəli sərəncamına əsasən onun adına keçirilmişdir. Belə bir sərəncamın verilməsinə Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X3 səlahiyyətli olmasının sübutu kimi dövlət arxivinin Gəncə filialının xx.xx.2019-cu il tarixli 159/3 nömrəli arayışına və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2489 nömrəli sərəncamına istinad olunur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2489 nömrəli sərəncamının 5-ci bəndində deyilir ki, “kooperativ binalarda yaşayan vətəndaşların ev qeydiyyatına alınması və çıxarılması, addan ada keçirilməsi və dəyişdirilməsi, yeni təşkil olunmuş idarəyə həvalə edilsin. Beləliklə, hesab edir ki, yaşadığı kooperativ mənzilə dair mülkiyyət hüququ haqda sənədləri ona verməməklə cavabdeh qanuna zidd hərəkət edir və ona görə hüquqlarının bərpası yalnız məhkəmə vasitəsilə mümkündür. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı mənzil sahəsinin qanunvericiliyn tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzxil kirayə müqaviləsinin müraciətə əlavə edilmədiyi aşkar olunmuşdur. İddiaçı tərəfindən mənzilin özəlləşdirilməsi Qanunun tələblərinə ziddir. Cavabdehin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin iddiaçıya ünvanladığı imtina məktubu, xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ 154043 nömrəli ölüm haqqında şəhadətnamə, Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil kommunal X3 xx.xx.2005-ci il tarixli 40 nömrəli sərəncamı, Dövlət Arxivinin Gəncə filialının xx.xx.2019-cu il tarixli 159/3 nömrəli məktubu, təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə uğurlu deyildir. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. İş materiallarından görünür ki, ünvan 2 ünvanda yerləşən “Nizami” kooperativ binasında sahəsi 47 kv.m olan 3 otaqlı 3 nömrəli mənzil Gəncə şəhər XDS İK-nın xx xxxx 1975-ci il tarixli 53 saylı orderlə X6 verilmişdir. Sonuncu xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı həmin mənzilin öz adına keçirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X4 müraciət etmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X2 40 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə ailə üzvü kimi mənzil X5 adından həyat yoldaşı İddiaçı adına keçirilmişdir. Halbuki iddiaçının vəkili məhkəmə iclasında onlar arasında rəsmi nikah münasibətlərinin olmadığını bildirmiş, iddiaçı da iddia ərizəsində ailə üzvü kimi qeydiyyatdan keçmədiyini qeyd etmişdir. Mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir (Mənzil Məcəlləsinin 109.6 və 110.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109.4-cü maddəsinə əsasən kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının mənasından görünür ki, kooperativ üzvü öldükdə onun vərəsələri kooperativ üzvlüyünə qəbul olunmaqla, onun əmlakına sahib ola bilərlər. Hazırkı mübahisə üzrə iddiaçının qeyd olunan kooperativin üzvü olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı kooperativ üzvü və X5 vərəsəsi olmadığından, kooperativ mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11rşı ünvan 1 ünvanda yerləşən kooperativ mənzilin mülkiyyətində olmasını təsdiq edən dövlət qeydiyyatına alınması, bu haqda reyestrdən çıxarış və texniki passportun tərtib edilərək təqdim edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-931/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-931/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver