Məhkəmə qərarları › İş №2-1(116)-218/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-218/2021

25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-218/2021 25.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçının prosessual hüquq varisi X5, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə İddiaçı prosessual hüquq varisi X5 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İsmayıllı rayonu Quşencə bələdiyyəsi) “İsmayıllı rayonun Quşencə kəndində yerləşən İsmayıllı rayonu "xxxx" Üzüm İstehsalı və X14 İslahat Komissiyasının 10 avqust 2000-ci il tarixli 37 saylı qərarı ilə 1983-cü ildə tikilmiş, balans dəyəri həmin zaman işlənmiş pul vahidi ilə 27.475.200 manat olan düşərgə binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, tikintinin texniki pasportunun və çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayonun Quşencə kəndində yerləşən İsmayıllı rayonu "xxxx" Üzüm İstehsalı və X14 İslahat Komissiyasının 10 avqust 2000-ci il tarixli 37 saylı qərarı ilə 1983-cü ildə tikilmiş, balans dəyəri həmin zaman işlənmiş pul vahidi ilə 27.475.200 manat olan düşərgə binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, tikintinin texniki pasportunun və çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, aqrar islahat aparılan zaman İsmayıllı rayonunun Quşencə kəndinin ərazisində fəaliyyət göstərmiş "xxxx" Üzüm İstehsalı və Emalı Müəssisəsində də islahat aparılmışdır. Həmin vaxt müəssisənin istifadəsində olmuş torpaq sahələri kənd sakinlərinə pay torpağı kimi mülkiyyətlərinə verilmiş, eyni ilə müəssisənin əmlakı da, yəni tikintilər və digər əmlak da müəssisədə işləyən şəxslərə əmlak payı kimi verilmişdir. Həmin vaxt müəssisənin işçisi olan iddiaçının əri X3 da pay torpaq sahəsi ilə yanaşı müəssisənin sahə düşərgəsi kimi istifadə etdiyi qeyri-yaşayış sahəsi olan tikili əmlak payı kimi verilmişdir. "xxxx" Üzüm İstühsalı və X11 İslahat Komissiyasının 10 avqust 2000-ci il tarixli 37 saylı qərarı ilə 1983-ci ildə tikilmiş, balans dəyəri həmin zaman işlənmiş pul vahidi ilə 27.475.200 manat olan düşərgə binası 16 nəfər əmlak payçılarının xahişi ilə iddiaçının əri X3 verilmiş və onun adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Qeyri-yaşayış binasını həmin vaxt yerində AİK-nın üzvüləri 11 avqust 2000-ci ildə Akt tərtib edərək iddiaçının əri X3 təhvil vermişdir. Qeyri-yaşayış binası iddiaçının atası tərəfindən öz əmlakı kimi qorunub saxlanmış və təyinatı üzrə istifadə edilmişdir. 11 avqust 2005-ci ildə iddiaçının əri vəfat etmiş və iddiaçı onun varisi kimi ondan qalan miras əmlakı qəbul edib idarə etmişdir. İddiaçının X2 vərəsəsi olmasını İsmayıllı rayon Notariat Kontoru tərəfindən iddiaçının adına verilmiş 952 saylı 15 dekabr 2017-ci il tarixli məktub da təsdiq edir. İddiaçı cavabdeh orqana müraciət edərək, ismayıllı rayonu, Quşencə kəndində yerləşən qeyri-yaşayış binasının dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının oğlu (əsas: iş materiallarında olan 081556 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surəti) X9 bildirdi ki, anası İddiaçı 28.01.2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəblə Ş.Kərimov İddiaçı ilə əvəz edilməsini xahiş etdi. Protokol qərardadı ilə İddiaçı prosessual hüquq varisi X9 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının prosessual hüquq varisi ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi iddiaçının prosessual hüquq varisinin ərizəsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxsin nümayəndəsi iddiaçının prosessual hüquq varisinin ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının prosessual hüquq varisinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının prosessual hüquq varisi iddianı geri götürdüyündən mütəxəssis rəyinin verilməsi ilə bağlı yaranmış prosessual xərc iddiaçının prosessual hüquq varisindən tutularaq aidiyyəti üzrə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 111.3-cü maddəsinə əsasən, şəxsin ərizədən, iddiadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur. 115.2-ci maddəsinə əsasən, mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçının prosessual hüquq varisi iddiadan imtina etməsə də, iddianı geri götürmüşdür ki, mütəxəssis rəyinin verilməsi üçün xərc ondan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçının prosessual hüquq varisinə izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı prosessual hüquq varisi X5 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İsmayıllı rayonu Quşencə bələdiyyəsi) “İsmayıllı rayonun Quşencə kəndində yerləşən İsmayıllı rayonu "xxxx" Üzüm İstehsalı və X14 İslahat Komissiyasının 10 avqust 2000-ci il tarixli 37 saylı qərarı ilə 1983-cü ildə tikilmiş, balans dəyəri həmin zaman işlənmiş pul vahidi ilə 27.475.200 manat olan düşərgə binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, tikintinin texniki pasportunun və çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçının prosessual hüquq varisinə aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 95 manat iddiaçının prosessual hüquq varisi X4 tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X12 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar