Məhkəmə qərarları › İş №2-1(116)-20/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-20/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-20/2024 10.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “şəhərsalma əsaslandırılmasına uyğun tikintinin mülkiyyətində olan Zərdab şəhəri Nizami küçəsində 45 kv.metr və 59 kv.metr olmaqla iki yanaşı torpaq sahəsində aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “şəhərsalma əsaslandırılmasına uyğun tikintinin mülkiyyətində olan Zərdab şəhəri Nizami küçəsində 45 kv.metr və 59 kv.metr olmaqla iki yanaşı torpaq sahəsində aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şəxsi məlumatları ilə bağlı “AZEMİS”-dən çıxarışdan görünür ki, o, xx.xx.2023-cü il tarixində vəfat etmişdir İddia tələbi iddiaçının mülkiyyətində olan Zərdab şəhəri Nizami küçəsində 45 kv.metr və 59 kv.metr torpaq sahələrində tikinti aparılmasına icazə verilməsindən ibarətdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı vəfat etdiyindən, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.42-ci maddəsinə əsasən sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. Həmin Məcəllənin 47.4.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. Məhkəmə hesab edir ki,hüquqi varislik müvafiq icazənin verilməsi inzibati orqan tərəfindən təmin olunduğu halda hüquqi varis həmin icazə əsasında fəaliyyəti davam etdirə bilsə də,imtina edilməsi iddiaçınən vərəsələrinin hüquqi marağı davam etdiyi halda yenidən müraciət etmək imkanını istisna etmir. Bu zaman tələbin xarakteri,icazə tələb edilən tikinti layihəsi və s predmetlərin dəyişmə ehtimalı da mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261- 262-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “şəhərsalma əsaslandırılmasına uyğun tikintinin mülkiyyətində olan Zərdab şəhəri Nizami küçəsində 45 kv.metr və 59 kv.metr olmaqla iki yanaşı torpaq sahəsində aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar