Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1049/2020 09.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 31.03.2020-ci il tarixli 7/S-20/2-099 saylı qərarının ləğv edilməsi və onların 08 noyabr 2009-cu il təvəllüdlü nəvəsi X5 və 04 avqust 2015-ci il təvəllüdlü nəvəsi X1 üzərində qəyyum təyin edilmələri haqqında qətnamə qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 31.03.2020-ci il tarixli 7/S-20/2-099 saylı qərarının ləğv edilməsi və onların 08 noyabr 2009-cu il təvəllüdlü nəvəsi X5 və 04 avqust 2015-ci il təvəllüdlü nəvəsi X1 üzərində qəyyum təyin edilmələri” haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki,oğulları X3 ilə X2 birgə nikahından 08 noyabr 2009-cu il tarixdə nəvələri X6 və 04 avqust 2015-ci il tarixdə nəvələri X4 dünyaya gəlmişlər. Oğulları Zülfüqar və gəlinləri Mahinur Şəki rayon məhkəməsinin 13 mart 2017-ci il tarixli qətnaməsi ilə boşanmış elan edilmiş və uşaqlar anaları Mahinurun himayəsinə verilmiş, ataları Zülfüqara isə hər ay aliment ödəmək öhdəliyi qoyulmuşdur. Bundan iki ay sonra Mahinur Gəncə şəhərində yaşayan başqa bir şəxslə ikinci dəfə ailə həyatı qurmuş, uşaqları da onlara verərək çıxıb ərinin yanına getmiş və hal-hazırda da Gəncə şəhərində yaşayır. Daha iki ay sonra Zülfüqar da başqa qadınla ikinci dəfə ailə həyatı qurmuş və hazırda Şəki rayonu Qayabaşı kəndində yaşayır. Beləliklə, nəvələri Ömər və Dürrə doğulduqlarından onların yanlarında və himayələrində olduqları kimi bu gün də onlarladır. Faktiki olaraq ortalıqda olan məhz bu münasibəti rəsmiləşdirmək üçün Zülfuqarın və Mahinurun notarial qaydada təsdiqlənmiş razılıq ərizələrini də alaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə cəmi 21 hüquqi sənəd təqdim etməklə Cavabdeh yanında Qəyyumluq və Himayəçilik komissiyasına müraciət etmişdir. 20 fevral 2020-ci il tarixdə onlar komissiyaya çağırılmış və nəvələri də daxil onları son dərəcə məyus edib yola salmışlar. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə Şəki İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, Şəki Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülməli olan iddalara inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçılara Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Sonda məhkəmə onuda qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçıların dinlənilməsindən və onlara yardım edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıların dinlənilməsinin təmin edilməsi və ya onlara yardım edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraata qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmiş və onlara yardım edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasının 31.03.2020-ci il tarixli 7/S-20/2-099 saylı qərarının ləğv edilməsi və onların 08 noyabr 2009-cu il təvəllüdlü nəvəsi X5 və 04 avqust 2015-ci il təvəllüdlü nəvəsi X1 üzərində qəyyum təyin edilmələri haqqında qətnamə qəbul edilməsi” barədə iddiaları mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1049/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1049/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver