Məhkəmə qərarları › İş №2-1(116)-1208/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1208/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1208/2023 23.08.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Şöbəsinin “baş əmək müfəttişi – baş məsləhətçi” vəzifəsinə bərpa olunmağı və işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməli olan əməkhaqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə xitam verilərkən “X9” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi ilə verilmiş əmrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı 03 avqust 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Şöbəsinin “baş əmək müfəttişi – baş məsləhətçi” vəzifəsinə bərpa olunmağı və işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməli olan əməkhaqqının ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1208/2023 saylı qərardadı ilə Əmək Müfəttişliyi Xidmətinin X11 Şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2011-ci il tarxidən xx.xx.2022-ci il tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X11 Şöbəsində baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə nazirlik onunla bağlanılmış əmək müqaviləsinə heç bir səbəb göstərmədən X9 ARnın Qanununun 33.1.6-cı maddəsi ilə xitam vermişdir. xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə X9 Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsi ilə düzəliş edilməsi barədə Mediasiya Şurası vasitəsi ilə Əmək və Əhalainin Sosial Müdafiəsi Nazirliyinə müracit etmişdir. xx.xx.2023-cü il tarixə çağrış olmuş lakin nazirllik tərəfindən nümayəndə göndərilməmiş, telefon vasitəsi ilə Mediasiya Şurası onlarla əlaqə saxlamış onlar isə bildirmişdilər ki, bu məsələ dövlət qulluğuna aid olduğu üçün yalnız inzibati məhkəmə vasitəsi ilə həll edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas Nazirliyin Aparatının xx.xx.2022-ci il tarixli **********6 nömrəli və X8 Xidmətinin xx.xx.2022- ci il tarixli **********1 nömrəli xidməti məruzələri olmuşdur. İlk öncə Nazirliyə X8 Xidmətnin (bundan sonra Xidmət) xx.xx.2022- ci il tarixli **********1 nömrəli xidməti məruzəsi daxil olmuşdur. Məruzədə qeyd edilir ki, Xidmətin X11 şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı barəsində Göyçay rayon Prokurorluğundan xx.xx.2022-ci il tarixli 826xid/-22 nömrəli məktub daxil olmuşdur. Məktubda Göyçay rayon Prokurorluğu tərəfindən Aznar QSC-nin tabeliyində olan “Kəndimiz” restoranında işləyən işçilərlə əmək müqavilələri xx.xx.2022-ci ildə bağlanıldığı lakin sistemə prokurorluqda araşdırma aparılan zaman yəni xx.xx.2022-ci il tarixində qeydiyyata alınması bildirilmişdir. Özünü X8 Xidmətinin Göyçay rayon üzrə əməkdaşı kimi təqdim edən İddiaçı adlı şəxs xx.xx.2022-ci tarixində Göyçay rayon prokurorluğunun inzibati binasına gələrək X7 barəsində inzibati icraata başlamamasını istəmişdir. Bununla bağlı Xidmətdə müvafiq araşdırma aparılmış, X11 şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı ilə izahat işi aparılmışdır. O, izahatında qardaşının ona zəng etdiyini və qohumu Q.Qarayevin Göyçay rayon prokurorluğu tərəfindən aparılan araşdırılması barədə köməklik göstərilməsini istədiyini bildirmişdir. Eyni zamanda O, qardaşının qohumu Q.Qarayev ilə əlaqə saxladığı zaman restoranda işçilərin əmək müqavilələrinin mövcudluğu barədə sual ünvanlamış, olmadığı halda üç mindən beş minədək cərimə olunacağı məlumatını verdiyini izahatında bildirmişdir. Həmçinin, izahatında hadisə ilə əlaqədar Göyçay rayon prokurorluğuna yaxınlaşaraq özünü X8 Xidmətinin X11 şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi kimi təqdim etmiş və işin hansı vəziyyətdə olduğunu öyrənmək məqsədi ilə müstəntiq N.İbrahimov ilə görüşdüyünü etiraf etmişdir. Lakin görüş vaxtı müstəntiq N.İbrahimov iclasa getdiyinə görə məlumat ala bilmədiyini qeyd etmişdir. Bununla belə araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı birbaşa öz vəzifə səlahiyyətlərindən istifadə edərək prokurorluqda aparılan araşdırmaya müdaxilə etmək fikrində olduğu öz təsdiqini tapmışdır. Qeyd edilən məruzə Nazirliyə daxil olduqdan sonra Nazirlik tərəfindən “İddiaçı xidməti fəaliyyətinin araşdırılması haqqında” xx.xx.2022-ci il tarixli **********6 nömrəli əmr verilmişdir. Buna müvafiq olaraq, Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən Göyçay Rayon Prokurorluğundan Xidmətə daxil olmuş məlumatda qeyd edilən məsələlərlə əlaqədar İddiaçı Nazirliyin Aparatına dəvət olunmuş, ondan həmin hallarla bağlı izahat alınmış, təqdim etdiyi izahatda Xidmətin xx.xx.2022-ci il tarixli **********1 nömrəli məruzəsində göstərilən faktları etiraf etmiş, nəticədə onun vəzifə səlahiyyətlərini aşması halı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı barəsində intizam tənbeh tədbiri kimi “X9” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı (dövlət qulluğundan azad edilməsi) maddəsi seçilmiş həmin Qanunun 33.1.6-cı maddəsi əsasən xx.xx.2022-ci il tarixdə Nazirliyin **********4 əmri ilə işdən azad olunmuş və onunla son haqq-hesab aparılmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir :  İddiaçıya məxsus ИТ-İ №1838163 saylı Əmək kitabçası;  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 fevral 2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər,o cümlədən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli Əmr.  Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubu;  İş materiallarında olan Göyçay Rayon Prokurorluğunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 ünvanladığı 11 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, araşdırma zərurəti ilə əlaqədar Göyçay rayonunda fəaliyyət göstərən Aznar QSC-nin tabeliyində olan “Kəndimiz” restoranında işləyən X1 prokurorluğa verdiyi izahatında 2022-ci il may ayından həmin yerdə xəzinədar vəzifəsində işlədiyini və 350 manat əməkhaqqı aldığını, həmçinin X6 prokurorluğa verdiyi izahatında 2022-ci il aprel ayından həmin yerdə haş aşpaz vəzifəsində işlədiyini və 1000 manat əməkhaqqı aldığını bildirmişlər. Prokurorluğa təqdim edilən əmək müqaviləsi bildirişlərinin sürətlərində isə xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi bağlandığı və onların müvafiq olaraq 305 və 605 manat əməkhaqqı aldıqları göstərilsə də faktiki olaraq sistemə xx.xx.2022-ci il tarixdə qeydiyyata salınmışdır. (Prokurorluqda araşdırma aparılan müddətdə), həmçinin X7 izahatında 5 işçinin həmin restoranda çalışdığını göstərsə də Aznar QSC-nə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğulara rəsmi cavab verilməmişdir. Bundan başqa, özünü X2 rayonu üzrə əməkdaşı kimi təqdim edən İddiaçı adlı şəxs xx.xx.2022-ci il tarixdə Göyçay rayon prokurorluğunun inzibati binasına gələrək X7 barəsində inzibati icraatın başlamamasını istəmişdir. Aznar QSC və onun tərkibində fəaliyyət göstərən “Kəndimiz" restoranında əmək qanunvericiliyinin tələblərinə əməl edilib-edilməməsini, o cümlədən özünü Dövlət X2 rayonu üzrə əməkdaşı kimi təqdim edən İddiaçı adlı şəxsin barəsində araşdırma aparıb nəticəsi barədə Göyçay rayon prokurorluğuna məlumat göndərilməsini xahiş olunmuşdur.  İş materiallarına əlavə edilmiş İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4 saylı əmrə əsasən vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara yol verdiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X11 Şöbəsində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı 29 noyabr 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 01 oktyabr 2012-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmrləri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmrləri mübahisələndirmişdir. Həmçinin, iddiaçı mübahisəli xx.xx.2022-ci il tarixli əmrin ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2023-cü il tarixində poçta vermişdir.İş materiallarından görünür ki,iddiaçı 09 dekabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir.Cavabdeh mediasiya sessiyasından imtina etdiyində bu barədə Bakı 3 saylı Medasiya təşkilatı tərəfindən arayış təqdim edilmişdir.Bu hallara istinadən məhkəmə qeyd edir ki,iddiaçı tərəfindən iddia ərizəsi nəzərdə tutulmuş müddət çərçivəsində təqdim edilmişdir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkün iddadır.İddia mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. “X9” Azərbaycan Respublikası Qanununun: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: (-); 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; [66] 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; (-); 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-); 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-); 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-). Maddə 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

32. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib keçirmədiyinə nəzər yetirir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi (İİQ-nin 12-ci maddəsi) və mütənasiblik prinsipinin nəzərə alınması (İİQ-nin 17-ci maddəsi) aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyri-mütənasib inzibati akt, təkcə qeyri-mütənasib hissəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur. Qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakıları bildirir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamanda mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik İİQ-nin 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir. İddiaçı barəsində aparılmış xidməti araşdırma nəticəsində xidməti məruzə tərtib edilərək aidiyyəti üzrə təqdim edilmişdir.Bu zaman iddiaçının yazılı izahatı alınmış,xidməti məruzə zamanı yazılı izahata istinad edilmişdir.Xidməti məruzədə “X9” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsi səbəbi ilə iddiaçı barəsində həmin Qanunun 25.2-ci maddəsində nəzərəd tutulmuş intizam tənbeh tədbirlətindən birinin tətbiq olunması məqsədəmüvafiq hesab olunmuşdur. “X9” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsi ilə əlaqədar olaraq məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: “X9” Qanunun 20.1.3-cü maddəsində dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur.Mübahisələndirilən əmr verilərkən həmin maddənin qüvvədə olan versiyasında deyilirdi : 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərinvəkiliolmağa; İstinad edilən normaya əsasən iddiaçının hansı üçüncü şəxslərin vəkili (həmin zaman qüvvədə olan normanın ifadə tərzinə əsasən hərfi mənada) olduğu araşdırılmamış,əməlinin hüquqi mahiyyətinə dair natamam inzibati icraat aparılmaqla dövlət orqanın,konkret halda Göyçay rayon prokurorluğunun mülahizəsi əsasında birtərəfli xidməti araşdırılma aparımışdır. Məhkəmə həmçinin işdə olan sənədlərə hüquqi qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmr verilərkən qanunvericiliyin tələbləri pozulmuş, bütövlükdə icraat natamam aparılmışdır. İddiaçının izahatında onun dövlət qulluqçusunun etik davranış qaydalarına zidd hərəkətə yol verdiyinə dair etiraf etdiyi öz təsdiqini tapmamışdır.İddiaçı izahatında sözügedən araşdırmaya müdaxilə ilə bağlı deyil,məlumat almaq məqsədi ilə prokurorluğa getmiş olduğunu,yaranmış situasiya ilə bağlı isə hər hansı məlumat əldə etmək imkanı olmadan inzibati binanı tərk etdiyini bildirilmişdir. Digər tərəfdən prokurorluq tərəfindən şəxsin inzibati icraatın başlamamasına dair hərəkətinin nədə ifadə olunduğu aydınlaşdırılmamışdır. İddiaçının əmək intizamına riayət edilməsinə dair sorğu verilmiş,mübahisləndirilən əmrdən əvvəlki bir illik dövr ərzində barəsində intizam icraatı aparılmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının “X9” Azərbaycan Respublikası Qanununun20.1.3-cü və 25.11-ci maddələrində nəzərədə tutlmuş hərəkətə yol vermədiyi,onun barəsində qəbul edilmiş əmrin hərəkətə münasibətdə qeyri-adekvat olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisəli əmrin qanuni və əsaslı olmaması müəyyən olunmuş, cavabdeh orqan əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2022-ci il tarixli əmri ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2022-ci il tarixli əmri ləğv edilir.İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Şöbəsinin “baş əmək müfəttişi – baş məsləhətçi” vəzifəsinə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar