Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1471/2023 22.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 Cavabdeh qarşı “Ağdaş şəhəri, Ağdaş-Qəbələ avtomobil yolunun sol tərəfində, mövcud Mebel mağazasının arxasında zəbt olunmuş torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış qeyriyaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzəinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi barədə qərar qəbul ediməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdaş şəhəri, Ağdaş-Qəbələ avtomobil yolunun sol tərəfində, mövcud Mebel mağazasının arxasında zəbt olunmuş torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış qeyri-yaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzəinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, bu növ iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdehə müraciət edibetməməsidir. İddia ərizənizə əlavə etdiyiniz sənədlərə sizin müraciətinizdən cavabdehin imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda qeyd edilən nöqsanların aradan qaldırılması üçün iddiaçıya 5 gün vaxt təyin edilmişdir. Lakin, ötən müddət ərzində iddiaçı tərəfindən nöqsan aradan qaldırılmamışdır. İddiaçının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydalan"nın 2.1.1-ci maddəsinə əsasən tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülməlidir. Həmin Qaydaların 5-ci hissəsinə əsasən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın müddəalarından göründüyü kimi, qanunsuz inşa olunmuş tikinti obyektinin nə inzibati, nə məhkəmə qaydasında söküntüsü zamanı tikintini aparan şəxsin texniki baxış aktı ilə tanış olmaqdan başqa, cavabdehə digər formada müraciət edilməsi nəzərdə tutulmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında isə qeyd edilir ki, məhkəmələrin cavabdehin imtinasının olub-olmamasının yoxlanılması yalnız həmin imtinanın qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir. Eyni zamanda, inzibati Prosessual Məcəllənin 33-cü və 35-ci maddələrinə əsasən, cavabdeh tərəfindən imtina olunması şərt kimi yalnız inzibati aktın qəbul edilməsi ilə bağlı məcburetmə haqqında iddialarda nəzərdə tutulur. Yuxarıda qeyd olunanların nəzərə alınması və iddia ərizəsinin icraata qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında iddiaçının ilkin olaraq cavabdeh orqana müraciət etməsi və müraciətinin təmin edilməməsi (və ya cavabsız saxlanması) ilə bağlı sübut yoxdur. İddiaçının hazırkı tələbə münasibətdə imtinanın qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydalan"nın 5-ci hissəsinə əsasən (Məhkəmə qaydasında sökülən tikinti obyektləri ilə bağlı Agentliyin vəzifələri) bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Qaydaların” tələbindən göründüyü kimi Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət etməsi üçün aşağıdakı əsaslar mövcud olmalıdır: 2.1.3. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.2-ci maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; 2.1.4. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə, həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.3-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; [2] 2.1.5. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda, lakin müəyyən olunmuş müddətdə aşkarlanmış pozuntuların aradan qaldırılması təmin edilmədikdə və həmin tikinti işlərinin dayandırılması barədə Məcəllənin 92.4.4-cü maddəsinə əsasən qəbul edilmiş qərarda nəzərdə tutulan pozuntular 2 (iki) il müddətində aradan qaldırılmadıqda; “Qaydalar”ın 3-cü hissəsi Tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edilən obyektin və ya onun hissəsinin sökülməsi, 4-cü hissəsi tikintisinə icazə alınmadan inşa olunan obyektin və ya onun hissəsinin sökülməsi barədədir. “Qaydaların” 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində pozuntuların 2 (iki) il müddətində aradan qaldırılmaması şərtinin müəyyən edilməsi, habelə 3.1-ci bənddə texniki baxış aktının bir nüsxəsinin onu tərtib edən vəzifəli şəxs tərəfindən imzalanmaqla sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilməsi, sifarişçi (sahib) və ya onun nümayəndəsi isə onun ikinci nüsxəsində adı, soyadı və tarix göstərilməklə texniki baxış aktını qəbul etməsi barədə imza etməsi, 3.5-ci bəndə bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən halların mövcudluğuna görə barəsində texniki baxış aktı tərtib olunmuş tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi aşkar olunmadıqda və onu aşkarlamaq mümkün olmadıqda, Agentlik həmin texniki baxış aktı və onun hüquqi nəticəsi olaraq tikinti obyektinin sökülməsi haqqında qərar qəbul ediləcəyi barədə kütləvi informasiya vasitələrində elan verilməsi, 3.6-cı bənddə elan verildikdən sonra 10 (on) gün müddətində tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi tikinti obyekti barəsində tərtib olunmuş texniki baxış aktında qeyd edilən və bu Qaydaların 3.3.7-ci yarımbəndində nəzərdə tutulan sənədləri təqdim etmədikdə Agentlik, yerli icra hakimiyyəti orqanının, şəhər (kənd, qəsəbə) və ya sahə inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəliyinin (Azərbaycan Respublikası Mənzil X1 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə inşa edilən tikinti obyektlərinə münasibətdə həmin Agentliyin nümayəndəsinin), aidiyyəti bələdiyyənin nümayəndələrinin iştirakı ilə, bu Qaydaların 3.3.7-ci yarımbəndində nəzərdə tutulan sənədlərin təqdim olunmadığı, habelə tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin tikinti üçün ayrılmadığı barədə müvafiq akt tərtib etməsi, 4.3-cü bənddə Bu Qaydaların 4.1-ci bəndində göstərilən qərarın sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilməsi, müvafiq orqanlara göndərilməsi, kütləvi informasiya vasitələrində elan edilməsi, habelə bu qərarın icrası məqsədi ilə tikinti obyektinin sifarişçisi (sahibi) və ya onun nümayəndəsi və ya Agentlik tərəfindən sökülməsi məsələlərinə bu Qaydaların 3.9-3.20-ci bəndlərinin tətbiq edilməsi prosedurunun müəyyən edilməsi onu deməyə əsas verir ki, istinad olunan “Qaydaların” tələbləri baxımından hər bir halda Agentlik, irəli sürdüyü tələblərlə bağlı cavabdehi məlumatlandırmalı və yalnız yuxarıda sadalanan şərtlərə əməl edilməklə məlumatlandırılmış (cavabdeh aşkar olunmadığı halda kütləvi informasiya vasitələri ilə elan verilməklə) cavabdeh tərəfindən tələblər yerinə yetirilmədiyi halda tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət etməlidir. Yəni, məhkəməyə müraciət edilmənin əsasını lazımı qaydada məlumatlandırılmış cavabdeh tərəfindən tələb olunan şərtlərin yerinə yetirilməməsi təşkil etməlidir. Bu isə cavabdehin müraciətin təmin edilməsindən imtinası (və ya müraciəti cavabsız saxlaması) şəklində ifadə oluna bilər ki, hazırkı iş materiallarından ümumiyyətlə cavabdehin məlumatlandırılması, o cümlədən cavabdehin irəli sürülən tələblərin yerinə yetirilməsindən imtina etməsi müəyyən edilmir. Odur ki, məhkəmə istinad olunan “Qaydalar”da nəzərdə tutulmuş normalara məcmu halda qiymət verərək hesab edir ki, imtinanın mövcudluğu ilə bağlı tələb birbaşa həmin “Qaydaların” mahiyyətindən irəli gəlir. Buna görə imtinanın mövcudluğu ilə bağlı tələbin qanunvericilikdə müəyyən edilməməsi ilə bağlı iddiaçının hüquqi mövqeyini məhkəmə düzgün hesab etmir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X2 Cavabdeh qarşı “Ağdaş şəhəri, Ağdaş-Qəbələ avtomobil yolunun sol tərəfində, mövcud Mebel mağazasının arxasında zəbt olunmuş torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış qeyriyaşayış obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzəinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi barədə qərar qəbul ediməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1471/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1471/2023
22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver