Məhkəmə qərarları › İş №2-1(116)-3052/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3052/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3052/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia ərizəsinə əsasən iddiaçı xx.xx.2003-cü il tarixdə Cavabdeh Başçısının Qaravəlli ərazi izibati vahidi üzrə nümayəndəsi vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə həmin vəzifədən azad edilmişdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq son hesablaşma zamanı əmək haqqının 6 misli məbləğində yardım hesablanıb iddiaçıya ödənilməmişdir. İddiaçı bu məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya imtina məktubu təqdim etmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Zərdab rayon sakini İddiaçı Rayon İcra Hakimiyyətinin Başçısının 33 nömrəli əmri ilə xx.xx.2019cu il tarixdə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə əsasən Rayon İcra Hakimiyyətinin Başçısının Qaravəlli ərazi izibati vahidi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyöun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Lakin İddiaçı “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edildiyi üçün (dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda) bu hal ona şamil olunmamışdır. İddiaçı pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxması barədə rəsmi müraciət olmadığı üçün ona hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilmişdir. İşdən çıxdığı tarixdən üç ildən çox müddət keçməsinə baxmayaraq o əmək pensiyanın 6 misli məbləğində birdəfəlik yardımın verilməməsindən və həmin vəsaitin öna ödənilməsi tələbi ilə bağlı Cavabdehnə rəsmi müraciəti olmamışdır. Yuxarıda göstərilmiş əsaslarla iddiaçının iddiasından imtina edilir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Azərbaycan Respublikası Cavabdeh Başçısının İddiaçı tutduğu vəzifədən azad olunması barədə xx.xx.2019-cu il tarixli 33 nömrəli əmri. - İddiaçıya məxsus İT seriyalı ******* nömrəli əmək kitabçası; - İddiaçıya məxsus AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.İddiaçının hüquqi marağı aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın hesablanıb ödənilməsindən ibarətdir.Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. “Dövlət qulluğu haqqında” Qanun : 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçı xx.xx.1952-ci il təvəllüdlü olmaqla onun dövlət qulluğunda olma müddəti xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərində “Dövlət qulluğu haqqında” Qanunun 32-1.2-ci maddəsinə əsasən hər dəfə 1 il olmaqla iki dəfə artırılmışdır.İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixində xitam verilmişdir. Beləliklə, iddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2017-ci ildən yaşa görə pensiya hüququndan yararlanmaqla təqaüdə çıxsa da, işləməyə davam etməklə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan imtiyaz hüququnu itirmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33-ci maddəsinə görə, 33.1-ci maddə dövlət qulluğuna xitam verilməsi əsaslarına aiddir və ümumiyyətlə şəxsin öz arzusu ilə dövlət qulluğundan çıxdığı bütün halları tənzimləyir, yəni ümumi xarakter daşıyır. Həmin Qanunun 33.2-ci maddəsi isə 33.1-ci maddəyə münasibətdə xüsusi normadır və dövlət qulluqçusunun pensiya qanunvericiliyinə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdığı halları tənzimləyir. Bu baxımdan pensiya yaşına çatmış dövlət qulluqçusunun hüququ yarandıqdan sonra öz arzusu ilə işdən azad edilməsi barədə müraciətinə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin məqsədləri və həmin qanunun dövlət qulluğunda olmanın yaş həddini tənzimləyən 32-1-ci maddəsinin təyinatı baxımından qiymət verilməlidir. Bununla bağlı həmin normaların təfsiri və tətbiqi zamanı dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində əmək fəaliyyətini davam etdirmək imkanı, onun pensiya hüququnun yarandığı tarixdən öz arzusu ilə dövlət qulluğundan çıxması barədə ərizənin, eləcə də bununla əlaqədar işəgötürən tərəfindən müvafiq əmrin verildiyi tarixədək keçən müddət, ərizənin təqdim olunma tarixi, dövlət qulluqçusunun ona pensiya təyin edildikdən sonra işlədiyi müddət, həmçinin dövlət qulluğunda olmanın son yaş həddinə qədər qalan müddət nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında da “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə şərh verilərkən o hüquqi mövqe nümayiş etdirilmişdir ki, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxması üçün həvəsləndirilir ki, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şərait yaradılsın. Eyni zamanda, göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Oxşar işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-285/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)- 2083/2023 saylı xx.xx.2023 tarixli qərarlarında da eyni hüquqi mövqe təsbit olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh iddiaçıya aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın hesablanıb verilməsi imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar