Məhkəmə qərarları › İş №2-1(116)-123/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-123/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-123/2021 26.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı "əmək əlilliyinə görə pensiyanın yenidən hesablanması zamanı əmək əlilliyinə görə ilk dəfə pensiya təyin edilərkən nəzərə alınmış mükafatlar və sığorta kapitalı nəzərə alınmadığından cavabdehin Azərbaycan Respublikası Prezidentinin X3 üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1266 saylı Sərəncamına əsasən pensiyanın yenidən düzgün hesablanması ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə az hesablandığı üçün ödənilməmiş pul məbləğinin ödənilməsi öhdəliyinin qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "əmək əlilliyinə görə pensiyanın yenidən hesablanması zamanı əmək əlilliyinə görə ilk dəfə pensiya təyin edilərkən nəzərə alınmış mükafatlar və sığorta kapitalı nəzərə alınmadığından cavabdehin Azərbaycan Respublikası Prezidentinin X3 üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1266 saylı Sərəncamına əsasən pensiyanın yenidən düzgün hesablanması ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə az hesablandığı üçün ödənilməmiş pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona xx xxxxxx 2010cu il tarixdən ikinci qrup ümumi xəstəlikdən əlilliyə görə X1 üzvü olduğu dövrün son 12 ayının əmək haqqı nəzərə alınaraq 1466,66 manat əmək pensiyası təyin edilmişdir. Sonradan fəaliyyətdə olan MSK üzvünün maaşına artımlar nəzərə alınaraq pensiyanın məbləği yenidən hesablanaraq verilmişdir. Sonuncu dəfə "Azərbaycan Respublikası Prezidentinin "X3 üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" xx xxxxxx 2007-ci il tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1266 saylı Sərəncamına uyğun olaraq X3 üzvlərinin aylıq vəzifə maaşları xx xxxxxxxx 2019-cu il tarixdən 1920 manat müəyyən olunmuşdur. Həmin artımı nəzərə alaraq cavabdeh aldığı pensiyada yenidən hesablama aparmış, vəzifə maaşı xx.xx.2019cu il tarixdən 1920 manata uyğunlaşdırılaraq ona aylıq 2163.20 manat əmək pensiyası hesablanmışdır. Cavabdeh yeni artıma əsasən pensiyanı hesablayarkən əmək haqqına daxil olan 25 faiz təmsilçilik xərclərindəki artımı və pensiya işindəki digər halları nəzərə almamışdır. Pensiyaya əlavələr səhvən dövlət qulluqçusu kimi hesablanmışdır. Halbuki, MSK-nın üzvləri qüvvədə olan qanunvericiliyə görə dövlət qulluqçusu hesab edilmirlər. Ona görə də, əlilliyə görə əmək pensiyası az hesablanmışdır. xx xxxxx 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək pensiyanın sonuncu artımlar əsasında düzgün hesablanmasını xahiş etmişdir. Cavabdeh şöbə müdiri vəzifəsini icra edən R.Əliyev imzası ilə ona göndərdiyi xx xxx 2020-ci il tarixli cavab məktubunda müraciətinin əsassız olduğunu bildirmiş və təmin etməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Zərdab rayon filialının hazırki tələb üzrə cavab verən inzibati orqan olmadığını bildirib, müvafiq qərarın verilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. İddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı pensiyanın yenidən hesablanması və ödənilməmiş pul məbləğinin ödənilməsindən ibarətdir. İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, onun ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli vəsatətində bildirmişdir ki, AR Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********2 saylı əmri ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X5 İdarəsi təsis edilmişdir. Xüsusi şərtlərlə pensiyanın təyin edilməsi, belə pensiyaların yenidən hesablanması, müvafiq arayışların alınması və digər bu kimi müraciətlərlə baxılması X5 İdarəsinin səlahiyyətlərinə aid edilmişdir. AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, **********1 saylı Qərarı ilə təsdiq edilmiş AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialı haqqında Əsasnaməyə əsasən, Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanılması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Filialın fəaliyyət istiqamətlərindəndir. Belə olan halda, 2-1(116)-1097/2020 saylı inzibati iş üzrə iddiaçı X1 keçmiş üzvü olduğu üçün və dövlət qulluqçusu kimi əmək pensiyası aldığına görə, həmçinin Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanılması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi DSMF publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid edildiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinin mübahisələndirilməsini və inzibati iş üzrə cavabdeh AR ƏƏSMN-nin əsl cavabdeh AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli məktubla hazırki cavabdehin tələbinə cavab verməli orqan olmadığı bildirilmiş, ona qeyd olunanla bağlı münasibət bildiriməyi üçün göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə xəbərnaməni imzalayaraq almış, lakin məhkəməyə göndərdiyi ərizədə cavabdeh kimi yenə də Zərdab rayon filialını qeyd etmiş, ayrıca ərizə ilə də DSMF publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialının güzəştli təminat verilən şəxslərə pensiya təyinatı sektorunun 3-cü şəxs kimi cəlb olunmasını xahiş etmişdir. Hazırki iddia üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialı tələbə cavab verməli olan orqan deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019- cu il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun “İri sığortaedənlərlə iş üzrə Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2003- cü il tarixli 133 nömrəli və “Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamenti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 06 nömrəli əmrlər ləğv edilmiş, “X6 İdarəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının DSMF X6 İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrdə isə qeyd olunmuşdur ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı əmək əlilliyinə görə pensiyanın yenidən hesablanması zamanı əmək əlilliyinə görə ilk dəfə pensiya təyin edilərkən nəzərə alınmış mükafatlar və sığorta kapitalı nəzərə alınmadığından cavabdehin Azərbaycan Respublikası Prezidentinin X3 üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1266 saylı Sərəncamına əsasən pensiyanın yenidən düzgün hesablanması ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə az hesablandığı üçün ödənilməmiş pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə DSMF publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına qarşı yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı "əmək əlilliyinə görə pensiyanın yenidən hesablanması zamanı əmək əlilliyinə görə ilk dəfə pensiya təyin edilərkən nəzərə alınmış mükafatlar və sığorta kapitalı nəzərə alınmadığından cavabdehin Azərbaycan Respublikası Prezidentinin X3 üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1266 saylı Sərəncamına əsasən pensiyanın yenidən düzgün hesablanması ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə az hesablandığı üçün ödənilməmiş pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar