Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-294/2020 21.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət X18 publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “xx.xx.2018-ci il tarixdən hüququ olan əlilliyə görə əmək pensiyası təyin edilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı X1 əsasən xx xxxxx 2016-cı il tarixdən İİİ qrup əlildir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunun 12.1-ci maddəsinə əsasən 2018-ci ilin dekabr ayından etibarən əmək pensiyası almaq hüququ yaranmışdır. Bu məqsədlə Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunun 31.1-ci maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Yanında Dövlət X15 İsmayıllı rayon Şöbəsinə ərizə ilə rəsmən müraciət etmişdir. Ərizəsinə əsasən ona əlilliyə görə əmək pensiyası təyin edilmiş və əmək pensiyasının ödənişi üçün nəzərdə tutulan plastik kartı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İsmayıllı filialından əldə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə şöbənin əmək pensiyaları təyin edən komissiyası tərəfindən xx xxxxxx 2018-ci il tarixli ərizəsinə təkrar baxış keçirilmiş və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, 5 (beş) il sığorta stajının olmadığı və tələbinin əsassız olduğu qərara alınmışdır, alınmış qərar xx xxxxxx 2019 cu il tarixli 45/03 saylı məktubla iddiaçıya bildirilmişdir. Məktubu aldıqdan sonra qərarın doğruluğunu müəyyən etmək üçün işlədiyi müəssisələrə, Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin 142 “Çağrı Mərkəzinə” müraciət etmişdir. Müraciətləri nəticəsində Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tərəfindən ona Sosial Arayış təqdim edilmişdir. Həmin arayışa və xx xxxxxx 2018 ci il tarixli ərizəsinin İnzibati icrası zamanı DSMFnin İsmayıllı rayon şöbəsinə təqdim olunmuş 4 nömrəli arayışlara və B3 formalarına əsasən tələbinin əsassız olduğu hesab edilən səbəblər (fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 5 (beş) il sığorta stajının olmadığı) öz doğruluğunu itirir, bunları müəyyən etdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Yanında Cavabdehnə təkrar ərizə ilə müraciət edərək bildirmiş ki, xx xxxxxx 2018-ci il tarixli ərizəsinə təkrar baxış keçirilsin.xx xxxxxx 2019-cu il tarixli ərizəsinə əsasən xx xxxxxx 2018-ci il tarixli ərizəsinə baxış keçirilmiş və nəticədə ona xx xxxxxx 2019-cu il tarixli **********7 saylı məktubla bildirilmiş və ona əlilliyə görə əmək pensiyası təyin edilməmişdir. Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Yanında Cavabdeh ona əlilliyə görə əmək pensiyası təyin etmədiyi üçün Azərbaycann Respublikası Əmək və X9 Nazirliyinə xx xxxxxx 2018-ci il tarixli ərizəsinə əsasən əlilliyə görə əmək pensiyasının təyin etmədiyi üçün xx xxxxxxxx 2019- cu il tarixdə ərizə ilə müraciət etmiş, xx xxxxxxxx 2019-cu il tarixli mürəciəti Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Yanında Cavabdeh tərəfindən göndərilən xx xxxxxxx 2019 cu il tarixli **********3 saylı məktuba əsasən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Yanında Cavabdehnə göndərilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli müraciəti Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Cavabdeh tərəfindən araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli **********1 saylı məktubla cavab verilmişdir. xx xxxxxxx 2019-cu il tarixli **********1 saylı məktuba əsasən 4 nömrəli arayışlarda və B3 formalarında göstərilən 2018-ci ilin oktyabr və noyabr ayları üzrə sosial sığorta göstəriciləri baza məlumatlarında öz əksini tapmamışdır və bu səbəbdən təyin edilmiş əlilliyə görə əmək iyası ləğv edilmişdir. xx xxxxxx 2018-ci il tarixli ərizəsinə əsasən təyin edilmiş əlilliyə görə əmək pensiyasının ləğv edilmə səbəbi arayışlarda göstərilən 2018-ci ilin oktyabr və noyabr ayları üzrə sosial sığorta göstəriciləri baza məlumatlarında öz əksini tapmaması) ondan və işlədiyi müəssisələrdən (“xxxxxxxxxxxxxxxxxxxx” ASC(VÖEN **********), xxxxxxxxxxx” MMC (VÖEN **********)), aslı olmamışdır. Belə ki, 2018 ci ilin İV rübü üzrə sosial sığorta göstəriciləri üzrə hesabatlar ilk dəfə olaraq Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinə deyil, Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim edilmişdir. 2018-ci ilin İV rübü üzrə sosial sığorta göstəriciləri üzrə hesabatlar Azərbaycan Respublikası Vergilər Nazirliyinə “xxxxxxxxxxxxxxxxxxxx” ASC (VÖEN **********) tərəfindən xx xxxxxx 2019 cu il tarixdə, “xxxxxxxxxxx” MMC (VÖEN **********) ofindən xx xxxxxx 2019 cu il tarixdə təqdim edilmiş və sosial sığorta üzrə borclar vaxtında ödənilməsinə baxmayaraq 2018 ci ilin oktyabr və noyabr ayı üzrə sosial sığorta göstəriciləri Azərbaycan Respublikası Əmək X9 Nazirliyinin Mərkəzləşdirilmiş informasiya Sistemində gec oturmuşdur, uxarıda qeyd edilənləri, www.esosial.az internet portalının təqdim etdiyi sosial arayış və xx xxxxxx 2018-ci il tarixli ərizəsinin inzibati icrası zamanı təqdim olunmuş 4 nömrəli arayışlara və B3 formalarına əsasən xx.xx.2018-ci il tarixdən hüququ olan əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəlinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2018-ci il tarixdən hüququ olan əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya qarşı münasibətindən görünür ki, İddiaçı cavabdeh Əmək və X9 Nazirliyi yanında Cavabdehnə qarşı xx xxxxxx 2018-ci il tarixli ərizəyə əsasən təyin edilmiş və iddiaçıdan aslı olmayan səbəbdən ləğv edilmiş, hüququ olan əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və iddiaçıya çatacaq olan məbləğin hesablanaraq sosial müavinətlər çıxılmaqla hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin tələbinə zidd olduğu üçün qəbul edilə bilməz və iddia rədd edilməlidir. İddiaçı xx.xx.2018-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunması ilə əlaqədar şöbəyə ərizə ilə müraciət etmişdir. Müraciətlə əlaqədar İnzibati İcraata başlanılmış və əmək pensiyasının təyin olunması üçün 4 nömrəli əlavə arayışlar tələb olunmuşdur. 4 nömrəli əlavə arayışlar şöbəyə daxil olduqdan sonra məcləhətçi tərəfindən Pensiya təyin edən komissiyanın müzakirəsinə İddiaçı əlilliyə görə əmək Densiyası təyinatı aparılarilması barədə qərar layihəsi hazırlanarkən iş X17 (PAS) işlənilməklə ödəniş kartı sifariş olunmuşdur. Lakin qərar layihəsi pensiya təyin edən komissiyanın iclasında müzakirə edilərkən B3 formasında qeyd olunmuş aylar üzrə sosial sığorta göstəricilərinin baza məlumatlarına uyğunluğunun araşdırılması qərara alınmışdır. Araşdırmanın nəticəsinə əsasən 2012-ci ilin iyul, avqust, sentyabr, 2014-cü ilin noyabr, 2015-ci ilin noyabr, 2016-cı ilin noyabr, 2018-ci ilin oktyabr və noyabr ayları üzrə B3 formasında qeyd edilmiş məlumatlar baza məlumatlarında öz təsdiqini tapmamış və əlilliyə görə əmək pensiyası təyinatı məsələsinə komissiyanın xx.xx.2019-cu il tarixdə keçirilən iclasında təkrar baxaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin şərtinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə baxmayaraq bu maddədə göstərilən sığorta stajı olmadığı səbəbindən komissiyanın 481 nömrəli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Pensiya təyin olunmasından imtinanın səbəbləri qeyd olunmaqla, şöbəyə təqdim olunmuş sənədlər xx.xx.2019-cu il tarixli 45/03 saylı məktubla geri qaytarılmış və sosial müavinət sənədləri müavinət ödənişinin davam etdirilməsi üçün Sosial yardım və müavinət sektoruna qaytarılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli **********3 saylı ərizəsinə pensiya təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli iclasında baxılarkən, ona xx.xx.2019-cu il tarixədək İİİ qrup əlilliyə görə sosial müavinət ödənildiyi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin şərtinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin olunduğundan, X5 fərdi hesabın sığorta hissində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına (160 manat) imkan vermədiyi üçün əlilliyə görə əmək pensiyası təyin olunması barədəki tələbi şöbənin pensiya təyin edən komissiyanın 636 nömrəli qərarı ilə mümkün hesab edilməmiş və pensiya təyin olunmasından imtinanın səbəbləri göstərilməklə şöbəyə təqdim olunmuş sənədlər xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubla geri qaytarılmışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, İddiaçı cavabdeh Əmək və X9 Nazirliyi yanında Cavabdehnə qarşı “xx xxxxxx 2018-ci il tarixli ərizəyə əsasən təyin edilmiş və iddiaçıdan aslı olmayan səbəbdən ləğv edilmiş, hüququ olan əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və iddiaçıya çatacaq olan məbləğin hesablanaraq sosial müavinətlər çıxılmaqla hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin tələbinə zidd olduğu üçün iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası «xxxxxxxxxxxxxxxxxxxx» X10 xx.xx.2019-cu il tarixli 70 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə 15 nömrəli əmrlə «xxxxxxxxxxxxxxxxxxxx» ASC-yə fəhlə vəzifəsinə qəbul edilmiş və xx.xx.2012-ci il tarixdə 18 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi “7 nömrəli X2” MMC-nin xx.xx.2019-cu il tarixli 129 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə kimi “7 nömrəli X2” MMC-də V dərəcəli yaşıllaşdırma fəhləsi vəzifəsində işləmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Əmək və Əhalinin X12 elektron sənədlərindən görünür ki, iddiaçı həqiqətən əmək haqqı almış, əmək haqqından vergi tutulmuşdur. İş materiallarında olan X4 çıxarışından görünür ki, İddiaçı üçüncü dərəcəli əlilldir. İş materiallarında olan DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, iddiaçının müraciət etdiyi tarixə yəni xx.xx.2018-ci il tarixə ölkə ərazisində minimum pensiyanın məbləği 116,27 manat olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublukası Qanununun 12.1-ci maddəsinin şərtinə əsasən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün 5 il sosial sığorta stajı və 5232,15 manat pensiya kapitalı tələb olunurdu. İddiaçının xx.xx.2018-ci il tarixə 01.01,2019-cu ilin baza məlumatlarına əsasən mübahisəsiz iş stajı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək faktiki işlədiyi dövr üzrə 2 ay 14 gün, 2014-cü ilin İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİİ ayları üzrə 9 ay, 2015-ci ilin Xİ ayı istisna olmaqla 11 ay, 2016-cı ilin İ, İİ, İV, V, Vİ, Vİİ, Vİİİ, Xİİ ayları üzrə 8 ay, 2017-ci il üzrə 12 ay və 2018-ci ilin İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX ayları üzrə 9 ay olmaqla ümumilikdə 51 ay 14 gün təşkil edir. Mübahisəli iş stajı isə xx.xx.2019-cu il tarixə olan baza məlumatlarında öz təsdiqini tapmadığı üçün 2012-ci ildə Vİİ, Vİİİ, İX ayları üzrə 3 ay, 2013- cü ildə xx xxxx 2013-cü il tarixdə işdən azad olduğu üçün iyul ayı üzrə 17 gün, 2014-cü ildə noyabr ayı üzrə 1 ay, 2015-ci ildə noyabr ayı üzrə 1 ay, 2016-cı ildə noyabr ayı üzrə 1 ay, 2018-ci ildə oktyabr və noyabr ayı üzrə 2 ay olmaqla ümumilikdə 8 ay 17 gün təşkil edir. Əlavə olaraq bildirirlər ki, pensiya təyinatı məsələsinə pensiya təyin edən komissiyanın iclasında baxılarkən B3 formasında qeyd olunmuş aylar üzrə sosial sığorta göstəricilərinin baza məlumatlarına uyğunluğunun araşdırılması tövsiyə olunmuşdur. Araşdırmanın nəticəsinə əsasən 2012-ci ilin Vİİ, Vİİİ, İX , 2014-cü ilin Xİ, 2015-ci ilin Xİ, 2016-cı ilin Xİ və, 2018-ci ilin X, Xİ ayları üzrə B3 formasında qeyd edilmiş məlumatlar baza məlumatlarında öz təsdiqini tapmamışdır. Əlilliyə görə əmək pensiyası təyinatı məsələsinə komissiyanın xx.xx.2019-cu il tarixdə keçirilən iclasında təkrar baxaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin şərtinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və bu maddədə göstərilən sığorta stajı olmadığı səbəbindən komissiyanın 481 nömrəli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X12 iddiaçıya göndərilən xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sığortaedənlər "X11" ASC (SUN: **********6) tərəfindən 2013-cü il, "xxxxxxxxxxxxxxxxxxxx" ASC (SUN: **********0) tərəfindən 2012, 2014-2016-cı illər, "xxxxxxxxxxx" MMC (SUN: **********2) tərəfindən 2016-cı il üzrə təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara (Forma B3), eləcə də sığortaedənlər "xxxxxxxxxxxxxxxxxxxx" ASC, "xxxxxxxxxxx" MMC, "xxxxxxxxxxxxxxxxxxxx" ASC-nin 1 saylı filialı (SUN: **********7) MMC (SUN: **********6) tərəfindən təqdim olunmuş 2017- 2018-ci illərin l-İV rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən Sizin məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarınız **********879 nömrəli “Fərdi şəxsi hesabınızda əks olunmuşdur. Eyni zamanda, qeyd olunan dövrlər üzrə “X3 Sistemi”nin (MEİS) Sığorta (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləriniz, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarını iddiaçıya təqdim edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası «xxxxxxxxxxxxxxxxxxxx» X10 xx.xx.2019-cu il tarixli 70 nömrəli arayışı, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi “7 nömrəli X2” MMC-nin xx.xx.2019-cu il tarixli 129 nömrəli arayışı, Əmək və X13 Nazirliyinin xx.xx.2018-ci il tarixli pdf sənədlərin çıxarışları. DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubu və ona əlavə edilmiş 62(altmış iki) vərəq etiraz və əlavələr aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçının xx xxxx 1989-cu il təvəllüdlü olmaqla ona xx xxxxx 2016-cı il tarixdə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün xx xxxxxx 2018-ci il tarixinə 5 sığorta stajı olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıya hüququ yarandığı xx.xx.2018-ci il tarixə 5 sosial sığorta stajı və 5232,15 manat pensiya kapitalı tələb olunur. İddiaçının fərdi hesabın sığorta hissəsində xx.xx.2018-ci il tarixə qeydə alınmış pensiya kapitalı 5937.59 manat təşkil edir. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir 60 ay / 192 = 0,3125. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,3125x144=45) və pensiya sığorta kapitalı (PSK=5937.59) alınmış rəqəmə bölünərək (5937.59 / 45 = 131.94 manat) pensiyanın məbləği 131.94 manat məbləğində müəyyən edilir. İddiaçının hüququ yaranan xx xxxxxx 2018-ci ildə minimum pensiya 116.27 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəm qeyd edir ki, iddiaçının hüququ yarandığı tarixinə 5 il sosial sığorta stajının toplanması zəruri olmuş və iddiaçının 5 il sosial sığorta stajının olması müəyyən olunmuşdur. Yəni iddiaçı əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə də iddiaçı zəruri pensiya kapitalını toplamışdır. İstinad edilən Qanunun: - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının tələb olunan 5232.15 manat pensiya kapitalı və stajı yoxdur. Bunu da 2012-ci ildə Vİİ, Vİİİ, İX ayları üzrə 3 ay, 2013-cü ildə xx xxxx 2013-cü il tarixdə işdən azad olduğu üçün iyul ayı üzrə 17 gün, 2014-cü ildə noyabr ayı üzrə 1 ay, 2015-ci ildə noyabr ayı üzrə 1 ay, 2016-cı ildə noyabr ayı üzrə 1 ay, 2018-ci ildə oktyabr və noyabr ayı üzrə 2 ay olmaqla ümumilikdə 8 ay 17 gün təşkil edir. xx.xx.2019-cu il tarixə olan baza məlumatlarında öz təsdiqini tapmaması ilə əsaslandırır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan dəlili Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət X12 iddiaçıya göndərilən xx.xx.2020-ci il tarixli məktubu ilə təkzib olunur. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir. İstinad edilən Qanunun: İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. Maddələrin tələblərinə görə, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 60 olduğundan, əmsal 0,3125 təşkil edir (60 : 192). Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,3125 x 144=45) və pensiya sığorta kapitalı (PSK=5937.59) alınmış rəqəmə bölünərək (5937.59 : 45= 131.94 manat) pensiyanın məbləği 131.94 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olmadığından, iddiaçının əlilliyə görə pensiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət X18 publik hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə İddiaçı xx.xx.2018-ci il tarixdən hüququ olan əlilliyə görə əmək pensiyası təyin edilməsiöhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-294/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-294/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver