Məhkəmə qərarları › İş №2-1(116)-1798/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1798/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1798/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı “Qax Rayon Aqrar İslahat Komissisyasının xx.xx.2007-ci il tarixli qərarının X3 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi, mübahisəli torpaq sahəsinin **********1719 kadastr nömrəli və xx.xx.2008-ci il tarixli, 2115 nömrə ilə qeydiyyata alınan A seriyalı 067028 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin, eləcə də, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, atasından miras qalan mirasın olduğu kimi xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m*35m torpaq sahəsinin yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qax Rayon Aqrar İslahat Komissisyasının xx.xx.2007-ci il tarixli qərarının X3 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi, mübahisəli torpaq sahəsinin **********1719 kadastr nömrəli və xx.xx.2008-ci il tarixli, 2115 nömrə ilə qeydiyyata alınan A seriyalı 067028 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin, eləcə də, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi, atasından miras qalan mirasın olduğu kimi xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m*35m torpaq sahəsinin yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 08 iyun 2020-ci il tarixdə atası X6 və anası X4 rəhmətə getdikləri üçün qanun üzrə vərəsəlik qaydasında atasından qalan ev və torpağı öz adına rəsmiləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax Rayon Şöbəsinə müraciət etmiş və 13 iyun 2020-ci ildə **********1719 kadastr nömrəli xx.xx.2008-ci il tarixli 2115 nömrə ilə qeydiyyata alınan A № 067028 saylı “Torpaq sahəsinin planı və ölçüsü” ona təqdim olunmuşdur. Kadastra baxarkən iddiaçıya məlum olmuşdur ki, atasının adında olan torpaq sahəsi onun xəbəri olmadan Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli qərarı ilə sahəsi azaldılaraq ondan xəbərsiz, heç bir sənəd tələb etmədən anasının adına rəsmiləşdirilmişdir. Həm də kadastrda torpağın ölçüləri səhv işlənmişdir. İddiaçıya verilən kadastr Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il fərmanı il ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində tərtib olunmuşdur. Fərmanın 2.1-ci bəndinə əsasən DTXK-nın səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə verilib. İddiaçı Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il qərarının verilməsinə səbəb olmuş əsasları müəyyən etmək üçün ƏMDX Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə müraciət etmiş, lakin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş əsasları müəyyən edə bilməmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 4/728 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq islahatı aparılarkən anası X1 siyahısında 1720 sıra nömrəsi ilə qeydiyyata alınmaqla ona Qax Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 2007-ci il tarixli 02 nömrəli qərarına əsasən 513,61 kv.m həyətyanı torpaq sahəsi verilmiş və həmin qərar əsasında A 067028 nömrəli torpaq sahəsinin plan ölçü sənədi təqdim olunmuşdur. Lakin ərizədə qeyd edilən iddiaçının ailəsinə məxsus həyətyanı torpaq sahəsinin kəsir olduğu aşkar edilməmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ləğv olunmasını tələb etdiyi A seriyalı 067028 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı əsasında verilmişdir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia tələbi İPM-in tələblərinə əsasən mümkün sayılmamalı olduğundan yuxarıda qeyd olunanlarla bağlı münasibət bildiriməsi üçün iddiaçıya vaxt verilmişdir. Yardım məktubunu aldıqdan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda məhkəmənin hüquqi yardımından qeyd olunanlara münasibət bildirmişdir. İddiaçı münasibət məktubunda qeyd etmişdir ki, məhkəmənin məktubunda onun iddiasının mümkünlüyü və ya mümkünsüzlüyü barədə məhkəmənin göstərdiyi xüsusatların heç bir hüquqi əsası yoxdur. Belə ki, məktubun üçüncü abzası onun ikinci abzası ilə bir-birinə ziddir. Göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən “X11 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 mart 1995-ci il tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məktubun 2-ci abzasında isə göstərilmişdir ki, ləğv olunması tələb edilən “A” seriyalı 067028 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı əsasında verilmişdir. Digər tərəfdən mübahisələndirilən bu halda söhbət, sonradan Aqrar İslahat Komissiyasının qərarı ilə veriləcək sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaq və əmlakdan pay almaq hüququ olan subyektə torpaq payı verilməsindən yox, əvvəlcədən - hələ Sovet hakimiyyəti dövründə vətəndaşın qanuni istifadəsinə verilmiş torpaq sahəsinin, 1952 və 1959-cu illərdə fərdi yaşayış evinin tikilməsi üçün ayrılan torpaq sahəsinin mülkiyyətə verilməsindən gedir. Yəni burada Aqrar İslahat Komissiyası və aqrar islahatlıq heç nə olmamışdır. Məktubda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci bəndinə istinad edilmişdir. Halbuki, bunun üçün heç bir əsas olmamışdır. Əksinə həmin qanunun 20-cı maddəsinin 2-ci bəndində göstərilir ki, X2 yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sözü gedən bu qanunun 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Yəni, əvvəlcədən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evləri və həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi “Sovxoz və kolxozların islahatı haqqında'1 Qanunla yox, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 10-cu maddələri ilə tənzimlənmişdir. Bu Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların altında olan bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yəni, bu o deməkdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evi və həyətyanı torpaq sahələri aqrar islahatın obyekti və aqrar islahat komissiyasının müzakirə predmeti ola bilməz və onlar barəsində komissiya sərəncam və ya qərar verə bilməz. Əgər belə bir qərar (komissiya ləğv edildikdən də sonra) verilmiş olsa belə, deməli, o qərar qanunsuzdur və bu əsasla da o qərar ləğv edilməlidir. Məhkəmə 20 aprel 2005-ci il tarixli 226 saylı Prezident Fərmanına istinad edərək bildirir ki, bu fərmanla Aqrar İslahat Komissiyasının hüquqi varisi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı fərmanı ilə "Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların torpaqların onların mülkiyyətinə verilməsi haqqında “Əsasnamənin 6-cı bəndinin birinci hissəsində Prezidentin 24 avqust 2002-ci il tarixli 760 saylı Fərmanı ilə “rayon aqrar islahat komissiyası üzvləri yerli icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir. Yəni 2002-ci ilin avqust ayından bu abzasda qeyd olunan sovxoz, kolxoz və s. torpaqlarına münasibətdə yerquruluşu layihələrini /yəni.torpaqların bölgüsünü və hər payın məxsus olduğu vətəndaşların kimliyini müəyyən edən sənəd/ təsdiq etmək səlahiyyəti rayon aqrar islahat komissiyasından alınıb, yerli icra hakimiyyəti orqanına verilmişdir. Beləliklə, Qax Rayon Aqrar İslahat Komissiyasının 2002-ci ilin avqust ayından (30 dekabr 2007-ci il tarixi də daxil olmaqla) nə vətəndaşların qanuni istifadəsində olan, nə də kolxoz və s. torpaq sahələrinin ölçüsündə heç bir dəyişiklik etmək səlahiyyəti olmamışdır. Məhkəmənin yardım məktubun ikinci səhifəsinin ikinci abzasında göstərilmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi hallarda 30 iyun 2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixinədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Sonrakı abzasda qeyd olunur ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmənin bu mülahizəsinə cavab olaraq iddiaçı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (inzibati məhkəmə icraatında) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmənin istinad etdiyi 30 iyun 2011-ci il tarixinədək qüvvədə olmuş və indi də qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə dair iddialara iddia müddəti şamil olunmur. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə görə, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Göründüyü kimi, qanunvericiliyə görə daşınmaz əmlakla bağlı mülkiyyətçinin tələbləri üzrə iddialara müddət şamil edilmir. Bununla belə, iddiaçı bu münasibətə iddia müddətinin bərpa edilməsi barədə vəsatət də əlavə etmişdir. İddiaçı “müddətin bərpa edilməsi haqqında” vəsatətində və iddia ərizəsində çox ağır maddi-məişət şəraitində, köməksiz, kimsəsiz vəziyyətdə, 1-ci qrup əlil oğluna baxan bir ana olduğunu qeyd etmişdir. İddia müddəti ötürülmüş olsa belə, bu, onun məlumatsızığı, bilgisizliyi ucbatından ötürülmüşdür. İddiaçı vəsatətində müddətin ötürülməsini, onun təqsiri olmadan buraxılmasını üzürlü hesab edərək iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X11 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X11 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası X11 Komissiyası haqqında Əsasnamə” təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X11 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X11 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X11 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X11 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X9 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X2 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Qax rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə iddiaçıya bildirir ki, Qax Rayon icra Hakimiyyəti Qax rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X9 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X9 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X11 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X2 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə xx.xx.1995-ci ildə X11 Komissiyası yaradılmış, xx.xx.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra xx.xx.2005-ci ildə Azərbaycan Respublikası X11 Komissiyası, xx.xx.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuş, hüquqi varisi müəyyən edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə A seriyalı 067028 nömrəli plan-ölçü sənədinin tərtib olunmasına əsas Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı olmuşdur ki, bu halda da yuxarıda göstərilənlərə əsasən Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilə bilməz. İddiaçının “müddətin bərpa edilməsi haqqında” vəsatətində qeyd olunanlarla bağlı qeyd edir ki, İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İnzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı “Qax Rayon Aqrar İslahat Komissisyasının xx.xx.2007-ci il tarixli qərarının X3 aid hissəsində etibarsız hesab edilərək ləğv edilməsi, mübahisəli torpaq sahəsinin **********1719 kadastr nömrəli və xx.xx.2008-ci il tarixli, 2115 nömrə ilə qeydiyyata alınan A seriyalı 067028 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin, eləcə də, Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydiyyatın ləğv edilməsi, atasından miras qalan mirasın olduğu kimi xx.xx.1952-ci il tarixli torpaq aktına əsasən 25m*20m, xx.xx.1959-cu il müqaviləsinə əsasən 25m*35m torpaq sahəsinin yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün, şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar