Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1338/2024 06.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Profarma MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər idarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli **********179824 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Profarma MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli **********179824 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - xx.xx.2023-cü il tarixli **********179824 saylı Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasına əsasən qəbul edilmiş və qərara əsasən 130814.71 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 9 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2022-ci il tarixli **********163589 saylı qərarına əsasən 9 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X5 tərəfindən İddiaçı (VÖEN **********) üzrə tədiyyə May 2020- Avqust 2022 dövr üzrə Vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlanması aparılmışdır. xx.xx.2023 və xx.xx.2023-cü il tarixli səyyar vergi yoxlaması aktları tərtib edilmişdir. Birinci yoxlama aktında yoxlama xx.xx.2022 tarixdə başlanılmış və xx.xx.2023 tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması müvafiq qərarlara əsasən ümumilikdə - 14 dəfə müvəqqəti dayandırılmış, 252 gün Müddətə dayandırılmış, müxtəlif vaxtlarda dayandırılma qərarları olsa da yoxlama bərpa edilmiş və sonradan dayandırılmışdır. İkinci yoxlama aktında isə aktın nömrəsi eyni saxlanılmış SVY-nin başlanması xx.xx.2022-ci il və başa çatması isə xx.xx.2023-cü il göstərilmişdir. Səyyar vergi yoxlaması müvafiq qərarlara əsasən ümumilikdə -14 dəfə müvəqqəti dayandırılmış, 380 gün Müddətə dayandırılmış, müxtəlif vaxtlarda dayandırılma qərarları olsa da, yoxlama bərpa edilmiş və sonradan dayandırılmışdır. Belə ki, İnzibati İcraat qaydalarına uyğun olmayan 2 SVY aktı tərtib edilmişdir. Yoxlanılan dövrdə Profarma MMC faktiki olaraq qida əlavələrinin satişi, əczaçılıq mallarının topdan satışı, qida əlavələrinin pərakəndə satışı, dərman vasitələrinin topdan satışı, dərman vasitələrinin pərakəndə satışı ilə məşğul olmuşdur. Hər iki akt üzrə İqtisadiyyat Nazirliyinin DVX-nin hüquq idarəsi rəy tərtib etmişdir. Həmin rəy müəssisəmizə təqdim edilməsə də, məhkəmənin müvafiq rəyləri alması zəruridir. Belə ki, xx.xx.2023-cü il tarixli **********164003 saylı və xx.xx.2023-cü il tarixli **********164003 saylı SVY aktları tərtib edilmiş və eyni məzmunda yazılmışdır. Yekunda xx.xx.2023-cü il tarixli **********179824 saylı Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-775/2022 saylı qərarına istinad edərək qeyd etmişdir ki, mübahisələndirilən qərardaVergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilsə də, həmin maddəyə uyğun olaraq cavabdeh vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi hallarına dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən və qərarla təyin edilən yoxlama ilə Reyestrdən çıxarışda göstərilən yoxlama uyğun olmadığından, habelə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün qeyd olunan əsas nəzərdə tutulmadığı halda həmin normaya istinad edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edildiyi üçün göstərilən hallar iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Səyyar vergi yoxlaması ilə aşağıdakı vergilər hesablanmış və hesablamalar əsasən ekspert rəyinə istinadən müəyyən edilmişdir: Mənfəət vergisinin yoxlanması üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövrdə dərman vasitələrinin topdan bioloji aktiv qida əlavələrinin isə topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama zamanı müəssisənin yoxlama ilə əhatə olunan dövrdə dərman vasitələrinin satışını yalnız elektron qaimə-faktura ilə, bioloji aktiv qida əlavələrinin satışını isə 2020-ci ildə pərakəndə qaydada kassadan (elektron qaimə- faktura yazılmadan), 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə həm vergi ödəyicisinə məxsus təsərrüfat subyektində (**********-15002) quraşdırlımış yeni nəsil real vaxt rejimində işləyən nəzarət-kassa aparatı vasitəsilə, həm də elektron qaimə-faktura ilə rəsmiləşdirdiyi müəyyən edildi. Vergi Məcəlləsinin 161-ci maddəsinin tələbləri (vergi tutulan əməliyyatın dəyəri) yoxlanılarkən, vergi ödəyicisinin qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərdən aşağı qiymətə, pərakəndə qaydada rəsmiləşdirilmiş bioloji aktiv qida əlavələrini isə Vergi Məcəlləsinin 50.8-5.-ci maddəsinin tələblərini pozaraq malın adını, ölçü vahidini, bir vahidinin qiymətini göstərmədən satdığı aşkar edildiyi qeyd edilmişdir. Vergi Məcəlləsinin 130.2,-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 130.3.-cü maddəsinə əsasən vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vegi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi uçotun hesablama metodunu tətbiq etmişdir. Vergi ödəyicisinin təqdim etdiyi anbar hesabatına əsasən dövr ərzində məxaric edilmiş dərman vasitələrinə (aldıqları dərman vasitələrinin satışını yalnız topdan qaydada təşkil edən vergi ödəyicilərinə təqdim edilən malların elektron qaimə-faktura üzrə qiymətləri saxlanılmaqla) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlər tətbiq edilməklə, bioloji aktiv qida əlavələrinə isə 2020-ci ilin yoxlama ilə əhatə olunan dövründə "xxxx" MMC-nin bazar qiymətinə dair ekspert rəyindəki qiymətlər, 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə ekspert rəyindəki bazar qiymətləri ilə müəssisənin təqdim etdiyi elektron qaimə- fakturalardakı orta qiymətlər arasında fərq olmadığı üçün müəssisənin özünün orta satış qiymətləri tətbiq edilməklə satış dövriyyələri (satışdan gəlir) müəyyən edilmişdir. Yoxlama zamanı yoxlama ilə əhatə olunan dövrdə mənfəət bəyannamələrində bir sıra xərclərin (malın dəyəri, reklam xərcləri və digər xərclər) artıq göstərildiyi müəyyən edilmişdir. Həmçinin, 2021-ci ildə müəssisənin mal (iş, xidmət) aldığı vergi ödəyicilərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’na əsasən riskli vergi ödəyiciləri hesab edilmələri barədə qərar çıxarılmış "xxxx" MMC (VÖEN **********) (26931,00 manat), "xxxx" MMC (VÖEN **********) (103871,00 manat), "xxxx" MMC (VÖEN **********) (158250,00 manat), "xxxx" MMC (VÖEN **********) (30195,00 manat) ilə olan qarşılıqlı əməliyyatların riskli hissəsi (cəmi 319247,00 manat), ("xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-il tarixdə alınmış 3500 ədəd BORJOMİ Can 0.33L üçün ödənilmiş 820,00 manat xərc kimi nəzərə alınmadığı göstərilmiş, yoxlama zamanı vergi ödəyicisinin xərclərindən malların dəyəri malların hərəkətinə dair cədvələ və yük gömrük bəyannamələrinə, əmək haqqı və icbar ödənişlər əmək haqqının hesablanması cədvəllərinə, icarə haqları icarə müqavilələrinə, bank xidməti və faiz xərcləri bank hesablarından çıxarışlara, amortizasiya ayırmaları əsas vəsaitlərə dair mühasibat sənədlərinə, qalan digər xərclər isə əldə edilmiş elektron qaimə-fakturalara əsasən müəyyənləşdirildiyi göstərilmişdir. Müəssisənin 2020-ci il üzrə Mənfəət vergisinin bəyannaməsində cıxılmalardan sonra ümümi gəlir 2689170,08 manat, ümumi gəlirdən çıxılan xərclər 2414228,73 manat göstərilməklə 274941.35 manat mənfəət əldə edildiyi bəyan edilmiş, bu məbləğdən də 20% dərəcə ilə 54988,27 manat mənfəət vergisi hesablamışdır. Yoxlama ilə vergi orqanında olan uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəssisənin 2020-ci il üzrə malların təqdim edilməsindən gəlirinin 2937044,00 manat olduğu, satılmış malların dəyərinin 1443633,42 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələrin 308320,77 manat, icbari sığorta haqlarının 54674,50 manat, icarə haqqının 65400,00 manat, yanacaq xərclərinin 6899,77 manat, rabitə xərclərinin 4023,72 manat, bank xidməti üzrə xərclərin 6421,39 manat, reklam xərclərinin 456868,30 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin 37455,40 manat, borca görə faizlər 283,83 manat, amortizasiya ayırmaları 8013,43 manat, sığorta üzrə xərclər 4205,83 manat, digər xərclər 12000,00 manat olmaqla, ümumi gəlirdən çıxılan xərcin 2408200,36 manat olması göstərilmişdir. Beləliklə, 2020-ci il üzrə çıxılmalardan sonra ümumi gəlirin 2937044,00 manat, ümumi gəlirdən çıxılan xərcin 2408200,36 manat, vergitutma məqsədləri üçün mənfəəti 528843,64 manat müəyyən etmiş, 50780,46 manat əlavə mənfəət vergisinin hesablanılmasını, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 25390,23 manat maliyyə sanksiyasının tətbiq etmişdir. Vergi Məcəlləsinin 104.1- ci maddəsinə istinad etmişdir. Müəssisə tərəfindən 2021-ci il üzrə Mənfəət vergisinin bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 4438479,19 manat, ümumi gəlirdən çıxılan xərclər 3923057,40 manat göstərilməklə 515421,79 manat mənfəət əldə edildiyi bəyan edilmiş, bu məbləğdən də 20% dərəcə ilə 103084,36 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə vergi orqanında olan uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəssisənin 2021-ci il üzrə malların təqdim edilməsindən gəlirinin 4686110,69 manat olduğu, satılmış malların dəyərinin 21 15315,37 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələrin 306266,75 manat, icbari sığorta haqlarının 57303,05 manat, icarə haqqının 85100,00 manat, yanacaq xərclərinin 9212,45 manat, rabitə xərclərinin 4583,28 manat, bank xidməti üzrə xərclərin 15777,98 manat, reklam xərclərinin 651683,65 manat, bilavasitə malların təqdim edilinəsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin 183061,24 manat, borca görə faizlər 31580,99 manat, amortizasiya ayırmaları 6010,07 manat, təmir xərcləri 1202,00 manat, sığorta üzrə xərclər 4534,37 manat, digər xərclər 239608,63 manat olmaqla, ümumi gəlirdən çıxılan xərcin 371 1239,83 manat olduğu müəyyən edildiyi göstərilmişdir. Beləliklə, 2021-ci il üzrə çıxılmalardan sonra ümumi gəlirin 4686110,69 manat götürülmüş, ümumi gəlirdən çıxılan xərcin 371 1239,83 manat, vergitutma məqsədləri üçün mənfəətin isə 974870,86 manat olduğu göstərilmişdir. 91889,81 manat əlavə mənfəət vergisinin hesablanmaqla, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 45944,91 manat maliyyə sanksiyası heesablanmışdır. Ümumilikdə yoxlanılan dövrdə 142670,27 manat əlavə mənfəət vergisinin hesablanılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 71335,14 manat maliyyə sanksiyası hesablanmışdır. Əlavə dəyər vergisinin müqayisəli cədvəli (Azərbaycan Manatı): Yoxlama zamanı müəssisənin yoxlama ilə əhatə olunan dövrdə dərman vasitələrinin satışını yalnız elektron qaimə-faktura ilə, bioloji aktiv qida əlavələrinin satışını isə 2020-ci ildə pərakəndə qaydada kassadan (elektron qaimə- faktura yazılmadan), 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə həm vergi ödəyicisinə məxsus təsərrüfat subyektində (**********- 15002) quraşdırlımış yeni nəsil real vaxt rejimində işləyən nəzarət-kassa aparatı vasitəsilə, həm də elektron qaimə-faktura ilə rəsmiləşdirdiyi müəyyən edildiyi göstərilmişdir. Vergi Məcəlləsinin 161-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmişdir. Yoxlanılarkən, vergi ödəyicisinin qiymətləri (vergi tutulan əməliyyatın dəyəri) dövlət tərəfindən tənzimlənən dərman vasitələrini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərdən aşağı qiymətə, pərakəndə qaydada rəsmiləşdirilmiş bioloji aktiv qida əlavələrini isə Vergi Məcəlləsinin 50.8.5.-Cİ maddəsinin tələblərini pozaraq malın adını, ölçü vahidini, bir vahidinin qiymətini göstərmədən satdığı aşkar edildiyi göstərilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi anbar hesabatına əsasən dövr ərzində məxaric edilmiş dərman vasitələrinə (aldıqları dərman vasitələrinin satışını yalnız topdan qaydada təşkil edən vergi ödəyicilərinə təqdim edilən malların elektron qaimə-faktura üzrə qiymətləri saxlanılmaqla) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlər tətbiq edilməklə, bioloji aktiv qida əlavələrinə isə 2020-ci ilin yoxlama ilə əhatə olunan dövründə "xxxx" MMC-nin bazar qiymətinə dair ekspert rəyindəki qiymətlər, 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə ekspert rəyindəki bazar qiymətləri ilə müəssisənin təqdim etdiyi elektron qaimə-fakturalardakı orta qiymətlər arasında fərq olmadığı üçün müəssisənin özünün orta satış qiymətləri tətbiq edilməklə satış dövriyyələri müəyyən edildi. Həmçinin, Vergi Məcəlləsinin 159.5.-Cİ maddəsinə əsasən 2021-ci və 2022-ci ilin aprel aylarında "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”lar əsasında malların faktura dəyəri ilə silindiyi, lakin idxal olunarkən gömrük dəyəri ilə əvəzləşdirildiyi müəyyən olunaraq həmin mallara gömrük dəyəri tətbiq edilməklə dəyəri hesablandı. Vergi ödəyicisi malların hərəkətinə dair anbar hesabatını aylıq deyil, illik təqdim etdiyi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən müəyyən edilən illik satış dövriyyələri və bulardan daxil olan məbləğ ilə vergi ödəyicisinin bəyannamələrindəki təqdim edilmiş mallar üzrə ƏDV-yə cəlb olunan cəmi dövriyyə məbləği və bunlardan daxil olan məbləğ arasındakı fərq hər ilin yoxlama ilə əhatə olunan sonuncu ayının bəyannamə məlumatlarının üzərinə əlavə olunmaqla hesablama aparıldı. Yoxlama ilə əhatə olunan dövrdə bəzi yük gömrük bəyannamələri və elektron qaimə-faktura üzrə əvəzləşmənin vaxtının Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun təyin edilmədiyi və ya bəzi aylarda isə əvəzləşmə üçün təqdim edilmiş yük gömrük bəyannaməsinin Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud olmadığı, araşdırma zamanı həmin yük gömrük bəyannaməsi üzrə malın hələ gömrükdən buraxılmadığı, saxlancda olduğu müəyyən edilmişdir. Belə ki, bu səbəblərdən həmçinin təqdim edilmiş ƏDV bəyannamələrindən 2020-ci ilin sentyabr ayı üzrə 109,80 manat (xx.xx.2020-ci il tarixli **********0761 nömrəli yük gömrük bəyannaməsi üzrə saxlancda olan mal üçün), 2022-ci ilin aprel ayı üzrə 110,77 manat (xx.xx.2022-ci il tarixli **********4621 nömrəli yük gömrük bəyannaməsi üzrə saxlancda olan mal üçün 109,80 manat və 0,97 manat "xxxx" MMC (VÖEN ********** ) tərəfindən təqdim olunmuş EBBS seriyalı 066076 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödənişməbləğinin faktura məbləğindən böyük olduğu üçün.) kameral vergi yoxlaması ilə ƏDV-nin əvəzləşməsi ləğv edilərək düzgün olaraq əlavə vergi hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaiməfakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olundu ki, 2020- ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə vergi ödəyicisinin malların satışından 2161180,06 manat dövriyyəsi (ƏDV-siz) olmuş, dövriyyədən 2165240,96 manat vəsait daxil olmuşdur ki, onun da ƏDV-si 389743,38 manat təşkil edir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 269250.36 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175.1,-ci maddəsinin tələblərinə əsasən aylar üzrə ƏDV-nin hesablanması nəticəsi olaraq 2020-ci ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə (389743,38-269250,36) 120493,02-84063,97- 36429,05 manat verginin azaldıldığı müəyyən edildiyi göstərilmiş 36429,05 manat əlavə vergi hesablanmış və azaldılmış ƏDV-ya Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18214,53 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaiməfakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olundu ki, 2021- ci il üzrə vergi ödəyicisinin malların satışından 4717681,25 manat dövriyyəsi (ƏDV-siz) olmuş, dövriyyədən 4320994,23 manat vəsait daxil olmuşdur ki, onun da ƏDV-si 777778,96 manat, qaytarılan mallar üzrə ödənilən 4419,17 manatın ƏDV-si 795,45 manat təşkil edir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 745427,23 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166-ci və 175.1,-ci maddəsinin tələblərinə əsasən 2021-ci il üzrə (777778,96-795,45-745427,23)-31556,28-(-14065,77)- 45622,05 manat ƏDV-nin azaldıldığı müəyyən edilərək 45622,05 manat əlavə vergi hesablanmış Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 22811,03 manat maliyyə sanksiyası hesablanmışdır. Lakin Həmin əçəliyyatlar bank sənədləri e qaimələrlə düzgün araşdırılmamış, material hesabatları, kassa , bank satışın xarakteri düzgün müəyyən edilməmiş, ƏDV bəyannamələrində göstərilən bəndlər üzrə açıqlama verilməmiş, əməliyyatların konkret hansı müəssisələrə şəxslərə aid olması vergi tutma bazasının müəyyən edilməsi , debitor, avans təqdim etmə dövriyyələri təhrif edilmiş əlavə vergilər hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaiməfakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olunduğu göstərilmişdir ki, 2022-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə müəssisənin malların satışından 2953417,71 manat dövriyyəsi (ƏDV-siz) olmuş, dövriyyədən 2888822,93 manat vəsait daxil olmuşdur ki, onun da ƏDV-si 519988,11 manat təşkil edir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar ("xxxx" MMC-dən (VÖEN **********) xx.xx.2021-il tarixdə alınmış 3500 ədəd BORJOMİ Can 0.33L üçün ödənilmiş və 2022-ci ilin yanvar ayında əvəzləşdirilmiş 327,60 manat ƏDV-nin Vergi Məcəlləsinin 175.3.- cü maddəsinə əsasən əvəzləşdirilməsi ləğv edilməklə) və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 534174,26 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175.1,-ci maddəsinin tələblərinə əsasən aylar üzrə ƏDV-nin hesablanması nəticəsi olaraq 2022-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə (519988,11-534174,26)=- 14186,15-(-42151,29) =27965,14 manat verginin azaldıldığı göstərilmiş, 27965,14 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 13982,57 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövrü üzrə Vergi Məcəlləsinin 50.8.5,-ci, 67-ci, 159.1-ci, 159.5-ci, 161-ci, 166-cı və 175-ci maddələrinə əsasən ümumilikdə 110016,24 manat ƏDVnin azaldılması müəyyən edilərək 110016,24 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 55008,13 manat maliyyə sanksiyası hesablandığı göstərilmişdir. Bu normalar üzrə pozuntu halları açıqlanmamış, sənədlərlə öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Yoxlanılan dövrdə qarışıq əməliyyatların aparılması hallan olmamışdır. Səyyar vergi yoxlamasında bu qarşılıqlı əlaqəli əməliyyatlar yoxlanılmadan öz tərəfkeş ekspert müəssisəini cəlb etməklə əlavə vergilər hesablanmışdır. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: Müəssisə müxtəlif tarixlərdə bağladığı icarə müqavilələri əsasında hüquqi və fiziki şəxslərdən Bakı şəhərində ofis, anbar, satış obyekti icarəyə götürərək istifadə etmiş və icarə haqqı ödəmişdir. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə icarə haqqından 3472,00 manat vergi hesablamışdır. Yoxlama zamanı müəyyən olundu ki, müəssisə Vergi Məcəlləsinin 124.-cü maddəsinə əsasən ödənilmiş icarə haqqından 14% dərəcə ilə vergini 2020-ci ilin 2-ci rübündə 28,00 manat, 2021-ci ilin 1-ci rübündə 280,00 manat artıq, 2020ci ilin 3-cü rübündə 112,00 manat, 2021-ci ilin 2-ci rübündə 420,00 manat az hesablamış, 2022-ci ilin 1-ci və 2-ci rüblərində beynəlxalq daşımalar həyata keçirən qeyri-rezidentə nəqliyyat xidmətləri üçün ödənilən 14900,56 manat və 26786,55 manat vəsaitdən vergi hesablamadığı qeyd edilmişdir. Vergi Məcəlləsinin 125.1.4.-cü maddəsinə əsasən 6% dərəcə ilə qeyri-rezidentə nəqliyyat xidmətləri üçün ödənilmiş vəsaitlərdən uyğun olaraq 894,03 manat və 1607.19 manat vergi hesablandığı, yoxlama zamanı 2725,22 manat əlavə ödəmə mənbəyində tutulan verginin hesablanması və azaldılmış 3033,20 manat vergi Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1516,61 manat maliyyə sanksiyası hesablandığı rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsində nəzərdə tutulmuş hüquqpozuntuları barədə məlumat: Vergi ödəyicisinin bank hesabından və ƏDVDH-nın çıxarışlarının yoxlanması zamanı Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə zidd olaraq 2020-ci ildə 106,20 manat, 2021-cİ ildə 88,91 manat ƏDV-nin alınmış malların dəyəri ödənilən gündən gec vergi ödəyicisinin depozit hesabına ödənildiyi müəyyən edildiyi göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********163589 nömrəli qərarı ilə may 2020 - avqust 2022 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Əlavə vergi yoxlaması tədbirlərin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********176578 nömrəli Qərar" qəbul edilmişdir. Əlavə vergi yoxlamasının nəticələri xx.xx.2023-cü il tarixli **********164003 nömrəli aktla rəsmiləşdirilmişdir. Cəmiyyət yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq dərman vasitələrinin topdan satışı, qida əlavələrin pərakəndə satışı, əzçalıq mallarının topdan satışı, qida əlavələrin satışı, dərman vasitələrin prakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022 tarixli **********163662 nömrəli tələbnamə göndərilmişdir. Tələbnamədə göstərilmiş sənədlər yoxlamaya təqdim edilmədiyindən bu hal Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və akt müəssisənin rəhbəri tərəfindən imzalanaraq bir nüsxəsi götürülmüşdür. Yoxlamanın aparıdıği müddətdə vergi ödəyicisi tərəfindən tələbnamə ilə istənilən sənədlərdən malların hərəkət cədvəlləri, müqavilələr, kassa əməliyyat cədvəlləri, əmək haqqının hesablanmasına dair cədvəllər, xüsusi razılıq (lisenziyalar) və debitor borcların hərəkət cədvəlləri elektron qaydada təqdim edilmişdir. Təqdim edilən sənədlərdən vergi qanunvericiliyinin pozulması hallan müəyyən edildiyindən Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********174176 nömrəli qərar qəbul olunmuş və müəssisənin rəhbəri xx.xx.2023-cü il tarixdə qərarla tanış edilmişdir. Mövcud sənədlərdən yuxarıda qeyd edilənlərə elektron qaydada onlayn kargüzarlıq vasitəsilə vergi orqanına təqdim edildiyindən digər sənədlərin (icarə müqavilələri və “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə aktların) təsdiq olunmuş surətləri götürülərək Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********174557 AVİS nömrəli protokol tərtib edilmişdir. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında qərara əsasən inventarizasiya aparılmışdır. xx.xx.2022 tarixli **********166770 nömrəli nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparılmışdır. 05.01,2023cü il tarixdə müəssisənin direktoru E.Z.Səlimov "Ekspertizanın keçirilmsi haqqında qərarla tanış olma barədə" **********174200 nömrəli protokolla tanış edilmiş, "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixli MB 16-0907 nömrəli (xx.xx.2023-cü il tarixli **********535400 AVİS nömrəli) rəyinin surəti xx.xx.2023-cü il tarixli **********862500 nömrəli məktubla, rəyə əlavə isə (xx.xx.2023-cü il tarixli **********671300 AVİS nömrəli) xx.xx.2023-cü il tarixli **********700800 nömrəli məktubla vergi ödəyicisinə təqdim edilmişdir. Mənfəət vergisinin yoxlanılması üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövrdə dərman vasitələrinin topdan, bioloji aktiv qida əlavələrinin isə topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 130.3-cü maddəsinə əsasən vergi tutulan gəlir bu Məcəllənin tələblərin əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifad etdiyi metodla hesablanmalıdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi uçotun hesablama metodunu tətbiq etmişdir. Yoxlama zamanı müəssisənin yoxlama ilə əhatə olunan dövrdə dərman vasitələrinin satışını yalnız elektron qaimə-faktura ilə, bioloji aktiv qida əlavələrinin satışını isə 2020-ci ildə pərakəndə qaydada kassadan (elektron qaimə-faktura yazılmadan), 2021ci ildə və 2022-cİ ilin yoxlama ilə əhatə olunan dövründə isə həm vergi ödəyicisinə məxsus təsərrüfat subyektində (**********-15002) quraşdırlımış yeni nəsil real vaxt rejimində işləyən nəzarət- kassa aparatı vasitəsilə, həmdə elektron qaimə-faktura ilə rəsmiləşdirdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 161-ci maddəsinin tələbləri (vergi tutulan əməliyyatın dəyəri) yoxlanılarkən, vergi ödəyicisinin qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərdən aşağı qiymətə, pərakəndə qaydada rəsmiləşdirilmiş bioloji aktiv qida əlavələrin isə Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinin tələblərini pozaraq malın adını, ölçü vahidini, bir vahidinin qiymətini göstərmədən satdığı aşkar edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi anbar hesabatına əsasən dövr ərzində məxaric edilmiş dərman vasitələrinə (aldıqları dərman vasitələrinin satışını yalnız topdan qaydada təşkil edən vergi ödəyicilərin ("xxxx" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) təqdim edilən malların elektron qaimə-faktura üzrə qiymətləri saxlanılmaqla) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərə tətbiq edilməklə, elektron qaimə-faktura yazılmadan satılan bioloji aktiv qida əlavələrin isə 2020, 2022-ci illərin yoxlama ilə əhatə olunan dövründə və 2021-ci ildə "xxxx" MMC-nin bazar qiymətinə (Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi bilinmədiyi üçün) dair ekspert rəyindəki qiymətlərə tətbiq edilməklə satış dövriyyələri müəyyən edilmişdir. 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə ekspert rəyindəki bazar qiymətləri ilə müəssisənin təqdim etdiyi elektron qaimə- fakturalardakı qiymətlərə arasındakı fərq həmin illərdə qüvvədə olan Vergi Məcələsinin 14.3,3-cü maddəsində göstərilən faizdən çox aşağı olmadığı üçün vergilər faktiki təqdimolunma qiymətləri ilə hesablanmişdir. Yoxlama zamanı gəlirin əldə edilməsi ilə bağlı xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə mənfəət bəyannamələrində bir sıra xərclərin (malın dəyəri, reklam xərcləri və digər xərclər) artıq göstərildiyi müəyyən edilmişdir. Həmçinin, 2021-ci ildə müəssisənin mal (iş, xidmət) aldığı vergi ödəyicilərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli vergi ödəyiciləri hesab edilmələri barədə qərar çıxarılmış "xxxx" MMC (VÖEN: **********) (xx.xx.2021 -ci il tarixli **********105900 nömrəli qərarla) (26931,00 manat), "xxxx" MMC (VÖEN: **********) (xx.xx.2021-ci İİ tarixli **********873600 nömrəli qərarla) (103871,00 manat), "xxxx" MMC (VÖEN: **********) (xx.xx.2021-ci il tarixli **********792600 nömrəli qərarla) (158250,00 manat), "xxxx" MMC (VÖEN: **********) (xx.xx.2021-ci il tarixli **********198000 nömrə li qərarla) (30195,00 manat) ilə olan qarşılıqlı əməliyyatların riskli hissəsi (cəmi 319247,00 manat), ("xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə alınmış 3500 ədəd BORJOMİ Can 0.33L üçün ödənilmiş 1820,00 manat Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən xərc kimi nəzərə alınmamışdır. "xxxx" MMC və "xxxx" MMC "xxxx" MMC-yə təqdim etdiyi elektron qaimə-fakturalara görə riskli vergi ödəyicisi hesab edildiyindən həmin qaimələrdəki məbləğin hamısı, "xxxx" MMC və "xxxx" MMC ilə olan əməliyyatların isə risk qərarı qəbul edildikdən sonrakı tarixə olan hissəsi xərcdən çıxarılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin xərclərindən malların dəyəri malların hərəkətinə dair cədvəl və yük gömrük bəyannamələrin, əmək haqqı və icbari ödənişlərə əmək haqqının hesablanması cədvəllərin, icarə haqları icarə müqavilələrin, bank xidməti və faiz xərcləri bank hesablarından çıxarışlara, amortizasiya ayırmaları əsas vəsaitlərə dair mühasibat sənədlərin, qalan digər xərclər isə əldə edilmiş elektron qaimə- fakturalara əsasən müəyyənləşdirilmişdir. Müəssisənin 2020-ci iİ üzrə Mənfəət vergisinin bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 2689170,08 manat, ümumi gəlirdən çıxılan xərclər 2414228,73 manat göstərilməklə 274941,35 manat mənfəət əldə edildiyi bəyan edilmiş, bu məbəğdən də 20% dərəcə ilə 54988,27 manat mənfəət vergisi hesablamışdır. Faktiki yoxlama ilə vergi orqanında olan uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəssisənin 2020-ci il üzrə malların təqdim edilməsindən 2937044,00 manat gəlirinin olduğu, satılmış malların dəyərinin 1443633,42 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələrin 308320,77 manat, icbari tibbi sığorta haqlarının 54674,50 manat, icarə haqqının 65400,00 manat, yanacaq xərclərinin 6899,77 manat, rabitə xərclərinin 4023,72 manat, bank xidməti üzrə xərclərin 6421,39 manat, reklam xərclərinin 456868,30 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin 26611,20 manat, borca görə faizlərə 283,83 manat, amortizasiya ayırmaları 8013,43 manat, sığorta üzrə xərclərə 4205,83 manat, digər xərclərə 12000,00 manat olmaqla, ümumi gəlirdən çıxılan xərcin 2397356,16 manat olduğu müəyyən edilmişdir. Beləliklə, 2020-ci il üzrə çıxılmalardan sonra ümumi gəlirin 2937044,00 manat, ümumi gəlirdən çıxılan xərcin 2397356,16 manat, vergitutma məqsədləri üçün mənfəətin isə 539687,64 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən 2020-ci il üzrə vergiyə cəlb edilən 539687,84 manat mənfəətdən 20% vergi dərəcəsi ilə 107937,57 manat mənfəət vergisinin hesablanmalı olduğu halda, vergi ödəyicisi tərəfindən 54988,27 manat mənfəət vergisi bəyan edilmişdir. Müəssisə tərəfindən 2020-ci ilin mənfəət vergisi üzrə hesablanmış 54988,27 manat vergi məbləği nəzərə alınmaqla (107937,57-54988,27)=52949,30 manat əlavə mənfəət vergisinin hesablanılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 26474,65 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Müəssisə tərəfindən 2021-ci il üzrə Mənfəət vergisinin bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 4438479,19 manat, ümumi gəlirdən çıxılan xərclər 3923057,40 manat göstərilməklə 515421,79 manat mənfəət əldə edildiyi bəyan edilmiş, bu məbləğdən də 20% dərəcə İlə103084,36 manat mənfəət vergisi hesablanmışdır. Faktiki yoxlama ilə vergi orqanında olan uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəssisənin 2021-ci il üzrə malların təqdim edilməsindən 4686110,69 manat gəlirinin olduğu, satılmış malların dəyərinin 2115315,37 manat, əmək haqqı və ona bərabər tutulan ödəmələrin 306266,75 manat, icbari sığorta haqlarının 57303,05 manat, icarə haqqının 85100,00 manat, yanacaq xərclərinin 9212,45 manat, rabitə xərclərinin 4583,28 manat, bank xidməti üzrə xərclərin 15777,98 manat, reklam xərclərinin 652033,65 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin 183608,81 manat, borca görə faizlər 31580,99 manat, amortizasiya ayırmaları 6010,07 manat, təmir xərcləri 1202,00 manat, sığorta üzrə xərclər 4534,37 manat, digər xərclər 220983,63 manat olmaqla, ümumi gəlirdən çıxılan xərcin 3693512,23 manat olduğu müəyyən edilmişdir. Beləliklə, 2021-ci il üzrə çıxılmalardan sonra ümumi gəlirin 4686110,69 manat, ümumi gəlirdən çıxılan xərcin 3693512,23 manat, vergitutma məqsədləri üçün mənfəətin isə 992598,46 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən 2021 -ci il üzrə vergiyə cəlb edilən 992598,46 manat mənfətdən 20% vergi dərəcəsi ilə 198519,69 manat mənfəət vergisinin hesablanmalı olduğu halda, vergi ödəyicisi tərəfindən 103084,36 manat mənfəət vergisi bəyan edilmişdir. Müəssisə tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə hesablanmış 103084,36 manat vergi məbləği nəzərə alınmaqla (198519,69- 103084,36)=95435,33 manat əlavə mənfəət vergisinin hesablanılması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 47717,67 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Ümumilikdə yoxlanılan dövrdə Vergi Məcəlləsinin 104.1-ci maddəsinə istinad edilməklə 148384,63 manat əlavə mənfəət vergisinin hesablanılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 74192,32 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Əlavə dəyər vergisinin yoxlanılması üzrə : Vergi ödəyicisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən 9 saylı Ərazi Vergilər İdarəsində ƏDV ödəyicisi kimi uçota alınaraq xx.xx.2005-ci il tarixdən qüvvədə olmaqla 10.01 2005-ci il tarixli **********36 nömrəli "ƏDV ödəyicisinin qeydiyyat bildirişi" verilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələrə əsasən 2020-ci ilin yoxlanılan dövrü yəni, may-dekabr ayları üzrə 84063,97 manat büdcəyə ödəniləsi, 2021-ci il üzrə 14065,77 manat və 2022-ci ilin yoxlanılan dövrü yəni, yanvar-avqust ayları üzrə 42151,29 manat büdcədən qaytarılası əlavə dəyər vergisi hesablanmışdır. Yoxlanılan dövr ərzində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlamaya təqdim edilmiş ilkin sənədlər əsasında yoxlanıldı və yoxlamanın nəticəsi kimi vergi orqanına təqdim edilmiş bəyannamələrdə göstərilən vergilərin məbləği, vergi bəyannamələrində göstərilməli olan verginin məbləği ilə müqayisə edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə dərman vasitələrinin topdan, bioloji aktiv qida əlavələrinin isə topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama zamanı müəssisənin yoxlama ilə əhatə olunan dövrdə dərman vasitələrinin satışını yalnız elektron qaimə-faktura ilə, bioloji aktiv qida əlavələrinin satışını isə 2020-ci ildə pərakəndə qaydada kassadan (elektron qaimə-faktura yazılmadan), 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə həm vergi ödəyicisinə məxsus təsərrüfat subyektində (**********¬15002) quraşdırılmış yeni nəsil real vaxt rejimində işləyən nəzarət-kassa aparatı vasitəsilə, həmdə elektron qaimə-faktura ilə rəsmiləşdirdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 161- ci maddəsinin tələbləri (vergi tutulan əməliyyatın dəyəri) yoxlanılarkən, vergi ödəyicisinin qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərdən aşağı qiymət, pərakəndə qaydada rəsmiləşdirilmiş bioloji aktiv qida əlavələrini isə Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinin tələblərini pozaraq malın adını, ölçü vahidini, bir vahidinin qiymətini göstərmədən satdığı aşkar edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi anbar hesabatına əsasən dövr ərzində məxaric edilmiş dərman vasitələrinə (aldıqları dərman vasitələrinin satışını yalnız topdan qaydada təşkil edən vergi ödəyicilərin ("xxxx" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********), "xxxx" MMC-yə (VÖEN: **********) təqdim edilən malların elektron qaimə-faktura üzrə qiymətləri saxlanılmaqla) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlər tətbiq edilməklə, elektron qaimə-faktura yazılmadan satılan bioloji aktiv qida əlavələrin isə 2020, 2022-ci illərin yoxlama ilə əhatə olunan dövründə və 2021-ci ildə “MBA LTD" MMCnin bazar qiymətinə (Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi bilinmədiyi üçün) dair ekspert rəyindəki qiymətlər tətbiq edilməklə satış dövriyyələri müəyyən edilmişdir. 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə ekspert rəyindəki bazar qiymətləri ilə müəssisənin təqdim etdiyi elektron qaimə-fakturalardakı qiymətlər arasındakı fərq həmin illərdə qüvvədə olan Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində göstərilən faizdən çox aşağı olmadığı üçün vergilə faktiki təqdimolunma qiymətləri ilə hesablanmışdır. Həmçinin, Vergi Məcəlləsinin 159.5,-ci maddəsinə əsasən 2021-ci və 2022- ci ilin aprel aylarında “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə aktlar əsasında malların faktura dəyəri ilə silindiyi, lakin idxal olunarkən gömrük dəyəri ilə əvəzləşdirildiyi müəyyən olunaraq həmin mallara gömrük dəyəri tətbiq edilməklə dəyəri hesablanmışdır. Vergi ödəyicisi malların hərəkətinə dair anbar hesabatını aylıq deyil, illik təqdim etdiyi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən müəyyən edilən illik satış dövriyyələri və bunlardan daxil olan məbləğ ilə vergi ödəyicisinin bəyannamələrindəki təqdim edilmiş mallar üzrə ƏDV-yə cəlb olunan cəmi dövriyyə məbləği və bunlardan daxil olan məbləğ arasındakı fərq hər ilin yoxlama ilə əhatə olunan sonuncu ayının bəyannamə məlumatlarının üzərinə əlavə olunmaqla hesablama aparılmışdır. Yoxlama zamanı dərman vasitələrinin və bioloji aktiv qida əlavələrinin satışından uyğun olaraq 2020-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə 1766626,61 manat və 394553,45 manat olmaqla cəmi 2161180,06 manat, 2021-ci ildə 3284467,80 manat və 1433213,45 manat olmaqla cəmi 4717681,25 manat, 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə 2208752,71 manat və 744665,00 manat olmaqla cəmi 2953417,71 manat satış dövriyyəsi ƏDV-siz) müəyyən olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə bəzi yük gömrük bəyannamələri və elektron qaimə- faktura üzrə əvəzləşmənin vaxtının Vergi Məcəlləsinin 175.1 .-ci maddəsinin tələblərinə uyğun təyin edilmədiyi və ya bəzi aylarda isə əvəzləşmə üçün təqdim edilmiş yük gömrük bəyannaməsinin Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud olmadığı, araşdırma zamanı həmin yük gömrük bəyannaməsi üzrə malın hələ gömrükdən buraxılmadığı, saxlancda olduğu müəyyən edilmişdir. Belə ki, bu səbəblərdən həmçinin təqdim edilmiş ƏDV bəyannamələrindən 2020-ci ilin sentyabr ayı üzrə 109,80 manat (xx.xx.2020-ci il tarixli **********0761 nömrəli yük gömrük bəyannaməsi üzrə saxlancda olan mal üçün), 2022-ci ilin aprel ayı üzrə 110,77 manat (xx.xx.2022-ci il tarixli **********4621 nömrəli yük gömrük bəyannaməsi üzrə saxlancda olan mal üçün 109,80 manat və 0,97 manat "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBBS seriyalı 066076 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olduğu üçün) kameral vergi yoxlaması ilə ƏDV-nin əvəzləşməsi ləğv edilərək düzgün olaraq əlavə vergi hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaiməfakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olunmuşdur ki, 2020-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə vergi ödəyicisinin malların satışından 2161180,06 manat (ƏDV-siz) dövriyyəsi olmuş, dövriyyədən 2165240,96 manat vəsait daxil olmuşdur ki, onun da ƏDV-si 389743,38 manat təşkil edir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 269250,36 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1 -ci, 166-cı və 175.1-ci maddəsinin tələblərinə əsasən aylar üzrə ƏDV-nin hesablanması nəticəsi olaraq 2020-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə (389743,38-269250,36)=120493,02- 84063,97=36429,05 manat verginin azaldıldığı müəyyən edilərək 36429,05 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 18214,53 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaiməfakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olunmuşdur ki, 2021-ci il üzrə vergi ödəyicisinin malların satışından 4717681,25 manat dövriyyəsi (ƏDV-siz) olmuş, dövriyyədən 4320994,23 manat vəsait daxil olmuşdur ki, onun da ƏDV-si 777778,96 manat, qaytarılan mallar üzər ödənilən 4419,17 manatın ƏDV-si 795,45 manat təşkil edir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 745427,23 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175.1-ci maddələrinin tələblərinə əsasən 2021-ci il üzrə (777778,96- 795,45- 745427,23)=31556,28-(-14065,77)=45622,05 manat ƏDV-nin azaldıldığı müəyyən edilərək 45622,05 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 22811,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaiməfakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olunmuşdur ki, 2022-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə müəssisənin malların satışından 2953417,71 manat dövriyyəsi (ƏDV-siz) olmuş, dövriyyədən 2888822,93 manat vəsait daxil olmuşdur ki, onun da ƏDV-i 519988,11 manat təşkil etmişdir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar ("xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə alınmış 3500 ədəd BORJOMİ Can 0.33L üçün ödənilmiş və 2022-ci ilin yanvar ayında əvəzi əşd iri İm iş 327,60 manat ƏDV-nin Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən əvəzləşdirilməsi ləğv edilməklə) və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 534174,26 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1- ci, 166-cı və 175.1-ci maddələrinin tələblərinə əsasən aylar üzrə ƏDV-nin hesablanması nəticəsi olaraq 2022-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə (519988,11-534174,26)= - 14186,15-(42151,29)=27965,14 manat verginin azaldıldığı müəyyən edilərək 27965,14 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 13982,57 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olumuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə Vergi Məcəlləsinin 50.8.5-ci, 67-ci, 159.1-ci, 159.5-ci, 161 -ci, 166-cı və 175-ci maddələrinə əsasən ümumilikdə 110016,24 manat ƏDV-nin azaldılması müəyyən edilərək 110016,24 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 55008,13 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın yoxlanılması üzrə: Vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi yoxlama ilə əhatə olunan dövr üzrə 2020- 2022-ci ilin rüblük bəyannamələrinə əsasən 2020-ci ildə 58316,55 manat məcburi dövlət sosial sığorta haqqı, 2332,56 manat işsizlikdən sığorta haqqı, cəmi 60649,11 manat, 2021-ci ildə 76566,69 manat məcburi dövlət sosial sığorta haqqı, 3062,64 manat işsizlikdən sığorta haqqı, 6125,28 manat icbari tibbi sığorta haqqı, cəmi 85754,61 manat, 2022-ci ildə 39136,04 manat məcburi dövlət sosial sığorta haqqı, 1565,46 manat işsizlikdən sığorta haqqı, 6261,76 manat icbari tibbi sığorta haqqı, cəmi 46963,26 manat hesablanmışdır. Yoxlama zamanı “Sosial sığorta haqqında” qanunun 14.4-cü maddəsinə, “İşsizlikdən sığorta haqqında” qanunun 9-cu maddəsinə və “Tibbi sığorta haqqında1' qanunun 15-10-cu maddəsinə əsasən 2020-ci ildə 58316,52 manat məcburi dövlət sosial sığorta haqqı, 2332,66 manat işsizlikdən sığorta haqqı, cəmi 60649,18 manat, 2021-ci ildə 76566,69 manat məcburi dövlət sosial sığorta haqqı, 3062,68 manat işsizlikdən sığorta haqqı, 6125,34 manat icbari tibbi sığorta haqqı, cəmi 85754,71 manat, 2022-ci ildə 39136,04 manat məcburi dövlət sosial sığorta haqqı, 1565,44 manat işsizlikdən sığorta haqqı, 6261,76 manat icbari tibbi sığorta haqqı, cəmi 46963,24 manat müəyyən edilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta haqqının 2020-ci ildə 0,03 manat artıq hesablandığı, işsizlikdən sığorta haqqının 2020-ci ildə 0,10 manat, 2021-ci ildə 0,04 manat azaldıldığı, 2022-ci ildə 0,02 manat artıq hesablandığı, icbari tibbi sığorta haqqı 2021-ci ildə 0,06 manat azaldıldığı, ümumilikdə bəyannamə (hesabat) üzrə 2020-ci il üzrə 0,07 manat, 2021-ci il üzrə 0,10 manat, cəmi 0,17 manat azaldılma, 2022-ci ildə 0,02 manat artıq hesablama müəyyən edilmişdir. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə : Müəssisə müxtəlif tarixlərdə bağladığı icarə müqavilələri əsasında hüquqi və fiziki şəxslərdən Bakı şəhərində ofis, anbar, satış obyekti icarəyə götürərək istifadə etmiş və İcarə haqqı ödəmişdir. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə icarə haqqından 3472,00 manat vergi hesablamışdır. Yoxlama zamanı müəyyən olundu ki, müəssisə Vergi Məcəlləsinin 124- cü maddəsinə əsasən ödənilmiş icarə haqqından 14% dərəcə ilə vergini 2020-ci ilin 2-ci rübündə 28,00 manat, 2021-ci ilin 1-ci rübündə 280,00 manat artıq, 2020ci ilin 3-cü rübündə 112,00 manat, 2021-ci ilin 2-ci rübündə 420,00 manat az hesablamış, 2022-ci ilin 1-ci və 2-ci rüblərində beynəlxalq daşımalar həyata keçirən qeyri-rezidentə nəqliyyat xidmətləri üçün müəssisənin "X4" ASC-nin "Səbail" filiahndakı valyuta hesabından ödənilən 14900,56 manat və 26786,55 manat vəsaitdən vergi hesablamamışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsin əsasən 6% dərəcə ilə qeyrirezidentə nəqliyyat xidmətləri üçün ödənilmiş vəsaitlərdən uyğun olaraq 894,03 manat və 1607,19 manat vergi hesablanmışdır. Yoxlama zamanı 2725,22 manat əlavə ödəmə mənbəyində tutulan verginin hesablanması və azaldılmış 3033,20 manat vergiyə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1516,61 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilməklə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 148384,63 manat məbləğində azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 74192,32 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 110016,24 manat məbləğində azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 55008,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənb yində tutulan verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3033,22 manat məbləğində azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 1516,61 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən icbari ödənişlərin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğin nisbətən 0,17 manat məbləğində azaldılmasına görə azaldılmış sığorta haqqı məbləğinin 50 faizi miqdarında, yəni 0,09 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə zidd olaraq 2020-ci ildə 106,20 manat, 2021-ci ildə 88,91 manat ƏDV-nin alınmış malların dəyəri ödənilən gündən gec vergi ödəyicisinin depozit hesabına ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 97,56 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının inzibati icraat qaydalarına uyğun olmayan 2 səyyar vergi yoxlaması aktın tərtdib edildiyini və aktların eyni məzmundə yazıldığını qeydinə münasibət bildirirərək qeyd etmək istərdik ki, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********163598 nömrəli qərarına əsasən "xxxx" MMC-də may 2020-avqust 2022-ci il üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi qərara alınmış, yoxlama xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır, 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "Əlavə vergi yoxlaması tədbirlərin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********176578 nömrəli Qərar" qəbul edildiyi üçün yoxlama davam etdirilərək xx.xx.2023-cü il tarixdə başa çatmış və nəticələri xx.xx.2023-cü il tarixli **********164003 nömrəli aktla rəsmiləşdirilmişdir. Məlumat üçün bildiririk ki, vergi orqanı tərəfindən inzibati icraat qaydaları pozulmamış, belə ki, iddiaçının qeyd etdiyi səyyar vergi yoxlaması akt inzibati akt deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci mədəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi, tərtib edilmiş səyyar vergi yoxlaması aktı nəticəsində xx.xx.2023cü il tarixli **********179824 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” qəbul edilmişdir. İddaçının müəssisə tərəfindən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutuma obyektinin gizlədilməsinin (azadılmasının) əlamətlərini özündə ehtiva edən sübutların təqdim edilməsi tələb edilsə də hər hansı sənəd və ya sübut cavabdeh vergi orqanı tərəfindən təqdim edilməmişdir qeydinə münasibət bildirirək qeyd etmək istərdik ki, Vergi Məcəlləsinin 38.3-ci maddəsində növbədənkənar vergi yoxlamasının keçirilməsinin əsasları qeyd edilmişdir, həmçinin bildirmək istərdik ki, iddiaçı tərəfindən hər hansı sənəd və sübutun istənilməsi ilə bağlı vergi orqanına rəsmi müraciət edilməmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergilər üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edir. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirdikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməsi olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqannının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansi bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazini yazılı sürətdə bildirə bilər. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir, Qeyd olunanlardan aydın olur ki, "xxxx" MMC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib olunmuş xx.xx.2023-cü İİ tarixli **********164003 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********179824 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ın ləğv edilməsi barədə iddia ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - KY221828527 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********163589 №-li qərar, xx.xx.2023-cü il tarixli “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********179824 nömrəli qərar. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və iddiaçı tərəfindən İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mübahisələndirilən qərar əsasında iddiaçıya Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. ... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Məhkəmə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Sözügedən qərar vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən edir. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. İstər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməz. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması üçün əsas kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil surətdə inzibati akt kimi mübahisələndirilməsinin mümkünsüzlüyü, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə, qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanunauyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzrə qiymət verır. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli, **********163589 №-li qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin məlumatların nədən ibarət olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin hüquq normasına ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-nin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin, icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan, həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Beləliklə, İPM-nin 14.1-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun müddəaları baxımından, cavabdeh inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı və hətta ondan öncə, inzibati orqan ilk növbədə hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən düzgün inzibati icraat başlanılmadığı sübuta yetirildiyindən, həmin icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz sayılmalıdır. (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-15/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında yuxarıda qeyd olunmuş hüquqi mövqe əks olunmuşdur) Odur ki, iş üzrə cavabdeh tərəfindən düzgün olmayan inzibati icraatın həyata keçirilməsi sübuta yetirildiyindən həmin icraat nəticəsində qəbul edilmiş inzibati akt hər bir halda qanunsuz əlverişsiz inzibati akt sayılacaqdır. Buna görə də, cəmi 391940.97 manat vergi borcunu müəyyən edən yekun inzibati aktın özünün maddi hüquq normalarının pozulması ilə qəbul edilməsinə dair iddiaçının dəlillərinə əlavə hüquqi qiymət verilməsinə lüzum qalmır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********179824 saylı qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1338/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1338/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver