Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1151/2023 16.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Yevlax rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yeni fərdi yaşayış evi tikilməsinin qarşısının alınmasında hərəkətləri qanunsuz hesab edilsin və gələcəkdə fərdi yaşayış evi tikilməsinin qarşısının alınmasında inzibati orqan tərəfindən edə biləcəyi qanunsuz müdaxilənin qarşısının alınmasına dair vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yeni fərdi yaşayış evi tikilməsinin qarşısının alınmasında hərəkətləri qanunsuz hesab edilsin və gələcəkdə fərdi yaşayış evi tikilməsinin qarşısının alınmasında inzibati orqan tərəfindən edə biləcəyi qanunsuz müdaxilənin qarşısının alınmasına dair vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəməyə elektron ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddiadan imtina edilməsi hazırkı halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixinə saat 12:00-a təyin edilmiş məhkəmə iclasının keçirilməsinə də icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yevlax rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yeni fərdi yaşayış evi tikilməsinin qarşısının alınmasında hərəkətləri qanunsuz hesab edilsin və gələcəkdə fərdi yaşayış evi tikilməsinin qarşısının alınmasında inzibati orqan tərəfindən edə biləcəyi qanunsuz müdaxilənin qarşısının alınmasına dair vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1151/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1151/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver