Məhkəmə qərarları › İş №2-1(116)-273/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-273/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-273/2021 24.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsi ev 2/3 mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına və yüklülüyünə dair (forma 1) arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına və yüklülüyünə dair (forma 1) arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 01.10.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən özünün xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına və yüklülüyünə dair (forma 1) arayışın verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 22.09.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, Göyçay şəhəri, Əli Kərim küçəsi, bina 2/3-də yerləşən 1 nömrəli mənzil üzərinə müvəqqəti nəzarət qoyulmuşdur. Bu səbəblə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15-ci maddələrinə əsasən iddiaçının ərizəsinin icrasında imtina edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 22.01.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz Əmlakın Milli X3 şəhəri, Əli Kərim küçəsi, bina 2/3- də yerləşən, 1 nömrəli mənzil üzərinə müvəqqəti nəzarət qoyulduğu məlum olmuşdur. Bu səbəbdən də sözügedən əmlaka dair məhdudiyyət və yüklülük haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərlədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan cavabdeh orqanın 05.11.2020-ci il tarixli arayışının təsdiq edilmiş surətindən görünür ki, 24.06.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil, həmçinin 06.05.1995-ci il tarixli 2805 nömrəli “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”na əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarında olan 24.06.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa və 24.06.2010-cu ildə tərtib edilmiş **********72-05101-093005 nömrəli “Texniki pasport”a əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. İş materiallarında olan 05.05.1995-ci il tarixdə tərtib edilən “müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən Göyçay RİH başçısının 26.09.1995-ci il tarixli 79 nömrəli sərəncamına əsasən ona məxsus olan 1 otaqlı ümumi sahəsi 23.10 kv.m olan yaşayış sahəsi 17.0 kv.m olan mənzili iddiaçıya satmışdır. İş materiallarında olan 1995-ci ilin may ayında tərtib edilən “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”nun surətindən görünür ki, Göyçay şəhəri, Əli kərim küçəsi ev 2/3, mənzil 1 ünvanında yerləşən mənzil Göyçay rayon 2 nömrəli notariat kontorunun 05.05.1995-ci il tarixdə təsdiq etdiyi 15 saylı bəxşetmə müqaviləsinə əsasən bütövlükdə iddiaçının mülkiyyətindədir. İş materiallarında olan 05.05.1995-ci il tarixli 15 nömrəli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən bir otaqdan ibarət yaşayış sahəsi 17 kv.m, ümumi sahəsi 23.10 kv.m olan mənzil bəxşetmə müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 10.04.2015-ci il tarixli, 2(046)- 444/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X4 qarşı “15 sentyabr 2011-ci il tarixli, 719 saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 7586,42 manat kreditin əsas məbləği, 1650,50 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 10236,92 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsini, borc ödənilmədiyi halda 10236,92 manat Kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, mülkiyyətində olan 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı 10-cu mənzilə yönəldilməsi, cavabdehlər İddiaçı və X2 həmin mənzildən çıxarılması, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq 15 sentyabr 2011-ci il tarixli, 719 saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 7587 manat kreditin əsas məbləği, 3400 manat faiz borcu, 2967 manat cərimə olmaqla, cəmi 13954 manat məbləğində kredit borcunun, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsini, borc ödənilmədiyi halda 13954 manat kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, mənzil 10-da, mülkiyyətində olan 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilə yönəldilməsi, cavabdehlər İddiaçı və X2 həmin mənzildən çıxarılması, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması” tələbi qismən təmin edilmiş, 15 sentyabr 2011-ci il tarixli, 719 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 7587 (yeddi min beş yüz səksən yeddi) manat məbləğində əsas kredit borcu, 3400 (üç min dörd yüz) manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 11487 (on bir min dörd yüz səksən yeddi) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 24,70 (iyirimi dörd manat yetmiş qəpik) manat dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan, cavabdeh İddiaçı məxsus olan, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, mənzil 10-da yerləşən, mülkiyyətində olan 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilə tutma yönəldilməsi, ipoteka predmeti olan, cavabdeh İddiaçı məxsus olan, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, mənzil 10-da yerləşən, mülkiyyətində olan 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı mənzilin ilkin satış qiymətinin 16.000 manat müəyyən edilməsi, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/3, 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı 10-cu mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdeh İddiaçı "xxxx" ASC-yə 11487 (on bir min dörd yüz səksən yeddi) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan pul vəsaitindən iddiaçının tələbini ödənildikdən sonra qalan vəsaitin cavabdeh İddiaçı verilməsi, Göyçay şəhəri, Ə.Kərim küçəsi ev 2/3, 29,6 kv.m yaşayış, 11.3 kv.m köməkçi sahədən ibarət olan 2 otaqlı 10-cu mənzil açıq hərracdan satıldıqdan və ya iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin həmin mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan cavabdehin 21.05.2021-ci il tarixli məktubunda qeyd edilir ki, sözügedən mənzil üzərinə müvəqqəti nəzarət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qoyulmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) Həmin Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən qeydiyyat orqanı 1 iş günü müddətində müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu yazılı və ya elektron formada verməlidir. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən hüquq sahibinin yazılı və ya elektron sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə yazılı və ya elektron bildiriş sorğu verildiyi gün iş vaxtı ərzində qeydiyyat orqanı tərəfindən hüquq sahibinə verilməlidir. Sorğunun və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 5.5-ci maddəsinə əsasən dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Həmin Qanunun 5.6-cı maddəsinə əsasən daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur. Bu zaman qarşılıqlı əməkdaşlığın və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirirməsi qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Həmin Qanunun 5.7-ci maddəsinə əsasən dövlət reyestrindən arayışların və onun əldə edilməsi üçün ərizələrin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. Həmin Qanunun 13.10-cu maddəsinə əsasən hüquqa, onun məhdudlaşdırılmasına və daşınmaz əmlak obyekti barədə əqdlərə dair hər bir yazıya (qeydə) ərizə jurnalındakı hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmiş ərizənin qeydiyyat nömrəsi verilir. Cavabdeh inzibati orqanın müvəqqəti nəzarət qoyulması ilə bağlı imtina dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları qeyd olunmuşdur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatından imtina edilir. Göründüyü kimi, “müvəqqəti nəzarət” səbəbilə daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsindən imtina edilməsi qanunvericlikdə nəzərdə tutulmamışdır. Ümumiyyətlə müvəqqəti nəzarətin nədən ibarət olması, hansı sənəd əsasında qeydə alınması, həmin sənədin qeydiyyat nömrəsi və digər zəruri məlumatlar cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Qeyd olunan arayışın verilməsinin məqsədi hər hansı məhdudiyyətin olub-olmamasını aydınlaşdırmaqdır ki, cavabdehin də onun verilməsindən imtinası anlaşılan deyil. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə 05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsi ev 2/3 mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına və yüklülüyünə dair (forma 1) arayışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə 05 may 1995-ci il tarixli 15 saylı daşınmaz əmlakın qeydiyyat vəsiqəsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Əli Kərim küçəsi ev 2/3 mənzil 1 ünvanında yerləşən yaşayış sahəsi 17.0 kv.metr, ümumi sahəsi 23.1 kv.metr olan bir otaqlı mənzilin məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar