Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1378/2023 15.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdeh Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı “X1 məxsus olan 05 mart 2014-cü il tarixli doğum akt qeydinə və 08 sentyabr 2016-cı il tarixli təkrar “Doğum haqqında şəhadətnaməsi”nə düzəliş edilərək uşağın doğum tarixinin 14 fevral 2007-ci il kimi, həmçinin doğum yerinin Gəncə şəhəri kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X1 məxsus olan 05 mart 2014-cü il tarixli doğum akt qeydinə və 08 sentyabr 2016-cı il tarixli təkrar “Doğum haqqında şəhadətnaməsi”nə düzəliş edilərək uşağın doğum tarixinin 14 fevral 2007-ci il kimi, həmçinin doğum yerinin Gəncə şəhəri kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli ərizəsində iddiadan imtina etdiyini qeyd edərək,iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan da göründüyü kimi iddiaçı ilə əlaqə saxlanılaraq ərizənin məqsədi soruşulmuş, iddiaçı iddia tələbindən imtina etdiyini bildirərək sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddiadan imtina edilməsi hazırkı halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı “X1 məxsus olan 05 mart 2014-cü il tarixli doğum akt qeydinə və 08 sentyabr 2016-cı il tarixli təkrar “Doğum haqqında şəhadətnaməsi”nə düzəliş edilərək uşağın doğum tarixinin 14 fevral 2007-ci il kimi, həmçinin doğum yerinin Gəncə şəhəri kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-1378/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1378/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver