Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1280/2020 20.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı "X2 və X7 adına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Şabanova X3 rayon Göyəm kəndində anadan olmuş və həmin rayonun Aşağı Tala kəndində yaşayır. Onun oğlu X16 xx.xx.1993-cü ildə Zəngilan rayonunda ölmüşdür. Zaqatala Rayon X15nın xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarına əsasən, rayonun S.Vurğun adına kolxozunun aqrar islahat proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci ildə iddiaçının əri X8 adına şəhid ailəsinin başçısı kimi 1 ha torpaq sahəsi ilə bağlı A-460 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Şəhadətnamədə həmin torpaq sahəsinin icarəyə verildiyi göstərilmişdir. "Zaqatala rayonu Aşağı Tala kəndi üzrə torpaq payı alacaq vətəndaşların siyahısı"nda X8, İddiaçı, X9, X4 adları göstərilmiş, adların qarşısında şəhid ailəsi yazılmışdır. Siyahıdan görünür ki, hər adama düşən norma 0,33 ha olmaqla, adları sadalanan 4 nəfərə 1,32 ha torpaq sahəsi ayrılmış, həmin rəqəmdən ailənin zəbt etdiyi 0,40 ha çıxılaraq 0,92 ha qalmış, qalan torpaq sahəsinə bir pay da (0,33 ha) əlavə olunmuş və ailəyə cəmi 1,25 ha torpaq sahəsi ayrılması göstərilmişdir. Bundan sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl" təsdiq edilmişdir. Həmin cədvəldə bir nəfərin payı 0,33 ha olmaqla X8 adının qarşısında subyektlərin sayı 5 nəfər, cəmi torpaq pay norması 1,65 ha göstərilmiş, eyni zamanda, "Qeyd" sətrində "Şəhid ailəsi" yazılmışdır. Həmin cədvəldə X12 0,33 ha, X13 ailəsinə (cəmi 2 nəfər) 0,66 ha torpaq payının ayrıldığı göstərilmişdir. Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, Dövlət X6 tərəfindən torpaq islahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılması və s. qərara alınmışdır. Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, iddiaçının əri X8 adına 9211 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A-164934 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", 3655 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A- 163889 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin 9211 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X8, İddiaçı, X9, X5 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına istinadən, X2 adına 5054 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A-163488 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü", X7 adına isə 3398 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı A- 165616 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək istifadəsində olan torpaq sahəsinə dair digər şəxslərin adlarına tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, oğlu xx.xx.1993-cü ildə şəhid olmuş, 1998-ci ildə şəhid ailəsi kimi onlara 1 ha torpaq sahəsi ayrılmış, bununla bağlı "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə" verilmişdir. Onlar həmin torpaq sahəsini uzun müddət istifadə etmişlər. Lakin təkrar torpaq islahatı zamanı həmin torpaq sahəsi səhvən X2 və X7 istifadəsinə verilmiş, onların adına qanunsuz olaraq "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanmışdır. Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli **********21 nömrəli etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zaqatala Rayon X15nın xx.xx.1997-ci il tarixli 64 nömrəli qərarından görünür ki, rayonun S.Vurğun adına kolxozunun aqrar islahat proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmişdir. - İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci ildə iddiaçının əri X8 adına şəhid ailəsinin başçısı kimi verilmiş A-460 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə"dən görünür ki, 1 ha torpaq sahəsi icarəyə verilmişdir. - İşdə olan, "Zaqatala rayonu Aşağı Tala kəndi üzrə torpaq payı alacaq vətəndaşların siyahısı"ndan görünür ki, siyahıda X8, İddiaçı, X9, X4 adları göstərilmiş, adların qarşısında şəhid ailəsi yazılmışdır. Siyahıdan görünür ki, hər adama düşən norma 0,33 ha olmaqla, adları sadalanan 4 nəfərə 1,32 ha torpaq sahəsi ayrılmış, həmin rəqəmdən ailənin zəbt etdiyi 0,40 ha çıxılaraq 0,92 ha qalmış, qalan torpaq sahəsinə bir pay da (0,33 ha) əlavə olunmuş və ailəyə cəmi 1,25 ha torpaq sahəsi ayrılması göstərilmişdir. - İşdə olan, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl"dən görünür ki, bir nəfərin payı 0,33 ha olmaqla X8 adının qarşısında subyektlərin sayı 5 nəfər, cəmi torpaq pay norması 1,65 ha göstərilmiş, eyni zamanda, "Qeyd" sətrində "Şəhid ailəsi" yazılmışdır. Həmin cədvəldə X12 0,33 ha, X13 ailəsinə (cəmi 2 nəfər) 0,66 ha torpaq payının ayrıldığı göstərilmişdir. - İşdə olan, Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarından görünür ki, Dövlət X6 tərəfindən torpaq islahatı gedişində buraxılan nöqsanlarla əlaqədar apardıqları yoxlama materialları nəzərə alınaraq torpaq islahatında zəruri müvafiq düzəlişlər aparılması və s. qərara alınmışdır. - İşdə olan, A-164934 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, iddiaçının əri X8 adına 9211 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan, A-163889 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, iddiaçının əri X8 adına 3655 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 9211 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X8, İddiaçı, X9, X5 mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, A-163488 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, X2 adına 5054 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı verilmişdir. - İşdə olan, A-165616 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, X7 adına 3398 kv.m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı verilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İddiaçı iddia ərizəsində ləğvini tələb etdiyi "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin rekvizitlərini göstərmədiyinə görə məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə həmin çatışmazlığın aradan qaldırılması iddiaçıya təklif edilmiş, lakin iddiaçı məhkəmənin təklifinə cavab verməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən müvafiq orqanlara sorğu edilərək həmin sənədlərin surətləri alınmış və məlum olmuşdur ki, X2 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"nün nömrəsi A-163488, X7 adına olan "Torpaq sahəsinin planı və ölçüsü"nün nömrəsi A-165616dır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. (1-ci hissənin 1-ci abzası) Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Həmin Qanunun 13-cü maddəsində deyilir ki, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsinin xx.xx.2020-ci ilədək qüvvədə olmuş redaksiyasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlil olmuş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin birinci cümləsində deyilir ki, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Həmin Qanunun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X15, Naxçıvan Muxtar Respublikası X15, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinə görə, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rayonlarının (şəhərlərinin) sərhədləri daxilində torpaqlar istifadəçilər, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dürüstləşdirilir. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin perspektiv inkişafı nəzərə alınmaqla onların hüdudları müəyyən edilir. İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Müəyyən edildi ki, iddiaçının əri X8 adına şəhid ailəsinin başçısı kimi A-460 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə" əsasında verilmiş 1 ha torpaq sahəsi mülkiyyətə deyil, icarəyə verilmişdir. Bundan sonra torpaq islahatı aparılarkən tərtib edilmiş "Zaqatala rayonu Aşağı Tala kəndi üzrə torpaq payı alacaq vətəndaşların siyahısı"nda iddiaçının ailəsinə 4 nəfər ailə üzvünün paylarından əlavə şəhid ailəsi kimi əlavə bir torpaq payı da verilmişdir. Daha sonra "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl"də yenə də iddiaçının 4 nəfər ailə üzvünün paylarından əlavə şəhid ailəsi kimi bir torpaq payı da verilmişdir. Hazırda həmin sonuncu cədvəl qüvvədədir. Hər bir subyektin yalnız bir dəfə torpaq payı almaq hüququ olduğuna və iddiaçının mərhum oğluna görə ailəyə əlavə bir torpaq payı verildiyinə görə onun əlavə torpaq tələb etmək hüququ yoxdur. Digər tərəfdən, "Zaqatala rayonu keçmiş S.Vurğun adına kolxoz Aşağı Tala kəndinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqlarının müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəl"də X12 0,33 ha, X13 ailəsinə 0,66 ha torpaq payının ayrıldığı göstərilmişdir. İddiaçının mübahisələndirdiyi "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri də məhz həmin cədvəl və Zaqatala Rayon X15nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı əsasında verilmişdir. Həmin qərar isə hal-hazıradək qüvvədədir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı həmin sənədlərin ləğvini tələb etməkdə haqlı deyil, bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X11rşı "X2 və X7 adına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1280/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1280/2020
20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver