Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-947/2025 22.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə qarşı anasının qəbr yerinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə qarşı anasının qəbr yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Doğum haqqında xx.xx.1974-cü il tarixli İİ-ЖГ 419322 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1970-ci il tarixdə 113 nömrə ilə qeyd edilmişdir. X8, anası X9r.
2. 8 saylı X28 İnternat Evinin xx.xx.1984-cü il tarixli 36 nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan SSR Sosial Təminat Nazirliyinin göstərişi ilə X6 P/xəstəxanasından gətirilmişdir.
3. 8 saylı X28 İnternat Evinin xx.xx.1985-ci il tarixli 51 nömrəli əmrindən çıxarışa əsasən X20 vəfat etdiyinə görə xörək yeyənlərin siyahısından çıxarılmışdır.
4. Saatlı rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli 60 nömrəli arayışında göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2018-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
5. 1 nömrəli X5 xx.xx.2018-ci il tarixli 1437 nömrəli məktubunda bildirilmişdir ki, 1935-ci il təvəllüdlü X17 (ünvanı: Saatlı rayonu, Qıraqlı kəndi) arxiv məlumatına görə xx.xx.1972-xx.xx.1975-ci il, xx.xx.1976-xx.xx.1982-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada qəbul olunub. xx.xx.1984-cü il tarixdə Göygöl rayonu 7 saylı Əlillər Evinə köçürülmüşdür.
6. Saatlı rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli 202 nömrəli arayışında göstərilmişdir ki, X4 Əzizbikə Heydər qızının nikahı haqqında 22 iyul 1970-ci il tarixdə 94 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Saatlı rayon qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Yolçiyev, arvada Yolçiyeva soyadı verilmişdir.
7. Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(055)-681/2018 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən 20 fevral 1985-ci ildə X15 adına qeyd edilmiş 17 saylı ölüm akt qeydində düzəliş edilərək adının “Aynurə” əvəzinə “Əzizbikə” yazılaraq müvafiq qeyd aparılması qət edilmişdir.
8. Ölüm haqqında xx.xx.2018-ci il tarixli AZ-İ 921230 nömrəli şəhadətnaməyə əsasən X17 xx.xx.1985-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir.
9. 1 nömrəli X5 xx.xx.2019-cu il tarixli 4856 nömrəli məktubunda bildirilmişdir ki, 1935-ci il təvəllüdlü X17 (ünvanı: Saatlı rayonu, Qıraqlı kəndi) arxiv məlumatına görə xx.xx.1972-xx.xx.1975-ci il, xx.xx.1976-xx.xx.1982-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. xx.xx.1982-cü il tarixdə X17 təkrar xəstəxanaya qəbul olunub. X11 psixi vəziyyətinin yaxşılaşması səbəbindən xəstəxanada uzun müddət saxlanılması qanuna zidd olduğu üçün xx.xx.1984-cü il tarixdə 7 saylı Əlillər Evinə köçürülmüşdür. Xəstə 7 saylı Əlillər Evinə köçürülərkən X17 adı ilə köçürülmüşdür və onun adına olan xəstəxana sənədlərində heç bir dəyişiklik edilməmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəs Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda bildirilmişdir ki, 8 saylı əlillər evinin (hal-hazırda 3 saylı psixonevroloji sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərir) köhnə əmr jurnallarına istinadən X17 adlı vətəndaş qəbul edilməmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəs Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubunda bildirilmişdir ki, anası X11 ölümü və məzarının müəyyən edilməsi ilə bağlı etmiş olduğu müraciət araşdırılmış və Agentliyin tabeliyində olan 3 saylı psixonevroloji sosial xidmət müəssisəsi üzrə həmin dövrün əmr kitabında Ə.Ağayeva adında sakinin olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir.
12. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 10780 nömrəli məktubunda bildirilmişdir ki, 1935-ci il təvəllüdlü X17 (ünvanı: Saatlı rayonu, Qıraqlı kəndi) arxiv məlumatına görə xx.xx.1972-xx.xx.1975-ci il, xx.xx.1976xx.xx.1982-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olmuşdur. Sonuncu dəfə Ə.H.Ağayeva xx.xx.1982-cü il tarixdə AR.SN RPX-na stasionar müalicəyə qəbul olunub. Müvafiq müalicə tədbirlərindən sonra xəstənin vəziyyəti qənaətbəxş olduğu üçün xx.xx.1984-cü il tarixdə 7 saylı Əlillər Evinə köçürülmüşdür. Xəstə 7 saylı Əlillər Evinə köçürülərkən X17 adı ilə köçürülmüşdür və onun adında heç bir dəyişiklik edilməmişdir. Məktubda qeyd edilmiş digər məqamlar AR SN RPX-nın səlahiyyətlərinə aid deyil. Bununla əlaqədar müvafiq orqanlara müraciət edilməsi məsləhət görülür.
13. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 12914 nömrəli məktubunda bildirilmişdir ki, 1935-ci il təvəllüdlü X17 (ünvanı: Saatlı rayonu, Qıraqlı kəndi) arxiv məlumatına görə xx.xx.1972-xx.xx.1975-ci il, xx.xx.1976xx.xx.1982-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada qəbul olunub. Aparılan müalicələr nəticəsində xəstənin vəziyyəti stabilləşib. Bu səbəbdən onun uzun müddət xəstəxanada saxlanılması qanuna zidd olduğu üçün xx.xx.1984-cü il tarixdə 7 saylı Əlillər Evinə şəxsi məlumatları dəyişdirilmədən köçürülmüşdür. Xəstənin sonrakı taleyi ilə bağlı “Respublika Psixiatriya Xəstəxanası” müdiriyyəti heç bir məsuliyyət daşımır.
14. İddiaçı mərhum anasının ölümü və məzarının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə etdiyi müraciətə həmin Agentliyin xx.xx.2023-cü il tarixli **********2 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Agentliyin tabeliyində olan 3 saylı psixonevroloji sosial xidmət müəssisənin köhnə əmr jurnallarına əsasən 20 fevral 1985-ci il tarixində vəfat etmiş Ağayeva Aynurə (məhkəmənin qətnaməsinə əsasən Ağayeva Əzizbikə) Göygöl rayon Qızılca kənd ərazisində müəssisə üçün ayrılan qəbirstanlıqda kimsəsiz şəxs kimi dəfn olunmuş, dəfni həyata keçirən əməkdaşların vəfat etməsi səbəbindən qəbrin yerini təyin etmək mümkün deyildir.
15. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ximətlər Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-3/2- 50020/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Agentliyin tabeliyində olan 3 saylı psixonevroloji sosial xidmət müəssisəsi üzrə 1984-1985-ci illərin əmr kitabında X17 adlı şəxsin axtarışı aparılmış və aşkar edilməmişdir. Lakin vətəndaş X2 təqdim etdiyi sənədlərdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 2(055)-681/2018 saylı 17 may 2018ci il tarixli qətnaməsi əsasında Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 20 fevral 1985-ci ildə X15 adına qeyd edilmiş 17 saylı ölüm akt qeydində düzəliş edilərək adı “Aynurə” əvəzinə “Əzizbikə” kimi yazılmışdir. Tərəflərindən müəssisənin köhnə əmr jurnallarında X10 qəbul edilmiş şəxsin X17 ilə eyni şəxs olduğu müəyyən olunmuşdur. Həmçinin bildirilir ki, müəssisənin köhnə əmr jurnallarına əsasən 20 fevral 1985-ci il tarixində vəfat etmiş Ağayeva Aynurə (məhkəmənin qətnaməsinə əsasən Ağayeva Əzizbikə) Göygöl rayon İcra Hakimiyyətinin müəssisə üçün ayırdığı ərazidə kimsəsiz şəxs kimi dəfn olunmuş, dəfni həyata keçirən əməkdaşların vəfat etməsi səbəbindən qəbrin yerini təyin etmək mümkün deyildir.
16. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ximətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial xidmət müəssisəsi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-3/2-8763/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, müəssisədə vəfat etmiş kimsəsiz şəxslər Göygöl Rayon İcra Hakimiyyətinin Yeni Qızılca inzibati ərazisində müəssisə üçün ayrılmış torpaq sahəsində dəfn olunurlar. Dəfn olunduqdan sonra, həmin məzarlar dəmir lövhə ilə nömrələnir. Dəfn yerlərinin qeydiyyatı 2015-ci ilin iyun ayından hal-hazıra kimi “Müəssisədə vəfat etmiş və müəssisə tərəfindən dəfn olunan sakinlərin qəbrlərinin sıralama kitabında” aparılır. Həmin kitabda sakinlərin məzar nömrələri ilə məlumatları qeyd olunur. İddiaçının anası Ağayeva Əzizbikə (Aynurə) Heydər qızının dəfni haqqında müəssisənin arxiv sənədlərində heç bir məlumat mövcud deyil. II. Məhkəmədə icraat
17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, anasının qəbr yerinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X17-1935-ci ildə, Saatlı rayon Qırağlı (keçmiş Leninkənd kəndində) kəndində anadan olub. Onunla, X13 arasında 22 iyul 1970-ci ildə Saatlı rayon Qeydiyyat Şöbəsində 94 nömrəli nikah qeydə alınmışdır. Valideyinləri Saatlı rayon Qırağlı kəndində yaşayıblar. Ailə qurduqdan bir müddət sonra anasında nevro-psixoloji xəstəliklər yaranmışdır. Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası tərəfindən ona verilmiş 28 fevral 2018-ci il tarixli, 1437 saylı məktuba əsasən, 1935-ci il təvəllüdlü X17 25 aprel 1972-ci il tarixdən-22 dekabr 1975-ci il tarixə qədər və 09 fevral 1976-cı il tarixdən-16 mart 1982-ci il tarixə qədər Azərbaycan Respublikasının (keçmiş Azərbaycan SSR) Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə olmuşdur. Təkrar olaraq, sonuncu dəfə anası X17 18 may 1982-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına stasionar müalicəyə qəbul olunub. Müvafiq müalicə tədbirlərindən sonra anası X3 qənaətbəxş hesab edildiyi üçün, 03 fevral 1984-cü ildə Göygöl (kemiş Xanlar rayonu) rayonunda yerləşən keçmiş 7 saylı Əlillər Evinə (hal-hazırda Psixonevroloji Sosial Xidmət Müəssisəsinə) köçürülmüşdür. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ona göndərilmiş 19 iyul 2022-ci il tarixli, **********1 saylı və həmçinin 16 sentyabr 2022-ci il tarixli, **********4 saylı məktubda göstərilib ki, 8 saylı Əlillər Evinin köhnə əmr jurnalında X17 adında vətəndaş qəbul edilməyib və həmin adda müəssisə sakini olmayıb. Bundan sonra araşdırma nəticəsində məlum olmuşdur ki, 8 saylı X28 İnternat Evi üzrə 36 saylı əmr kitabında X11 adı "Aynurə" kimi qeyd edilib. Həmin müəssisənin 20 fevral 1985-ci il tarixli, 51 saylı əmrində göstərilib ki, X20 (məhkəmənin qətnaməsinə əsasən, Ağayeva Əzizbikə) vəfat etdiyi üçün, xörək yeyənlərin siyahısından çıxarılmışdır. Saatlı Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(055)-681/2018 saylı qətnaməsinə əsasən, Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən 20 fevral 1985-ci ildə X15 adına qeyd edilmiş 17 saylı ölüm akt qeydində düzəliş edilərək adı "Aynurə" əvəzinə, "Əzizbikə" yazılaraq müvafiq qeyd edilməsi qət edilmişdir. X1 20 fevral 1985-ci ildə vəfat etməsi barədə olan ölüm haqqında şəhadətnamənin (AZ-İ № 921230 saylı) surətini iddia ərizəmə əlavə etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ona göndərilmiş 06 yanvar 2023-cü il tarixli, **********2 saylı məktubda göstərilib ki, Agentliyin tabeliyində olan, 3 saylı psixonevroloji sosial xidmət müəssisəsinin köhnə əmr jurnalına əsasən, 20 fevral 1985-ci ildə vəfat etmiş Ağayeva Aynurə (məhkəmənin qətnaməsinə əsasən, Ağayeva Əzizbikə) Göygöl rayon Qızılca kənd ərazisində müəssisə üçün, ayrılan qəbiristanlığda kimsəsiz şəxs kimi dəfn olunmuş və dəfni həyata keçirən əməkdaşların vəfat etməsi səbəbindən qəbrin yerini müəyyən mümkün olmamışdır. Mərhum anasının məzarını ziyarət etmək istəyir. Lakin mərhum anası X11 qəbri məlum deyil. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişdir. Lakin mərhum anası X11 dəfn edildiyi qəbrin yerini tapa bilməmişdir. Hesab edir ki, mərhum anası X14 aid qəbrin yerinin müəyyən edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin üzərinə qoyulmalıdır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
20. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinə qarşı anasının qəbr yerinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə xüsusi qərardad qəbul edilərək prokurorluq orqanlarına göndərilməsinə dair iddiaçının vəsatəti rədd edilmişdir.
21. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Agentliyin tabeliyində olan 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin (bundan sonra - Müəssisə) nizamnaməsinin 1.1-ci bəndinə əsasən müəssisə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə (bundan sonra - şəxslər) stasionar formada sosial xidmətlərin göstərilməsi və onların sosial reabilitasiyasının həyata keçirilməsi ilə bağlı (bundan sonra-müvafiq sahə) fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir. Şəxslərin Müəssisəyə qəbulu və müəssisədən çıxarılması ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası"nın təsdiq edilməsi barədə 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı ilə tənzimlənir. Müəssisədə müvafiq sahədə sosial xidmətlərin göstərilməsi "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi"nə və 2012-ci il 30 dekabr tarixli 328 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası"na əsasən həyata keçirilir. Qeyd edirlər ki, Ağayeva Əzizbikə (Aynurə) Heydər qızı xx.xx.1984-cü il tarixli 36 nömrəli əmr ilə Müəssisəyə qəbul edilmiş və xx.xx.1985-ci il tarixində vəfatı ilə əlaqədar Göygöl Rayon İcra Hakimiyyətinin Müəssisə üçün ayırdığı Göygöl rayon Qızılca kəndi ərazisində kimsəsiz şəxs qismində dəfn olunmuşdur. "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 522 saylı Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir. Qəbiristanlıqların reyestri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılıması, dəfnlərin vahid dövlət reyestrinin aparılması qaydası, vahid reyestr kitabının forması, dəfnlərin vahid dövlət reyestrindən arayışın forması və verilməsi qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilməsi Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 522 saylı Qərarının müvafiq maddələrində öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara münasibətdə İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun "anasının qəbr yerinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" dair iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul etməyinizi xahiş edirlər.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
23. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
25. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
26. Belə ki, hazırkı iş materialları ilə müəyyən edilir ki, İddiaçı mərhum anasının ölümü və məzarının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəs Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə etdiyi müraciətə həmin Agentliyin xx.xx.2023-cü il tarixli **********2 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Agentliyin tabeliyində olan 3 saylı psixonevroloji sosial xidmət müəsissənin köhnə əmr jurnallarına əsasən 20 fevral 1985-ci il tarixində vəfat etmiş Ağayeva Aynurə (məhkəmənin qətnaməsinə əsasən Ağayeva Əzizbikə) Göygöl Rayon Qızılca kənd ərazisində müəssisə üçün ayrılan qəbiristanlıqda kimsəsiz şəxs kimi dəfn olunmuş, dəfni həyata keçirən əməkdaşların vəfat etməsi səbəbindən qəbrin yerini təyin etmək mümkün deyildir.
27. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
28. Yuxarıda sadalanan halları ümumiləşdirdikdə, belə məlum olur ki, iddiaçının mərhum anası - 20 fevral 1985-ci il tarixində vəfat etmiş Ağayeva Aynurə (məhkəmənin qətnaməsinə əsasən Ağayeva Əzizbikə) Göygöl Rayon İcra Hakimiyyətinin 3 saylı psixonevroloji sosial xidmət müəssisəsi üçün ayırdığı Göygöl rayonu, Qızılca kəndi ərazisində kimsəsiz şəxs kimi dəfn olunmuş, dəfni həyata keçirən əməkdaşların vəfat etməsi səbəbindən qəbrin yerinin müəyyən edilməsi mümkün olmamışdır.
29. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ximətlər Agentliyinin 3 saylı Psixonevroloji Sosial xidmət müəssisəsi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-3/2-8763/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, müəssisədə vəfat etmiş kimsəsiz şəxslər Göygöl Rayon İcra Hakimiyyətinin Yeni Qızılca inzibati ərazisində Müəssisə üçün ayrılmış torpaq sahəsində dəfn olunurlar. Dəfn olunduqdan sonra, həmin məzarlar dəmir lövhə ilə nömrələnir. Dəfn yerlərinin qeydiyyatı 2015-ci ilin iyun ayından hal-hazıra kimi “Müəssisədə vəfat etmiş və müəssisə tərəfindən dəfn olunan sakinlərin qəbrlərinin sıralama kitabında” aparılır. Həmin kitabda sakinlərin məzar nömrələri ilə məlumatları qeyd olunur. İddiaçının anası Ağayeva Əzizbikə (Aynurə) Heydər qızının dəfni haqqında müəssisənin arxiv sənədlərində heç bir məlumat mövcud deyil.
30. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mərhum anasının qəbr yerinin müəyyən edilməsi ilə əlaqədar araşdırma aparılmış, lakin iddiaçının mərhum anasını dəfn edən şəxslər vəfat etdiyindən onun qəbr yerinin müəyyən edilməsi mümkün olmamışdır. Buna görə də iddiaçının cavabdeh orqan tərəfindən subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya onun qanunla qorunan hüquq və azadlıqlarının pozulması faktı müəyyən edilməmişdir.
31. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən və bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
32. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva