Məhkəmə qərarları › İş №2-1(116)-1412/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1412/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1412/2021 27.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "Cavabdeh üzərinə Ağdaş Rayonu Ağcayazı Bələdiyyəsinin mülkiyyətində saxlanılan (adambaşına 0,67 ha olmaqla) mənə və ailə üzvlərimə islahat zamanı ayrılmalı olan 1,09 ha torpaq sahəsinin ayrılması, mənim və ailə üzvlərimin adımızın Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Ağcayazı kəndi üzrə həyətyanı təyinatlı torpaq sahəsi alacaq subyektlərin siyahısına daxil edilməsi və xx.xx.1995-ci ildə doğulmuş övladım İddiaçı2 və İddiaçı1 adının Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Ağcayazı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "Cavabdeh üzərinə Ağdaş Rayonu Ağcayazı Bələdiyyəsinin mülkiyyətində saxlanılan (adambaşına 0,67 ha olmaqla) mənə və ailə üzvlərimə islahat zamanı ayrılmalı olan 1,09 ha torpaq sahəsinin ayrılması, mənim və ailə üzvlərimin adımızın Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Ağcayazı kəndi üzrə həyətyanı təyinatlı torpaq sahəsi alacaq subyektlərin siyahısına daxil edilməsi və xx.xx.1995-ci ildə doğulmuş övladım İddiaçı2 və İddiaçı1 adının Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Ağcayazı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Əvvəla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırkı iddia ərizəsində iddiaçı qismində İddiaçı1 və İddiaçı2 göstərilsələr də, iddia ərizəsinin sonunda "Etbarnamə üzrə nümayəndə Yahyayev Soltan" yazılmış, lakin iddia ərizəsi imzalanmamış, nə də iddia ərizəsinə X2 verilmiş etibarnamə əlavə edilməmişdir. İddia ərizəsi bilavasitə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmalı, nümayəndə tərəfindən imzalanarsa isə, nümayəndəyə verilmiş etibarnamədə iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri xüsusi göstərilməli və bu etibarnamə məhkəməyə təqdim edilməlidir. Bundan başqa, iddia ərizəsində iddia tələbi belə ifadə edilmişdir: "Cavabdeh üzərinə Ağdaş Rayonu Ağcayazı Bələdiyyəsinin mülkiyyətində saxlanılan (adambaşına 0,67 ha olmaqla) mənə və ailə üzvlərimə islahat zamanı ayrılmalı olan 1,09 ha torpaq sahəsinin ayrılması, mənim və ailə üzvlərimin adımızın Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Ağcayazı kəndi üzrə həyətyanı təyinatlı torpaq sahəsi alacaq subyektlərin siyahısına daxil edilməsi və xx.xx.1995-ci ildə doğulmuş övladım İddiaçı2 və İddiaçı1 adının Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Ağcayazı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin qoyulmasına dair qərar qəbul edilsin." İddia ərizəsində iddiaçı kimi 2 nəfər göstərildiyi halda, iddia ərizəsinin həm əsaslandırıcı, həm də nəticəvi hissələri birinci şəxsin təkində yazılmışdır. Belə olan halda, iddia ərizəsindəki fikirlərin iddiaçılardan hansına məxsus olması anlaşılmır. Eyni zamanda, iddia ərizəsində "ailə üzvlərim" dedikdə, konkret olaraq kimlərdən söhbət getməsi bəlli olmur. Bundan əlavə, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddiaların mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə iddia verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsindən və cavabdehin bu tələbi təmin etməməsindən ibarətdir. Lakin işdə iddiaçıların eyni tələblə Cavabdehnə müraciət etməsini təsdiq edən sənəd yoxdur. Bundan başqa, iddia ərizəsində Ağdaş Rayonu Ağcayazı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin ayrılması tələb edilsə də, iddia ərizəsində üçüncü şəxs qismində hansısa səbəbdən Ağdaş Rayonu Şordəhnə Bələdiyyəsi göstərilmişdir. Bundan əlavə, "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin dördüncü hissəsində deyilir ki, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun "İslahatı aparan orqanlar" adlanan 4-cü maddəsində deyilir ki, islahatın aparılması üçün Azərbaycan Respublikası X5 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində deyilir ki, torpaq islahatını Azərbaycan Respublikası X5 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X5 Komissiyası yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X5 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20.04.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X4 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X4 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X5 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli aqrar islahat komissiyalarının səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə 02.03.1995-ci ildə X5 Komissiyası yaradılmış, 10.01.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra 20.04.2005-ci ildə Azərbaycan Respublikası X5 Komissiyası, 15.02.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda Cavabdehnə qarşı irəli sürülmüş tələblər həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. Belə olan halda, hazırkı iddianın mümkün sayılması üçün əsaslar mövcud deyil. Sadalanan hallar Şəki İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli yardım məktubu ilə iddiaçılar İddiaçı1 və İddiaçı2, eləcə də iddiaçının nümayəndəsi X1 diqqətinə çatdırılmış və sadalanan çatışmazlıqların aradan qaldırılması, bu təkliflə razılaşmadıqları halda isə, bunu yazılı şəkildə məhkəməyə bildirmələri üçün 5 gün müddət təyin edilmiş, həmçinin, izah edilmişdir ki, əks təqdirdə, iddianın mümkün sayılmaması məsələsi müzakirə ediləcək. Məhkəmənin məktubu poçt vasitəsilə göndərilmiş və 06.10.2021-ci ildə imza etdirilməklə çatdırılmış, lakin təyin olunmuş müddət ərzində, eləcə də bundan sonra ötən günlərdə iddiaçılar və iddiaçının nümayəndəsi qeyd olunan məsələyə yazılı şəkildə fikir bildirməmişlər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, hazırkı iddianın mümkün sayılması üçün əsas yoxdur. Məhkəmə əlavə olaraq bunu da qeyd edir ki, iddiaçıların eyni məzmunlu iddiası əvvəl də Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuş və eyni çatışmazlıqlara həmin iddia ərizəsində də yol verilmişdir. Məhkəmənin yardım məktubuna baxmayaraq, iddiaçılar çatışmazlıqları aradan qaldırmamış, ona görə də məhkəmənin 28.07.2021-ci il tarixli 2-1(116)-1114/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "Cavabdeh üzərinə Ağdaş Rayonu Ağcayazı Bələdiyyəsinin mülkiyyətində saxlanılan (adambaşına 0,67 ha olmaqla) mənə və ailə üzvlərimə islahat zamanı ayrılmalı olan 1,09 ha torpaq sahəsinin ayrılması, mənim və ailə üzvlərimin adımızın Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Ağcayazı kəndi üzrə həyətyanı təyinatlı torpaq sahəsi alacaq subyektlərin siyahısına daxil edilməsi və xx.xx.1995-ci ildə doğulmuş övladım İddiaçı2 və İddiaçı1 adının Ağdaş Rayon AİK-in qərarı ilə təsdiq edilmiş Ağdaş rayonu Ağcayazı kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısına daxil edilməsi ilə bağlı inzibati aktın qəbul olunması öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar