Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-227/2025 04.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “əlilliyin təyin edilməsi” barədə iddia ərizəsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2026-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi xx.xx.2026-cı il tarixdə elektron ərizə göndərərk məhkmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı barəsində qəbul edilmiş qərarın mübahisələndəirilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyünən iddianın mümkünsüz sayılmasının xahiş etdi. Məhkəmə İlk növbədə qeyd edir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı tələbdə iddiaçının hüquqi marağı əvvəllər müəyyən edilmiş əlillik dərəcəsinin barpa edilməsi ilə bağlıdır. İş materiallarından belə görünür ki, iddiaçıya dair dair əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0344003AAKCG nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti cavabdeh tərəfindən qiymətləndirilmiş və 21.06. 2021-ci il tarixdə barəsində “əlvə müalicəyə ehtiyacı olması” səbəbi ilə imtina qərarı qəbul edilmişdir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının, ona əlilliyin təyin edilməsindən imtina cavabı verildiyinə görə növbəti göndərişlərin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, faktiki olaraq o, cavabdeh orqanın ona əlilliyin təyin edilməsindən imtina etməsindən məlumatlı idi. Bundan sonra iddiaçının xx.xx.2023-cü il tarixdə əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (TQS № 088) Şəki Rayon Mərkəzi X3 Komissiyası tərəfindən rəsmiləşdirilmiş və təsdiqlənməsi üçün “e-TABİB” X2 “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər reyestri” proqramına (Forma-088 moduluna) daxil edilmişdir. Həmin göndəriş operator funksiyasını icra edən TƏBİB-in “Əlillik məsələləri üzrə iş” şöbəsinin əməkdaşları tərəfindən təhlil edildikdən sonra “Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyəti- böyrək çatışmazlığı barədə məlumat qeyd edilməlidir.” səbəbi ilə imtina verilərək tibb müəssisəsinə geri qaytarılmışdir. Sonrakı tarixlərdə tibb müəssisəsi tərəfindən iddiaçıya dair yeni göndəriş rəsmiləşdirilməmişdir. Göründüyü kimi iddiaçı barəsində sonuncu qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, lakin iddiaçı həmin qərarı da mübahisələndirmədən hazırkı tələblə çıxış etmişdir. Belə olan halda iddiaçı barəsində qüvvədə olan inzibati akt ləğv olunmadan hazırkı tələbə mahiyyəti üzrə baxəlması mümkün deyil. İddiaçının hazırda tələbinin dəyişdirləmisinin də proseesual müddət baxımından əhəmiyyəti artıq yoxdur. Qeyd edilməlidir ki, İnzibatı Prosessual Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı müəyyən inzibati aktın qəbul edilməsi üçün inzibati orqana müraciət edir. İnzibati orqan belə aktın qəbul edilməsindən imtina etdiyi təqdirdə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq mümkündür. Başqa sözlə məcburetmə haqqında iddiaçılar iddia müddəti 30 gün təşkil edir və bu zaman müddət axımı müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan hesablanır. İddiaçı, cavabdehin əlillik təyin etməkdən imtina etməsindən təxminən 8 ay keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ya qarşı “2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev.
Məhkəmə qərarları › İş №2-1(116)-227/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-227/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver