Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1146/2022 05.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı "qanuni əsaslarla onların istifadəsinə verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar təsərrüfatının, fərdi və bağ evlərinin tikintisi, istismarı və inkişafı idarəsi tərəfindən 20/35 nömrəli inventara əsasən Mingəçevir şəhər TRM z-u ətrafı mənzil-təmir idarəsi "Kəpəz" bağçılıq yoldaşlığında 600 kv.m torpaq sahəsi üzərində Cavabdeh2 adına cavabdeh tərəfindən verilmiş mülkiyyət sənədinin, çıxarışın ləğv edilməsi, Cavabdeh2 tərəfindən qanunsuz çəpərlərin (dəmir barmaqcıqların) sökülməsi, torpağın boşaldılması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı "qanuni əsaslarla onların istifadəsinə verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar təsərrüfatının, fərdi və bağ evlərinin tikintisi, istismarı və inkişafı idarəsi tərəfindən 20/35 nömrəli inventara əsasən Mingəçevir şəhər TRM z-u ətrafı mənzil-təmir idarəsi "Kəpəz" bağçılıq yoldaşlığında 600 kv.m torpaq sahəsi üzərində Cavabdeh2 adına cavabdeh tərəfindən verilmiş mülkiyyət sənədinin, çıxarışın ləğv edilməsi, Cavabdeh2 tərəfindən qanunsuz çəpərlərin (dəmir barmaqcıqların) sökülməsi, torpağın boşaldılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir: 1) 600 kv.m torpaq sahəsi üzərində Cavabdeh2 adına cavabdeh tərəfindən verilmiş mülkiyyət sənədinin, çıxarışın ləğv edilməsi, 2) Cavabdeh2 tərəfindən qanunsuz çəpərlərin (dəmir barmaqcıqların) sökülməsi, torpağın boşaldılması. Əvvəla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Müəyyən edildi ki, iddia ərizəsində Cavabdeh2 adına verilmiş mülkiyyət sənədinin, çıxarışın ləğv edilməsi tələb olunsa da, ləğv edilməsi tələb olunan sənədin dəqiq adı, nömrəsi, tarixi göstərilmədiyinə görə hansı sənəddən bəhs edilməsi bəlli deyil. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddianın sənədin ləğv edilməsi hissəsi öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun mümkünlük şərtlərindən biri bundan ibarətdir ki, iddiaçılar məhkəməyə iddia ərizəsi verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etdiklərini və bu müraciətin müsbət nəticə vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidirlər. İddiaçıların inzibati orqana etdiyi müraciətdə və iddia ərizəsində olan tələblər eyni olmalıdır. Lakin hazırkı iddiada Cavabdeh2 adına verilmiş mülkiyyət sənədinin, çıxarışın ləğv edilməsi tələb olunduğu halda, cavabdehə iddiaçılar tərəfindən yazılmış 04.12.2021-ci il tarixli 98 nömrəli ərizədən görünür ki, onların həmin orqana müraciəti mübahisəli torpaq sahəsinə aid ilkin və sonrakı hüquq müəyyənedici sənədlərin surətlərinin onlara verilməsi xahişi barədə olmuşdur. Göründüyü kimi, iddiaçılar hazırkı iddiada irəli sürülmüş tələblə cavabdehə müraciət etməmişlər. Bu isə iddianın qeyd olunan hissəsinin mümkün sayılmasını istisna edir. İddianın ikinci hissəsi, yəni çəpərlərin (dəmir barmaqcıqların) sökülməsi və torpağın boşaldılması tələbi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, bu tələb iddiaçılarla Cavabdeh2 arasında olan mülki hüquq münasibətlərindən irəli gəldiyinə görə həmin tələbə baxılması inzibati məhkəmənin deyil, ümumi məhkəmənin səlahiyyətinə aiddir. Bu səbəbdən də iddianın həmin hissəsi mümkün sayıla bilməz. Bundan başqa, iddia ərizəsində cavabdeh kimi 17 saylı Ərazi İdarəsi ilə yanaşı, səhvən həm də Cavabdeh2 göstərilmişdir. Halbuki, inzibati işlər üzrə cavabdeh qismində yalnız inzibati orqanlar çıxış edə bilərlər. Bu səbəbdən də iddianın Cavabdeh2 aid hissəsi mümkün sayıla bilməz. Şəki İnzibati Məhkəməsinin 12.04.2022-ci il tarixli məktubu ilə həmin hallar iddiaçıların diqqətinə çatdırılmış və göstərilən çatışmazlıqların aradan qaldırılması üçün 5 gün müddət təyin edilmişdir. Məhkəmənin məktubu poçt vasitəsilə göndərilərək 21.04.2022-ci ildə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində, nə də ondan sonra ötən günlərdə iddiaçılar göstərilən çatışmazlıqları aradan qaldırmamış, nə də məhkəmənin məktubuna yazılı cavab verməmişlər. Bu səbəbdən də məhkəmə bu qənaətə gəldi ki, iddia mümkün sayıla bilməz. İddiaçılar sadalanan çatışmazlıqları aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə məhkəməyə yenidən ümumi qaydada müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı "qanuni əsaslarla onların istifadəsinə verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində Bağlar təsərrüfatının, fərdi və bağ evlərinin tikintisi, istismarı və inkişafı idarəsi tərəfindən 20/35 nömrəli inventara əsasən Mingəçevir şəhər TRM z-u ətrafı mənzil-təmir idarəsi "Kəpəz" bağçılıq yoldaşlığında 600 kv.m torpaq sahəsi üzərində Cavabdeh2 adına cavabdeh tərəfindən verilmiş mülkiyyət sənədinin, çıxarışın ləğv edilməsi, Cavabdeh2 tərəfindən qanunsuz çəpərlərin (dəmir barmaqcıqların) sökülməsi, torpağın boşaldılması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1146/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1146/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver